Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə31/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   27   28   29   30   31   32   33   34   ...   57

122
Amerika prezidentləri
məşğul olmuş, xüsusilə neftli torpaqların alqı-satqısından 
böyük qazanc əldə etmişdir.
1877-ci ildən Ohayo ştatını senatda təmsil edir. Üç il 
sonra isə respublikaçıların milli konventində iştirak edərək 
növbəti prezident seçkilərinə Con Şermanın namizədliyini 
dəstəkləyir. Lakin namizəd məsələsində partiyada yekdillik 
yox idi. Fraksiyalararası barışdırıcı variant kimi Qarfi ldin 
namizədliyi irəli sürülür. Bu namizədlik prezident Heys 
tərəfi ndən də müdafi ə olunurdu.
Qarfi ld özünün başlıca vəzifəsini partiyanın mono-
litliyinin bərpa edilməsində görürdü. Məhz bu məqsədlə 
partiya daxilində böyük nüfuza malik Çester Artur vitse-
prezidentliyə namizəd göstərilir. Digər tərəfdən seçki 
kompaniyasının uğurlu alınması üçün, Qarfi ld bir çox 
xoş  məramlı  səfərlər edir. Bununla o, xüsusilə partiyanın 
qüdrətli Nyu-York qanadının dəstəyini qazanmaq məqsədi 
güdürdü.
1880-ci ilin noyabrında keçirilən seçkilərdə C.Qarfi ld 
48,5 % səs toplayaraq prezident seçilir. O, demokratların 
namizədi Uinfi ld Skotdan yalnız 0,4 % çox səs alsa da, 
seçimçilər kollegiyasında daha böyük üstünlük əldə edir 
(214: 155) .
Qarfi ld kabineti qurarkən partiyadaxili qruplaşmala-
rın fövqündə durmuşdur. Dövlət katibi vəzifəsinə parti-
yanın Nyu-York qanadından olan nüfuzlu senator Rosko 
Konklinqin deyil Ceyms Bleynin təyin edilməsi birincinin 
prezidentə qarşı çıxmasına səbəb oldu. Konklinq və Nyu-
Yorkdan olan digər senator Tomas Platt prezidentin kadr 
siyasətinə etiraz olaraq konqresdəki yerlərindən imtina 
etdilər. Qarfi ldin himayədarlıq sistemi üzərindəki qələbəsi, 
prezidentin müstəqil mövqeyini möhkəmlətmiş, prezident-
lik institutunun nüfuzunu artırmış oldu.


123
Amerika prezidentləri
Qarfi ld bir çox sahələrdə, o cümlədən poçt xidməti, 
maliyyə, hərbi sahədə islahatlar keçirmək niyyətində idi. 
Lakin bu təşəbbüslərin heç birini axıradək reallaşdırmaq 
ona nəsib olmadı. 2 iyul 1881-ci ildə prezidentə sui-qəsd 
oldu. Dövlət katibi və iki oğlu ilə Vaşinqton-Pensilvaniya 
vağzalında olarkən, Qarfi ld Çarlz Gitonun açdığı atəşdən 
ağır yaralanır. Gito öz hərəkətini belə izah etmişdi: «Mən 
partiyanın sadiq üzvüyəm və indi Artur prezidentdir». 1881-
ci il sentyabrın 19-da prezident aldığı yaralardan vəfat etdi.
Öldürülməyəcəyi halda Qarfi ldin prezidentliyi necə 
olacağını demək çətindir. Buna baxmayaraq, vaxtilə Lin-
kolnun şəxsi katibi olmuş Con Hey, onu son əlli ildə seçil-
miş prezidentlərin ən bacarıqlısı hesab etmişdir.


124
Amerika prezidentləri
ÇESTER ARTUR
(CHESTER A. ARTHUR)
 (1881-1885)
Qarfi ld vəfat etdiyi günün səhəri vitse-prezident Çester 
Artur prezident səlahiyyətlərinin icrasına başladı. O, ABŞ 
tarixində  uğursuz prezidentlərdən hesab edilir. Dəbdəbəli 
həyata meylli olan, bir çox inzibati vəzifələrdə çalış-
mış Ç.Arturun heç vaxt prezidentlik iddiası olmamışdır. 


125
Amerika prezidentləri
Müasirlərindən birinin «Çester Artur ABŞ prezidentidir, 
İlahi özün kömək ol!» – deməsi heç də təsadüfi  deyil.
Çester Artur 5 oktyabr 1830-cu ildə Vermont ştatının 
Fearfi ld  şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. 
Atası Uilyam Allen Artur İrlandiyada anadan olmuş, gənc 
yaşlarından Amerikaya köçmüşdü. İbtidai təhsilini Yunion-
Villicdəki xüsusi məktəbdə alan gələcək prezident, sonra 
Yunion-kollecə daxil olur. Kolleci əla qiymətlərlə başa vu-
raraq Kahouzdakı xüsusi məktəbdə əvvəl müəllim, sonra isə 
direktor işləyir. Boş vaxtlarında hüquq elmlərini müstəqil 
öyrənərək, Nyu-York vəkillər kollegiyasına daxil olmağa 
hazırlaşır. Qısa müddətə Kanzasa köçsə  də yenidən Nyu-
Yorka qayıdır. 1859-cu ildə varlı gəmi kapitanının qızı Elen 
Luis Herndonla ailə həyatı qurur.
Respublikaçılar partiyası yaradıldığı ilk günlərdən par-
tiyanın üzvü olur. Bu onun uğurlu siyasi karyerasının baş-
lanğıcı idi. 
Partiyanın Nyu-York şöbəsinin sədri Turlou Uid və qu-
bernator Edvin Morqanla isti münasibəti 1861-ci ildə onun 
Nyu-York  ştatının general-kvartirmeyestri təyin olunması 
ilə nəticələnir. Növbəti il qubernator seçkilərində Morqanın 
məğlub olması Arturun da vəzifəsindən getməsinə  səbəb 
olur. Öz fəaliyyətini partiyada davam etdirir və tezliklə 
Nyu-York  şöbəsində partiya icraiyyə komitəsinə üzv se-
çilir. Onun siyasi karyera etməsində partiyanın nüfuzlu 
funksionerlərindən olan Rosko Konklinqin əhəmiyyətli 
təsiri olmuşdur.
1871-ci ildə prezident Qrant onu Nyu-York gömrüyünə 
rəis təyin edir. İllik 840 milyon dollar gömrük rüsumları-
na nəzarət edən, 1000-ə yaxın iş yerinə malik idarə rəhbəri 
olmaq çoxlarının arzusu idi. Təəssüfl ə qeyd etməliyik ki, 
Ç.Artur vəzifəsindən sui-istifadə edərək bir çox qanunsuz-
luqlara yol verir. Gömrük rüsumlarının mənimsənilməsi, 
vəzifələrin satılması hesabına külli miqdarda gəlir əldə edir. 


126
Amerika prezidentləri
O, bu sərvətlərin hesabına özünə cah-cəlallı  həyatı  təmin 
etməklə yanaşı, ölkənin siyasi arenasında mövqeyini daha 
da möhkəmlədir.
Çox keçmir ki, Artur vəzifəsindən uzaqlaşdırılır. Dövlət 
xidməti sahəsindəki total rüşvətxorluq islahatlar keçiril-
məsini, mühüm vəzifələrə daha bacarıqlıların təyin olun-
masını  zəruri edirdi. Nyu-York gömrüyü ölkəni bürüyən 
korrupsiyaya biabırçı nümunə idi. Prezident Heys 1878-ci 
ildə Artur və gömrükdə çalışan digər məsul işçiləri tutduq-
ları vəzifədən azad edir. Lakin növbəti prezident seçkiləri 
göstərir ki, gömrük biabırçılığı Arturun siyasi imicinə o 
qədər də xələl gətirməyib. 1880-ci ildə keçirilən seçkilərdə 
respublikaçı Qarfi ld prezidentliyə o isə vitse-prezidentliyə 
namizəd göstərilir. Qarfi ldin seçkilərdə  qələbə qazanması 
ilə Artur yenidən federal hökumətə daxil olur. Qarfi ld sui-
qəsd nəticəsində aldığı yaralardan vəfat etdiyi günün səhəri 
o, prezident səlahiyyətlərinin icrasına başlayır.
Qarfi ldin  öldürülməsi ona olduqca pis təsir etmiş-
di. Bəlkə bu səbəbdən onda ciddi dəyişikliklər baş verir. 
Gözlənildiyinin  əksinə olaraq, Artur, çox da təmiz olma-
yan keçmişindən üz çevirərək, himayədarlıq siyasətindən 
əl çəkir. Yeni qurulan kabinetdə vəzifə bölgüsü apararkən, 
üstünlüyü kadrların partiyadakı nüfuzuna deyil, onların ba-
carıq və qabiliyyətinə verir. Yeni korrupsiya mənbələrinin 
yaranmasına rəvac verəcək dövlət vəzifələrinin təsis edil-
məsini özündə ehtiva edən federal qanunlara veto qoyması 
bəzi partiya bosslarının ondan narazı qalmasına səbəb olur. 
Federal administrasiyada aşkarlanan digər korrupsiya hal-
ları, Arturu 1883-cü ildə dövlət xidmətinin yenidən təşkili 
haqqında qərar layihəsini dəstəkləməyə vadar edir. Bu qərar 
layihəsinə əsasən dövləti vəzifələrə təyinatlar himayədarlıq 
prinsipinə deyil, layihədə  əksini tapmış prosedura uyğun 
aparılmalı idi.


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə