Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə7/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   2   3   4   5   6   7   8   9   10   ...   148

H
əmçinin,  rəvayətdə  deyilir: “Kəbə  ona gərə  Ətiq  adlanır  ki,  Allah  oranın 
ziyar
ətçilərini Cəhənnəm əzabından qoruyacaqdır”. 
Yen
ə də onun Ətiq adlanmasının səbəbi haqqında deyilir:  “Ora ona görə Ətiq 
adlanır ki, Allah orada möminləri əzabdan qorumuşdur”
1
.  
 
1.8.
Kəbənin tikilmə tarixi 
Şeyx Səduq “əl-İləl” əsərində rəvayət edir: “Adəm (ə) Cənnətdən endirildikdən 
sonra  Əbu  Qubeys  dağına  düşdü.  O,  qorxudan rəbbinə  şikayət etdi.  O,  Cənnətdə 
eşitdiklərini burada eşitmirdi. Allah ona qırmızı yaqut göndərdi. O, yaqutu Kəbənin 
küncün
ə qoyub ona təvaf etdi”
2
.  
Dig
ər bir rəvayətdə  isə  deyilir:  “Adəm  (ə)  Kəbəni tikdikdən sonra dedi:  ey 
R
əbbim! Mənim əməlimin mukafatı və səvabı nədir? Allah buyurdu: əgər onu təvaf 
ets
ən,  səni  bağışlayaram”.  Başqa  bir  hədisdə  isə  deyilir:  “Allah Cəbrailə  (ə)  əmr 
ed
ərək buyrdu:  “Mən rəhman və  rəhimli Allaham,  həqiqətən də  mən Adəmə  və 
H
əvvaya rəhm etdim.  Onlar mənə  şikayət etdilər ki,  onlara Cənnətdən xeymə 
endirim.  M
ən onlara rəhm etdim.  Onların  ağlamaqlarına,  qorxmaqlarına  və  tənha 
olmaqlarına  görə  sən Məkkə  dağı  arasında  hündür  bir  yerdə  xeymə  qur”.  Xeymə 
Beytin yerind
ə quruldu.  Onun sütunlarını mələklər ucaltdılar
3
.  
K
əbənin tarixi təhlili onu göstərir ki,  Allah bu yerin imarət  olmasını,  öz dini 
üçün ayinl
ər məkanına  çevrilməsini və  onun  nişanə  olmasını  əzəldən istəmişdir. 
H
əmçinin,  Adəmin  (ə)  yer üzünə  endirilməsindən etibarən Kəbə  müqəddəs və 
əzəmətli məkana çevrilmiş, onun  aradan getməsinə Allah yol verməmiş, oranı dinlər 
v
ə millətlər üçün sığınacaq etmişdir. Oranı Adəmdən (ə) əvvəl mələklər ziyarət etmiş, 
İbrahim  peyğəmbər  (ə)  oranı  təmir  etmişdir.  Bu da onu göstərir ki,  həqiqətən 
Ad
əmdən  (ə)  əvvəl  oranın  torpağı  bərəkət və  paklıq  rəmzi  olmuşdur.  Bu haqda 
Peyğəmbər  (s)  buyurur:  “Bizim vilayətimiz  yer  üzünün  torpaqlarına  göstərildi. 
M
əkkə  onu  hamısından  qabaq  qəbul etdiyi üçün Kəbə  ilə  zinətləndirildi.  Sonra 
M
ədinə  hamısından  önə  keçdi və  mənimlə  zinətləndirildi.  Ondan sonra Kufə 
hamısından əvvələ keçdi və İmam Əli (ə) ilə zinətləndirildi”
4
.  
Ad
əm  (ə)  tərəfindən ibadətgaha çevrilən Kəbə  növbəti  peyğəmbərlərin  (ə)  də 
dini ayinl
ərində  müqəddəs məkan kimi ziyarət edilirdi.  Sonralar Nuhun (ə)  tufanı 
zaman
ı dağılan Kəbə İbrahim peyğəmbər (ə) tərəfindən təmir olundu. Mənbələrə görə 
İbrahim  (ə)  onu  dörd  daşla  təmir  etmişdi.  O  daşlardan biri Turi-Sina  dağından,  o 
birisi  Cudi  dağından,  digəri  Hira  dağından,  o  birisi isə  Səbir  dağından  mələklər 
vasit
əsi ilə  gətirilmişdi.  Onun  sütunları  yer  üzü  yaradılmamışdan  iki  min il əvvəl 
yaradılmışdi.  Sonra  yer  üzü  onun  altından  dartılıb  genişləndirilmişdir.  İbrahim  (ə) 
onun hündürlüyünü yeddi dirs
ək, ərazisini isə otuz iki dirsək etmişdir. Onun qapısını 
düz
əltmiş, ona ağacdan kilid düzəldərək üstünə də örtük çəkmişdi. 
İbrahim (ə) bu işləri tamamladıqdan sonra Cəbrail (ə) ona nazil olub demişdi: 
t
əvaf et! O, oğlu İsmail (ə) ilə birlikdə təvaf etmiş və məqamın arxasında iki rükət 
namaz  qılmışlar.  Sonra Cəbrail  (ə)  ona digər  əməlləri öyrətmiş,  Səfa,  Mərvə  və  
1
 
ər-Rihabüt-tahirə, səh. 21 
2
 c. II, s
əh. 145 
3
 
Əllamə Hairi, Dairətül-məarif, c. XV, səh. 181 
4
 H
əmin mənbə, c. XVII, səh. 305    
16 
 
                                                      


Muzd
əlifə qanunlarını başa salmışdı. Sonra qurbangaha enmiş və orada onlara şeytan 
görünmüşdü. Belə olan halda Cəbrail (ə) şeytanı daşlamağı İbrahimə (ə) demiş, o da 
yeddi h
əsa daşını ona atmışdı. Onlar sonra Ərəfata getmiş, İbrahimə (ə) orada Cəbrail 
demişdi: həccin əməllərini bildinmi? (araftə?) İbrahim (ə) də ona bəli bildim (araftu) 
demişdi. 
Sonra C
əbrail  (ə)  ona müsəlmanları  həccə  çağır  demişdi.  İbrahim  (ə)  bunun 
müqabilind
ə  demişdi:  Ey Rəbbim!  Səsim kimə  yetişəcək?  Allah  da  ona  çağır, 
çatdırmaq mənim öhdəmdədir, deyə buyurmuşdu.  İbrahim (ə) dağın başına çıxmış, 
insanları çağırmış və onun səsini Allah bütün aləmlərə yaymışdı. İbrahimin (ə) nidası 
bel
ə olmuşdur: Allahın evinə gəlib həcc etməyiniz sizə vacib edildi. Rəbbinizə cavab 
verin!  
K
əbənin ilk dəfə  kimin tərəfindən tikilməsi  ixtilaflı  məsələdir.  Tarix və  təfsir 
əhlinin yanında bu haqda aşağıdakı fikirlər var: 
I. K
əbəni mələklər tikib  
II. K
əbəni Adəm (ə) tikib  
III. K
əbəni Şis ibn Adəm (ə) tikib  
IV. K
əbəni İbrahim (ə) tikib 
Şübhəsiz ki,  yuxarıdakı    hər  bir  ehtimalı  irəli sürən alimlərin dəlilləri  vardır. 
Amma bizim fikrimizc
ə bu dəlillər içərisində ən güclüsü bəlkə də Kəbənin Adəm (ə) 
t
ərəfindən tikildiyini ehtiva edən rəvayətlərdir.  İndi  isə  yuxarıdakı  versiyaları  irəli 
sür
ən alimlərin dəlillərinə diqqət yetirək: 
  
1.9.
Kəbəni mələklər tikib 
K
əbənin mələklər tərəfindən tikildiyini deyən alimlər Quranın  bu  ayələrinə 
istinad edirl
ər: “H
əqiqətən insanlar üçün ilk bina olunan ev Bəkkədəki evdir ki, o 
şübhəsiz bütün aləmlərdən ötrü bərəkət və doğru yol qaynağıdır”
1
.  
“Orada 
aydın  nişanələr  İbrahimin  məqamı  vardır.  Ora  daxil  olan  şəxs 
əmin-amanlıqdadır.  Onun yoluna gücü çatan hər bir kəsin həccə  gedib,  o evi 
ziyar
ət etməsi insanların Allah qarşısında borcudur”
2
.  
Aliml
ərə  görə  əgər ev insanlar üçün tikilibsə,  onun  insanların  yaranmasından 
əvvəl olması lazımdır. Bundan əlavə əl-Əzrəqi Əli bin Hüseyndən (ə) rəvayət edir: 
“H
əqiqətən də mələklər Kəbəni Adəmdən (ə) əvvəl inşa ediblər”
3
.  
İnsanlar üçün    ilk  evin  Kəbə  olaraq tikilməsini hədislər də  təsdiq etməkdədir. 
Bel
ə ki, Əbu Zər əl-Qəffari deyir: “Peyğəmbərdən (s) yer üzündə ilk məscidin hansı 
olduğu  haqqında  soruşdum,  Peyğəmbər  (s)  dedi:  Məscidül-haramı.  Dedim:  sonra 
hansı? Dedi: Məscidül-əqsa. Dedim: Onların arası nə qədər çəkmişdir? Dedi: qırx il, 
sonra yer üzü s
ənə məsciddir, harda namaz vaxtı daxil oldu qıl”
4
.  H
əmçinin,  Şafei 
M
əhəmməd  bin Kəb  əl-Qərəzidən rəvayət edir:  “Adəm  (ə  )  həcci ziyarət edərkən 
orada m
ələklərlə görüşdü. Mələklər ona: həccin mübarək olsun ey Adəm! dedilər”
5
.   
1
 Ali-
İmran, 96 
2
 Ali Imran, 97   
3
 
Əhməd Cad, Vəsfül-Kəbətil-müşərrəfəti və tarixüha, səh. 33 
4
 
Şeyx Səduq, əl-Fəqih, c. II;  Səhihi-Müslüm, səh. 520   
5
 Müsn
əd, səh. 116; Beyhəqi, Sünəni- kubra, hədis № 9617  
17 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə