Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə39/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   35   36   37   38   39   40   41   42   ...   57

158
Amerika prezidentləri
Vilsonun rektor olması ondan elmi-pedaqoji bacarıqla 
yanaşı inzibatçılıq qabiliyyəti də  tələb edirdi. Bu sahədə 
üzləşdiyi bəzi problemlər sonda onun universitet kollekti-
vi ilə münasibətlərinin korlanmasına səbəb olur. Nəticədə 
səkkiz il müddətində rektor olan Vilson 1910-cu il 20 okt-
yabrda istefa verir. 
Məğlubiyyət onu çox da məyus etmir. Çünki buna qədər 
o, Nyu-Cersi qubernatoru seçkilərinə Demokrat partiyası-
nın namizədi seçilmişdi. Bu seçkilər onun həyatında yeni 
səhifə açmış oldu.
İki illik qubernatorluq fəaliyyəti onun siyasi görüşlərində 
əsaslı dəyişikliklər yaratdı. Dövrün tələblərilə ayaqlaşmaq 
zərurəti onun mühafi zəkar baxışlardan imtina edərək proq-
ressiv düşərgəyə keçməsinə səbəb oldu. Hər iki partiyada 
getdikcə daha çox tərəfdar toplayan reformist cərəyan siyasi 
praktikanın demokratikləşməsini, ətraf mühitin qorunması 
və azad bazarın inkişafına mane olan kartel və inhisarların 
yaranmasının qarşısını alacaq iqtisadi islahatların aparılma-
sını tələb edirdi. Qubernator kimi bu istiqamətdə gördüyü 
işlər onu bütün ölkədə tanıtdı. Nəticədə 1912-ci il prezident 
seçkilərində Demokratların namizədi oldu. Respublikaçıla-
rın parçalanması isə qələbə qazanmasını asanlaşdırdı.
Prezidentliyinin ilk ilində «Yeni Azadlıq» şüarı altında 
islahatlar keçirilməsini özündə ehtiva edən qanunlar pake-
tinin Konqresdə ratifi kasiya edilməsinə nail oldu. Gömrük 
tarifl ərində bank işi və maliyyə sahəsində əsaslı islahatlar 
keçirildi, federal ticarət komissiyasının təsis edilməsilə 
sənaye konsernləri üzərində dövlət nəzarəti gücləndirildi. 
Bu isə öz növbəsində azad rəqabət mühitinin yaranmasına 
xidmət etdi. 
Bu  ərəfədə Avropada başlayan müharibə Vilsondan 
qətiyyətli addımlar atmağı tələb edirdi. Avropada baş ver-
miş bütün müharibələr kimi, yeni başlanmış bu müharibədə 
də ABŞ-ın bitərəf qalması zəruri idi. İngiltərə, xüsusilə Şot-


159
Amerika prezidentləri
landiya ilə mənəvi bağlılığının olmasına baxmayaraq Vilson 
ABŞ-ın bitərəfl iyini təmin etməyə çalışırdı. Lakin 1915-ci 
ildən Alman İmperiyası ilə münasibətlər gərginləşir. Buna 
səbəb isə almanların sualtı qayıqlar vasitəsilə apardığı elan 
olunmamış amansız müharibə idi.
7 may 1915-ci ildə göyərtəsində 124 Amerika vətəndaşının 
olduğu Britaniya sərnişin gəmisi «Luzitaniya»nın batırıl-
ması hadisələrin kulminasiya nöqtəsi oldu. Buna etirazını 
bildirən Vilson Almaniya hökumətindən sualtı müharibənin 
dayandırılmasını, dənizdə kreyser müharibəsi çərçivəsində 
– neytral gəmilərə toxunmamaqla müharibə aparılmasını 
tələb etdi. 18 aprel 1916-cı ildə Fransaya məxsus «Sussex» 
gəmisi məhv edildikdə isə ABŞ öz mövqeyini uyğun ulti-
matumla bildirdi. Lakin Avropa dövlətlərinin gözlədiyinin 
əksinə olaraq Alman-Amerika münaqişəsi yüksələn xətlə 
inkişaf etmədi. Buna səbəb Almaniyanın 1916-cı ilin apre-
lində sualtı müharibəni dayandırdığını bəyan etməsi oldu.
Buna baxmayaraq Vilson ABŞ-ın bitərəfl iyinin nə qədər 
dayanıqsız olduğunu başa düşürdü. Səlahiyyətli nüma-
yəndəsi Edvard Hauzun vasitəçiliyi ilə döyüşən tərəfl ər 
arasında barışdırıcılıq missiyasını üzərinə götürdüyünü 
bildirsə  də  təşəbbüsü dəstəklənmir. 1916-cı il prezident 
seçkilərini də məhz ABŞ-ı müharibədən kənarda saxlamaq 
şüarı altında keçirir.
31 yanvar 1917-ci ildə Almaniyanın yenidən sualtı 
mü ha ribəyə başladığını elan etməsi münasibətləri gərgin-
ləşdirdi. 18 aprel 1916-cı il ultimatumundan sonra ABŞ-ın, 
eyni zamanda özünün nüfuzunu qorumağa məcbur olan Vil-
son Almaniya ilə diplomatik əlaqələri kəsdi. Bir neçə Ameri-
ka gəmisi batırıldıqdan sonra 6 aprel 1917-ci ildə Konqresin 
razılığı ilə Almaniyaya müharibə elan edildi.
Vilsonu müharibənin müqəddəratı ilə yanaşı, müha-
ribədən sonrakı dünyanın siyasi düzəni də narahat edirdi. 
Bu məqsədlə o, 8 yanvar 1918-ci ildə özünün məşhur «14 


160
Amerika prezidentləri
maddə» tələbini irəli sürür. Lakin hər  şeydən  əvvəl alman 
hərb maşınını məğlub etmək lazım idi. Bunun üçün Vilson 
Amerikanın bütün iqtisadi gücünü səfərbər etdi. Bu işdə 
amerikalıların böyük əksəriyyəti onu müdafi ə edirdi. Avro-
paya  əsgərlə yanaşı maddi və  mənəvi kömək göstərilirdi. 
Fransada Qərb cəbhəsinin açılması  həlledici rol oynadı  və 
Almaniya 3 oktyabr 1918-ci ildə Vilsonun təklif etdiyi «14 
maddə» əsasında Sülh danışıqlarına başlamağa razılığını bil-
dirdi. Bu Vilsonun ümumdünya şöhrətinin zirvə nöqtəsi idi. 
Ölkənin gələcək taleyini düşünən Vilson eyni zamanda 
digər Avropa ölkələri ilə də müqavilələr imzalamağı zəruri 
hesab edirdi. 1919-cu il yanvar-may aylarında Parisdə 
qaliblərin sülh konfransı keçirildi. Burada Vilsonun əsas 
məqsədi Millətlər Liqasının yaradılması idi. Uzun sürən 
danışıqlar bəhrəsini verdi və 1919-cu il 28 iyunda Versal 
Sülh Müqaviləsi imzalandı.
İndi Vilsonun qarşısında duran növbəti problem, Versal 
Sülh Müqaviləsinin senatda 2/3 səs çoxluğu ilə ratifi kasi-
yasi idi. İlk müzakirələrdən müqavilə təpki ilə qarşılandı. 
Bunun bəzi səbəbləri vardı. Hər şeydən əvvəl 1918-ci ildə 
Konqresə keçirilən seçkilərdə respublikaçılar yerlərin ço-
xuna sahib olmuşdular. Digər tərəfdən Müqavilənin  əsas 
maddələrindən biri Millətlər Liqasının yaradılmasını, bu da 
öz növbəsində Avropada başlaya biləcək hər hansı növbəti 
müharibəyə ABŞ-ın avtomatik cəlb olunmasını tələb edirdi. 
Vilsona müxalif qüvvələr əksər amerikalıların arzusuna uy-
ğun olaraq ABŞ-ı müharibələrdən kənarda saxlamaq, nor-
mal dinc həyata qayıtmaq çağırışları səsləndirirdilər.
Konqreslə dil tapa bilməyən Vilson məqsədini bilavasitə 
xalqa çatdırmaq arzusu ilə ölkəyə  səfərə  çıxır.  Şimal və 
Qərb bölgələrində  təbliğat işi apararaq Sülh Müqaviləsi 
təsdiqlənməsə yaxın gələcəkdə daha dəhşətli müharibə ilə 
üzləşmək təhlükəsinin real olduğunu bildirir. Koloradodakı 
çıxışlarından biri ərəfəsində səhhəti qəfi ldən pisləşir və o, 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə