qabiliyyəti‖ əvvəl gələn növlərindəkindən çox olanda əvvəlkiləri sıxışdırıb çıxardırlar‖ (20,
səh. 255). Şəkil 11.8-də X populyasiyasının ardıcıl gələn X
1
, X
2
, X
3
növlərindən ibarət olan
müvəqqəti təkamülü göstərmişdir. Hər bir yeni növə K m/r-in artan qiyməti uyğun gəlir.
(20)-də göstərildiyi kimi, məntiqi tənlik Darvinin daha çox uyğunlaşanın yaşaya biləcəyi
haqqında ideyasını belə bir fərziyyə ilə formalaşdıra bilər ki, ən çox uyğunlaşmış növ (K –
m/r) qiyməti böyük olan növdür. Sosiumun texnoloji innovasiyaların tətbiqi ilə bağlı olan
təkamül prosesləri bu şəkildə izah oluna bilər. Təkamülün məntiqi modeli bizim
dövrümüzdə müxtəlif elm sahələrində tədqiq olunur. Analoji model texnoloji ukladların
dəyişməsinin analizində də istifadə olunurdu.
Şəkil
11.9.
Təkamüldə xaos.
Məlum
oldu
ki, bu tipdən olan
modellərdə də xaotik
vəziyyət ola bilər.
Şəkil 11.9-da məntiqi
təkamülün
trayektoriyasına
nümunə
göstərilmişdir.
(27)-də iddia
edildiyi kimi, xaotik
enib-qalxmalar köhnə
ukladın yenisi ilə əvəz
olunduğu zamab da
yarana bilər. Sistemin
artım
imkanlarını
mövcud
―taxçanın‖
çərçivəsində reallaşdıra bilmədiyi situasiyada qeyri-stabilliyi sistem tərəfindən müvazinətli
vəziyyətin təsadüfi axtarışı kimi interpretasiya etmək olar. Bu model nizam və xaos
rejimlərinin bir-birini əvəz etməsi nümayiş etdirir. Sürətli iqtisadi artım zamanı bir çox
kompaniyalar birləşir və inteqrasiya edilir.
Korporasiyalar effektiv mərkəzləşdirilmiş idarəçiliyə tabe olaraq saat kimi işləyirlər.
Doyma mərhələsində innovasiyaların təzyiqi altında iqtisadi sistem xaos zolağına qədəm
qoyur.
(20)-nin müəllifləri hesab edirlər ki, ―fluktuasiya vasitəsilə nizam‖ anlayışının
əsasında qurulmuş modelllər – ―davranışın fərdi və kollektiv aspektləri arasında mükərrəkb
qarşılıqlı təsir‖ kimi daha dəqiq formula yardım edəcəklər. Bu tipdən olan modellər ―bizim
qarşımıza qeyri-sabit dünyanı açırlar, hansında ki, kiçik səbəblər böyük nəticələr törədirlər,
amma bu dünyda özbaşına deyil. Əksinə, kiçik hadisələrin qüvvətlənmə səbəbi rasional
analizin kifayət qədər ―qanuni‖ predmetidir... Əgər fluktuasiya idarəolunmaz olursa, bu
hələ o demək deyil ki, biz fluktuasiyanın güclənməsinin nəticəsində yaranmış qeyri-
sabitliyin səbəblərini lokallaşdıra bilmərik‖ (20, səh. 270).
Xaos vəziyyətində sistemin davranışı gözlənilməzdir. Daha doğrusu, konkret
vəziyyəti dəqiq demək, verilmiş trayektoriyanı uzun zaman intervalında izləmək olmaz.
Amma ehtimallı, orta vəziyyətli xarakteristikalar proqnozlaşdırıla bilər (12). Bir nümunə
kimi suyun axdığı maili novu nəzərdən keçirək: əgər ona alabəzək
qum dənələri atsaq, onlar
nizamlı sıralarla aşağı doğru üzəcəklər. Nova bir neçə daş qoymağa çalışaq. Sakit axın
turbulentliklə əvəz ediləcək. Qum dənəciklərinin trayektoriyaları burulğanlar nəticəsində
əmələ gəldiyi üçün çətin proqnozlaşdırılan olacaqdır. Yolun əvvəlində bir-birinə yaxın olan
qum dənələri yolun sonunda bir-birindən uzaq düşə bilərlər. Amma, sistemin inteqral
xarakteristikaları (məsələn, novdan bir zaman vahidində axan mayenin miqdarı) özlərini
kifayət qədər sabit apara bilərlər.
Sistemin xaotik davranışını müəyyən edən qəribə attraktor çox vaxt faza onu
məkanının məhdud sahələrini tutur. Buna görə də, uzaqlaşsalar da, qəribə attraktorun
hüdudlarından kənara çıxa bilmirlər. Nəticədə xaos sahəsi sərhədlərinin müəyyən olunması
sistemin davranışının qiymətlərini əldə etməyə imkan verə bilər. Belə sistemləri idarə
etmək olarmı? Nəinki olar, həm də lazımdır. Belə sistemin həssaslığı onu xaotik
vəziyyətdən çox kiçik, ancaq dəqiq və vaxtında edilmiş təsirlərlə çıxarmağa imkan verir
(16). Sosial sistem qəribə attraktora cəlb olunmalıdırmı: Xeyr. Idarəedici təsirlər, əlavə
məhdudiyyətlərin tətbiqi xaotik vəziyyətlərdən yan keçməyə imkan verə bilər. Qeyd edək
ki, nəzəriyyəçilərin heç də hamısı xaosdan qaçınmağa düzgün hesab etmirlər. Xaosun
həyatverici qüvvəsinə inananlar əksinə, hesab edirlər ki, xaos nə qədər geniş, dərin olsa
özünütəşkilatlandırmanın yaradıcı qüvvələri bir o qədər effektiv nizam-intizam yarada bilər.
―Sosial hadisələrə sinergetik yanaşma XX əsrin son rübündə geniş populyarlıq
qazansa da, o, buna baxmayaraq hələlik bir çox hallarda fəlsəfə publisistikası çərçivəsindən
kənara çıxmır‖ deyən fəlsəfə elmləri doktoru V.P.Branskinin bu fikri ilə hesablaşmaq
olmaz
20
(3, səh. 148).
Əlbəttə, sinergetikanın əsas konsepsiyalarını bilmək müasir mütəxəssis üçün
zəruridir, amma praktik məqsədlər üçün fəlsəfi refleksiyanın dərinləşdirilməsi deyil, qeyri-
xətti intuisiyanı inkişaf etdirmək faydalıdır. Bu vəsaitdə xaosun mənimsənilməsinə kifayət
qədər praqmatik yanaşma təklif olunur. Oxucuya qəribə attraktoru başında deyil,
kompyuterlərdə yaratmaq tövsiyyə olunur. EHM-da sistemlərin qeyri-xətti davranışının
modelləşdirilməsi tətbiqi riyaziyyat üzrə bilikləri tələb etmir və tələbə sosioloqlar üçün
kifayət qədər əlçatandır (bax §13.2).
Məsələ və tapşırıqlar
1. Katastrofa – bu sistemin yaxşı və ya pis vəziyyətə sıçrayışla keçiddir?
2. Bir sıra müəlliflər hesab edirlər ki, sistem bifurkasiya nöqtəsində gələcək
inkişafın bu və ya digər variantını eyni ehtimalla seçir. Bu fikir sosial sistemlər üçün də
doğrudurmu?
3. ―Quraşdırma‖ katastrofa modelindən siyasi inqilabları təsvir etmək üçün istifadə
etmək olarmı? T,Skokpolun (bax §10.3) modelinin bazası əsasında belə modeli qurmağa
çalışın. Nəzərə alın ki, onun modelində üç müstəqil faktor var, buna görə də faktorları
birinci qurban vermək lazımdır.
4. Sizin həyatımızda nə üstünlük təşkil edir: xaos və ya nizam-intizam?
5. Sizin həyatınızda hansı proseslər üstünlük təşkil edir: təşkilat və ya
özünütəşkilatlandırma?
6. Tələbə həyatından özünütəşkilatlandırma proseslərinə aid nümunə gətirin.
7. Sinergetika üzrə mütəxəssislər ―Anarxiya nizam – intizamın anasıdır‖ şüuarının
tərəfdarlarıdırmı?
8. İqtisadiyyatdakı hansı prosesləri xaotik hesab etmək olar?
9. Sinergetika konsepsiyaları seçkiqabağı kompaniyanın planlaşdırılması üçün
faydalı ola bilərmi?
10. Seçkilərin nəticəsini səsvermələrin başlanmasından bir həftə, ay, il və beş il
əvvəl proqnozlaşdırmaq olarmı?
11. İncəsənət sahəsində özünütəşkilatlandırma proseslərinin baş rol oynaması fikri
doğrudurmu?
Ədəbiyyat
20
Amerikan alimlərinin çox incə şəkildə qeyd
etdikləri kimi, (23) hamılıqla
qəribə attraktorla
maraqlanmağın səbəbi erotik assosiasiyalardır...