Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə102/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   98   99   100   101   102   103   104   105   ...   110

qovuşasınız.” (Ali İmran surəsi, 200).
Daha sonra buyurulur: “Allaha və Onun peyğəmbərinə itaətdən
ayrılmayın və bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gü-
cünüz əldən gedər. Səbr edin! Çünki Allah səbr edənlərlədir.” (Ənfal
surəsi, 46).
İslami anlayışda insan təkbaşına, ümumiyyətlə, ziyandadır. Zi-
yandan qurtarmaq üçün axtarılan dörd ümumi şərt vardır. Bunlardan
biri də səbrdir. Müqəddəs Qurani-Kərimdə Uca Allah belə buyurur:
“And olsun axşam çağına ki, insan, həqiqətən, tam bir ziyan
içərisindədir, o kəslərdən başqa ki, onlar iman edib xeyir işlər
görüblər, bir-birlərinə haqqı tövsiyyə ediblər, bir-birlərinə səbri
tövsiyyə ediblər.” (Əsr surəsi, 1-3).
İslamın özünün buyurduğu mənəvi-əxlaqi dəyərlər və eyni ilə
səbr mövzusu tarixin sınağından çıxmış mənəvi dəyərlərdəndir. Ulu
Tanrı hamımıza özünün tövsiyyə etdiyi səbri bizlərə bol-bol versin. 
318
Əxlaqa aparan yol


XII FƏSİL
İslamda insanın mənfi
meyllərə münasibəti
1. İSLAMDA RİŞXƏND VƏ HƏQARƏTƏ
1. İSLAMDA RİŞXƏND VƏ HƏQARƏTƏ
MÜNASİBƏT
MÜNASİBƏT
İ
İ
nsanların bir-birinə qarşı edə biləcək pisliklərdən biri də
rişxənd və həqarətdir. Digər tərəfdən insanlara rişxənd və
həqarət etmək adamın mənəvi aləminə zərər verən əxlaqi
pisliklərdəndir. Həm də hər bir insan bir cəmiyyət içərisində yaşa-
mağa məhkumdur. Cəmiyyət içərisində yaşamaq isə başqa insanlarla
əlaqə qurmağı məcburi hala gətirir. İnsanlara rişxənd edən və ya on-
lara həqarət edən adam hər şeydən əvvəl öz ətrafı ilə sağlam əlaqə
qurma imkanını itirmiş olur.
Müqəddəs Kitabımız Qurani-Kərim bu mövzuda belə buyurur:
“Ey iman edənlər! Qoy bir tayfa digər bir tayfanı məsxərəyə qoyma-
sın, bəlkə onlar özlərindən daha xeyirlidirlər. Qadınlar da başqa qa-
dınlara rişxənd etməsinlər, bəlkə onlar özlərindən daha xeyirlidirlər.
Bir-birinizi ayıblamayın və bir-birinizə pis ləqəblər taxmayın, iman
etdikdən sonra pozğun adını qazanmaq necə də pisdir! Kim tövbə
etməzsə, artıq onlar özlərinə zülm edənlərdir.” (Hucurat surəsi, 11).
“Allah pis sözün açıq deyilməsini sevməz. Zülm olunan şəxslər
319
Ziyadxan NƏBİBƏYLİ


başqa, Allah eşidəndir, biləndir. Bir xeyir işi aşkar və ya gizli etsəniz,
yaxud bir pisliyi bağışlasanız, (bilin ki,) Allah da çox bağışlayandır,
hər şeyə qadirdir.”  (Nisa surəsi, 148,149).
“Qəti olaraq yetimi qəhr etmə, dilənçini qovma və Rəbbinin
nemətindən söhbət aç!” (Duha surəsi, 9-11).
İnsanın tutduğu vəzifədən, dünya görüşündən, sosial
vəziyyətindən, təhsilindən, yaşından və qadın, yaxud kişi olmasından
asılı olmayaraq ona rişxənd etmək, göz süzüntüsü etmək Allah qar-
şısında günahdır. Odur ki, günah etməyin! Hər şeyi yaradan Allah ol-
duğu kimi, hər bir insanı da yaradan Allahdır. Heç nəyi yaratmağa
qadir olmayan insan, Allah yaradana rişxənd etməyə, məsxərəyə qoy-
mağa mənəvi haqqı yoxdur. Hər bir müsəlman insanı aşağılayan
sözlərdən qaçmalı, iman sahibi olmalı və lazım gələrsə tövbə də
etməlidir. Özünüzü elə aparın ki, Allah qarşısında günah
işlətməyəsiniz və tövbəyə də ehtiyac qalmasın.
2. İSLAMDA İFTİRA VƏ QEYBƏTƏ
2. İSLAMDA İFTİRA VƏ QEYBƏTƏ
MÜNASİBƏT
MÜNASİBƏT
Səmavi dinlərin tarixi çox olsa da bəzi cəmiyyətlərdə iftira və
qeybətə hələ də təsadüf edilir.
İftira atmaq bir insanı etmədiyi bir pisliklə günahlandırmaq ol-
maqla, insana qarşı törədilən ən böyük haqsızlıqlardan biridir, yalan-
çılığın başqa bir üzüdür.
Günahı, təqsiri olmayan insanlar iftira ilə cəmiyyət qarşısında pis
və təqsirli bir şəxs halına gətirilir. Bu vəziyyətə düşən insanlar ailə
və yoldaşları qarşısında çətin bir vəziyyətə düçar olur. Belə insanlar
heç bir haqsızlıq və ya pislik etmədikləri halda, etmiş kimi cəmiyyətə
təqdim edilir. Bu isə Allah qarşısında çox böyük bir günah iş sayılır.
Fərqinə varmadan atılan bir iftira, böyük bir həvəslə qurulan bir
ailə yuvasının yıxılmasına, yoldaşlıq bağlantılarının, tellərinin qop-
masına gətirib çıxarır. Odur ki, iftira həm ayrı-ayrı insanlara, həm də
cəmiyyətə qarşı işlənən ən çirkin, ən eybəcər və ən böyük pislik sa-
320
Əxlaqa aparan yol


yılır.
İftira atan hər kəs sadəcə başqalarına zərər vurmaqla qalmır, eyni
zaman ən böyük zərəri heç özünün xəbəri olmadan özünə qarşı
yönəltmiş olur. Onun iftira atdığı ortaya çıxan bir insan cəmiyyət
tərəfindən təcrid olunar, tənhalığa məcbur olur. Çünki heç kim belə
bir insanla səmimi dostluq qurmağa cəsarət etməz.
Ən qısası, iftira  insanın mənəvi aləminə zərər verən son dərəcə
zərərli, qeyri-insani və qeyri-əxlaqi bir pislikdir. Təəssüflər olsun ki,
iftiranı bilərəkdən edənlər də var və siyasi aləmdə, yaxud həsəd
hissləri ilə yaşayanlar arasında bu eybəcərliyə tez-tez rast gəlinir. İs-
lamın müqəddəs Kitabı Qurani-Kərimdə Ulu Tanrı buyurur:  “Mömin
kişiləri və mömin qadınları etmədikləri bir şeydən ötrü narahat
edənlər özlərinə böhtan və açıq-aşkar bir günah yükləyirlər.” (Əhzab
surəsi, 58).
Uzaq durulması lazım olam əxlaqi pisliklərdən biri də hər hansı
bir insanın arxasınca danışmaqdır. İnsanın arxasınca danışmağın
başqa bir adı isə qeybətdir.
Qeybət bir insanın arxasınca onun xoşlamadığı və həqiqətə
uyğun olmayan ifadələrin danışılması kimi də başa düşülür. Əslində
bir insan haqqında yalan ifadələri söyləmək o insana iftira atmaq
deməkdir. Bu isə insanlar arasındakı inamı sarsıldır. İnam şəraitinin
zədələnməsi isə həm şəxs olaraq insanın, həm də cəmiyyət rahatlığını
pozar, bir-birinə kömək etmə və qardaşlıq duyğularını azaldır.
Səhvsiz insan düşünmək sadəlövlük olar. Hər bir insanın bir qrup
səhvlərinin və əskiklərinin ola biləcəyini əvvəlcədən qəbul etmək
gərəkdir. Əxlaqı olan kəs başqalarının səhvlərini axtarmaq əvəzinə,
öz səhvlərini aradan qaldırmaq yollarını axtarmalıdır. Allahın bizlərə
nazil etdiyi Qurani-Kərimdə Uca Allah buyurmuşdur: “Ey iman
edənlər! Zənlərin bir çoxundan çəkinin, çünki zənlərin bir qismi gü-
nahdır. Bir-birinizi güdməyin və qoy sizlərdən biriniz digərinizin ar-
xasında qeybət etməsin. Heç sizlərdən biriniz ölmüş qardaşının ətini
yemək istərmi? Siz bundan, əlbətdə, diksindiniz. Elə isə Allahdan
qorxun! Heç Şübhəsiz, Allah tövbələri qəbul edəndir, rəhmlidir.” (Hu-
321
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə