Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə103/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   99   100   101   102   103   104   105   106   ...   110

curat surəsi, 12). Yaxud: “Hər bir qeybət edənin vay halına! O kəs ki,
mal-dövlət toplayar, onu dönə-dönə sayar və elə hesab edər ki, mal-
dövləti onu əbədi qılacaqdır. Xeyr! And olsun ki, o, Hütəməyə atıla-
caqdır. Hütəminin nə olduğunu sən haradan biləsən? O, Allahın
tutuşdurulmuş atəşidir ki, ürəklərə qədər işləyər” (Huməzə surəsi, 1-
7) deyilir.
İslam buyurur ki, hər bir İslam övladı, Allahı tanıyan şəxs, dün-
yanın quruluşunu dərk edən şəxs iftira atmamalı, qeybət qılmamalı-
dır.
3. İSLAMDA YALANÇILIĞA MÜNASİBƏT
3. İSLAMDA YALANÇILIĞA MÜNASİBƏT
Yaşadığımız cəmiyyətdə insanlar həyata keçirdikləri əxlaqi ya-
şayışları ilə özünəməxsus ictimai bir mühit yaratmış olurlar. Adətən,
belə mühitə mənəvi mühit kimi baxırlar. İnsanların həyatlarının rahat
və yaxşı keçməsi onların bu mənəvi aləm ilə olan münasibətlərinə
bağlıdır. Ona görə də hər kəs insanın mənəvi əhatəsinə zərər verə
biləcək əxlaqi pisliklərdən olan yalançılıqdan uzaq durmalıdır. Ya-
lançılıq ən çirkin pisliklərdən biridir. Bunun belə olduğunu əslində
yalançının özü də bilir. Ümumi bir tərifi ilə yalançılıq doğruçuluğun
əksinə söz söyləmək, olmuş bir hadisəni olmamış  və əksinə
göstərməkdir. Yalan danışan insan özünə yalançı deyilməsini istəmir
və bundan həmişə narahat olur. Yalan insanı inanılmayan, etibar
edilməyən bir hala gətirir. Yalan danışanların çoxu qısqanc və xəsis
olan insanlardır. Haqlı olaraq bu cür insanlara heç kim inanmır. Doğru
fikirli olmaq nə qədər insanı və əxlaqi bir xüsusiyyətdirsə, yalançılıq
da o qədər qeyri-insani və qeyri-əxlaqi bir haldır. Yalanın qeyri-insanı
və qeyri-əxlaqi bir pislik olması hər hansı bir insanın insanlar arasın-
dakı əxlaqələrini bünövrəsindən sarsıdır. İnsanın yalan danışması
bəşəri əlaqələri köklü bir şəkildə zədələyir. Çünki insanlar arasında
yaxşı əlaqələr qura bilmənin əsas şərti insanların bir-birlərinə inan-
malarıdır. Yalan insanlar arasındakı inam halının əmələ gəlməsinə
mane olur. Qarşılıqlı olaraq bir-birinə inanmayan insanların sağlam
322
Əxlaqa aparan yol


əlaqələr qura bilməsi mümkün deyildir.
Müəyyən qurumu əmələ gətirən insanlar arasında sağlam və
səmimi əlaqələr qurma imkanını ortadan qaldıran yalançılıq, islam
əxlaqında qəti şəkildə qadağan edilmişdir. İslamın Müqəddəs Kitabı
Qurani-Kərimdə belə deyilir: “.... Yalan sözlərdən çəkinin.” (Həcc
surəsi, 30). “Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar.
Onlar özləri yalançıdırlar.” (Nəhi surəsi, 105). İnsanın danışdığı ya-
lanı ən böyük günahlardan biri olaraq qəbul edən Hz.Peyğəmbərin(s)
hədislərindən biri belədir: “Rəsulullah: “Sizə günahların ən böyüyünü
xəbər verimmi?” – deyə soruşduqda biz: “Xəbər ver, ya Rəsulullah,”
– dedik. Hz.Peyğəmbər(s) belə dedi: “Günahların ən böyüyü Allaha
ortaq qoşmaq, ata və anaya asi olmaqdır”. Buraya qədər
söylədiklərində yastlanmış halda olan Hz.Peyğəmbər (s) oturdu və
belə davam etdi: “Xüsusilə yalan danışmağa və yalan yerə şahidlik
etməyə diqqət edin”. O, yalançılıq və yalançı şahidlik etməkdən
çəkinmək üzərində o qədər qətiyyətlə danışdı ki, biz onun sözlərinin
heç bitirməyəcəyini zənn etdik.” (Müslim, C.\,“Kitabu’l-Jman”,
H.No-78). İnsanın yalan deməsi onun qura biləcəyi hər cür bəşəri
əlaqəyə mənfi təsir və onun səylə qurduğu mənəvi aləminə zərər
verir. O, inanılan fikirlərinə etibar edilən bir insan olma xüsusiyyətini
itirmiş olur. Hz. Peyğəmbər belə deyir: “Heyiflər olsun o kəsə ki, in-
sanları güldürmək üçün danışır və yalan söyləyir, heyf, heyrətlər
olsun ona!” (Tirmizi, 37. “Kitabul-Zühd”, Bab. 10, 10, H.No-2315).
Yalan söylənilən cəmiyyətdə də ədalətin bərqərar olmasına nail
olmaq çətindir. Odur ki, yalan yerə şahidlik etmək kimi, yalan yerə
and içmək də qəti qadağandır. Rəsulullah: “Kim müsəlman bir insa-
nın malını mənimsəmək üçün yalan and içərsə, qiyamət günündə o
insan Cənab Haqqın əzabına uğrayar”, – dedi və Uca Allahın bu ayəni
endirdiyini bildirdi: “Allaha verdikləri sözü və öz andlarını ucuz bir
qiymətə dəyişənlərə axirət dünyasında heç bir pay yoxdur. Allah on-
ları dindirməyəcək, qiyamət günündə onlara nəzər salmayacaq və on-
ları təmizə çıxarmayacaqdır. Onların haqqı ələm verici bir əzabdır.”
(Ali İmran surəsi, 77) (“Tecrid”, e.VII, s.211, H, No-1064).
323
Ziyadxan NƏBİBƏYLİ


Yaxşı-yaxşı fikirləşin, yalandan qaçın, Allaha və insanlığa hörmət
edin, haqqı unutmayın, islama qovuşun.
4. İSLAMDA NİFAQA VƏ FİTNƏ-FƏSADA
4. İSLAMDA NİFAQA VƏ FİTNƏ-FƏSADA
MÜNASİBƏT
MÜNASİBƏT
İslam bütün dinlərin, o cümlədən səmavi dinlərin tacıdır,
mənəviyyat mənbəyidir.
İnsanın yaşadığı həyatda, xüsusən də müasir dünyada insanlar
bir çox hallarda islami əxlaqa sığmayan naqis hadisələrlə də
üzləşməli olurlar.
Bunlardan nifaq və fitnə-fəsadın islam qaydalarından araşdırıl-
ması günümüzdəki insanlar üçün də vacibdir. Deyilənlər insanlar ara-
sındakı qardaşlıq əlaqələrini zədələyən əlamətlərdəndir. Sözün
birbaşa mənasında nifaq ikiüzlülükdür. İkiüzlü davranan insanın din
dilindəki adı iftiraçıdır. Belə insanın əsas xüsusiyyətləri danışanda
yalançılığı, verdiyi sözün üstündə durmaması, ona sözlə və ya mad-
diyatla verilən əmanəti qorumamasıdır. Belə olduqda insanlar arasın-
dakı inam sarsıyır, dostluq, qardaşlıq, qohumluq və yoldaşlıq
əlaqələrinin bünövrəsi “çat” verir.
İslami hədisdə belə deyilir: “İkiüzlünün üç xüsusiyyəti vardır.
Danışdığı zaman yalan danışır, verdiyi sözdə durmur, əmanətə
xəyanət edir.” (Müslim, 1. “Kitabi-iman”, Bab. 25, H. №59). 
Mövzuya aid Peyğəmbərimizin (s) dualarından biri belədir: “Al-
lahım, ayrılıq və nifaqdan, ikiüzlülük və pis əxlaqdan sənə sığınıram.”
(“Sünen-i Nesei” 50, “Kitabul-İstiare”, Bab. 21). Dövlət
çərçivəsindəki cəmiyyətin rahatlığı və xöşbəxtliyi insanlar arasındakı
inam hissinə bağlıdır. Ağızdan çıxan sözdə durmayan və yalan danı-
şan insanların cəmiyyətində birlik və bərabərlik olmaz. Insanlar ara-
sında nifaq və fitnə-fəsad çıxaran insanlar haqqında Uca Allahın
hökmü belədir: “İnsanlardan eləsi vardır ki, onun dünya həyatına aid
sözləri sənə xoş gələr və o, qəlbindəkinə Allahı şahid tutar. Halbuki
o, ən yaman düşməndir. O, iş başına keçən kimi yer üzündə fitnə-
324
Əxlaqa aparan yol


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə