Print indd



Yüklə 2,66 Kb.
Pdf görüntüsü
səhifə45/57
tarix14.12.2017
ölçüsü2,66 Kb.
#15673
1   ...   41   42   43   44   45   46   47   48   ...   57

182
Amerika prezidentləri
Hitler və «Üçüncü reyx» Avropada qüvvələr tarazlı-
ğına, bütün dünyada sülhə  və azad dünya iqtisadiyyatına 
açıq-aşkar təhlükə yaradırdı.
Təcavüzkarların Avropa və Asiyada hər növbəti qələbəsi 
Amerika iqtisadiyyatına üz verə biləcək fəlakəti yaxınlaş-
dırırdı. Digər tərəfdən ABŞ və Avropadakı müttəfi qlərinin 
Dünya okeanına nəzarəti itirmələri «Ox» dövlətlərinin Qərb 
yarımkürəsinə birbaşa hücumunu təmin edə bilərdi.
Ruzvelt hələ 1941-ci ilə qədər də müharibəni yeni dün-
yanın qurulması uğrunda təcavüzkar və sülhsevər millətlər, 
liberal demokratiya və barbarlıq, vətəndaş  və cinayətkar, 
xeyir və şər arasında mübarizə kimi şərh edirdi. Lakin yu-
xarıda qeyd etdiyimiz səbəblərdən artıq Avropada başlan-
mış müharibəyə tərəddüdlə yanaşılırdı. Lakin Pörl-Harbör 
faciəsi bu tərəddüdlərə son qoydu. 
Müharibədə  iştirakla yanaşı, Ruzvelti 1943-cü ildən 
daha bir problem – müharibədən sonra düşmən dövlətlərlə 
qurulacaq münasibətlər də narahat edirdi. Bu problemin 
həlli yönündə atdığı hər addım haqda xalqa hesabat verməli 
idi. İctimai rəy, Konqresə seçkilər və nəhayət 1944-cü ildə 
keçiriləcək prezident seçkiləri bunu zəruri edirdi.
Tarixin  ən fəlakətli müharibəsində ABŞ-ın iştirakı-
nı  təmin etmək və onu bu müharibədən qalib çıxartmaq, 
ölkəyə  rəhbərlik edən  şəxsdən böyük iradə  və güc tələb 
edirdi. 1945-ci ilin ilk aylarından Ruzveltin səhhəti korlanır. 
Bu ərəfədə artıq Avropada münasibətlər aydınlaşmağa doğ-
ru gedirdi. Həkimlərin məsləhəti ilə o, Uorm-Sprinqsdəki 
malikanəsində dincəlməyə gedir. Elə burada da 12 aprel 
1945-ci ildə beyninə qan sızması  nəticəsində  vəfat edir. 
Bədbəxt hadisə  rəssam Elizabet Şuvalova onun portretini 
çəkərkən baş verib. 
Statistik baxımdan Ruzveltin bütün prezidentlərdən 
fərqi, onun ardıcıl olaraq dörd dəfə prezident seçilməsidir. 


183
Amerika prezidentləri
Amerika xalqı dövrün tələblərinə uyğun olaraq ona əsası 
Corc Vaşinqton tərəfi ndən qoyulmuş  ənənəni pozmağı 
güzəştə getsə də, tezliklə Konstitusiyaya edilmiş düzəlişlə, 
bir  şəxsin iki dəfədən artıq prezident seçilməsini rəsmən 
yasaqlayır.
30-cu illərin ortalarında F.D.Ruzveltin bioqrafi yasını 
yazmaq istəyən Emil Lüdviq prezidentlə söhbətində ona 
belə deyir: «Bu iş mənim üçün təzə və olduqca çətindir. Na-
poleon, Bismark, Höte və Bolivarın bioqrafi yasını yazmaq 
mənə daha asan idi. Sizi dəyərləndirmək çox çətindir – Siz 
yaşayırsınız». Bu sözlərdən mütəəssir olan Ruzvelt belə ca-
vab verir: «...O halda təklif edərdim ki, yüz il gözləyəsiniz».
Haqqında kitablar, monoqrafi yalar yazılması üçün yüz 
il gözləmək lazım gəlmədi. Bu gün nəinki Birləşmiş Ştat-
larda, dünyanın  əksər ölkələrinin kitabxanalarında onun 
haqqında yazılmış kitablar onlarladır. Zaman keçdikcə 
Franklin D.Ruzveltin şəxsiyyətinə olan maraq daha da ar-
tır. Dünyada mürəkkəb qlobal proseslərin getdiyi, yeni güc 
mərkəzlərinin formalaşdığı bir dövrdə məhz belə xadimlərin 
yeri görünür.


184
Amerika prezidentləri
HARRİ S.TRUMEN
(HARRY TRUMAN)
(1945-1953)
Fəaliyyəti qənaətbəxş hesab edilməyən prezidentlərdən 
biri də Harri Trumendir. 1951-ci il sorğularında onun 
fəaliyyətini amerikalıların yalnız 23 %-i dəstəkləmişlər. Bu 
məşhur Uoterqeyt qalmaqalı ərəfəsində reytinqi 24 % olan 
Niksondan da aşağı göstəricidir.


185
Amerika prezidentləri
Harri Trumen 8 may 1884-cü ildə Missuri ştatının La-
mar şəhərində anadan olub. Sonralar yazdığı memuarların-
da Con Tayler nəsli ilə qohumluqları olduğunu göstərirdi. 
Fermer olan atası Con Trumen 1890-cı ildə  İndependens 
şəhərinə köçür. 
Harri ilk ibtidai təhsilini burada alsa da kollecdə oxumaq 
arzusu baş tutmur. Taxıl birjasında uğursuz əməliyyatlardan 
müfl is olan atası Kanzas-Sitiyə köçür. Müstəqil həyata 
qədəm qoyan Harri müxtəlif vaxtlarda dəmiryol növbətçisi, 
tikintidə podratçı köməkçisi, bank xidmətçisi kimi peşələrdə 
işləyir. 1906-07-ci illərdə  nənəsindən onlara miras qalan 
fermada atası və qardaşı ilə birgə çalışır. 1914-cü ildə atası 
vəfat edir və Trumen təsərrüfata rəhbərliyi ələ alaraq qısa 
zamanda uğur qazanır.
1917-ci ildə Birləşmiş  Ştatlar Birinci Dünya müha-
ribəsinə qatılır. Trumen on iki il əvvəl üzv yazıldığı Milli 
Qvardiyanın tərkibində cəbhəyə yollanır. General Perşinqin 
komandanlığı altında Fransada aparılan döyüşlərdə iştirak 
edərək kapitan rütbəsi alır. 1919-cu ildə ordudan tərxis ola-
raq Elizabet Fermanla ailə qurur. Xanım Trumen ictimai 
həyatda fəal iştirak etməsə də gələcək prezidentin ən yaxın 
məsləhətçilərindən olmuşdur.
1921-ci ildə dostları Trumenə dairə məhkəməsi sədrliyi 
seçkilərinə namizəd olmağı təklif edirlər. Əvvəl razılaşma-
sa da maddi problemləri səbəbindən növbəti il bu təklifi  
qəbul edir. İşləməklə yanaşı Kanzas-Siti hüquq məktəbinə 
gedərək təhsilini artırır. 1924-cü ildə, təkrar seçkilərdə 
məğlub olan Trumen ilyarım  ərzində Kanzas-Siti avto-
mobil klubunda işləyir. Malik olduğu kapitalı dağ-mədən 
müəssisəsinə yatırsa da uğursuzluğa düçar olur. Özəl düka-
nını açması isə ona nə az, nə çox 30 min dollar ziyan vurur.
1926-cı ildə demokrat partiyasının yerli funksioner-
lərindən Penderqastın himayədarlığı ilə dairə məhkəməsinin 
sədri seçilir və səkkiz il bu vəzifədə çalışır. Bu dövrdə Tru-


186
Amerika prezidentləri
menin partiya bossları ilə sıx əməkdaşlığının əsası qoyulur. 
Bu əməkdaşlıq 1934-cü ildə Konqresə keçirilən seçkilərdə 
onun senata seçilməsilə nəticələndi.
Federal siyasətdə ilk çıxışı olmasına baxmayaraq, dairə 
məhkəməsinin sədri kimi topladığı təcrübə köməyinə gəldi. 
Prezident Ruzveltlə ilk görüş onu «Yeni xətt»in qızğın 
tərəfdarı kimi tanıtdı. Bu da, öz növbəsində, onun Konqre-
sin komitələrindən birinə sədr seçilməsinə kömək etdi. Vir-
ciniyalı senator Bert Uilerlə birgə dəmiryol menecerlərinin 
maxinasiyalarının qarşısını almaq məqsədilə  nəqliyyat 
haqqında qanun layihəsini hazırlaması ona işgüzar senator 
imici qazandırdı. 1940-cı ildə yenidən senator seçildikdən 
sonra, federal hökumətin silahlanma proqramını  tədqiq 
edən fövqəladə komitəyə rəhbərlik ona tapşırıldı. Trumenin 
buradaki fəaliyyəti Yaponiyanın Pörl-Harbörə hücumun-
dan sonra böyük əhəmiyyət daşımağa başlamış və onu ölkə 
səviyyəsində tanıtmış oldu.
1944-cü il seçkilərində demokrat partiyasının funksio-
ner ləri onu vitse-prezidentliyə namizəd göstərirlər. Bunun 
əsas səbəbi demokratların, senata heç bir təsiri olmayan vit-
se-prezident Henri Uollesin yenidən bu vəzifəyə seçilməsini 
istəməmələri idi. Trumenin vitse-prezident seçilməsi sensa-
siya doğurmadı.
Prezident Ruzveltin vəfatından sonra, 1945-ci il aprelin 
12-də Trumen prezident səlahiyyətlərinin icrasına başladı.
Trumen ilk olaraq Ruzvelt administrasiyasının layihə-
lən dirdiyi siyasi və iqtisadi planları gerçəkləşdirdi: BMT, 
Ümumdünya Bankı, Beynəlxalq Valyuta Fondu yaradıldı.
Onun hakimiyyəti dövründə baş vermiş  ən yaddaqa-
lan hadisə dünyada ilk dəfə olaraq atom silahından istifadə 
edilməsidir. 6 avqust 1945-ci ildə ABŞ  qırıcı  təyyarəsi 
Yaponiyanın Xirosima adasına ilk atom bombası atır. 
Hələ iyulun 24-də Trumen Stalini yeni silah haqqında 
məlumatlandırmışdı. O, hesab edirdi ki, bununla müharibə 


Yüklə 2,66 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə