Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə28/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   24   25   26   27   28   29   30   31   ...   57

108
Amerika prezidentləri
gözlənilmədən prezidentin lehinə  səs verməsi Consonu 
vəzifədən kənarlaşdırılma biabırçılığından qurtardı. (Pre-
zidentin senatda impiçment qaydasında mühakiməsi üçün 
edilən təklif 2/3 səs çoxluğu almalıdır).
Baş verənlərdən sonra Conson rekonstruksiya 
məsələsində Konqreslə qarşıdurmaya getmədi. Lakin o, tut-
duğu siyasi kursun doğruluğuna, Konstitusiya çərçivəsində 
olmasına qəti şəkildə inanırdı.
Conson xarici siyasətdə, xarici işlər naziri Uilyam Syuar-
dın məqsədyönlü və düşünülmüş fəaliyyəti nəticəsində bəzi 
uğurlar qazanmışdır. O, diplomatik təzyiq vasitələrindən 
istifadə edərək fransız qoşunlarının Meksikadan çıxarılma-
sına nail olmuş, bununla Meksika xalqının müstəqilliyini 
bərpa etməsinə kömək göstərmişdir. Syuardın hazırladı-
ğı plana görə Karib hövzəsindəki bəzi adaların satın alın-
ması Senatda dəstəklənməsə də, Birləşmiş Ştatlar 1868-ci 
ildə Rusiyaya 7,2 milyon dollar ödəməklə strateji cəhətdən 
əhəmiyyətli və zəngin xammal ehtiyatına malik Alyaskanı 
özünə birləşdirir.
Cənubda böyük hörmətə malik olmasına baxmayaraq 
təkrar seçkilərdə Consonun namizədliyi irəli sürülmədi. 
Vəzifədən getdikdən sonra da şöhrətpərəst eks-prezident 
aktiv siyasətdən kənarda qalmır. Qrinvillə qayıdan kimi 
yenidən fəaliyyətə başlayaraq seçkili orqanlarda təmsil 
olunmağa cəhd göstərir. Bir neçə  məğlubiyyətdən sonra 
1874-cü ildə Tennessi senatına seçilir. Növbəti il isə vaxtilə 
onu vəzifədən uzaqlaşdırmaq istəyən Nümayəndələr Pa-
latasına daxil olur. Lakin buradakı fəaliyyəti uzun çəkmir. 
E.Conson 1875-ci il 31 iyulda beyninə qan sızması 
nəticəsində vəfat edir. 


109
Amerika prezidentləri
UİLLİS S.QRANT 
(ULYSSES S. GRANT)
(1869-1877)
Ölkənin bütövlüyü uğrunda aparılan Vətəndaş Müha-
ribə sində misilsiz xidmətlərinə baxmayaraq U.S.Qrant 


110
Amerika prezidentləri
ABŞ tarixində zəif prezidentlərdən hesab edilir. Onu əsasən 
prezident kimi xüsusi fəaliyyət proqramına malik olma-
maqda, yalnız Konqresin qərarlarını icra etməkdə günah-
landırırlar. Consonun prezidentliyi dövründə Prezidentlik 
İnstitutunun nüfuzdan düşməsi, qarşıya çıxan mürəkkəb 
problemlərin həll edilməsi üçün icraedici orqanların möv-
qeyinin möhkəmləndirilməsini və Konqresdə müxtəlif 
qruplaşmalara rəhbərliyin ələ alınmasını tələb edirdi. Qrant 
bu problemlərin öhdəsindən gələ bilməmişdir.
Uillis Simpson Qrant 1822-ci il aprelin 27-də Ohayo 
ştatının Poynt-Plezənt şəhərində anadan olmuş və Hayram 
Uillis adlandırılmışdı. Dəri fabrikinin sahibi və kommersant 
olan atası Cess Qrant övladlarının təhsilinə xüsusi diqqət 
yetirir. Hayram Uillis bir neçə xüsusi məktəbdə təhsil aldıq-
dan sonra atası onun hərbçi olmasını istəyir. Hərb sənətinə 
xüsusi marağı olmasa da Uillis atasının istəyinə tabe olur. 
Atasının dostu konqresmen Tomas Heymerin zəmanəti ilə 
Qrant Amerika ordusuna kadrlar hazırlayan elitar məktəbə
Nyu-Yorkdakı Uest-Poynt hərbi akademiyasına qəbul edilir. 
Qeydiyyatdan keçərkən anasının qızlıq familiyası  səhvən 
onun ikinci adı kimi yazılır. Qrant bu səhvi düzəltmək 
istəməmiş  və bundan sonra özünü Uillis Simpson Qrant 
kimi adlandırmışdır.
1843-cü ildə zabitlik şəhadətnaməsi alaraq ABŞ ordusu-
nun 4-cü piyada alayında xidmətə başlayır. Meksikaya qar-
şı müharibəni ədalətsiz saysa da müharibədə iştirak edir və 
kapitan rütbəsi alır. Bu ərəfədə gənc zabitin spirtli içkilərə 
daim onun üçün problemlər yaratmış meyli güclənir.
1848-ci ildə Qrant Sent-Luisli hərbçi qızı Culiya Dentlə 
ailə qurur. Onun xidmət etdiyi alay tez-tez yerini dəyişir və 
o, maddi çətinliklər ucbatından ailəsindən ayrı yaşamağa 
məcbur olur. Tək yaşaması onun içkiyə olan meylini daha da 
artırır. Nəticədə hərbi rəhbərliyin bir neçə xəbərdarlığından 
sonra istefa verərək ailəsinin yanına dönür və Sent-Luisdə 


111
Amerika prezidentləri
xanımına məxsus kiçik fermada yaşamağa başlayır. 1860-cı 
ildə İllinoysa köçərək atasına məxsus dükanda satıcı işləyir.
Həyat yoldaşı Culiyanın qul sahibi olmasına baxmaya-
raq Vətəndaş Müharibəsi başladıqda Şimallılar ordusunda 
xidmət etməyi qərara alır. 1861-ci ildə Sprinqfi ld (İllinoys 
şt.) könüllülər batalyonuna komandir təyin edilir. Maraq-
lı bir faktı qeyd edək ki, Qrant maddi çətinliklər üzündən 
hərbi rütbəsinə uyğun geyim və at ala bilmir. Nə atası, nə 
də qayınatası ona lazım olan məbləği borc vermirlər. Yalnız 
yerli biznesmenlərdən biri bu işdə ona köməklik göstərir.
Müharibədə qazandığı uğurlara görə ona briqada gene-
ralı rütbəsi verilir. Onun rəhbərliyi altında İttifaq qoşunları 
Kentukkini tutduqdan sonra Linkoln Qranta general-mayor 
rütbəsi verir. Bu uğurlara baxmayaraq yenə də çoxlu spirtli 
içki qəbul etməkdə davam edir. Onun alkoqolik olub-olma-
ması indi də mübahisəli olaraq qalır. Hər halda, döyüşlərdə 
qazandığı qələbələrə baxmayaraq, hərbi rəhbərlik onun or-
dudan azad edilməsini tələb edir.
1862-ci ildə İttifaq tərəfdarlarının vəziyyəti qənaətbəxş 
olmadığı üçün Linkoln Qrant kimi bacarıqlı generalla vi-
dalaşmağa risk etmir. 1863-cü ildə Viksberq yaxınlığındakı 
böyük qələbədən sonra prezident Qrantı Missuri dairəsinin 
Ali Baş Komandanı  təyin edir. O, hərbi  əməliyyatların 
keçirilməsində öz məntiqi dəqiqliyi, inadkarlığı ilə digər 
generallardan üstün idi. Qrantın ordusu yüksək hərbi əxlaq 
nümayiş etdirirdi. 1864-cü ildə Konqres ona general-ley-
tenant rütbəsi verir, bir az sonra isə prezident fərmanı ilə 
Qrant İttifaq qoşunlarının Ali Baş Komandanı təyin edilir. 
Bu təyinat müharibədən sonra da qüvvədə qalmışdır. 1866-
cı ildə Konqres ona ordu generalı rütbəsi verir.
Müharibə ona həyatda öz yerini göstərdi və böyük 
şöhrət gətirdi. Onun xalq arasında populyarlığı respublika-
çı siyasətçilərin diqqətindən yayınmadı. Prezident Conso-
nun yeritdiyi daxili siyasi kursla razılaşmaması Qrantı eyni 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə