Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə104/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   100   101   102   103   104   105   106   107   ...   110

fəsad törətməyə, əkinləri və nəsli məhv etməyə səy göstərir. Lakin,
Allah fitnə-fəsadı sevmir. Ona: “Allahdan qorx!” – deyildiyi zaman
qüruru onu günaha sövq edir. Cəhənnəm ona kifayyətdir. O nə pis bir
yataqdır.” (Bəqərə surəsi, 204-206).
Fitnə-fəsad insanların və cəmiyyətlərin rahatlıgını pozub – pis
təşəbbüslərdə olmaqdır. Uca Allah fitnə mövzusunda belə buyurur:
“....Fitnə-fəsad adam öldürməkdən daha ağırdır....” (Bəqərə surəsi
191). “....Fitnə-fəsad cana qıymaqdan da böyük günahdır. Əgər, on-
ların gücü yetsəydi, sizi dininizdən döndərincəyə qədər sizinlə vuru-
şardılar. Sizlərdən kim dinindən dönər və kafir olaraq ölərsə, onun
əməlləri dünyada da axirətdə də boşa gedər. Onlar cəhənnəmlikdirlər
və orada əbədi qalıcıdırlar.” (Bəqərə surəsi, 217).
5. İSLAMDA TƏKƏBBÜR, NÜMAYİŞ 
5. İSLAMDA TƏKƏBBÜR, NÜMAYİŞ 
VƏ  HƏSƏDƏ MÜNASİBƏT
VƏ  HƏSƏDƏ MÜNASİBƏT
İstənilən cəmiyyətdə insanlar arasındakı əlaqələrə pis yöndə təsir
edən əxlaqi davranışlardan üçünə – təkəbbür, nümayiş və həsədə
nəzər salaq.
Uca Allah təkəbbür haqqında belə buyurur: “Təkəbbürlənərək in-
sanlardan üz çevirmə, Yer üzündə lovğalanaraq gəzib dolanma. Çünki
Allah öyünənlərin və lovğalananların heç birini sevməz.” (Loğman
surəsi, 18). “Şübhəsiz ki, Allah onların gizlətdiklərini də bilir, aşkar
etdiklərini də. Həqiqətən, O, təkəbbürlüləri sevmir.” (Nəhl surəsi,
23).
Təkəbbürün əxlaqi bir pislik olmasının və Uca Allahın təkəbbürlü
insanları sevməməsinin əsas səbəbi – insanın təkəbbürlü olması ona
verilmiş olan qabiliyyətləri və nemətləri yanlış dəyərləndirməsi,
ətrafındakı hadisə və olanları yalnış mənalandırması deməkdir.
Təkəbbürlü olmaq həm də insanın sahib olduğu dəyərlərin əsl sahi-
bini bilməməsi, özünü tanımaması deməkdir. Nəhayət, nəticə etibarı
ilə, təkəbbür inanan insanın inamına zidd düşən bir haldır, yəni gizli
325
Ziyadxan NƏBİBƏYLİ


çox Allahlılıqdır. İslamın inam qaydalarının əsasında Uca Allahın bir-
liyi və hər şeyin həqiqi sahibinin yalnız Allahın olması durur. Hər
şeyin sahibinin Allahın olması həm Onun hər şeyin Yaradıcısı oldu-
ğunu, həm də dünyadakı qayda-qanunun hamısının Allahın nəzarəti
altında olduğunu ifadə edir. Belə bir inam qaydasına sahib olan insa-
nın qürrələnməsi onun hər şeydən əvvəl inamında səmimi olmaması
anlamına gətirib çıxarır. 
Hz.Peyğəmbərin (s) bir hədisində Uca Allahın buyurduğu dilə
gətirilir: “İzzət və ululuq sifətləri mənim gözəl xasiyyətlərimdir. Kim
bu xüsusiyyətlərdə mənə ortaq olmağa çalışarsa, ona əzab verərəm.”
(Buhari, “Edebil-Mufred”, s.11, s.9, H. №-552).
Daha sonra təkəbbür haqqında Hz.Peyğəmbər (s) belə deyir:
“Qəlbində zərrə qədər iman olan adam atəşə girməz. Qəlbində zərrə
qədər təkəbbür olan da cənnətə girə bilməz.” (Müslim 1, “Kitabul-
İman”, Bab.39, H. №-148).
Hz.Peyğəmbər (s) bir gün qəlbində zərrə qədər təkəbbür olan
adamın cənnətə girə bilməyəcəyini bildirir. Ona görə “İnsan paltarının
və ayaqqabısının gözəl olmasını istəyər” deyən bir adama o, qüruru
belə tərif edər: “Uca Allah gözəldir və gözəlliyi sevər. Təkəbbür
Haqqı inkar etmək və insanları kiçik görməkdir.” (Müslim 1, “Kita-
bul-İman”, H. №-91).
Müqəddəs Kitabımız Qurani-Kərimdə təkəbbürlü bir insanın ha-
lına çox gözəl bir misal ilə diqqət çəkilir və son dərəcə mənalı bir
bənzətmə edilir: “Onlara bu iki adamı misal çək: Biz onlardan birinə
iki üzüm bağı vermiş, ikisinin də çevrəsini xurmalıqlarla əhatə etmiş
və aralarında əkinlər bitirmişdik. Hər iki bağ öz barını vermiş, heç
bir şeyi əskik buraxmamışdı. Biz onların arasından bir də çay axıt-
mışdıq. Bu adamın başqa bir gəliri də var idi. O, öz dostu ilə
danışarkən ona: “Mən mal-dövlətcə səndən zəngin, cəmiyyətcə
səndən güclüyəm”, – demişdi. O, özü-özünə zülm edə-edə bağına
girdi və dedi: “Zənn etmirəm ki, bu bir vaxt məhv ola. Zənn etmirəm
ki, qiyamət qopa. Əgər, mən öz Rəbbimə qaytarılacaq olsam, hər
halda bundan daha xeyirli bir aqibət taparam”.
326
Əxlaqa aparan yol


Onunla danışan dostu ona dedi: “Məgər səni torpaqdan, sonra
nifrətdən yaradıb, sonra da bir insan olaraq şəkilləndirəni inkarmı
edirsən? Lakin, O Allah mənim Rəbbimdir və mən Rəbbimə heç bir
şeyi şərik qoşmam. Sən öz bağına girdikdə: “Maşallah, qüdrət yalnız
Allahdandır”, desəydin olmazdımı? Əgər sən məni mal-dövlətcə və
övladca özündən kasıb görürsənsə, ola bilər ki, Rəbbim mənə sənin
bağından daha xeyirlisini verər, səninkinin üzərinə isə göydən bir
bəla göndərər və o sürüşkən bir təpə olar, yaxud bağının suyu dibə
çəkilər və sən onu bir daha axtarıb tapa bilməzsən”. Onun (bağının)
bütün məhsulları tələf edildi. Bağ sahibi çardaqları üzərinə çökmüş
olan bağ üçün xərclədiklərinə görə əllərini ovuşduraraq belə deyirdi:
“Kaş mən Rəbbimə heç bir şərik qoşmayaydım!”
Allahdan başqa ona yardım edəcək dəstəkçiləri olmadığı kimi,
o, öz-özünü qurtaracaq gücdə deyildi. Bax belə bir vəziyyətdə imdad
ancaq haqq olan Allahdandır. O, savabca da, aqibətcə də ən xeyirli-
sidir.” (Kəhv surəsi, 32-44).
Qurani-Kərimin Maun surəsində belə deyilir: “Vay halına o
namaz qılanların ki, onlar öz namazlarına etinasız yanaşırlar, ikiüz-
lülük edirlər və zəkat verməkdən imtina edirlər.” (Maun surəsi, 4-7).
Həsədə gəldikdə isə o, qısqanclıq halının bir adıdır. Qısqanclıq
isə hər hansı bir insanın özündə olmayan xüsusiyyətlərə sahib olan
başqa bir insana paxıllıq etməsi, onu çəkə bilməməsi deməkdir.
Allahın yaratdığı dünyada çox sayda gözəlliklər və xeyli digər
xüsusiyyətlər var. Bir insanın bunların hamısını özündə toplaması
mümkün olan bir iş deyildir. Özündə olmayan şeylərə sahib olanları
qısqanan bir insanın başqa hər cürə pisliyi edə biləcək bir xasiyyətə
sahib olması deməkdir.
İnsanın sahib olmadığı gözəlliklərə sahib olanları qısqanmasl
yerinə, o insanlar kimi olmağa çalışmasının adı isə qibtə etməkdir.
Qibtə insanı əxlaqən təkmilləşdirir, həsəd isə insanı əxlaqən alçaldan
pis bir xasiyyətdir.
Müqəddəs Kitabımız Qurani-Kərimdə belə buyrulur: “Allahın
bəzinizə digərinizdən artıq verdiyi şeyləri arzulamayın. Kişilərin də
327
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə