Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə34/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   30   31   32   33   34   35   36   37   ...   57

136
Amerika prezidentləri
Prezidentin Konqreslə  səmərəli  əməkdaşlığı alınmır. 
Əlavə təklifl ərlə Konqresə göndərdiyi illik müraciətlərinin 
heç biri qəbul edilmir. Qanunverici orqanla qarşıdurma ar-
zulamayan Harrison veto hüququndan istifadə etmir.
Təntənəli mərasimləri xoşlamayan prezident xanımı 
Karolin Skott uşaqları və nəvələri ilə Ağ Evdə təm-təraqsız 
həyat sürmüşdür.
Harrison administrasiyasının xarici siyasi kursu da ol-
duqca uğursuz olmuşdur. Dövlət katibi Ceyms Bleynin 
qənaətbəxş olmayan fəaliyyəti Avropa dövlətləri, həmçinin 
Kanada ilə  bəzi konfl iktlərin yaranmasına rəvac verir. 
1891-ci ilin oktyabr ayında isə Çili ilə münasibətlərdə 
ciddi böhran yaranır. ABŞ-ın Çilinin daxili işlərinə qarış-
ması iki matrosun öldürülməsi ilə  nəticələnir. Vaşinqton 
hökumətinin etirazına və dəyən zərərin ödənilməsi tələbinə 
Çili xarici işlər naziri təhqiredici cavab verir. Müharibəyə 
səbəb ola biləcək böhran yalnız Çili hökumətinin güzəştə 
getməsi ilə aradan qaldırılır. Hadisələr Bleyn və Harriso-
nun xarici siyasi kursunun naqisliyini göstərməklə yanaşı, 
ABŞ-ın aparıcı dövlətə çevrildiyini təsdiq edirdi.
Harrisonun himayədarlıq siyasətindən imtina etməsi, 
partiyaya rəhbərlik arzusunda olmaması partiyadaxili parça-
lanmaları gücləndirir. Onun 1892-ci il seçkilərinə namizəd 
göstərilməsini isə sadəcə respublikaçıların daha layiqli 
namizədi olmaması ilə izah etmək olar. 
Seçkilərdən iki həftə  əvvəl xanımının vərəm xəstə li-
yindən vəfat etməsi Harrisonu tam ruhdan salır və o, seçkiyə 
maraq göstərmir. Nəticədə demokrat Klivlendə məğlub olur. 
O, sonralar siyasi fəaliyyətini davam etdirmiş, İngiltərə və 
Venesuela arasında yaranmış sərhəd münaqişəsini həll edən 
arbitraj komissiyasının üzvü olmuşdur.
Harrison 13 mart 1901-ci ildə sətəlcəmdən vəfat etmiş-
dir. 


137
Amerika prezidentləri
UİLYAM MAK-KİNLİ
(WILLIAM McKINLEY)
 (1897-1901)
Birləşmiş Ştatların XIX əsrdə sonuncu prezidenti olmuş 
Uilyam Mak-Kinlinin yeritdiyi daxili siyasi kursun zəif ol-
masına baxmayaraq, apardığı xarici siyasət ABŞ tarixində 
yeni səhifə açmışdır. Xüsusilə  İspaniyaya qarşı aparılan 
müharibə və bir neçə ispan müstəmləkəsinin ilhaq edilməsi 


138
Amerika prezidentləri
ölkənin dünyanın böyük hegemon dövlətlərindən birinə 
çevrilməsinin əsasını qoymuşdur.
Uilyam Mak-Kinli 29 yanvar 1843-cü ildə Ohayonun 
Nayls şəhərində anadan olmuşdur. Şotland əsilli irlandiyalı 
olan atası Uilyam Mak-Kinli çuqun istehsalı  və satışı ilə 
məşğul olurdu. Gələcək prezident ilk təhsilini Polanddakı 
xüsusi məktəbdə alır, 1860-cı ildə isə Midvill şəhərindəki 
Allegan kollecinə daxil olur. Vətəndaş Müharibəsi başla-
dıqda polkovnik Razerford Heysin başçılıq etdiyi könüllülər 
ordusuna yazılır. Müharibənin sonunadək döyüşlərdə  işti-
rak edərək mayor rütbəsinədək yüksəlir.
Müharibədən sonra Olbani (Nyu-York ştatı) Hüquq 
məktəbində oxuyaraq vəkillik fəaliyyətinə başlayır. Müdafi ə 
etdiyi müştərilərinin maddi vəziyyəti ilə maraqlanmaya-
raq öz peşəsinə prinsipial yanaşması onu qısa müddətdə 
məşhurlaşdırır. 1871-ci ildə Ohayo bankirlərindən birinin 
qızı İda Pakstonla ailə həyatı qurur. Nikah uğurlu olsa da, 
tezliklə xanım Mak-Kinli ağır xəstələnir və  nəticədə  əlil 
olur. 
Müharibədən on il sonra uğurlu vəkillik fəaliyyəti Mak-
Kinlinin maddi vəziyyətini  əhəmiyyətli dərəcədə  dəyişir. 
Qazandığı pulları daşınmaz  əmlaka və Ohayonun sənaye 
müəssisələrinə yatıraraq şəxsi kapitalını ikiqat artırır. Çox 
keçmir ki, vəkillik praktikasına son qoyaraq siyasətlə 
məşğul olmağa qərar verir və respublikaçılar partiyasına 
üzv yazılır. Nüfuzlu vəkil, vətəndaş müharibəsinin vetera-
nı, sağlam dünyagörüşünə malik mühafi zəkar biznesmen 
Mak-Kinli uğurlu siyasi karyera edəcəyinə ümid bəsləyə 
bilərdi. Doğrudan da o, 1876-cı ildə Konqresə seçilir və 
qısa müddətli fasiləni nəzərə almasaq 1891-ci ilədək orada 
fəaliyyət göstərir. Bu ərəfədə o, perspektivli konqresmen 
kimi varlı və böyük hörmət sahibi olan biznesmen M.Hannın 
diqqətini özünə  cəlb edir. M.Hann Mak-Kinlinin karyera 
etməsinə əhəmiyyətli dərəcədə köməklik göstərmişdir. 


139
Amerika prezidentləri
1892-ci ildə Ohayonun qubernatoru seçilən Mak-
Kinli, 1895-ci ilə qədər bu vəzifədə çalışır. Qeyd edək ki, 
siyasətlə intensiv məşğul olması, dövləti vəzifələrdə yer al-
ması, şəxsi biznesində geriləmə ilə müşayiət olunmuşdur. 
Müfl is olduqdan sonra yığılan borclarını  bəzi sənayeçilər 
öz üzərlərinə götürərək, Mak-Kinlinin onların marağı 
çərçivəsində fəaliyyət göstərəcəyinə ümid bəsləyirdilər.
1896-cı il prezident seçkilərində Mak-Kinli respubli-
kaçıların namizədi oldu. Partiya funksionerləri onun istər 
sənayeçilər, istərsə  də  kənd təsərrüfatı  işçiləri arasındakı 
nüfuzuna güvənirdilər.
Seçkiönü kampaniyanın meneceri kimi çıxış edən 
Hann ölkə iqtisadiyyatında söz sahibi olan bir neçə  şəxsi 
öz  ətrafında toplaya bilir. ABŞ-ın məşhur bankirlərindən 
olan Morqan və sənayeçi Rokfeller təkcə reklam nəşrlərinə 
yarım milyon dollar xərcləmişlər. Mak-Kinli haqqnıda fi lm 
çəkilmiş ilk namizəd idi. Nəticədə U.Mak-Kinli 51,1 % səs 
toplayaraq demokrat partiyasının namizədi Uilyam Braya-
na qalib gəlir. Seçimçilər kollegiyasında onun üstünlüyü 
daha böyük olur: 271:176.
Prezidentliyinin ilk günlərindən ictimaiyyətlə əlaqələrini 
düzgün qurması, xüsusilə  mətbuata olan münasibəti onu 
populyar liderə çevirmişdir. Lakin seçkiönü çıxışlarında 
verdiyi vədləri tam şəkildə gerçəkləşdirə bilməmişdir. Ən 
əsası, iqtisadi sahədə aparılması zəruri olan islahatları tam 
həyata keçirməmiş, inhisarçılığa qarşı loyal mövqe tutmuş-
dur. Buna səbəb onun hələ prezident seçilməmişdən əvvəl 
ölkənin iqtisadi bossları ilə sıx əlaqələrinin olmasıdır.
90-cı illərdə Avropa dövlətlərinin Asiya və Afrika-
da müstəmləkəçilik siyasətinin güclənməsi ABŞ-ın xarici 
siyasi kursunda əsaslı  dəyişikliklər edilməsini gündəmə 
gətirdi. Bu yöndə atılan ilk addım Konqresin hərbi-dəniz 
nəzəriyyəçisi Alfred Mehemin əsərləri  əsasında müasir 
hərbi-dəniz donanmasının yaradılması barədə qərarı oldu.


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə