190
Calaqaltı kimi onlar Amerika tənəklərini və onların hibridlərini, calaqüstü kimi
yalnız Fransa sortlarını tanımışlar. Əlbəttə bu nəzəriyyə üzümçülükdə calaq işini
məhdudlaşdırır və onun mahiyyətini azaldır. Bu nəzəriyyə dünya üzümçülüyündə
calaq işini səciyyələndirə bilməz.
Hazırda imkanlı üzümçülər calaq əkin materialını xaricdən gətirir,
üzümlüklərin calaq ting üzərində becərilməsi ehtiyacı gündəmdədir.
Uzun vaxt keçməz ki, calaq ting becərilməsi respublikamızda yenidən
başlanacaq. Bu baxımdan calaq ting becərilməsinin nəzəri və praktiki tərəflərini
izah etməyi vacib sayırıq.
Calağın praktiki işində birillik zoğlardan daha çox istifadə edilir.Bu baxımdan
birillik hissələrə daha diqqətli olmaq gərəkdir. Birillik hissələrin yüksək dərəcədə
yetişməsi işin bir tərəfidir. Onların calaqaltına və kompleks mühit şəraitinə
qarşılıqlı münasibəti əsaslı surətdə öyrənilməlidir.
Calağın məqsəd və vəzifələrini aşağıdakı kimi sistemləşdirmək lazımdır:
1. Filloksera və şaxtaya davamlı calaqaltılar alınması
2. Pis keyfiyyətli üzüm sortlarının yaxşı keyfiyyətli sortlarla başdan-başa əvəz
olunması
3. Sort qarışığı olan sahədə ayrı-ayrı kolların, xüsusilə aşağı keyfiyyətli
sortların başqası ilə əvəz olunması
4. Çox qiymətli sortların sürətlə çoxaldılması
5. Kifayət qədər güclü kök sisteminə malik, lakin yerüstü hissəsi hər hansı
səbəbdən zədələnən və yaxud qocalan kolların cavanlaşdırılması
6. Məhsuldarlığın artırılması məqsədilə zəif gücə malik sortların güclü
sortlara calanması
7. Vegetativ hibridləşmə və mentor yolu ilə , eləcə də əvvəlcədən vegetativ
yaxınlaşdırma yolu ilə sortların alınması
8. Çətin kök atan növ və sortların çoxaldılması
9. Toxumdan çıxan bitkilərin ( toxmacarın ) məhsula salınmasının sürətlən
dirilməsi
10. Kolun istənilən yerində qol və zoğ alınması.
Üzümçülükdə calağın 150-ə qədər növü məlumdur. Həmişə calağın yeni
növləri və növ müxtəlifliyi yaradılır. Bəzən yaddan çıxmış və istifadə olunmayan
calaq növləri müəyyən vaxt ərzində yeni calaq kimi tövsiyə edilir.
Üzümçülükdə calağın əsasən aşağıdakı növləri tətbiq edilir: yaxınlaşdırma
calağı (ablaktirovka), sadə qələm calağı (kopilirovka), yarma calağı, yarım yarma
calağı, çiyinli calaq, pəncəli calaq, pontuaz calağı, yandan calaq, paz calağı,
daban calağı, mayor calağı (rumın calağı), Fermo calağı, Fori calağı, Doti calağı,
Kadil calağı. Son vaxtlar daha çox istifadə edilən calaqlar stolüstü calaqlardır:
yaxşılaşdı
191
rılmış dil calağı (bunun əlavə iki adı vardır: 1) ingilis calağı, 2) stolüstü
calaq). Bunlardan başqa üzümçülükdə göz calağı və yaşıl calaqlar da mövcuddur.
Bu calaqlardan istifadə miqyasına görə yaxşılaşdırılmış dil calağı birinci yeri,
lövhəli calaq ikinci yeri, yaşıl calaq üçüncü yeri tutur.
Calağın anatomiyası və fiziologiyası. Təcrübədə calaq işində yaxşı
regenerasiya qabiliyyəti olduğuna görə birillik zoğlardan daha geniş miqyasda
istifadə olunur. Birillik zoğlar da tənəyin başqa orqanlaroı kimi asimmetrik
quruluşa malikdir. Zoğun bir-birinə oxşamayan müxtəlif tərəflərdən qarın tərəfi
daha çox inkişaf etdiyindən (ətli-şirəli olduğundan) kallyus qatı əvvəlcə orada
əmələ gəlir və daha çox inkişaflı olur. Buradan inkişafa başlayan kallyus qatı düz
səthi, sonralar başqa tərəfləri əhatə edir. Calanmış hissələrin kallyus əmələ
gətirmə enerjisi nəinki zoğun asimmetrikliyindən, eləcə də zoğun yetişmə
dərəcəsindən asılıdır. Kallyüsun əmələ gəlmə şərtlərindən biri də zoğda yaranın
olmasıdır. Ona görə də bəzən kallyusu yara toxumaları adlandırırlar. Lakin tənək
toxumalarının hamısı yara qıcıqlanmalarına eyni dərəcədə həssas deyildir.
Kambii təbəqəsinin hüceyrələri yara qıcıqlanmasına tez reaksiya verdiyinə görə
kallyusun əmələ gəlməsində birinci növbədə bunlar iştirak edir.
Kallyusun əmələ gəlməsində təzə yaranın olmasından başqa xarici mühit
amillərindən normal temperatur, nəmlik və havanın oksigeni də lazımdır. Belə
şərait yaradıldıqda hər iki komponentin bir-birinə toxunub-toxunmamasından
asılı olmayaraq təzə yara səthində kallyus əmələ gəlir. Kallyusun əmələ gəlmə
vaxtı, yeri və sürəti yuxarıda göstərilməyən bir sıra daxili şəraitdən də asılıdır.
Calanan komponentlərin birləşdiyi yerdə əmələ gəlmiş qaynaq qatında qonur
hissə görünür, bu aralıq qatıdır. Aralıq qatının qalınlığı ölü hüceyrələrin
çoxluğundan asılıdır. Əgər calaq küt bıçaqla aparılarsa və zoğda çəpinə kəsik
alınmırsa, onda zədələnmiş hüceyrələrin çoxluğundan aralıq qatı qalın olur.
Calaqaltı və calaqüstündə kambii təbəqələri birləşdikdən sonra qaynaq
yerində aralıq oduncaq əmələ gəlir. Aralıq oduncağın əmələ gəlməsi ilə demək
olar ki, calaqda qaynaq başa çatmışdır.
Aralıq oduncaqda floyema və ksilema öz quruluşlarına görə calaqaltı və
calaqüstünün floyema və ksilemasından fərqli olur, belə ki, onlar incə və əyri
olur. Ona görə də calaqla artırılan bitkinin ömrü nisbətən az olur.
Məlumdur ki, calaq tənəyin qaynaq yerində, hətta calaqaltı və calaqüstündə
tam qaynaq əmələ gəldikdə belə toxumaların anatomik quruluşunda müəyyən
fərqlər vardır və bunlar aşağıdakılardır:
1.Parenxim toxumalarının və qabıq elementlərinin güclü və əvvəlki boruların
zəif inkişaf etməsi,
2.Oduncaqda traxeyaların traxeidə nisbətən çoxluğu,
3.Su borularının diametrinin kiçik və əyri olması