100
Türkiyənin SSRİ ilə “məcburi dostluğu” üzündən təkcə
Azərbaycan mühacirləri deyil, burada məskunlaşan Qafqaz, Tür-
küstan və başqa bölgələrin türk-müsəlman mühacirləri də yavaş-
yavaş Avropa ölkələri ilə əlaqələrə üstünlük verməyə başladı.
Çünki kommunizmin Avropaya yayılmasından qorxan avropalılar,
SSRİ-dən olan siyasi mühacirlərə qayğı göstərir, onlara dayaq
durmağa çalışırdı.
Avropada Azərbaycan mühacirlərinin yaratdığı ilk siyasi
təşkilat “Azərbaycan İstiqlal Komitəsi” idi. 1924-cü ildə Almani-
yada təhsil alan azərbaycanlı tələbələrin bazası əsasında yaradılan
bu təşkilatın ilk sədri Heydər adlı bir mühacir olmuşdu.
Sonralar Almaniyada yaxşı tanınan Hilal Münşinin sədri
olduğu AİK, yaydığı ideoloji-siyasi ədəbiyyat, məcmuə, eləcə də
verdiyi konfranslarla uzun illər Avropa ictimaiyyətinin və dövlət-
lərinin diqqətini Azərbaycanın müstəqilliyi məsələsinə cəlb edə
bilmişdi.
ΙΙ Dünya müharibəsi başlayanda M. Ə. Rəsulzadə və Hilal
Münşi tərəfindən Berlində Milli Azərbaycan Komitəsi yaradıldı.
MAK-ın proqramında deyilirdi: “Azərbaycanın milli haqlarını
qorumaq, vətənin xilas və istiqlalı üçün mübarizə aparmaq, Qaf-
qaz millətlərinin dostluqları və siyasətcə bir yerdə yaşamaları
üçün çalışmaq... Komitənin əsas qayəsini təşkil edir” [42, N-9,
1952].
Azərbaycan milli legionlarının formalaşdırılmasında mü-
hüm rol oynayan bu komitə, eyni zamanda M. Ə. Rəsulzadənin
yazdığı kimi, “Milli Azərbaycan davasının əsaslarını alman
məqamlarına qəbul etdirmək üzrə fəaliyyətə keçmişdi” [32, N-9,
1954].
M. Ə. Rəsulzadənin rəhbərliyi ilə 1945-ci ildə Münhendə
yeni bir təşkilat da meydana gəlmişdi. Bu Azərbaycan Demokratik
Birliyi idi və müharibə qurtardıqdan sonra çox acınacaqlı
vəziyyətə düşmüş azərbaycanlı hərbçiləri müxtəlif ölkələrdə
yerləşdirməyə çalışırdı. ADB-nin sədri M. Ə. Rəsulzadə vətənə
dönmək istəməyən soydaşlarına müraciət edərək, onları qarşıdakı
101
çətinliklərə, məhrumiyyətlərə baxmayaraq ruhdan düşməməyə
çağırırdı. Müraciətdə deyilir: “Əziz mühacirlər! 6 ildir davam
edən İkinci Cahan hərbi artıq sona yetdi. Hərb almanların
məğlubiyyəti, Qərb müttəfiqlərinin zəfəri ilə nəticələndi. Bizim
mücadiləmiz isə davam edəcək, çünki müqəddəs vətənimizi işğal
altında tutan Sovet kommunist rejimi müttəfiqlərin yanında yer
almaq imkanına sahib oldu...
...Yurddaşlar, yurdumuza dönənə qədər yaşayacağınız
ölkələrdə sizə bəxtiyar olmağınızı dilərik. Bu vəsiqə ilə qısa adı
“ADB” olan Azərbaycan Demokratik Birliyi ətrafında birləşməyə
çağırırıq” [25, 17.04. 1996].
1943-cü ildə, müharibənin gedişində könüllü alman tərə-
finə keçən mayor Ə. Fətəlibəyli-Düdənginski tərəfindən “Azər-
baycan Milli Birlik Məclisi” adlanan bir siyasi təşkilat da yara-
dılmışdı. Müharibədə Azərbaycan müstəqilliyinin Almaniya tərə-
findən tanınması uğrunda mübarizə aparan bu təşkilat müha-
ribədən sonra bir sıra yeni mühacirləri, o cümlədən əski mühacir-
lərdən Ə. Şeyxülislam, C. Hacıbəyli, İ. Əkbər, C. Kazımbəy və b.
öz ətrafında birləşdirərək Müsavatın Xarici Ölkələr Bürosuna və
AMM-ə müxalifət mövqeyində dayanırdı.
“Hərb bitdikdən sonra dürlü macəralardan keçən Fətəli-
bəyli, nəhayət amerikalılar tərəfindən finansə olunan, Münhendə
təsis edilmiş “Qurtuluş Radiosu” Azərbaycan şöbəsinin şefi idi”
[32, N-9, 1954].
1954-cü ildə Ə. Fətəlibəyli Sovet casusu tərəfindən
Almaniyada qətlə yetirildikdən sonra “Azərbaycan Milli Birlik
Məclisi” də dağıldı.
1947-ci ildə Avropada məskunlaşan Azərbaycan müha-
cirlərinin əksəriyyəti Türkiyəyə qayıtdı. 1949-cü il fevralın 1-də
M. Ə. Rəsulzadə başda olmaqla siyasi mühacirlər Ankarada
“Azərbaycan Kültür Dərnəyi”ni qurdular.
Dərnəyin qarşısında duran əsas vəzifələr belə müəyyən-
ləşdirilmişdi:
102
“A- Azərbaycanı, onun tarixini, kültürünü, dərnək, işləmək
və yaymaq;
B- Kitab, dərgi və qəzet olaraq yayın yapmaq və kültürəl
toplantılar tərtib etmək;
C- Möhtac azərbaycanlılara maddi və mənəvi yardımlarda
bulunmaq” [32, N-1, 1952].
Türkiyədə Azərbaycan mühacirlərinin siyasi fəaliyyəti
qadağan olunduğundan müsavatçılar, eləcə də digər mühacirlər
dərnək qurulduqdan sonra onun ətrafına cəmləşdilər. M. Ə.
Rəsulzadə AMM-də yenidənqurma işləri aparıb, Müsavat Parti-
yasının və AMM-in fəaliyyətini Kültür Dərnəyinin fəaliyyəti ilə
uzlaşdırdı. Nizamnaməsində “siyasətlə uğraşmaz” sözləri yazılan
Azərbaycan Kültür Dərnəyi əslində pərdə arxasındakı Müsavatın
və Milli Mərkəzin üzdə olan şəkli idi.
M. Ə. Rəsulzadənin “Azərbaycan Kültür Gələnəkləri”
əsərində yazdığı kimi, geniş anlam daşıyan “Kültür” sözü həm də
siyasi həyatı əhatə etdiyindən, dərnəyin adı da onun siyasətlə
uğraşacağını bəri başdan xəbər verirdi.
Örnək cəhətlərdən biri də o idi ki, Azərbaycan Kültür Dər-
nəyi bütöv Azərbaycan həyatını və problemlərini özündə ehtiva
etməyə çalışır, onu küll hallında öyrənib təbliğ etməyi əsas məq-
sədi sayırdı. Bu amil 1960-cı illərdən sonra özünü daha qabarıq
büruzə verməyə başladı.
Bütün bunlardan başqa Türkiyə və Qərb dövlətlərində o
qədər də populyar olmayan qrupların yaratdıqları aşağıdakı təş-
kilatlar da fəaliyyət göstərirdi:
1. 1948-ci ildə Ankarada İsmayıl Saryal, Məmməd Altun-
bay, Əziz Alpaut, Nurəddin Ardıcoğlu tərəfindən yaradılan
“Azərbaycan Müdafiə Hüquq Cəmiyyəti”.
“Siyasətlə uğraşmayacağını” bildirsə də, cəmiyyətin ni-
zamnaməsindən aydın olur ki, onun əsas qayəsində siyasi isti-
qamət yox deyildi. AMHC-nin nizamnaməsinin ikinci bəndində
deyilir: “Azərbaycanın haqlarını və mövcudiyyətini təhdid edən
Dostları ilə paylaş: |