Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə12/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   8   9   10   11   12   13   14   15   ...   148

S
əudiyyə Ərəbistanının Kralı 1938-ci ildə Kəbə örtüyünü tikən yeni bir fabrikin 
tikilm
əsini əmr verdi.  
K
əbə  örtüyünün  uzunluğu  14  metrdir.  Onun üzərinə  qızıla  boyanmış  gümüş 
iplikl
ə Quran ayələri yazılmışdır. Bu örtüyün qiyməti 20.000 000 (20 mln.) riyaldır.   
Xüsusi fabrikd
ə  hazırlanan  bu  örtük  800  kq  ipək və  300  kq  qızıl-gümüşdən 
ibar
ətdir. İşlər hər il məhərrəm ayının 1-də başlayır və 11 ay müddətində davam edir. 
Örtük üçün ip
ək  Almaniyadan  alınır.  Sap bir neçə  dəfə  yuyulur,  kimyəvi 
madd
ələrdən təmizlənir, yüksək keyfiyyətli qara rəngə boyanır.  Hər il zilhiccə ayının 
3-d
ə,  yaxud 4-də  örtük Kəbənin qulluqçusuna təqdim edilir və  həcc mərasiminin 
sonunda ziyar
ətə gələn görkəmli şəxsiyyətlərə tikə-tikə paylanır
1
.  
Əbu Cəfər (ə) nəql edir: “Süleyman ibn Davud cinlər,  insanlar,  quşlar  və 
kül
əklərlə birlikdə Kəbəni ziyarət etdi və ona örtük sərdi”
2
.  
İmam Sadiqdən (ə) sual olundu: bizə Kəbənin örtüyündən bir şey yetişir. Ondan 
əynimizə  paltar tikə  bilərikmi?  Həzrət buyurdu:  “Bunula sizə  inşallah  ki,  bərəkət 
nazil olar. 
Amma oranın torpağından bir daş olsa belə götürməyin. Hər kəs ondan bir 
çey götürübs
ə, geri qaytarsın. İnsana yaraşmaz ki, Məkkədə bir ildən artıq qalsın. Hər 
k
əs orada bir ildən artıq qalsa, qəlbi sərtləşər. Heç kəsə yaraşmaz ki, Kəbədən hündür  
bina tiksin”
3
  
K
əbənin parçasının qara rəngdə olmasının sirri tam olaraq bəlli deyildir. Lakin 
Əllamə Hairi belə nəql edir ki, bunun səbəbi onun dilindən belə deyilmişdir: “Allahın 
peyğəmbərləri mənim  ətrafımda  təvaf  edirdilər.  Onları  itirdiyimdən qaraya 
bürünmüşəm
4
.  
K
əbənin örtüyünün fəziləti  haqqında  Peyğəmbərdən  (s)  belə  bir hədis rəvayət 
olunur:  “Onu heç vaxt söym
əyin,  çünki,  o Allaha təslim  olmuşdur”.  Digər bir 
r
əvayətdə  isə  Mömər,  Həmmam bin Münəbbih  və  Əbu  Hüreyrə  təriqi ilə  rəvayət 
olunur ki, Peyğəmbər buyurmuşdur: “Əsəd əl-Humeyrini söyməyin, çünki o, Kəbəyə 
ilk örtük ç
əkən  şəxsdir”
5
.  (Lakin bu h
ədis zəif hesab olunur).  Kəbənin  Şam 
istiqam
ətində Hicri-İsmail deyilən bir məkan vardır. Bu  məkan İsmail peyğəmbərin 
(
ə)  yaşadığı  xeymə  olmuşdur.  Onun  yaşadığı  bu  otaq təvafa daxildir,  amma ona 
istiqam
ət alıb namaz qılmaq düzgün deyil.  
 
1.15.
Kəbənin vəsfi və fəzilətləri 
K
əbə evi dördbucaqlıdır. O sərt mavi daşlardan tikilmişdir. Onun hündürlüyü on 
altı metrdir. Amma Peyğəmbərin (s) dövründə onun hündürlüyü bu qədər olmamışdı. 
Çünki F
əth günü İmam Əli (ə), Peyğəmbərin (s) kürəyinə çıxıb Kəbənin üstündəki 
bütl
əri yerə  atmışdi. Onun eni  təxminən on metr on santimetr, uzunluğu isə  on iki  
metrdir. K
əbənin qapısı şərq divarında yerdən iki  metr hündürdədir. Qapı ilə üzbə-üz 
dayananda  sol t
ərəfdə  Rükndə  Həcərül-əsvəd  yerləşir.  Həcərül-əsvəd  ağır, 
1
 
Hacı Abu Talıb Əbdulmuttəlib oğlu, Ziyarət, səh. 14   
2
 Küleyni, 
əl-Kafi, c. IV, səh. 412, hədis № 2938 
3
 
Əllamə Hairi Ələmi, Dairətül-məarif, c. XV, səh. 195-196; Küleyni, Üsuli-kafi, c. IV, səh. 420, hədis № 2968, 2969, 
2973 
4
 Dair
ətül-məarif, c. XV, səh. 196   
5
 
Əhməd Cad, Vəsfül-Kəbətil-müşərrəfəti və tarixüha, səh. 77   
26 
 
                                                      


yonulmamış  yumurta  şəklində  bir  daşdır.  Onun  rəngi  qırmızıya  çalan  qaradır. 
Üz
ərində sarı damarlar (xətlər) var.  
K
əbənin küncləri qədimdən bəri “Rükn” adlanır. Onun şimal küncünə “Rükni-
İraqi”,  qərb küncünə  “Rükni-Şami”,  cənub küncünə  “Rükni-Yəmani”,  Həcərül-
əsvədin  olduğu  şərq küncünə  isə  “Rükni-Əsvəd”  deyilir.  Qapı  ilə  Rükni-Əsvədin 
arasındakı yerə isə “multəzəm” deyilir. Onun belə adlanmasının səbəbi isə təvaf edən 
şəxsin davamlı  olaraq  burada  dayanıb  dua  eməsinə  görədir.  Şimal  tərəfdən  divarın 
üz
ərindəki navalça “Muzə’bi-Rəhmət”  adlanır.  Bu  navalçanı  Həccac bin Yusif 
tikdirmişdir. Sonralar bu navalçanı hicri 954-cü ildə sultan Süleyman gümüş, 1021-ci 
hicri ilind
ə  sultan  Əhməd  çini  naxışlı  və  qızıl  ulduzlu  navalça  ilə  dəyişdirmişdi. 
Sonralar is
ə osmanlı imperatoru sultan Əbdülməcid 1273-cü hicri ilində bu navalçanı 
gümüş bir navalça ilə dəyişmişdi. Bu navalça hal-hazırda da Kəbənin damındadır.  
Şimal  divarının  qarşısında  yay  şəklində  “hətim”  adı  verilən  yarımdairəvi bir 
divar var. Onun iki ucu K
əbənin  şimal  və  qərb künclərinə  baxır.  Hər iki tərəfdən 
(yarımdairənin ucları ilə şimal və qərb künclərinin arasında) iki metr üç santimetrlik 
m
əsafə  var.  Bu  yarımdairənin hündürlüyü bir metr, eni isə  bir  metr  yarımdır. 
Yarımdairə ilə şimal divarındakı ərazi bəzəkli daşlarla döşənilmişdir. Yarımdairənin 
ortasından  şimal  divarının  tən  ortasınadək olan məsafə  səkkiz  metr  qırx  dörd 
santimetrdir.  
“Hatim”  adlı  divarla  (yarımdairəvi divarla) Kəbənin  divarının  arasındakı 
boşluğa “Hicri-İsmail” deyilir. Onun təxminən üç metri İbrahim (ə) Kəbəni tikərkən 
binanın daxilində olubmuş, lakin sonradan binadan kənara düşüb. Buna görə də təvaf 
edil
ərkən “Hicri-İsmail”  də  təvaf dairəsinin içərisinə  düşməlidir  ki,  İbrahim 
peyğəmbərin (ə) dövründəki Kəbə  tam təvaf  edilsin.  Yarımdairəvi  divarla  şimal 
divarı arsındakı məsafənin üç metri Kəbə binasına aid, qalanı isə İsmail (ə) ilə anası 
Hac
ərin (ə) qoyunlarının saxlandığı yer olmuşdur. Bəzilərinin fikrincə isə Hacərlə (ə) 
İsmail (ə) məhz bu yerdə dəfn edilmişdir
1
.  
Qeyd etdiyimiz kimi K
əbənin Şərq hissəsində Həcərül-əsvəd adlanan Qara daş 
vardır.  Bu  daş insan  boyu qədərində  Kəbəyə  yapışdırılmışdır.  Səhih hədislərə  görə 
daş  Cənnətdən  endirilmişdir.  Bu  haqda  peyğəmbər buyurub:  “Həcərül-əsvəd 
C
ənnətdən endirilib.  O  süddən  ağ  idi.  Lakin Adəm övladının gunahları ucbatından 
qaralmışdır”
2
.  
Əllamə Məclisi rəvayət edir: İmam Sadiqdən (ə) nə üçün Qara daşa əl sürtülür 
dey
ə  soruşuldu.  Həzrət buyurdu:  “Allah Adəm övladından  möhkəm  əhd  aldıqda 
C
ənnətdən daşı çağırdı və ona bu əhdə şahid olmağı əmr etdi. Həcərül-əsvəd bu əhdə 
kimin nec
ə riayət etməsinə şahiddir”
3

İmam Sadiqdən (ə) soruşuldu: Nə üçün Allh 
H
əcərül-əsvədi (Qara daşı) Rüknə qoydu? Niyə onu başqa yerə qoymadı? Nə üçün 
əhdi onunla etdi,  başqası  ilə  yox?    İmam  buyurdu:  “Allah  Həcərül-əsvədi Adəmə 
C
ənnətdən göndərdi Əhdə görə onu Rukunda yerləşdirdi”
4
.  
1
 
Bax: Əllamə Təbatəbai, Təfsirül-mizan, c. III, səh. 523             
2
 
Əllamə Məclisi, Biharül-ənvar, c. 96, Həmşinin, bu hədisi Tirmizi Sünən; Şeyx Səduq, əl-Fəqif, c. II, səh. 255, hədis 
№ 2115;  Küleyni əl-Kafi, c. IV, kitabül-həcc, əsərlərində də rəvayət ediblər   
3
 
Əllamə Məclisi, Miratül-üqul, c. III, səh. 250; Küleyni, Üsuli-kafi, c. IV, səh. 397, hədis № 2893; Şeyx Səduq, əl-
F
əqih, c. II,  səh. 254, hədis № 2115    
4
 
Əllamə Hairi, Dairətül-məarif, c. XVII, səh. 306;  Şeyx Səduq, Mən la yəhzuruhül-fəqih, c. II, səh. 254, hədis № 2115   
27 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə