Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə101/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   97   98   99   100   101   102   103   104   ...   110

təqdimatında Bakı milyonçusu Musa Nağıyevdən də söhbət salındı.
Kitabda onun haqqında da xeyli məlumatlar var idi. Kitabın
təqdimatında çıxış edənlər arasında M.Nağıyevin çox “simic” olma-
sından, əliaçıq olmamasından söhbət açanlar da oldu. Bu fikirlərə
görə onun nəvələrinin narahat hisslər keçirdikləri açıq-aydın sezilirdi.
Mən başa düşdüm ki, bu fikir sahibləri M.Nağıyevin keçdiyi yolu
yaxşı bilmirlər. Odur ki, mən çıxışımda milyonçu M.Nağıyevi xəsis
bir insan deyil, qənaətcil, yaxşı iqtisadçı, milyonçu olsa da pulunu
haraya və nəyə xərcləməyi bilən, bacaran, qeyrətli, vətənpərvər olan
bir azərbaycanlı olduğunu tarixi dəlillərlə söylədim. Növbəti çıxışçı-
lar M.Nağıyevi ancaq mən söylədiyim istiqamətdə qiymətləndirdilər.
Mənim dilə gətirdiyim məqamları hətta M.Nağıyevin nəvələri də
bilmirdilər. Məqsəd odur ki, insan haqqında fikir söyləyəndə dəqiq
olmalı, əsl həqiqətləri bilməli, hər kəsin həqiqi mənada kimliyinə
xələl gətirəcək söhbətlərə rəvac verilməməlidir.
Əslində qənaət bir insanın sahib olduğu sərvətin dəyərini
bilməsidir. Mövcud olan var-dövlətlə kifayətlənib işləməyi unutmaq
demək deyildir. Əksinə, öz gücünə görə işləmək, işin sonunda əldə
etdikləri ilə kifayətlənmək və digərlərinin malına-puluna göz
dikməməkdir. Yəni, qənaət – acgözlülük və ehtiras sahibi olmamaq
deməkdir qənaətindəyik.
Hz.Peyğəmbərimiz (s) acgözlük və ehtirasa qapılmağın təhlükəli
olduğuna belə qiymət verir: “Allaha and içirəm ki, məndən sonra Al-
laha dönəcəyinizdən qayğı etmirəm. Ancaq ehtirasa qapılıb, mənfəət
üzündən bir-birinizlə didişmənizdən qorxuram.” (“Tecrid”. C. IV, s.
513. H. N-661).
İnsanın ən gözəl qazancı, halal qazancı – alın təri ilə əldə etdiyi
olub, məxsusidir, onu xərcləməyin qaydasını bilməkdir. Digər “qa-
zanclar” İslamda  haram sayılır. Elə bunun nəticəsidir ki,
Hz.Peyğəmbərimiz (s) işləməyin əhəmiyyətini belə dəyərləndirir:
“Heç kim öz əlinin əməyi ilə qazandığından daha xeyirli bir tikə əsla
yeyə bilməz.” (“Tecrid”. C. VI, s. 369. H. N-967). 
Doğrudan da buyurulduğu kimi deyil, qeyri-islami, qeyri-insani
yollarla əldə edilən “gəlirləri” insan saf ürəklə, sağlam canla və axıra
315
Ziyadxan NƏBİBƏYLİ


qədər yeyə bilmir, hansısa cəza  çəkməli olur, yediyi də el demişkən
burnundan tökülür. Lakin halal zəhməti ilə qazandığını qənaətlə,
səliqə-sahmanla xərcləyəndə, insan daxilən çox rahat olur, Ulu Tanrı
da belə qazancı bərəkətli edir.
Halal yolla, qanuni yollarla qazanılan və xərclənən zənginlik
Hz.Peyğəmbərimiz (s) tərəfindən öyülmüşdür: “İradə sahibi bir insan
üçün zənginliyin heç bir zərəri yoxdur.” (“Süneni-İbn Mace”, 12.
“Kitabul-Ticarat”. Bab. 1. H. N-2141). Daha sonra O, deyir: “Sərvət
bir müsəlman üçün nə gözəl yoldaşdır. Yetər ki, o, sərvətindən kasıba,
yetimə və yolçuya da vermiş olsun.” (“Müsnedi Ahmed İbn Hanbel”.
C. III, s. 21).
“Allahım, tənbəllikdən, qorxaqlıqdan, qocalığın verdiyi düşgün-
lük və xəsislikdən Sənə sığınıram.” (Buhari. “Edebul-Mufred”. C.
11, s. 72. H. N-615).
Onu da qeyd edək ki, qənaətlə təvəkkül bir-biri ilə yaxından
əlaqəli olan iki əxlaqi fəzilətdir. Təvəkkül bir insanın həyata keçirmək
istədiyi bir iş üçün lazım olan hər şeyi edib, nəticəsini Allahdan
gözləməsi halıdır.
Uca Allah  belə buyurur: “... Kim Allaha təvəkkül edərsə, o, Ona
yetər. Şübhəsiz ki, Allah istədiyini edəndir. Allah hər şeyi qədərincə
(ölçülü) etmişdir” (Talaq surəsi, 3).
Təvəkkül qənaətlə qoşa başa düşülən məfhumdur. İslamda  hər
şeyi bilən, hər şeyə gücü yetən ancaq Uca Allahdır. Ona görə də hər
hansı bir insan yaxın zamanda özü üçün faydalı gördüyü bir işin uzaq
zamandakı nəticəsini tam olaraq hesablamağa qadir deyildir. Bu
səbəbdən təvəkkül edən insan faydalı gördüyü bir işi həyata keçirmək
üçün lazım olan hər şeyi etmək məcburiyyətindədir. 
Təvəkkülün təmsil etdiyi zehniyyətdə nəticə Allahdan  gözlənilir.
Qurani-Kərimdə belə buyurulur: “...Bəzən bir şey sizin üçün xeyirli
olduğu halda, ondan xoşlanmırsınız, bəzən də bir şey sizin üçün
zərərli olduğu halda, ondan xoşlanırsınız...” (Bəqərə surəsi, 216).
Hz.Peyğəmbərimiz (s) qənaət və təvəkkül sahibi ola bilmənin
həyati yollarını da göstərmişdir. O, buyurur: “Gəliri sizdən yüksək
olanlara deyil, aşağı olanlara baxın. Allahın üzərinizdəki nemətini
316
Əxlaqa aparan yol


xor görməməyiniz üçün edəcəyiniz ən uyğun şey budur.” (Tirmizi,
38. “Kitabul Sıfatil-Kıyame”. Bab. 58. H. N-2513).
Qənaətcil olmaq İslamın hər  bir insana buyurduğu yollardan bi-
ridir.
13. İSLAMDA İNSANIN SƏBRLİ 
13. İSLAMDA İNSANIN SƏBRLİ 
OLMASINA MÜNASİBƏT
OLMASINA MÜNASİBƏT
Azərbaycanda insanın səbrli olmasına xeyli el deyimləri vardır.
“Səbrli olanlar qazanır”, “Səbrli olanlar udur”, “Səbr kasası dolsa da,
özünü saxla”, “Səbrli olanlar heç vaxt uduzmaz”, “Səbrli olanlar
böyük adamlardır”, “Alimlər səbrli olar” və sairə. İnsanın ictimai
həyatda qarşılaşdığı çətinliklərə, sıxıntılara sinə gərməsi, sözün həqiqi
mənasında səbrdir. İslama görə, iman gerçəkləşdikdən sonra imanın
tələbi qaydalarında yaşaya bilmək üçün səbr əsas şərtdir. Dini-mənəvi
dəyərlərə, ictimai-əxlaqi dəyərlərə söykənmək üçün, onun icraçısı
olmaq üçün insandan böyük səbr tələb olunur. Bu baxımdan səbr
həyatda ciddiyyət istəyən hər şeyin başındadır. Ona görədir ki,
Hz.Peyğəmbərimiz (s) buyurur: “Fərəhli olmağın açarları səbrdir,
səbr edən zəfərə yetişər”.
İslamda səbrin iki ölçüsünə diqqət çəkilir. Bunlardan biri insana
ağır gələn kədərlərə dözərək gözəl nəticə gözləməkdir. Digəri də
ləzzət və şəhvət verən şeylərdən uzaq duraraq bunların pis
nəticələrindən qorunmaqdır. Deyilənlərdən biri – səbrin müsbət,
digəri mənfi ölçüsüdür. Yaxud birincisi acı dərmanlarla müalicə olun-
mağa, ikincisi isə zəhərli şirniyyatlardan çəkinməyə bənzəyir.
Qurani-Kərimdə səbr edənlər öyülürlər: “And olsun ki, Biz sizi
bir az qorxu və aclıq, mal, can və məhsul qıtlığı ilə sınayırıq. Səbr
edənləri müjdələ! O kəsləri ki, onlara bir-bir müsibət üz verdiyi
zaman: “Biz Allaha aidik və Ona da dönəcəyik” – deyərlər.” (Bəqərə
surəsi, 155-156). İslam dininə görə, səbr mövzusunda müsəlmanlara
verilən nəsihət belədir: “Ey iman edənlər! Səbr edin, dözümlü olun,
(cihada) hazır olun və Allaha (sığınıb) qorunun ki, bəlkə qurtuluşa
317
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə