Qadın düz Ravikin üstünə gəlirdi. O, iri addımlarla yeriyir və qəribə tərzdə səndələyirdi. Ravik onu lap çatanda gördü. Gördü ki, rəngi avazıyıb, almacıq sümükləri çıxıb, gözləri az qalır hədəqəsindən çıxsın



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə66/114
tarix29.09.2018
ölçüsü1,93 Mb.
#71271
1   ...   62   63   64   65   66   67   68   69   ...   114

 
177
Morozov irişdi. Ancaq Ravikin dodağı da qaçmadı. Gözü qapıda idi. Qapı açıldı, 
növbətçi içəri girdi, onlara sarı gəldi. «Zəng elədi! – Ravik ürəyindən keçirdi. – 
Axır ki, elədi!» Yerindən tərpənmədi, gözlədi. Hiss etdi ki, qollarının -əzələləri 
dartılır... 
– Bu siqaret sizə çataçaq, müsyö Morozov, oğlan indicə gətirdi. 
Təşəkkür edirəm, – deyə Morozov rus siqaretini alıb çibinə qoydu.–Hələlik, 
Ravik! Bu gün yenə görüşəcəyik? 
– Bəlkə də... hələlik, Boris. 
 
Mədəsi kəsilmiş kişi gözlərini Ravikə zilləmişdi. Urəyi bulanır, ançaq qaytara 
bilmirdi. Qaytarmağa bir şey də yox idi. Qıçları kəsiləndən sonra onun ağrısını hiss 
eləyən adam kimi idi... 
Rahatlıq tapa bilmirdi. Ravik iynə vurdu. Yaşamasına ümid az idi. Ürəyi zəifləmiş, 
ciyərinin bir tayı da sıradan çıxmışdı. Otuz beşçə yaşı olsa da, çox xəstəliklər 
geçirmişdi. Uzun müddət mədə xorasından əziyyət çəkmiş, sonra vərəm olmuşdu 
və onu da yaxşı müaliçə etdirməmişdi. İndi də xərçəng yaxalamışdı. Xəstəlik 
tarixindən bilinirdi ki, dörd il evli olub. Arvadı uşaq üstə ölmüşdü. Üç il keçəndən 
sonra uşaq da vərəmdən getmişdi... Özgə heç kəsi yox idi. İndi burada uzanıb 
gözlərini Ravikə zilləmişdi və ölmək istəmirdi. Səbirli, dözümlü idi və xəbəri yox 
idi ki, mədəsini kəsib götürüblər, yemək birbaşa onikibarmaq bağırsağa töküləcək, 
adama az-çox ləzzət verən şor xiyarı, qızardılmış donuz ətini heç vaxt yeyə 
bilməyəcək. Buradaca uzanmışdı, bədəni doğram-doğram idi, yavaş-yavaş 
çürüməyə başlamışdı, gözlərində nəsə tərpənirdi və onun da adına ruh deyirdilər. 
Get fəxr elə ki, romantiksən! Bu da bəşəriyyətin həyat himni! 
Ravik hərarət çədvəlini yerinə asdı. Tibb bacısı durub göstəriş gözləyirdi. Yeniçə 
toxumağa başladığı köynəyi yanındakı stolun üstünə qoymuşdu. Millər üstündə idi, 
yu-maq yerə düşmüşdü. Stoldan sallanan nazig yun ip uzaqdan, sızqı ilə axan qana 
oxşayırdı. Sanki köynəkdən qan damırdı... 
«Buradaca uzanıb qalıb... – Ravik ürəyindən keçirdi. – İndicə vurulan iynəyə 
baxmayaraq, gecə halı xarablaşacaq, dəhşətli ağrılar başlayacaq, yerindən tərpənə 
bilməyəcək, təngnəfəs olacaq, yuxusunu qarışdıracaq. Mən isə qadın gözləyirəm 
və düşünürəm ki, gəlməsə, bu gecə ən ağır gecə olacaq... Can üstə olan bu kişi, 
qonşu palatadakı qolları əzik-əzik olmuş Qaston Pere... Bu gecə bütün dünyada baş 
verəcək min cür hadisə ilə muqayisədə mənim dərdimin gülünc olduğunu özüm də 
bilirəm, ancaq yenə də xeyri yoxdur.... Heç xeyri yoxdur, kömək eləmir, heç nəyi 
dəyişmir, hər şey olduğu kimi qalır... Morozov necə dedi? Niyə sənin də mədən 
ağrımır? Hə, doğrudan, niyə ağrımır?» 
Tibb bacısına: 
– Bir şey olsa, mənə zəng eləyin, – dedi. Bu, Ketin qrammofon bağışladığı qız idi. 
– Bu cənab çox fağır adamdır...– Qız dilləndi. 
– Necədir?–Ravik heyrətləndi. 
– Çox fağırdır... Yaxşı xəstədir... 
Ravik yan-yörəsinə baxdı. Burada ona hədiyyə ediləsi heç nə yox idi. Çox fağırdır! 
Bu tibb bacıları bəzən qəribə sözlər tapırlar! Yazıq olub-qalan gücünü, bütün 
əsəblərini toplayıb ölümlə çarpışır. Yox, fağır adam deyil! 


 
178
Ravik mehmanxanaya qayıtdı. Qapıda Qoldberqlə rastlaşdı. Saqqalına dən düşmüş 
yaşlı adam idi, döş cibindən qızıl saatının qalın zənciri sallanırdı. 
– Gözəl axşamdır! – Qoldberq onu söhbətə tutdu. 
– Bəli...– Ravik onun indi Vizenhofun otağında olan arvadını xatırladı. –Bəlkə, bir 
az gəzək? 
– Gəzdim... «Konkor» meydanına qədər getmişdim... 
Hə, «Konkor» meydanına qədər! Amerika səfirliyi orada yerləşirdi. Ağ rəngli bina 
idi, damında ulduzlu bayraq yellənirdi. Gediş-gəliş az olan, sakit bir yerdi. Orada 
bir mücrü vardı və həmin mücrünün içində saxlanılan möhürlə vizalar təsdiq 
olunurdu. Əlçatmaz yer idi! Qoldberq də «Krilo» mehmanxanasının yanında 
dayanıb, gözlərini onun bağlı qapısına, işıq gəlməyən pəncərələrinə dikir və elə 
baxırdı ki, deyərdin, Rembrandtın hansı əsərinəsə, ya da əfsanəvi «Koxinor» (19) 
brilyantına tamaşa edir... 
– Bəlkə, bir az da gəzək? «Zəfər tağı»na çatıb qayıdarıq, – deyə Ravik fikirləşdi: 
əgər yuxarıdakı iki nəfəri xilas edə bilsəm, gedib görəçəyəm, Joan gəlib, ya da bir 
azdan gələcək. 
Qoldberq başını buladı: 
– Evə gedirəm. Yəqin, arvadım indi məni gözləyir. İki saatdan çoxdur getdiyim... 
Ravik saata baxdı. Birin yarısına az qalırdı. İndi heç kəsi xilas etmək lazım deyildi. 
Qadın çoxdan öz otağına qayıtmış olardı. O, pilləkəni yavaş-yavaş qalxan 
Qoldberqin arxasınca baxdı, sonra növbətçiyə yaxınlaşdı. 
– Mənə zəng vuran olub? – deyə soruşdu. 
– Xeyr. 
Otağından işıq gəlirdi. Yadına düşdü ki, çıxanda özü söndürməmişdi. Stolun 
üstündəki kağız parçası elə işıldayırdı ki, deyərdin, üstünə qar yağıb. Yazmışdı ki, 
yarım saatdan sonra qayıdacaq. Onu götürüb cırdı. İçməyə bir şey axtardı, ancaq 
heç nə tapmadı. Təzədən aşağı düşdü. Növbətçidə kalvados tapılmadı. Təkcə 
konyak var idi. Ravik bir şüşə «Enessi», bir şüşə də «Vuvre» götürdü. Növbətçi ilə 
xeyli söhbət elədi. Kişi ona sübut etməyə çalışırdı ki, ikiyaşlıların Sən-Kludakı 
növbəti qaçış yarışında II Ludunun imkanları daha böyükdür. İspaniyalı Alvares 
gəlib keçdi. Ravik gördü ki, o, azacıq axsayır. Bir qəzet də götürüb otağına qayıtdı. 
Gecə heç cür qurtarmaq bilmirdi. «Sevən adam möcüzəyə inanmırsa, batıb!» Bu 
sözləri 1933-cü ildə vəkil Arensen Berlində demişdi. Üç həftədən sonra onu həbs 
düşərgəsinə göndərdilər, çünki sevgilisi şeytanlamışdı... Ravik «Vuvre»ni açdı, 
Platonun kitabını əlinə götürdü. Bir-iki dəqiqə keçməmiş, qaytarıb yerinə qoydu, 
gəlib pəncərənin qabağında oturdu. 
Gözlərini telefona zilləmişdi. Lənətə gəlmiş bu qara aparatdan da kömək yox idi. 
Joanın nömrəsini bilmədiyi üçün zəng eləyə bilməzdi. Harada yaşadığını da 
bilmirdi. Özü soruşmamış, Joan da deməmişdi. Bəlkə də qəsdlə deməmişdi. Onsuz 
da bəhanə tapacaqdı... 
 
Tünd olmayan şərabdan bir qədəh içdi. «Lap axmağam, – deyə ürəyindən keçirdi. 
– Bu gün səhər yanımda olan qadını gözləyirəm. Üç ay yarım ayrı düşdüm, vecimə 
olmadı, indi bircə gün gəlməyib, dözə bilmirəm. Ondan sonra görməsəydim, belə 
olmazdı. Özümü hazırlamışdım. Ancaq indi...» 


Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə