Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə33/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   29   30   31   32   33   34   35   36   ...   57

131
Amerika prezidentləri
da daha yaxşı  nəticə göstərdi. Onun qələbəsi, Vətəndaş 
müharibəsindən sonra ilk demokratın Ağ Evə sahib olması, 
Demokrat Cənubu ilə Respublikaçı Şimalın barışıq simvolu 
təsiri bağışlayırdı.
Onun birinci prezidentliyinin əsas fəaliyyət istiqaməti 
valyuta siyasəti, rüsum islahatları, hökumət və dövlət 
xidmətinin təkmilləşdirilməsinə yönəlmiş islahatlar oldu. 
Sələfi  Arturdan fərqli olaraq inzibati işlərə daha çox vaxt 
sərf edən Klivlend səhərdən axşamadək çalışırdı. Dəbdəbəli 
ziyafətləri, təmtəraqlı  qəbulları xoşlamayan prezident Ağ 
Evə  işgüzar mühit gətirmişdi. Bu, prezidentliyinin ikin-
ci ilində gözlənilmədən aristokrat nəslindən olan Franses 
Folsla ailə qurduqdan sonra da dəyişmədi.
Prinsiplərinə sadiq qalan Klivlend himayədarlıq sis-
teminə qarşı çıxır, gəlirli (təəssüf ki, bəzi dövləti vəzi fələr 
hələ  də  gəlir mənbəyi hesab edilirdi) vəzifələrin bölün-
məsində partiya mənsubluğunu nəzərə almamağa çalışırdı. 
Lakin radikal islahatlar keçirilməsindən çəkinirdi.
Klivlend güclü mərkəzləşmiş hakimiyyət tərəfdarı ol-
masa da Konqreslə icraedici hakimiyyət arasındakı  bəra-
bərsizliyi minimuma endirməyə cəhd göstərir. Prezident ol-
duğu müddətdə veto hüququndan görünməmiş sayda, 304 
dəfə istifadə etmişdir.
Seçkiönü verdiyi vədlərin heç də hamısını həyata keçirə 
bilməməsi, himayədarlıq sisteminə qarşı çıxmaqla bəzi par-
tiya bosslarını özündən incik salması 1888-ci il seçkilərində 
uğursuzluğunun başlıca səbəbi oldu və o, respublikaçıların 
namizədi B.Harrisona uduzdu.
Məğlubiyyətindən sonra maliyyə problemlərinin həlli 
ilə məşğul olur. Prezident Harrisonun fəaliyyəti, onda prezi-
dentliyə özünün daha layiqli şəxs olduğu fi krini gücləndirir. 
Respublikaçıların təsərrüfatsızlıq və korrupsiya rejimindən 
milləti xilas etmək istəyilə, növbəti seçkilərə namizədliyini 
irəli sürərək parlaq qələbə qazanır.


132
Amerika prezidentləri
Klivlendin ikinci prezidentliyi gözlənildiyinin  əksinə 
olaraq uğurlu alınmır, iqtisadi böhranla müşayiət olunur. 
Xüsusilə maliyyə sisteminin ifl ic  vəziyyətinə düşməsi 
təkcə 1893-97-ci illərdə 600 bankın bağlanmasına, 15000 
müəssisənin müfl is olmasına səbəb olur. İşsizik 20 % ar-
tır. Kənd təsərrüfatı  məhsullarının qiymətdən düşməsi 
fermerlərə böyük ziyan vurur.
Bu  ərəfədə prezidentin səhhətində problemlər yaranır. 
xərçəng xəstəliyindən  əzab çəkən Klivlend 1893-cü ildə 
ağır cərrahiyyə  əməliyyatına məruz qalır. Olduqca gizli 
şəraitdə aparılan əməliyyat yalnız 1917-ci ildə ictimaiyyətə 
açıqlanıb.
1896-cı il seçkilərində namizəd olmaq istəsə  də, de-
mokratlar onun deyil Cenninqs Brayanın namizədliyini 
irəli sürürlər.  İstefaya çıxdıqdan sonra Prinstona köçür
burada yerli universitetin rektoru, gələcəkdə prezident ola-
caq Vudro Vilsonla dostluq münasibəti yaradır. İttifaq Sı-
ğorta Şirkətləri Təşkilatının sədri və publisist kimi ictimai 
mühitdə fəaliyyət göstərir. Qrover Klivlend 24 iyul 1907-ci 
ildə vəfat edir. 


133
Amerika prezidentləri
BENCAMİN HARRİSON 
(BENJAMIN HARRISON)
(1889-1893)
Bencamin Harrison ABŞ-ın 9-cu prezidenti U.H.Harri-
sonun nəvəsi idi. O, 20 avqust 1833-cü ildə Ohayonun Nord-
Bend yaşayış  məntəqəsində dünyaya gəlmişdi. Klivlend 
kimi presviterian ruhunda tərbiyə almış, lakin sələfi ndən 


134
Amerika prezidentləri
fərqli olaraq prezident olarkən belə dini qaydalara ciddi 
əməl etmişdir. Uşaqlıq illəri atasına babasından miras qal-
mış 600 akr torpaq sahəsinə malik fermada keçib. Böyük və 
əməksevər fermer ailəsinin həyatı, aristokrat əcdadlarından 
fərqli olaraq, heç də təmtəraqlı keçməmişdir. Buna baxma-
yaraq ailə başçısı Con Skottun gərgin işgüzarlığı sayəsində 
ailənin on iki uşağının hamısı xüsusi müəllimlər yanında 
təhsil alır. Kollecə daxil olmaq məqsədilə Bencamini 14 
yaşı olarkən xüsusi məktəbə qoyurlar. Maddi çətinliklər 
səbəbindən atasının onu məşhur Yel Universitetində oxut-
maq arzusu həyata keçmir.
Lakin Bencamin «Qərbin Yel Universiteti» hesab 
edilən Oksforddakı Mayami Universitetində  təhsil alır. 
Universitetdə təhsilini bitirdikdən sonra Sinsinattiyə köçə-
rək, atasının dostu Bellami Starerin köməyi ilə, hələ 21 yaşı 
tamam olmamış yerli vəkillər kollegiyasına üzv qəbul edi-
lir. Nüfuzlu vəkil Uilyam Uolles ona şərikli vəkillər konto-
ru açmağı təklif edir. Tezliklə böyük hörmət qazanan yeni 
kontorun müştəriləri arasında istər iri şirkətlər, istərsə  də 
sıravi şəxslər yer tutur. Böyük qonorarlar almasına baxma-
yaraq Harrisonun tez-tez pula ehtiyacı olmuş və o, uşaqlıq 
dostu Albert Qallatindən borc götürmüşdür. Qeyd edək ki, 
Qallatin sonralar İndiana ştatının qubernatoru, Harrisonun 
prezidentliyi dövründə isə ABŞ-ın İtaliyada səfi ri olmuşdur. 
1861-ci ildə Uollesdən ayrılan Harrison özünün vəkillər 
kontorunu açır. Kontor tezliklə İndianapolisin aparıcı kon-
toruna çevrilir.
Dövrün bir çox dövlət xadimləri kimi Vətəndaş Müha-
ribəsi onun da karyerasına önəmli təsir göstərib. 1862-ci 
ilin iyul ayında leytenant rütbəsində hərbi xidmətə başlayır 
və ona yeni formalaşdırılan alaylardan biri üçün könüllülər 
toplamaq tapşırılır. Müharibədə iki illik iştirakı ərzində bir 
neçə  dəfə  ağır döyüşlərdə  iştirak edir və briqada generalı 
rütbəsinədək yüksəlir.


135
Amerika prezidentləri
Müharibədən sonra vəkillik praktikası ilə məşğul olur 
və  İndiana Ali Məhkəməsinə üzv seçilir. Onun hərbdə 
qazandığı  uğurlar, seçkili orqanlarda təmsil olunmasına 
əlverişli  şərait yaradırdı. Respublikaçılar onu İndiana qu-
bernatoru seçkilərinə namizəd göstərmək istəsələr də, bu 
təklifdən imtina edir. Lakin 1881-ci il Konqresə keçirilən 
seçkilərdə  iştirak etməyə razılıq verir və senata seçilir. 
Siyasi fəaliyyətə bir o qədər həvəs göstərməməsi növbəti 
seçkilərdə məğlub olması ilə nəticələnir.
Bu uğursuzluğa baxmayaraq, nüfuzlu siyasi xadimlərin
maliyyəçilərin daxil olduğu yaxın ətrafı onu gələcəkdə pre-
zident görmək istəyirdi. Heç bir siyasi qalmaqalda adı hal-
lanmayan, saf əxlaqa malik Harrison 1888-ci il prezident 
seçkilərində respublikaçıların namizədi olur.
İkinci müddətə prezident seçilmək istəyən demokrat 
Klivlendlə yanaşı «Spirtli içkilərə qadağa» adlandırılan par-
tiyadan Klinton Fisk və Əmək partiyasını təmsil edən Ek-
son Striter də seçkilərə qatılır. Seçkilərdə mübarizə əsasən 
Harrison və Klivlend arasında getmişdir. 
Harrison Klivlenddən 0,7 % az səs toplasa da, seçimcilər 
kollegiyasında ona qalib gələrək (233:168) prezident olur.
Zəngin siyasi təcrübəyə malik olmayan yeni prezident 
bu uğurunu Allahın işi hesab edir. Onun məqsədyönlü 
siyasət yeridə bilməməsi ölkənin siyasi-iqtisadi həyatında 
önəmli inkişaf üçün stimul yaratmamışdır. Harrison qarşı-
ya çıxan siyasi problemləri həll edə bilmir və özünü yal-
nız ölkənin ali məmuru kimi göstərir. Prezidentliyinin ilk 
18 ayı müddətində 1700-ədək məmuru yenisi ilə əvəzləyir. 
Təyinatların heç də hamısı uğurlu olmur və narazılıqla qar-
şılanır. 30 yaşlı Nyu-Yorklu Teodor Ruzveltin Federal Ko-
missiyada dövlət qulluğuna götürülməsini məqbul hesab 
etmək olar. Gələcəkdə prezident seçilmiş Ruzvelt siyasi-
inzibati karyerasının əsasını məhz bu təyinatla qoymuşdur. 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə