Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə32/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   28   29   30   31   32   33   34   35   ...   114

 
85
zirzəmisindən idi. – Qaldı o biri məsələlərə, fikirləşərəm. Yenə gələcəyəm. Çox 
böyük məmnuniyyətlə istifadə etdiyiniz alətlərə baxardım. Lazım gəlsə, məsləhət 
də verərdim. 
– Gələn dəfə mən alətləri göstərərəm, siz də sənədlərinizi. Etibar etibara bağlıdır. 
– Siz, hər halda, mənə etibar elədiniz. 
– Zərrə qədər də! – Buşe gülümsədi. – Sadəcə olaraq, təklif elədim, istədiyim vaxt 
da imtina edə bilərəm. Nə qədər yaxşı danışsanız da, fransız olmadığınız bilinir. 
Heç görkəminiz də oxşamır. Yəqin, gəlməsiniz...– O, yenə irişdi, soyuq nəzərlərlə 
Raviki süzdü. – Sizə heç kim inanmazdı, deyərdilər ki, fransız diplomunu göstər. O 
da yoxunuzdur... Bayırda oturan polis işçisidir. İstəyirsiniz, məni satın. Ancaq 
eləməzsiniz! Təklifim barədə isə düşünün. Adınızı, ünvanınızı mənə verməzsiniz, 
elə deyilmi? 
– Xeyr! – Ravik bildi ki, uduzub. 
– Belə də düşünürdüm. – Buşe indi, doğrudan da, yeyib sinirə bilməyən bədheybət 
pişiyə oxşayırdı. – Hələlik, müsyö. Təklifim barədə düşünün. Mən çoxdan gəlmə 
bir həkimlə əlaqə yaratmaq istəyirdim... 
Ravik gülümsədi. Bunun səbəbini bilirdi: gəlmə həkimi büsbütün ələ almaq asandı. 
Bir şey olsa da, günahkar o idi... 
– Fikirləşərəm, – dedi, – hələlik, madam. 
Qaranlıq dəhlizdən keçəndə hansı qapıdansa zarıltı eşitdi. Başa düşdü ki, otaqların 
biri palata kimi düzəldilib, çarpayılar qoyulub. Qadınlar sürünə-sürünə evlərinə 
getməmişdən qabaq bir az burada uzanırlar. 
Qabaq otaqda ucaboy, bığlarının ucu qısa vurulmuş bir kişi oturmuşdu, sifəti 
zeytun rənginə çalırdı. O, diqqətlə Ravikə baxdı. Roje də onun yanında oturmuşdu 
və Raviki görəndə, qeyri-ixtiyari, stolun üstündəki ikinci konyak şüşəsini 
gizlətmək istədi. Sonra irişib, əllərini yanına saldı. 
– Xoş getdiniz, doktor, – deyə o, saralmış dişlərini göstərdi. Deyəsən, qapının 
ağzında dayanıb qulaq asırmış. 
– Salamat qal, Roje. 
Ravikə elə gəldi ki, onunla məhrəm adam kimi danışmaq olar. Yarımca saatın 
içindəcə o məğlubedilməz qadın, az qala onu kin-küdurətli düşməndən şərikinə 
çevirmişdi... Buna görə də Roje ilə belə məhrəm-məhrəm danışanda yüngülləşdi, 
şahidi olduğu dəhşətlərdən sonra kişi ona mələk sifətində göründü. 
Pilləkəndə iki qızla rastlaşdı. Onlar hansı qapınısa axtarırdılar. Axırda biri özünü 
toplayıb Ravikdən soruşdu: 
– Müsyö, madam Buşe burada yaşayır? 
Ravik tərəddüd elədi. Onlara nəsə deməyin mənası var idimi? Xeyri olmazdı, 
onsuz da gedəcəkdilər. Bir də ki kimin üstünə göndərə bilərdi?! 
– Üçüncü mərtəbəyə qalxın, adı qapıda yazılıb... 
Saatın işıldayan siferblatı qaranlıqda, buludların arxasından boylanan günəş kimi 
zəif işıq saçırdı. Səhər saat beş idi. Joan üçdə gəlməli idi. Ola bilsin, bundan sonra 
gələcək... Ya da çox yorğun olub, çıxan kimi qaldığı mehmanxanaya gedib. 
Ravik təzədən uzandı ki, yatsın. Ancaq yuxusu gəlmirdi. Xeyli beləcə uzanıb, 
üzbəüz evin damındakı reklamın tavanda titrəyən qırmızımtıl işığına baxdı. 
Özündə qəribə bir boşluq hiss edirdi və səbəbini də bilmirdi. Elə bil, canındakı 


 
86
istilik damcı-damcı harayasa axıb gedirdi. Elə bil, qanı haradasa dayaq axtarır, tapa 
bilmir, axır, axır, hansı dumanlı bir boşluğasa tökülürdü. Əllərini başının altında 
çarpazlayıb, bir az da beləcə uzandı. İndi bildi ki, kimisə, nəyisə gözləyir. Və bir 
də onu bildi ki, Joanı gözləyən təkcə ağlı, düşüncəsi deyil, əlləri də, damarlarından 
axan qanı da, bütün canına-qanına yayılmış qəribə qəfil kövrəklik də onun 
həsrətindədir... 
Durub xalatını geydi, pəncərənin qabağında oturdu. Zərif yunun hərarəti canına 
yayıldı. Xalat köhnə idi, çoxdan özü ilə gəzdirirdi. Didərgin düşdüyü vaxtlardan 
ondaca yatmışdı. İspaniyanın şaxtalı gecələrində xəstəxanadan yorğun-arğın 
baraka qayıdanda onun istisinə qızınmışdı. Gözlərindən səksən yaşlı qarıya 
oxşayan on iki yaşlı Xuana Madridin bombardman edilmiş mehmanxanasında 
onun arasındaca can vermiş, nə vaxtsa belə bir yumşaq yundan don geymək, 
anasını gözlərinin qabağında necə zorladıqlarını, atasını ölüncəyə qədər tapdalayıb 
əzişdirdiklərini biryolluq unutmaq arzusu gözündə qalmışdı... 
Geri döndü: otaq, çamadanlar, bir-iki başqa şey, bir qucaq köhnəlmiş, oxumaqdan 
didik-didik olmuş kitab... Kişiyə yaşamaq üçün çox şey lazım olmur. Belə 
qarmaqarışıq zəmanədə çox şeyə öyrəşmək yaxşı deyil. Ya atıb gedirsən, ya da 
özünlə aparmalı olursan. Getmək isə hər gün gözlənilirdi. Tək yaşamağının da 
səbəbi bu idi. Yola çıxanda, gərək, səni burada saxlayan heç nə olmasın, ürəyinin 
yarısı qalmasın. Əyləncədən o yana keçmək yaramaz... 
Çarpayıya baxdı. Didik-didik olmuş, rəngi solmuş mələfə... Gözləməyin eybi yox 
idi. O qədər beləcə gözləmişdi ki! Ancaq onda başqa cür gözləmişdi, elə-belə, niyə 
gözlədiyini bilmişdi. Hətta bəzən səbri də tükənmişdi. Hərdən də öz ehtirasını 
pərdələmək üçün gizli bir kövrəkliklə gözləmişdi. Ancaq çoxdan idi ki, belə 
gözləyirdi. Nəsə ondan xəbərsiz ürəyində özünə yer eləmişdi. Yenə nəsə baş 
qaldırmışdı? Nə istəyirdi? Nə vaxtdan başlanmışdı? Nəsə keçmişin mavi 
ənginliklərindən boylanıb yenə onu çağırmırdımı? Bu, yenə çəmənlikdən qalxan, 
topa-topa göylərə yayılan, nanə qoxulu aprel meşələrinin ətri deyildimi? Yox, heç 
birini istəmirdi. Lazım deyildi bunlar ona! İstəmirdi, yenə onların sehrinə düşsün. 
Axı yol üstündə idi... 
Qalxıb geyinməyə başladı. Sərbəstliyi itirmək olmazdı. Hər şey yavaş-yavaş
tədrici asılılıqdan başlayır. Adam fikir vermir, bir də görür ki, adətlərin toruna 
düşüb. Bu adətlərin çox adı olur, biri də məhəbbətdir. Gərək, heç kimə, heç nəyə 
öyrəşməyəsən. 
Qapını bağlamadı. Joan gəlsə, onu tapa bilməyəcək... İstəsə qalsın. İstədi kağız 
yazıb qoysun. Ancaq nə yalan danışmaq, nə də hara getdiyini bildirmək istəyirdi... 
 
Saat səkkizə yaxın qayıtdı. Səhərin ayazında hələ də fənərlər yanan küçələrdə 
gəzişmiş, beynindəki duman çəkilmiş, yüngülləşmişdi. Ancaq mehmanxanaya 
çatanda hiss eləmişdi ki, əsəbləri yenə yay kimi dartılır. 
Joan gəlməmişdi. Özünü inandırmağa çalışdı ki, elə bunu da gözləyirmiş. Ancaq 
otaq əvvəlkindən də kimsəsiz göründü. Yan-yörəsinə baxıb, ondan bir nişanə 
axtardı, heç nə tapa bilmədi... 
Zəngi basıb xidmətçi qızı çağırdı. Qız gələndə: 
– Səhər yeməyi gətirin, – dedi. 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə