Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə32/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   28   29   30   31   32   33   34   35   ...   57

127
Amerika prezidentləri
İslahat tərəfdarı olmasına baxmayaraq Arturun pre-
zidentlik fəaliyyəti bir o qədər də  məhsuldar olmamışdır. 
O, gün ərzində iki saat olmaqla həftədə beş dəfə administ-
rativ işlərlə  məşğul olur. Digər tərəfdən Artur bəzi  əski 
vərdişlərindən  əl çəkməmiş, təmtəraqlı  həyat tərzini da-
vam etdirmişdir. Belə ki, Ağ Evdə tez-tez ziyafətlər verir, 
qəbullar təşkil edirdi.
Bütün bunlarla yanaşı prezidentin şəxsi həyatı da uğur-
lu olmamışdır. O, 1880-ci ildə  həyat yoldaşını itirir. Bir 
oğlu hələ körpə ikən tələf olur, Prinston Universitetinin 
tələbəsi olan digər oğlu isə avara və perspektivsiz həyat 
keçirir. Artur bütün mehrini on yaşlı  qızına salır. Həddən 
artıq həssas olan Artur özünü çox vaxt tənha və məğlub hiss 
edirdi. Əhvalının dəyişkənliyi, onun prezidentliyinin başlı-
ca sirri olan ağır xəstəliyi ilə bilavasitə əlaqədardı. Yalnız 
ölümündən səkkiz il sonra onun, o vaxtlar müalicəsi qey-
ri-mümkün olan nefritdən (böyrək xəstəliyi)  əzab çəkdiyi 
ictimaiyyətə məlum olmuşdur.
Artur ikinci müddətə prezident seçilmək iddiasından 
rəsmən imtina etməsə  də, onun həqiqətən belə bir arzusu 
yox idi. 1884-cü il seçkilərində respublikaçılar qoca xarici 
işlər naziri Ceyms Bleyni namizəd göstərsələr də o, demok-
rat Klivlendə məğlub oldu. Artur ictimaiyyət arasında so-
nuncu dəfə, 21 fevral 1885-ci ildə Vaşinqtonun abidəsinin 
açılışında görünür. Nyu-Yorka qayıtdıqdan sonra siyasi 
fəaliyyət göstərmir. Ömrünün son günlərində əlyazmalarını 
yandırır.
Çester Artur 18 yanvar 1886-cı ildə, 56 yaşında  əzab 
çəkdiyi ağır xəstəlikdən vəfat etmişdir. 


128
Amerika prezidentləri
QROVER KLİVLEND 
(GROVER CLEVELAND)
(1885-1889) və (1893-1897)
Hazırda Ağ Evin sahibi Barak Obama sıra nömrəsi ilə 
44-cü prezident hesab edilir. Əslində isə o, ABŞ prezident 


129
Amerika prezidentləri
olmuş 43-cü şəxsdir. Birləşmiş Ştatların 22-ci prezidenti ol-
muş Qrover Klivlend ikinci müddətə seçilməsə də, növbəti 
seçkilərdə yenidən namizədliyini irəli sürərək qələbə qa-
zanır. Belə ki, Q.Klivlend 22-ci və 24-cü prezident sayılır. 
Onun prezidentliyi bir də onunla əlamətdardır ki, son 28 
ildə Ağ Evin sahibi respublikaçı deyil demokrat idi.
Qrover Klivlend 18 mart 1837-ci ildə Nyu-Cersi şta-
tının Kolduell şəhərində anadan olub. Ulu babası Mouzes 
Klivlend 1635-ci ildə İngiltərəni tərk edərək, Massaçusets 
ərazisində məskunlaşmışdı. Gələcək prezidentin atası var-
lı olmasa da mükəmməl dini təhsil almışdı. Balaca Qro-
ver ilk təhsilini Klinton (Nyu-York şt.)  şəhərindəki xüsu-
si məktəbdə alır. 15 yaşlı Qrover atasını itirdikdən sonra 
təhsilini davam etdirməklə yanaşı günəmuzd işləməyə 
məcbur olur. Əvvəlcə dükanda satıcı kimi, sonra isə Nyu-
York korlar cəmiyyətində çalışır. 1855-ci ildə Buffaloda-
kı vəkillər kontorunda şagird olur. 22 yaşı olarkən vəkillik 
praktikasına başlayaraq, tezliklə hörmətli və qazanclı vəkil 
kimi tanınır.
XIX əsrin ikinci yarısında ABŞ prezidenti olan şəxslərin 
əksəriyyəti vətəndaş müharibəsində iştiraki ilə karyera qu-
rub. Lakin, Klivlend maraqlı istisna təşkil edir. O, nəinki 
müharibədə  iştirak etməmiş, hətta  əvəzinə  hərbi xidmətə 
yollanan şəxsə 150 dollar ödəməklə ordudan yayınmışdır.
Təcrübəli vəkil olaraq cəmiyyətdə qazandığı nüfuz 
onun siyasi karyera etməsi üçün zəmin yaratdı. Demokrat 
partiyasına üzv yazılan Klivlend 1862-ci ildə partiya qurul-
tayının iştirakçısı olur. Onun antikorrupsiya xarakterli çı-
xışları siyasi dairələrdə rəğbətlə qarşılanır. «Dövləti vəzifə 
– dövləti cavabdehlikdir» şüarı onun gələcək siyasi karye-
rasının leytmotivinə çevrilir.
Klivlendin yüksək qazanclı  vəkillik praktikasından 
müvəqqəti uzaqlaşaraq müxtəlif inzibati vəzifələrdə ça-
lışması onun siyasi ambisiyalarından xəbər verirdi. Lakin 


130
Amerika prezidentləri
1868-ci ildə Buffalo dairə rəhbərliyinə seçkilərdə uğursuz-
luğu onu yenidən vəkillik fəaliyyətinə qayıtmağa məcbur 
etdi. İki şəriki ilə birgə açdığı vəkillər kontoru varlı kom-
mersant və  iş adamları ilə yanaşı «Standart oyl», «Mer-
çants  ənd Treyders», «Lixay-Velli reylroud» kimi nəhəng 
korporasiyaların hüquqlarını qoruyurdu. «Nyu-York sent-
ral» dəmiryol  şirkətinin  əlverişli və yüksək məvacibli 
təklifi ndən imtina edən Klivlend 1870-ci ildə Eri qrafl ığı-
nın polis rəisi vəzifəsini tutur. Bu vəzifə az gəlirli olmasına 
baxmayaraq ona böyük siyasi kapital gətirir. On il sonra isə 
Buffalo şəhərinin meri seçilir.
Dövlət idarəetmə orqanlarında korrupsiya və rüşvət-
xorluq hallarının barışmaz tənqidçisi, islahatlar tərəfdarı 
olması onun 1882-ci il Nyu-York qubernatoru seçkilərində 
demokratların namizədi olmasına şərait yaratdı. Quberna-
tor vəzifəsinə seçilən Klivlendin prinsiplərinə sadiq qalma-
sı, ona ümummilli etimad qazandırdı. Nyu-Yorkla yanaşı 
digər regional partiya qurumları ilə isti münasibətləri isə 
1884-cü il prezident seçkilərinə namizədliyini təmin etdi.
Seçkiönü kampaniya Klivlend üçün olduqca çətin keçir. 
Bu ABŞ tarixinə ən qalmaqallı və çirkin mübarizə üsulları 
ilə yadda qalan seçki kimi düşüb. Belə ki, əks düşərgələr 
bir-birlərinin seçki proqramlarını  tənqid etməklə yanaşı, 
ictimaiyyətə namizədlərin xarakterik xüsusiyyətləri,  şəxsi 
həyatları haqqinda çeşidli kompromatlar da ötürürdülər. 
Rəqibləri respublikaçı namizəd Ceyms Bleyni korrupsiyaçı 
partiya funksioneri kimi tənqid atəşinə tuturdularsa, respubli-
kaçilar Klivlendi daha ağır ittihamlarla məişət pozğunluğun-
da,  əxlaqsızlıqda suçlayırdılar.  Şübhəsiz ki, 47 yaşlı subay 
Klivlend haqqında səsləndirilən ittihamların heç də hamısı 
əsassız deyildi. Lakin Klivlend bəzi «cavanlıq səhvlərini» 
səmimi etiraf etməklə reputasiyasını qoruya bildi.
Seçkilərdə  rəqibinə çox kiçik, yalnız 0,2% səs çox-
luğu ilə qalib gəlsə  də, Klivlend seçimçilər kollegiyasın-


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə