Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti


dinind ən dönər? And olsun ki, biz onu dünyada seçdik, axirətdə də şübhə yox ki



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə2/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   2   3   4   5   6   7   8   9   ...   148

dinind
ən dönər? And olsun ki, biz onu dünyada seçdik, axirətdə də şübhə yox ki, 
o, salehl
ərdəndir”.
1
  
Yuxarıda qeyd etdiklərimizi İslamın digər müqəddəs şəhərlərinə də şamil etmək 
mümkündür. Çünki 
İmam  Əlinin  (ə),  İmam  Hüseynin  (ə) və  digər  Əhli-beyt 
şəhidlərinin məqamı Allah yanında uca olduğundan onların dəfn olunduqları yerləri 
d
ə müqəddəs saymaq, onlara ehtiram qoymaq dinimizin bizə öyrətdiyi ayinlərdəndir. 
Bundan başqa,  adı keçən şəhərlərin  İslam  tarixində  oynadığı  rolu bilmədən, həmin 
şəhərlərdə  baş  verən prosesləri incələmədən  İslamın  həqiqi tarixinə  bələd olmaq 
mümkünsüz  olacaqdır.  Buna  görə  də  kitabda həmin  şəhərlərin tarixinə  də  diqqət 
yetirilmişdir. 
Bu kitabda qeyd etdiyimiz r
əvayətlər onu göstərir ki, bu mövzu ilə əlaqədar nəql 
olunan h
ədislər  saysız-hesabsızdır.  Bu  hədislər  bütün məzhəblərin  kanalları  ilə 
r
əvayət edilmişdir. Bu hədislər haqqında Cənubi Azərbaycan alimi Əllamə Təbatəbai 
(1902-
1983)  yazırdı:  “Bu rəvayətlər nə  məna, nədə  ki, ləfz  baxımından  təvatür 
h
əddinə  yetişməyən ahad xəbərlərdir. Ancaq bunlar dini məlumatlar  baxımından 
faydasız da deyillər. Qısası bunlar rədd də edilməz”.
2
 Bu h
ədislər haqqında bəlkə də 
ən  doğru  söz  budur  ki,  hər  bir  savadlı  oxucu  bu  mövzuda  olan  məlumatları  bu 
r
əvayətlərdən  əldə  edə  bilər.  Həmçinin,  bu hədislərin bir çoxu möcüzəvi mahiyyət 
daşıyıb,  insan  idrakı  tərəfindən tam dərk edilməyə  də  bilər. Bu məqama  Qurani-
k
ərimdə  də  işarələr  vardır.  Məsələn:  “Sizin üçün heyvanlardan s
əkkiz cift 
endirdi”
3
 
v
ə  ya  “D
əmiri endirdi
4
 ay
ələrini göstərmək olar. Bunlardan əlavə  bu 
növd
ən olan rəvayətlərin sənədlərinin mukəmməl olmaması  da  yenə  onların  silinib 
atılmasına  dəlil ola bilməz. Çünki rəvayətlər özləri bir neçə  növdür. Bunlardan bir 
qurupu Quran v
ə  səhih sünnəyə  muxalifdir.  Əlbəttə  ki, belə  rəvayətlər  atılmalıdır. 
Dig
ər qurup rəvayətlər isə nə rədd olunar, nədəki qəbul. Çünki bunların rədd və ya 
q
əbul edilməsi haqqında dəlilimiz yoxdur. Üçüncü qurup rəvayətlər isə tam məqbul 
r
əvayətlərdir.     
Bu h
ədislər bütövlükdə Məkkə şəhərinin fəzilətlərini, Kəbə evinin Allah yanında 
şərəfini,  Əhli-beyt  imamlarının  (ə) yüksək məqamlarını  insanların  diqqətinə 
çatdırmaqdadır.  Onlara  aid  edilən bu xəbərlər heç də  Kəbə,  Həcərül-əsvəd  kimi 
varlıqların üstünlüklərini zahiri duruma bağlamır. Allahın bu məkanı və orada olan 
bu varlıqları tərif etməsi əlbəttə ki, biz müsəlmanlar üçün mənəvi bir haldır.      
Bundan 
əlavə bu hədislər Qurani-kərim ilə heç bir ziddiyyıt təşkil etmir, əksinə 
M
əkkəyə və oradakı müqəddəs məkanlara aid ayələri daha da təkidləndirir  və izah 
edir. 
H
əmçinin, bütün İslam  məzhəblərinə görə hədisin zəif olması onun atılmasına 
v
ə əməl edilməməsinə dəlil deyildir. Yəni zəif hədislər batil hesab olunmur. Əgər o 
h
ədis  Allahın  sifətləri və  əqidəvi mövzulardadirsa, ona əməl edilməz. Digər  şəri, 
xüsus
ən də  tarixi məsələlərə  aiddirsə,  onlara  inanmağın  və  əməl etməyin heç bir 
mane
əsi yoxdur.  Buna görə  də  kitabda rast gəlinən bəzi zəif hədislər  oxucuları 
1
 B
əqərə, 130     
2
 T
əfsirül-mizan, c. I, səh. 410-411 
3
 Züm
ər, 6   
4
 H
ədid, 25 

 
                                                      


çaşdırmamalı,  əksinə  onlara müqəddəs  şəhərlər və  oradakı  ziyarətgahlar  haqqında 
daha da dolğun məlumat vermək mahiyyətindədir. 
İrad  və  təklifləri  quliyev.ibrahim.78@mail.ru  elektron  ünvanına  göndərməyi 
oxuculardan xahiş edirik. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 


I FƏSİL 
MƏKKƏ   ŞƏHƏRİ 
 
1.1.
Məkkə sözünün mənaları 
M
əkkə  sözü çox böyük ehtimalla ərəb mənşəli sözlərdən  olub  bir  çox  lüğəvi 
m
ənalar kəsb etməkdədir. Məkkə sözünün lüğətdə  çoxlu mənalar bildirməsinin əsas 
s
əbəbi onun hansı kökdən əmələ gəlməsinə görədir. Bunu da nəzərə almaq lazımdır 
ki, M
əkkə sözünün  kökü  lüğət və təfsir əhlinin yanında ixtilaflı məsələlərdəndir. 
M
əkkə sözü Qurani-kərimdə Bəkkə kimi də qeyd edilmişdir.
1
  
Əgər onun Bəkkə  sözündən  əmələ  gəldiyini qəbul etsək,  onun mənası 
“zalımların boynunu bükmək” olacaqdır. Çünki bu ifadəni ərəblər “təbukku ənaqə əz- 
zalim
ə”  kimi  işlədirlər.
2
 Bir qurup aliml
ər isə  Məkkə  sözünün “imtəkkə”  felindən 
əmələ gəldiyini və “sorub qurutmaq” mənasında olduğunu deyirlər. Məkkə sözünün 
bu m
ənada olduğunu deyən alimlər orada suyun az olduğunu nəzərə alıb Məkkəyə bu 
m
ənanı  vermişlər.
3
 H
əmçinin,  bəzi,  alimlər Məkkə  sözünün “təmukku”  felindən 
əmələ  gəldiyini və  “təmukkul-cəbbarin” yəni “zülm edənlərin  alçaldılması” 
m
ənasında olduğunu qeyd edirlər.
4
 
Əllamə Məclisiyə (1628-1700) görə Məkkə sözünün bildirdiyi mənalardan biri 
d
ə “insanların çox toplaşdığı yer” deməkdir.
5
  
Bundan  başqa  müəllif  məkkə  sözünün  “məkkə” felindən  əmələ  gəlib “həlak 
etm
ək” “naqisləşdirmək” mənalarını da ifadə etdiyini yazır.
6
  
B
əzi tədqiqatçılara  görə,  Məkkə  sözü  “mukuk”  kökündən  əmələ  gəlib və  “iki 
hündür dağın arası” mənalarını da ifadə edir.
7
 
M
əkkə  sözünün bildirdiyi mənalardan biri də  “günahkar  insanın  ağlayıb  öz 
günahlarını  bağışlatması”  deməkdir.  Buna görə  də  “Məkkə  günahların  bağışlandığı 
yer”  m
ənasındadır.
8
 
 
1.2.
Məkkənin coğrafi mövqeyi 
M
əkkə sözü hansı mənanı bildirmısindən asılı olmayaraq hal-hazırda şəhər adını 
daşıyır  və  müsəlmanların  müqəddəs  şəhərlərindən biridir.  Bu şəhər  “Bətni-Məkkə” 
adını daşıyan vadidə salınmış ən qədim şəhərdir. 
Bu müq
əddəs şəhər indiki Səudiyyə  Ərəbistanının qərbində,  Qırmızı dənizdən 
t
əxminən 70 km şərqdə yerləşir. Səudiyyə Ərəbistanı cənub-qərbi asiyanın ən ucqar 
nöqt
əsində yerləşir. 
Ərəbistan ərazisi həm təbii, həm də coğrafi baxımdan bir neçə hissəyə bölünür. 
Coğrafi baxımdan Ərəbistan beş hissədən ibarətdir: 
1
 
Ali İmran, 96
 
2
 
İbn  Kəsir, Təfsiru Quranil-əzim, c. I, səh. 391; Yaqut bin Abdullah əl-Həməvi, Möcəmül-büldan, c. V, Beyrut, 
1399/1979, s
əh. 181; Bağır Şərif əl-Qürəşi, Həyati-Məhəmməd, c. I, səh. 23  
3
 Yaqut 
əl-Həməvi, Möcəmül-büldan, c. V, səh. 182; Bağır Şərif əl-Qürəşi, Həyati-Məhəmməd, c. I,  səh. 23 
4
 
Əllamə Hairi Ələmi, Dairətül-məarif, c. XVII, səh. 304 
5
 
Əllamə Məclisi, Biharül-ənvar, c. VI, səh. 97  
6
 
Əllamə Məclisi, Biharül-ənvar, c. VI, səh. 105; Məhəmməd Bağır əl-Qürəşi, Həyati-Məhəmməd, c. I, səh. 23 
7
 M
əhəmməd Bağır əl-Qürəşi, Həyati-Məhəmməd, c. I, səh. 23 
8
 Yaqut 
əl-Həməvi, Möcəmül-büldan, c. V, səh. 182 

 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə