Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə40/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   36   37   38   39   40   41   42   43   ...   57

161
Amerika prezidentləri
təcili olaraq Vaşinqtona çatdırılır. 2 oktyabr 1919-cu ildə 
beyninə qan sızır və sol tərəfi   ifl ic olur. Tədricən səhhəti 
normallaşsa da həkimlərə onu tam sağaltmaq müyəssər ol-
mur.
19 mart 1920-ci ildə Senat Versal Sülh Müqaviləsini 
təsdiq etməmək haqqında qəti qərar verir. Bununla ABŞ 
müqavilənin və Millətlər Liqasının qarantı olmaqdan bo-
yun qaçırır.
Senatın qərarını  şəxsi faciəsi hesab edən Vilson si-
yasi karyerasının belə acı sonluqla bitməsilə barışmaq 
istəməmişdir. Növbəti seçkilərdə demokratların qələbəsinə 
ümid bəsləmiş və seçkiləri udacaqları halda Millətlər Liqası 
Xartiyasının qəbul edilməsi üçün referendum keçirilməsini 
mümkün saymışdı. Lakin 1920-ci il seçkilərində demokrat-
lar ağır məğlubiyyətə uğradılar.
Hadisələrdən məyus olan Vilson tənhalığa çəkilir, ic-
timai-siyasi həyatda iştirak etmir. Bu onsuz da xəstə eks-
prezidentin səhhətinin tam korlanması ilə nəticələnir və o, 
3 fevral 1924-cü ildə vəfat edir. 


162
Amerika prezidentləri
UORREN HARDİNQ 
(WARREN G. HARDING)
(1921-1923)
Ohayodakı Bluminq-Qrouv qəsəbəsinin sakini Fibi 
Elizabet Hardinq ən azı bir arzusuna görə Amerikanın bü-
tün analarına oxşayırdı. Öz oğlunu xoş günlərin birində 


163
Amerika prezidentləri
Birləşmiş  Ştatların prezidenti görmək onun müqəddəs ar-
zusu idi. Yaşıdlarından heç bir üstünlüyü ilə fərqlənməyən 
balaca Uorrenin gələcəkdə prezident olması «Ameri-
ka  əfsanəsinin» yalnız  əfsanə olmadığını sübut edir-
di. Bu «əfsanə»yə görə sosial mənsubiyyətindən, maddi 
vəziyyətindən, təhsil aldığı məktəbin nüfuzundan asılı ol-
mayaraq hər bir Amerika vətəndaşı prezidentlik iddiasında 
ola və bu arzusunu gerçəkləşdirə bilər.
Uorren Hamaliel Hardinq 2 noyabr 1865-ci ildə Ohayo şta-
tının Bluminq-Qrouv qəsəbəsində dünyaya gəlmişdir. Ame-
rikada yaşayan ilk Hardinq 1623-cü ildə İngiltərədən gələrək 
Massaçusets  ərazisindəki Breyntri şəhərində  məskunlaşmış 
Ricard Hardinq olmuşdur. Bəzi şayiələrə görə Hardinqlərin 
zənci qarışığı var idi. Gələcək prezidentin atası Corc Har-
dinq fermer və homeopat-həkim idi. Zəhmətkeş, işgüzar, na-
muslu insan olan C.Hardinq ailəsini çətinliklə dolandırırdı. 
Qəsəbənin bütün uşaqları kimi Uorren də təsərrüfat işlərində 
valideynlərinə kömək etməyə məcbur idi. O yerli məktəbdə 
ilk təhsilini aldıqdan sonra, on yaşında ikən «Kaledonian Ar-
kus» qəzetinin mətbəəsində  şagird kimi əmək fəaliyyətinə 
başlayır. Eyni zamanda İberiya-kollecdə təhsilini davam et-
dirir və 1882-ci ildə oranı bitirir. Aldığı təhsilin ona heç bir 
praktik bacarıq verməməsi ucbatından qısa müddətə bir neçə 
sənət dəyişməli olur. 
18 yaşında ikən Marion şəhərinə köçür və yerli «Dey-
li Star» qəzetində redaktor, sonra isə «Mirror» qəzetində 
reportyor kimi çalışır. Tezliklə iki şəriki ilə birgə «Star» 
qəzetinin aksiyalarını alır. Adi əyalət qəzeti olan «Star» 
Hardinqin rəhbərliyi altında tirajını iki dəfə artırır və 
sahiblərinə gəlir verməyə başlayır. 
1891-ci ildə 25 yaşlı Uorren varlı iş adamı Amos Klin-
qin qızı Florenslə ailə qurur. Xanım Hardinq ərinin işinə 
yardımçı olur və qəzetin satışını öz üzərinə götürür. 


164
Amerika prezidentləri
XIX  əsrin sonlarında Marion şəhəri sürətlə inkişaf 
edərək ştatın böyük şəhərlərindən birinə çevrilir. Bununla 
yanaşı şəhərin ən populyar qəzeti olan «Star» da öz tirajını 
artıraraq böyük qazanc gətirir. Tədricən  ştatın nüfuzlu və 
varlı adamlarından biri olan Hardinq gəlirlərini digər isteh-
sal sahələrinə yatıraraq kapitalını daha da artırır.
Onun, xüsusən qadınlara böyük təsir göstərən gözə-
gəlimli xarici görünüşü, var-dövləti, işgüzar  əlaqələri və 
şəxsi keyfi yyətləri siyasi arenaya çıxışını asanlaşdırır. Hələ 
22 yaşı olarkən Respublikaçılar partiyasının Ohayo bölməsi 
qurultayına nümayəndə seçilir. Beş il sonra isə Marion gənc 
respublikaçılar təşkilatının rəhbəri olur və öz qəzetini onla-
rın ruporuna çevirir. 1903-cü ildə Ohayo ştatının vitse-qu-
bernatoru olur.
1910-cu ildə qubernator seçilmək cəhdi baş tutmasa da, 
məğlubiyyət Hardinqi ruhdan salmır, dörd il sonra ştatın 
senatda iki təmsilçisindən biri seçilir. Onun senator kimi 
fəaliyyəti qənaətbəxş olmasa da, bu gözəgəlimli və ideoloji 
cəhətdən etibarlı senator 1920-ci il prezident seçkilərinə par-
tiyanın namizədi oldu. Qeyd edək ki, onun bu qələbəsində 
yaraşıqlı xarici görkəmi az rol oynamamışdır. Təsadüfi  de-
yil ki, onunla tanış olan Ohayolu partiya funksionerlərindən 
biri «O yaraşıqlı prezident ola bilərdi» söyləmişdi.
Hardinqin namizəd olmasının digər və  bəlkə  də baş-
lıca səbəbi, namizədlik uğrunda gərgin mübarizə aparan 
iki partiya lideri Leonard Vud və Frenk Loudenin onun 
şəxsində ortaq məxrəcə  gəlmələri olmuşdur. Onun seçki 
platformasının əsasını vergilərin azaldılması, immiqrasiya-
nın məhdudlaşdırılması, qadın  əməyinin kişilərlə  bərabər 
dəyərləndirilməsi təşkil edirdi.
1920-ci il noyabrın 2-də keçirilən seçkilərdə Hardinq 
parlaq qələbə çaldı. O, 60,4 %, demokratların namizədi 
Ceyms Koks isə 34,2 % səs topladı. 


165
Amerika prezidentləri
Yeni qurulan kabinetdə  təcrübəli və bacarıqlı siyasi 
xadimlər təmsil olunurdu. Onlardan Çarlz Hyuz (dövlət ka-
tibi), gələcəkdə prezident olmuş H.Huver (ticarət), Uolles 
(kənd təsərrüfatı), Mellon (maliyyə) və başqalarını uğurlu 
təyinat hesab etmək olar. Prezident köhnə siyasi dostlarını 
da yaddan çıxartmadı. Doerti və Foll uyğun olaraq Ədliyyə 
və Daxili İşlər naziri təyin edildilər.
Haqqnıda dolaşan bəzi şayiələrə baxmayaraq Hardinq 
işgüzar prezident olmuşdur. Büdcə  vəsaitlərinin qənaətlə 
istifadəsinə cavabdeh olan büdcə  şurasının təsis edilməsi 
yeni qurulan kabinetin ilk tədbirlərindən oldu. Vilsonun iq-
tisadi tənzimlənmə siyasəti tezliklə aradan qaldırıldı. Qəbul 
olunmuş vergi qanunlarına əsasən vergilər azaldıldı, göm-
rük qanunları ilə  kənd təsərrüfatı  və  sənaye məhsullarına 
qoyulan rüsumlar isə artırıldı. Kənd təsərrüfatına kömək 
məqsədilə fermerlərə iki milyard dollar həcmində kredit ay-
rılması, federal avtomobil yollarının çəkilməsi hökumətin 
qənaətbəxş fəaliyyətindən xəbər verirdi.
Hardinq administrasiyasının xarici siyasətdə atdığı ilk 
addım keçmiş hərbi rəqibləri ilə münasibətləri tənzimləmək 
oldu. Bu məqsədlə 1921-ci il avqust ayında Almaniya ilə 
sülh müqaviləsi imzalandı. Noyabrda isə Vaşinqtonda Uzaq 
Şərqdə  vəziyyətin nizamlanması  və donanmada silahlan-
manın məhdudlaşdırılması  məqsədilə doqquz hegemon 
dövlətin iştirak etdiyi konfrans keçirildi. Konfransda ümu-
mi razılıqla Çinin suverenliyi və ərazi bütövlüyü birmənalı 
olaraq təsdiqləndi.
1923-cü ilin ilk aylarında Prezident administrasiyası-
nın bəzi əməkdaşlarının adı böyük qalmaqallarda hallandı-
rıldı. Hardinqin özü qalmaqallı korrupsiyalarda bilavasitə 
iştirak etməsə belə, məsuliyyət daşıyırdı. Çünki əsas 
«qəh rə manlar»  sırasında onunla yaxın olması ilə seçilən 
şəxslər də vardı. Huverin məsləhət görməsinə baxmayaraq, 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə