Şeyx Məhəmməd Qəzalinin kitaba yazdığı ön söz
16
mın qeyrətini çəkən, dərin biliklərə sahib, haqqın qələbə çal-
ması üçün əlindən gələni edən, insafl ı alimlərin “yox” dedi-
yi mübahisələrdən çəkinən birisidir. O, Buxari və Müslimin
hədislərini olduğu kimi oxucuya çatdırmaq üslubuna üstlük
vermişdir. Az hallarda isə başqa mənbələrdən hədis iqtibas
gətirmişdir.
Oxucu həmin hədis və rəvayətləri, həm də şərhləri oxuduq-
da görəcəkdir ki, islamın qadın-kişi münasibətləri üçün cızdığı
dairə çox genişdir; islamın qadına yüklədiyi vəzifə şərəfl i və
böyükdür.
İslam həqiqətlərini olduğu kimi göstərməyə çalışan müəllif
müsəlmanları qalib Qərbin ixrac etdiyi “dəyərlər”dən uzaq qal-
mağa çağırır. O, müsəlmanların diqqətini modern mədəniyyətin
doğurduğu “nəticə”yə yönəldir. Həmin mədəniyyət bizdə də
özünə müəyyən qədər yer edib. Biz ondan qurtulmaq istəyirik-
sə, sayəsində onların bizi məğlub etdikləri çatışmazlığa deyil,
ilk sələfl ərimizin – Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
və Raşidi xəlifələrinin ənənəsinə qayıtmalıyıq. Bu ənənənin
xaricində nə sonrakı nəsillərin uydurmalarının, nə də cahillərin
nəfsi istəklərinin hörməz-izzəti vardır!
Şeyx Məhəmməd Qəzali
ÖN SÖZ
Həmd Allahadır! Ona şükür edir, Ondan kömək, bağışlan-
ma və hidayət diləyirik. Şər və bədxah əməllərimizdən Allaha
pənah aparırıq. Allahın yol göstərdiyini heç kəs azdıra bilməz.
Azdırdığına isə kimsə yol göstərə bilməyəcəkdir. Təsdiqləyirəm
ki, Allahdan başqa ilah yoxdur; Allah təkdir və ortaqsızdır. Və
təsdiq edirəm ki, Məhəmməd Onun qulu və peyğəmbəridir!
Allah Təala buyurur:
“Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız mü-
səlman olduğunuz halda (müsəlman kimi) ölün!” (Ali-İmran,
102);
“Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən,
ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox
kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-
birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qo-
humluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah
sizin üzərinizdə gözətçidir!” (ən-Nisa, 1);
“Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!
(Əgər belə etsəniz, Allah) əməllərinizi islah edər və günah-
larınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə,
böyük bir səadətə (Cənnətə) nail olar” (əl-Əhzab, 70-71).
Qələmə aldıqlarımız ciddi və böyük mövzuya dair cüzi
zəhmətdən ibarətdir. Kömək yalnız Allahdandır. Yalnız Ona
təvəkkül edir, yalnız ona əl açırıq.
Ön söz
18
Kitabın yazılmasında məqsəd
İllər əvvəl Peyğəmbərin həyatından bəhs edəcək, hədis ki-
tablarına əsaslanacaq ciddi araşdırma aparmaq qərarına gəlmiş-
dim. Məqsəd mövzunu mötəbər məlumatlar əsasında oxucu-
ya təqdim etmək idi. Çünki “sirət”
1
rəvayətləri hədislər qədər
araşdırılmamış, istinadları öyrənilməmiş, “səhih”i “zəif ”indən
fərqləndirilməmişdi. Bu işi ona görə etmək istəyirdim ki, “sirət”
Peyğəmbərin həyatından bəhs edir, onun Sünnə hesab olunan
bir çox sözləri, davranış və təsdiqləyici hərəkətlərini özündə
birləşdirir; müsəlmanlar üçün nümunə rolunu oynayır. Odur
ki “sirət”i müsəlmanlara son dərəcə mötəbər şəkildə təqdim
etmək lazımdır ki, öyrəndiklərinin düzgünlüyünə əmin olaraq
onun yolgöstərənliyi əsasında hərəkət etsinlər.
Qeyd edim ki, bu tədqiqata dair ilk addımları İmam Müs-
limin “Səhih”inin İmam Nəvəvinin şərhi ilə birlikdə icmalını
apararkən atdım. Bu zaman qadınlarla əlaqəli praktik və tətbiqi
hədislərə rast gəldim. Bu hədislər həyatın müxtəlif sahələrində
qadın-kişi münasibətlərinin necəliyindən bəhs edirdi.
Mühüm və ciddi olduğundan həmin hədislər məndə əhə-
miyyətli təsəvvür dəyişikliyinə gətirib çıxardı. Peyğəmbərin
zamanında müsəlman qadınının şəxsiyyəti, həyatın müxtəlif
sahələrində iştirak dərəcəsi haqda ənənəvi təsəvvürlərimi təshih
etməli oldum. Axırda, qəti qərara gəldim ki, Peyğəmbərin
dövründə qadının əldə etdiyi azadlığı bütün detalları ilə izah
edən hərtərəfl i tədqiqata başlayım. Bu yeni layihəni həyata
1
Peyğəmbərin həyatı – tərcüməçinin qeydi.
Ön söz
19
keçirməyə, həm də ona görə can atdım ki, hənif islamın qadın-
lara verdiyi geniş azadlığa zidd təsəvvür və anlayışlar cəmiyyət-
də özünəməxsus ciddi çəkiyə sahibdir.
Şəriətin istənilən sahəsində olduğu kimi qadın mövzusunda
da haqqı demək Allahın dininə xidmət etməkdir. Çünki qadın
mövzusu bir sıra cəhətlərinə görə xüsusi əhəmiyyət daşıyır:
Qadın müsəlmanın həm anası, həm də bacısıdır, həm
zövcəsi, həm də qızıdır. Əgər qadın bütün bunları özündə
birləşdirirsə, ondan daha dəyərli kimsə vardırmı?!
Müsəlman qadın iki növ cəhalətin vəhşiliyinə daha çox
məruz qalır: a) hicri XIV əsrin – ifratçılıq, təzyiqlər və
ənənəvi kor təqlid əsrinin cəhaləti; b) miladi XX əsrin –
çılpaqlıq, ifrat sərbəstlik (nihilizm) və Qərbi koru-koruna
təqlid əsrinin cəhaləti
1
. Hər iki növ cəhalət Allahın qanun-
larına ziddir.
Peyğəmbər
(Ona Allahın xeyir-duası və salamı olsun!)
demişdir: “Qa-
dınlar və kişilər bir bütövün parçalarıdır (və ya: qadın-
lar kişilərin bacılarıdır)”
2
. Müsəlman qadına kömək etmək
müsəlman kişiyə kömək etməkdir. Bu kömək o deməkdir ki,
məzluma insaf göstərilir, zalımın da zülmünə əngəl yaradılır.
1
Görkəmli mütəfəkkir və alim Məhəmməd Qəzalinin (1917-1996) de-
dikləri necə də məqamına çəkir: “Hal-hazırda bəziləri istəyirlər ki, İslam
ümməti bu ikisindən birini seçsin:
a) ya qadını dörd divar arasında həbs etsin;
b) ya da onu küçəyə atsın (yəni küçə qadını halına gətirsin).
Bu, iki şərdən birini seçmək deməkdir!” (M. Qəzali. Dini-mədəni
islam fi kri: tənqidi mülahizələr / ərəb dilindən tərcümə edəni: Elvüsal
Məmmədov. Bakı: “İdrak” İctimai Birliyi”, 2012, səh. 128) – tərcüməçinin
qeydi.
2
Hədisi Əbu Davud rəvayət etmişdir.
Dostları ilə paylaş: |