Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə103/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   99   100   101   102   103   104   105   106   ...   114

 
275
 
Rolandanın vida ziyafəti düz saat altıda başladı və bircə saat çəkdi. Saat yeddidə 
isə alver başladı... 
Stol başqa otaqda açılmışdı. Qızların hamısı paltar geymişdi. Çoxunun əynində 
qara ipək don var idi. Onları həmişə lüt və ya qısa ipək paltarda görmüş Ravik indi 
çoxunu tanıya bilmədi. Yalnız beş-altısı, hər ehtimala qarşı, zalda qalmışdı. Onlar 
da düz saat yeddidə paltarlarını dəyişib gəlməli idilər. Heç biri iş paltarında 
Rolanda ilə vidalaşmağa gəlməzdi. Bu, madamın göstərişi ilə deyildi, qızların özü 
belə istəmişdi. Ravik başqa cür də gözləmirdi. Fahişələrin qayda-qanunu möhkəm 
olurdu, hətta yüksək cəmiyyətin qadınlarından da ciddi idilər. 
Qızlar pul yığıb Rolandanın gələcək kafesi üçün altı ədəd hörmə kreslo almışdılar. 
Madam isə bir kassa, Ravik də kreslolar üçün iki mərmər stol bağışlamışdı. O, bu 
ziyafətdə yeganə kənar adam və həm də yeganə kişi idi. 
Yemək yeddiyə beş dəqiqə işləyəndə başladı. Masabəyi madam özü idi. Sağında 
Rolanda, solunda isə Ravik oturmuşdu. Sonra təzə dayə, onun köməkçisi və qızlar 
əyləşmişdilər. 
Xörəklər seçmə idi: qaz pətənəyindən hazırlanmış Strasburq sayağı paştet, «Şerri-
brend» içkisi. Ravikin qabağına bir şüşə araq qoyulmuşdu, çünki onun «Şerri-
brend»dən zəhləsi gedirdi. Sonra əla keyfiyyətli «Viçoz» və türbo balığı ilə 1933-
cü ildən qalmış «Merso» şərabı gəldi. Balıq «Maksim» restoranındakından pis 
hazırlanmamışdı. Şərab da çox tünd deyildi, balığın yanında tündlüyü heç 
bilinmədi. Sonra gömgöy körpə qulançar verildi. Onun dalınca da şişdə qızardılmış 
cücə, üstünə azacıq sarımsaq vurulmuş salat və «Şato Sən-Emilion» şərabı 
gətirdilər. Stolun baş tərəfində bir şüşə 1921-ci ildən qalmış «Romane konte» 
şərabı açıldı. Madam dedi ki, qızlar bunun ləzzətini bilməz. Ravik isə ona yaxşı 
bələd idi. Nə «Şampan», nə də şirin «Mos şokolad» içdi, əvəzində, bir şüşə də 
verdilər. Madamla birlikdə şərabın üstündən ağ çörəklə sıyıq «Bri» yedilər. 
Stol arxasında gedən söhbətlər qız pansionunu xatırladırdı. Kresloların üstünə 
rəngarəng lentlər bağlanmışdı. Kassa par-par parıldayır, stollar isə işıldayırdı. 
Ancaq otağa qüssə qonmuşdu. Madam özü də qara geymiş, brilyant taxmışdı. 
Ancaq çox deyildi: bir sancaq, bir də üzük. Onların göy rəngə çalan qaşlarına söz 
ola bilməzdi. Çoxdan qrafinya olsa da, çələng qoymamışdı. Yaxşı zövqü var idi, 
brilyantdan xoşu gəlirdi. Deyirdi ki, yaqut da, zümrüd də qiymətdən düşə bilər, 
ancaq brilyant etibarlıdır... Gah Rolanda ilə, gah da Raviklə laqqırtı vururdu. 
Oxumuş qadın idi. Şirin söhbəti vardı, çox sərbəst, ürəkdən danışır, tez-tez 
Montendən, Şato-briandan, Volterdən misallar gətirirdi. Bir az göy rəngə çalan ağ 
saçları–madam onu rəngləyirdi–hərdən ağıllı, kinayəli ifadəsi olan sifətinə 
dağılırdı. 
Düz saat yeddidə, qəhvədən sonra qızlar pansion tərbiyəsi görmüş uşaqlar kimi 
ayağa durdular. Nəzakətlə madama təşəkkür edib, Rolanda ilə vidalaşdılar. Madam 
bir az da oturdu. Bir şüşə «Armanyak» gətirtdi. Ravik ömründə beləsini içməmişdi. 
Bayaq növbə çəkən «köməkçi briqada» gəldi. Tərtəmiz yuyunmuş, paltarlarını 
dəyişmişdilər. Ənlik-kirşanı da çox vurmamışdılar. Qızlar türbo balığını – yeyənə 
kimi madam oturdu. Onların hərəsi ilə bir-iki kəlmə kəsib, bir saat vaxtlarını bu 
ziyafətə qurban verdikləri üçün təşəkkür etdi. Sonra çox incə əda ilə vidalaşdı: 


 
276
– Yola düşməmişdən qabaq sizi görəcəyəm, Rolanda. 
– Əlbəttə, madam.  
Sonra Ravikə tərəf döndü: 
– İcazənizlə, «Armanyak»ın qalanını burada qoyuram.  
Ravik təşəkkür etdi. Madam bayaqkı duruşundan da, indiki zərif yerişindən də 
yüksək cəmiyyətin qadınlarına bənzəyirdi... 
Ravik şüşəni götürüb, Rolandaya yaxın oturdu. 
– Nə vaxt gedirsən?–deyə soruşdu. 
– Sabah günortadan sonra. Saat beşə yeddi dəqiqə işləyəndə... 
– Mən də vağzala gələcəyəm. 
– Lazım deyil, Ravik. Yaxşı çıxmaz. Nişanlım bu axşam gəlir, bir yerdə gedəcəyik. 
İndi bildin, niyə ora gəlmək olmaz? Fikirləşər ki, görəsən, bu, kimdir? 
– Düz deyirsən. 
– Sabah tezdən bəzi şeylər alıb göndərməliyik. Bu axşam «Belfor» 
mehmanxanasına köçəcəyəm. Yaxşı yerdir, həm ucuz, həm də təmiz... 
– O da həmin mehmanxanada qalacaq? 
– Nə danışırsan?!–Rolanda təəccübləndi.–Biz hələ kəbin kəsdirməmişik. 
– Düzdür... 
Ravik bilirdi ki, o, yalandan cildə girmir. Rolanda burjua ailəsindən çıxmışdı və 
burada da işçi kimi öz vəzifəsini yerinə yetirmişdi. Fərqi yox idi, istər qızlar 
pansionu olsun, istərsə də fahişəxana, o, vəzifəsini yerinə yetirmişdi və indi də 
çıxıb gedir, təzədən öz bürger aləminə qayıdırdı. Buradakıların da hamısı burdaca 
qalırdı. Fahişələrin də çoxu belə idi. Onlardan bəziləri hətta yaxşı arvad olurdu. 
Fahişəlik ciddi peşə idi, əxlaqsızlıq hesab olunmurdu. Onları düşkünlükdən xilas 
edən də elə bu idi... 
Rolanda şüşəni götürüb Ravikə «Armanyak» süzdü, sonra əl çantasından bir vərəq 
çıxardı: 
– Haçansa Parisdən gedəsi olsan, bu da bizim evin ünvanı. Nə vaxt istəsən, gələ 
bilərsən. 
Ravik ünvana baxdı. 
– İki ad yazılıb,–Rolanda izahat verdi – ilk iki həftə mənim adıma olacaq, sonra isə 
nişanlımın. 
Ravik vərəqi cibinə qoydu. 
– Çox sağ ol, Rolanda, hələlik Parisdə qalacağam. Gəlsəm də, nişanlın 
təəccüblənəcək, deyəcək, bu, haradan çıxdı. 
– Bayaqkı «vağzala gəlmə» sözlərinə görə deyirsən? O ayrı, bu ayrı. Bunu ona 
görə verirəm ki, birdən Parisdən gedəsi oldun. Özü də təcili. Ona görə verdim... 
Ravik onun üzünə baxdı: 
– Niyə gedəsi oluram? 
– Ravik, sən qaçqınsan! Qaçqınlar da bəzən çətinə düşürlər. Həmin anda bilərsən 
ki, polisdə qaçıb qurtarmaq üçün sənin də haradasa bir sığınacağın var. 
– Qaçqın olduğumu sən haradan bilirsən? 
– Bilirəm... Ancaq heç kəsə deməmişəm. Heç kimə də dəxli yoxdur. Ünvanı yaxşı 
saxla! Lazım olsa, gələrsən. Bizdə sərbəstlikdir. 
– Yaxşı, gələrəm. Çox sağ ol, Rolanda. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə