Project3 Layout 1



Yüklə 11,57 Mb.
Pdf görüntüsü
səhifə27/110
tarix15.10.2018
ölçüsü11,57 Mb.
#74245
1   ...   23   24   25   26   27   28   29   30   ...   110

dan ibarət idi. Rəhbərlərindən biri Mərhab ibn əl-Xarisin yaşadığı
Kamus qalası ən böyüklərindən biri idi. Onların sahib olduqları uzun
vadidə su əldə etmək imkanları daha yaxşı idi. Buradakı xurma bağ-
larında yaşayan Mərhab ibn əl-Xarisin döyüşə rəhbərlik etdiyi
günlərdə Xeybər yəhudilərinin xeyrinə çalışan Qətəfan və Fəzarəli
bədəvi bütpərəstlər Mədinə yaxınlığındakı sahələrə gözlənilməz hü-
cumlar edir, heyvanları aparır, müsəlmanlara ziyan vururdular. Odur
ki, müsəlmanlar hansısa tədbirin görülməsinə məcbur idilər.
İslam ordusu – 200-ü atlı, 1400 nəfəri piyada olmaqla, cəmi 1600
nəfərdən ibarət idi. Hz.Peyğəmbər (s) bu səfərə çıxarkən İslam
əsgərinə müraciətini “Llayi-kelimetullah-Allahın adını ucaltmaq”
ifədəsi ilə yanaşı, “Bizimlə bərabər ancaq cihada rəğbət göstərənlər
gəlsin!”  cümləsi ilə bitirmişdir.
Xeybərlilər səhər yerlərindən duranda İslam ordusunu görüb
heyrət içərisində qaldılar. İyirmi gün sürən döyüşdə bütün qalalar
asanlıqla fəth edildi. Bu döyüşdə müsəlmanlar 15 şəhid verdilər.
Hicrətin yeddinci ilinin məhərrəm ayı idi və yəhudilər 93 adam
itirmişdilər.
Bu döyüşdən sonra Zeynəb adlı bir yəhudi qadını zəhərli qoyun
əti ilə Hz. Peyğəmbəri (s) zəhərləmək istəmişdi. Hz.Peyğəmbər bunu
anlayaraq yeməkdən imtina etmişdir.
Yəhudilərin inadı ilə onları məhsullarının yarısını Mədinə İslam
dövlətinə ödəmək şərti ilə və istədiyi zaman çıxarda bilmək qeybilə
torpaqlarında buraxılmışdır (İbn Hişam, age, III, 358).
Xeybərdən dönərkən Hz.Peyğəmbər (s) Nadir yəhudilərinin
rəhbəri Huyey ibn Əxtabın qızı Səfiyyə ilə evlənərək müsəlman-
yəhudi əlaqələrinin bərpasına nail ola bilmişdir.
Hz.Peyğəmbər (s) Mədinəyə dönərkən, həm də Vadilkura, Keza
və Fədəri yəhudiləri ilə xoşməramlı müqavilələr bağlamağa nail oldu.
Unutmayaq ki, bu tarixdən 1300-1400 il keçməsinə baxmayaraq,
müsəlmanlar yəhudilərlə dinc vəziyyətdə yaşamağın tərəfində olduq-
ları halda, yəhudilər hələ də öz xislətlərindən əl çəkmək fikrində
deyillər.
85
Ziyadxan NƏBİBƏYLİ


V FƏSİL 
Xristianlığın yaranması
1 .   M Ə S H   E D İ L M İ Ş
1 .   M Ə S H   E D İ L M İ Ş
X
X
ristianlıq dini I əsrin ikinci yarısında müxtəlif ideya və
etiqadların, mədəniyyətin, mədəniyyət kəsişdiyi bir
bölgədə – Yaxın Şərqdə özünə pərvəriş tapmışdır. 
Həmin dövrlərdə bölgənin əraziləri Roma imperiyasına daxil idi.
Digər tərəfdən bölgənin insanları yəhudiliklə tanış idilər, bölgəyə bu-
nunla yanaşı həm yunan – Roma fəlsəfəsi, türkün Tanrıçılığı və həm
də qədim Şərqin qədim dinləri öz təsirini göstərmişdir.
Onu da demək vacibdir ki, bu dövrlərdə – yəni qədim eradan yeni
eraya keçid dövründə  yəhudilik dərin böhran halını keçirirdi.
Müxtəlif məzhəblər yaranır, dünyanın axırı – Qiyamət günü haq-
qında peyğəmbərliklər əmələ gəlirdi. Hər kəs öz gəlişi ilə yəhudiləri
bu böhrandan xilas edəcək bir peyğəmbər gözləyirdi. Elə həmin
məqamlarda da yeni bir din təbliğatçısı zühur etdi. Xristianlıq öz adını
həmin təbliğatçının – yəni İsanın “Xristos-Məsih” təxəllüsündən
aldı ki, bu da “seçilmiş”, “məsh edilmiş”, “kamil”, “nurlanmış”
mənasını özündə ehtiva edir. Sözün həqiqi mənasında İsa qanını və
canını insanların nicatı naminə qurban vermiş Xilaskar
peyğəmbərdir.
Onun xilaskarlıq fəaliyyəti haqqında müxtəlif rəvayətlər İncildə
toplanmışdır. Deyilən rəvayətlərə görə, İsa təxminən 2000 il bundan
öncə Fələstində bakirə qadın Məryəmdən doğulmuşdur. Dünyaya
86
Əxlaqa aparan yol


göz açdıqdan dərhal sonra onun seçilmişliyinin əlamətləri ətrafdakı
insanlara əyan olur. İsa beşikdə ikən danışır, beş yaşında ikən çay
kənarındakı çamırdan 12 quş düzəldir, onlara can verərək uçur-
dur, xəstələrə şəfa verir, ölünü dirildir, həmzadları candan qovur,
suyu şəraba çevirir, suyun üzü ilə addımlayır, bir neçə çörəyə və
balığa elə hərəkət verir ki, beş min nəfər yeyib doyur və artıq da
qalır.
Bu rəvayətlərdə İsanın seçilmişliyi Allahın oğlu olması ilə
əlaqələndirilir. İsa bölgə-bölgə, diyar-diyar gəzib yəhudiləri günah-
larından tövbə etməyə, İordan çayında xaç suyuna çəkilməyə çağırır.
İsa otuz yaşında olarkən özü də xaç suyuna çəkilir. Bununla bağlı
rəvayətdə deyilir: – “Budur, göylər açıldı və Allahın Ruhunun
göyərçin kimi enib onun üzərinə gəldiyini gördü. Budur, göylərdən
bir səs dedi: “Bu, mənim sevgili oğlumdur. Ondan çox məmnunam”
(İncil – Mattaya görə, 3:16-17).  İsa  səhraya yollanıb qırx gün oruc
tutdu. Şeytan onu tovlayıb yoldan çıxarmaq istədi, ancaq bacara
bilmədi.
İsa dinini üç il təbliğ edə bildi. Üç il müddətində özünə çoxlu
tərəfdar topladı. Onların arasında 12 həvarisinin – şagirdinin adları
daha çox dilə gətirilir.
Xristianlıq İsadan sonra əvvəlcə bu həvarilər, sonra isə  onların
davamçıları tərəfindən yayılmışdır. Dövrünün insanları İsanı başa
düşmürlər. Onu özünü Allahın oğlu kimi təqdim etməsinə görə
kahinlərin qəzəbinə düçar olur, həvarilərindən birinin – Yəhudənin
satqınlığı nəticəsində həbs edilir, çarmıxa çəkilir və möcüzəli şəkildə
dirilərək göyə qaldırılır. Bu dövrlərdə İsa haqqında heç bir məlumat
yazıya alınmamışdır. Onun dedikləri və etdikləri ölümündən xeyli
vaxt keçdikdən sonra yazıya alınmışdır. İsadan xeyli sonralar,
təqribən IV əsrdən başlayaraq xristianlıq hər il dekabrın 25-ni onun
doğum günü kimi qeyd etməyə başlamışlar.
Daha sonra, əksər vaxtlar “bizim era” yaxud “miladi tarix” kimi
tanınan tarix İsanın doğum tarixi ilə başlayır. Yeri gəlmişkən bildirək
ki, bəzi xristian dini-mənəvi dəyərlərə xidmət edən dövlətlər kimi
87
Ziyadxan NƏBİBƏYLİ


Yüklə 11,57 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə