Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə107/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   102   103   104   105   106   107   108   109   110

göstəricisidir. Çalışıb kamil insan zirvəsinə yüksəlmək gərəkdir, əks
təqdirdə el demiş – “dad yarımçıq əlindən” səviyyəsində qalarsan...
3. İSLAMDA HARAM BUYURULAN
3. İSLAMDA HARAM BUYURULAN
MADDƏLƏR VƏ  QİDALAR
MADDƏLƏR VƏ  QİDALAR
İnsanın sağlam böyüməsi, təmiz və halal qidalarla qidalanması
onun həyat tərzində çox mühüm olan məsələlərdəndir. Burada
ailənin, ata-ananın, nənə-babanın qidalar, qəbul edilən maddə və
mayelərdən xəbərdar olması, onun halal, yaxud haram olması haq-
qında məlumatlı olması bütün ailə üzvləri, xüsusən də uşaqların can
sağlığı üçün çox vacibdir. Burada vacib məqamlardan biri də qəbul
edilən maddə, maye və qidaların təkcə halal-haramlığı deyil, daxilə
qəbul edilən hər bir ərzağın insan bədəninə xeyri və zərəri diqqət
mərkəzində saxlanılmasıdır.
Digər tərəfdən, sağlamlıq mövzusunda işarət edəcəyimiz ayə və
hədislər insanın tibb elminin əldə etdiyi sağlamlıq qaydalarına əməl
etməsini də əsas sayır.
Müqəddəs Kitabımız Qurani-Kərimdə buyurulur: “...Özünüzü
təhlükəyə atmayın...” (Bəqərə surəsi, 195). İslama görə insan Uca Al-
lahın haram buyurduğu qida maddələrindən və ümumiyyətlə, haram
buyurulan hər bir qidadan uzaq durmalıdır. Səbəbi isə İslamın haram
buyurduğu şeylərin hamısı nəticə etibarı ilə insan sağlamlığına,
ömrün uzun olmasına zərərlidir. Haram qidaların zərərləri bədənə ol-
duğu kimi, ruh, cəmiyyət və bütün insanlıq üçün də zərərlidir.
Söylənilən anlayışın əsası müqəddəs Kitabımız Qurani-Kərimin bu
ayəsindədir: “... Peyğəmbər (s) onlara yaxşı işlər buyurur, pis işləri
qadağan edər, təmiz şeyləri onlara halal, murdar şeyləri isə haram
edər...” (Əraf surəsi,  157). 
İslam dini halal və haram olan hər cür “nemətləri” qəti olaraq
bəyan etmişdir. Hz.Peyğəmbərimiz (s) belə buyurmuşdur: “Halal və
haram son dərəcə açıqdır. Bunlar arasında bir çox insanın bilmədiyi
335
Ziyadxan NƏBİBƏYLİ


mövzular vardır. Şübhəli olanlardan çəkinənlər din və namusunu qo-
rumuş olur. Şübhəli olanları işləyənlər isə sürüsünü meşə ətrafında
otladan bir çoban kimi harama girər...” (Buhari. “İman”, 39).
Yeyilməsi haram buyurulanlara Qurani-Kərim belə diqqət çəkir:
“Sizə  bunlar haram qılındı: leş, qan, donuz əti, Allahdan başqasının
adına kəsilmiş, boğulmuş, zərbə ilə öldürülmüş, yıxılıb ölmüş, başqa
heyvan tərəfindən öldürülmüş, vəhşi heyvan tərəfindən yeyilmiş, –
canı çıxmadan kəsdiyimiz müstəsnadır, - dikinə qoyulmuş daşlar
(bütlər) üçün kəsilmiş heyvanlar və fal oxları ilə qismət pay 
-
laşmanız...” (Maidə surəsi, 3).
Müasir zamanda insanların dünyanın müxtəlif torpaqlarına,
dövlətlərinə getmələri xüsusi çətinliklə başa gəlmir. Həm də, dünya-
nın ayrı-ayrı yerlərində müxtəlif dinlərə, xüsusən də xristian dininə
qulluq göstərən ölkələrə get-gəllər çoxdur. Azərbaycan vətəndaşları
da bu qəbildəndirlər. Bildiyimiz kimi, Azərbaycan 300 ilə yaxın bir
müddətdə rus xristianlığının əsarətində yaşamışdır. Ruslar
Azərbaycan türklərinə, onların torpaqlarına və qulluq etdikləri İslam
dininə qarşı çox qəddarlıqlar törətmişlər. Belə əməllərin təsiri altında
haram qidaların, maddələrin, məhlulların, xüsusilə də spirtli içkilərin
Azərbaycanda istifadə edilməsi baş vermişdir. İnsan adi vəziyyətdə
digər insanlarla təmasda olduqda – danışığında, hərəkətlərində, qar-
şılıqlı münasibətlərində bəzən lazım olmayan səhvlərə yol verir və
qarşı tərəfin könlünə toxunur. Spirtli içkilər qəbul edən insan isə öz
əziz canına ziyan vurmaqla yanaşı, ətrafındakı insanlarla davranışda
daha çox qəbahətə yol vermiş olur və təbii ki, cəmiyyət belə davranışı
xoşlamır. Bu və digər səbəblərdən insan özünü millətinin formalaş-
dırdığı ata-baba  qaydası və min illərin süzgəcindən keçərək
günümüzə qədər yaşamaq şərəfi qazanmış milli adət-ənənə ilə yaşa-
ması, ailəsinə, övladına, yaşadığı cəmiyyətə və ən nəhayət yaşadığı
dövlətə şərəfsizlik gətirən bu zərərli davranışlara yox deməsi
gərəkdir.
Hz.Peyğəmbərimiz (s) haram haqqında insanın yerinə yetirməsi
lazım olan hərəkəti belə təyin edir: ”İnsanların səndə görmələrindən
336
Əxlaqa aparan yol


xoşlanmadığın şeyi yalqız  başına qaldığın zaman da etmə!” (“250
Hadis”, s. 163. H. N-200).
Yəni, sən tək olduqda da İslamın buyurduğu haram yeməkləri
yemə, haram malları yanına buraxma, haram mayeləri qəbul etmə,
canına qəsd etmə. Sən təkcə özün üçün deyilsən. Sən ailənə, övlad-
larına, valideynlərinə, yaşadığın cəmiyyətə və dövlətə gərəklisən. İs-
lamın bu tələbi ən çox ailə başçılarına, kişilərinə aiddir. Kişi
sadalanan məxluqlara həmişə nümunə və örnək olmalıdır.
Bu qədər mənəvi dəyərlər söyləyən, insan sağlamlığını müdafiə
edən, uzun ömürlü olmağı insan cəmiyyətinə təlqin edən islami qay-
dalarla yaşamaq özü də fəxarətlidir.
İslamda qismət oyunları ilə yanaşı spirtli içkilərin istifadəsi də
qadağan edilmişdir. Səbəbi – insan sərxoş olduğu zaman özünün dav-
ranışlarını bilmir, sağlamlığını itirir, ailəsinə, cəmiyyətə xəstəlik
yayır, mənəviyyatını itirir, ailəsini zərərə salır, tərbiyəni pozur,
cinayət törədir və s. Bu iki mövzu haqqında Qurani-Kərim buyurur:
“Onlar səndən şərab və qumar haqqında soruşurlar. De ki: “İnsanlar
üçün hər ikisində də böyük günüh və bəzi faydalar vardır. Ancaq iki-
sinin də günahı faydasından daha böyükdür” (Bəqərə surəsi, 219).
Müqəddəs Kitabımız spirtin bəzi faydalarını inkar etmir, lakin
onu cəmiyyətə, şəxsin özünə, qanun verənə qarşı işlənən böyük bir
günah olaraq elan edir.
İslam ölkələri dövrlə, zamanla ayaqlaşan iqtisadi qanunlar qəbul
etmişdir. Lakin, bütün qanunların qəbulu Qurani-Kərimin və Hz.
Məhəmmədin öyrətdikləri bünövrəyə söykənir. 
337
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə