Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə3/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   2   3   4   5   6   7   8   9   ...   148

1.T
əhamə.  Qırmızı  dənizin sahilində  yerləşən Yənbudan  başlayaraq  Nəcrana 
q
ədər uzanan düzənlik bir ərazini  əhatə  edir.  Bura  çox  isti  olduğuna  və  külək 
əsmədiyinə görə belə adlanır. 
2.Hicaz.  M
ənası  maniə  deməkdir. Hicaz Yəmənin  şimalı  ilə  Təhamənin  şərq 
t
ərəfində yerləşib onları bir-birindən ayırır. Buna görə də o əraziyə belə bir ad verilib. 
Bu 
əyalətdə olan vadilərin arasında dağlar vardır ki, onların bəzilərinin hündürlüyü  2 
km-d
ən çoxdur. 
3.N
əcd.  Cənubdan  Yəmənə,  şimaldan  isə  Badiyətus-səmaviyə  qədər  uzanır. 
Ərazisi hündür olduğuna görə ona bu ad verilmişdir. 
4.Y
əmən.    Cənubda  Nəcddən Hind okeanına qədər, qərbdə  isə  qırmızı  dənizə 
q
ədər uzanan bir ərazidir.  
5.Əruz. Onun mənası maniə deməkdir. Bu ərazi Yəmamə , Oman  və Bəhreynə 
şamil olur.  Bura Yəmən, Nəcd və İraqın arasında yerləşdiyinə görə belə adlanır
1
.  
 
Ərəbistanın  mərkəzi  şəhərlərindən olan Məkkə  Qırmızı  dənizə  yaxın  olmaqla 
yanaşı, bir tərəfdən də Şam və Fələstin ticarət yolunun üstündə yerləşmişdir. Bundan 
əlavə  o Yəmənin ticarət yolunun üstündə  olduğundan  mühüm  əhəmiyyət kəsb 
etmişdir. 
M
əkkə  şəhəri  şimaldan  Fələstin, Suriya və  İraq,  cənubdan isə  Yəmən və 
Efiopiya il
ə həmsərhəddir.        
K
əbənin Məkkədə  yerləşməsi isə  oranı  daha  da  mühüm  mərkəzə  çevirmiş  və 
inkişafına güclü təkan vermışdir.  Əslində  Məkkə  coğrafi  ərazisinin görnüşünə gərə 
heç d
ə  ürək açan deyildi.  Şəhərdə  heç  bir  yaşıllıq  yoxdur. Bunun da səbəbi orada 
suyun olmaması və istinin çox olmasına görədir. Belə ki, orada istiliyin dərəcəsi +45° 
olur.  
 
1.3.
Məkkənin  qısa tarixi 
M
əkkə  şəhəri  Ərəbistan  yarımadasında  yerləşən müqəddəs  bir  şəhərdir. Onun 
salınma  tarixi  elmə  bəlli olmasa da dini ədəbiyyatda ilk insan məskəni  olması 
haqqında  məlumatlar  vardır.  Ərəbistan  yarımadası  qərbdən və  cənubdan vulkanik 
dağlarla  əhatə  olunmuşdur.  Bu  yarımada  Avropanın  təxminən dörddə  bir hissəsinə 
b
ərabərdir.  
Dünya tarixçil
əri  Ərəbistan yarımadasından  danışarkən üstünlüyü daha çox 
c
ənub məntəqəsinə verirlər. Çünki bu bölgədə eramızdan 2000 il əvvəldən başlayaraq  
İslamın  meydana  gəlməsinə  qədər bir çox ictimai,  siyasi və  digər dəyişikliklər 
olmuşdur.  Təssüflər olsun ki, burada  baş  verən siyasi, dini, sosial  və  digər 
d
əyişikliklər geniş şəkildə araşdırılıb öyrənilməmişdi. Əlbəttə, buna baxmayaraq bir 
çox tarixçil
ər, şərqşünaslar və etnoqraflar az da olsa bu haqda tədqiqatlar aparıblar. 
Bunlardan m
əşhur Danimarka səyyahı və tədqiqatçısı Nibur Kartsen (1733-1815) və 
fransalı Alevi Jozefi (1827-1917) qeyd etmək olar. N. Kartsen 1763-cü ildə Cənubi 
Ərəbistana səyahət edərək,  ora göndərilən elmi ekspedisiyada  iştirak  etmişdir. O, 
“Ərəbistanın təsviri” əsərinin müəllifidir. 
1
 Seyid C
əfər Şəhidi, İslam tarixi, səh. 10-11   

 
                                                      


Ümumiyy
ətlə,  XIX-XX  əsrlərdə  aparılan  tədqiqatlar  orada mövcud olmuş 
dövl
ətlər  haqqında  maraqlı  məlumatları  üzə  çıxarmışdı.  Bu  məlumatlara görə, 
Ərəbistan yarımadasında Məin, Səba , Himyər, Qəssanilər dövlətləri olmuşdur. 
M
əin    dövləti. Bu dövlət təqribən  miladdan qabaq 1500-cü ildən  miladdan 
qabaq 800-cü il
ədək mövcud olmuşdur. Bu dövlətin paytaxtı Qərnu olmuşdur. Məin  
dövl
ətində daha çox ticarət inkişaf etmişdir. 
S
əba dövləti. Bu dövlət  miladdan qabaq 850-ci ildə  meydana gəlmiş  və 
miladdan qabaq 115-ci ild
ə  dağılmışdır.  Onun  paytaxtı  Mərib  şəhəri  olmuşdur. 
M
ənbələrə  görə  bu dövlətin  dağılmasına  məşhur  Mərib bəndinin  dağılması  təsir 
etmışdir. Bu dövlətin nümayəndələri Hind okeanı ilə Qırmızı dəniz arasında mövcud 
olan ticar
ət yolunu ələ keçirmişlər. Qurani-kərimdə iki yerdə bu dövlətin adı çəkilir. 
Birincisi “N
əml”,    ikincisi isə  “Səba” surəsində.  Oranın  hakimlərinə  mükərrəb 
deyirl
ərmiş.  
Himy
ər dövləti. Bu dövlət miladdan qabaq 115-ci ildə meydana gəlmiş, miladın 
525-ci ilind
ə süquta uğramışdı. Himyər dövləti qurulandan sonra Rum imperiyasının 
t
əcavüzünə məruz qalmışdı. 
  Q
əssanilər dövləti. Bu dövlət Yəməndəki Mərib bəndi dağılandan sonra  ərəb 
q
əbilələri tərəfindən yaradılmış dövlət olmuşdur. Onlar Qəssan gölü ətrafında məskən 
salıb, burada  bu dövləti qurduqlarına görə belə adlanır. Bəzi tarixçilər bu dövlətin 
600 il, y
əni İslam dininin meydana gəlməsinə kimi mövcud olduğunu qeyd edirlər.
1
 
M
əkkə  şəhərinin çox mühüm tarixi əhəmiyyəti  vardır.  Bunu nəzərə  alan 
müs
əlman alimləri bütün dövrlərdə  yazdıqları  tarix,  təfsir və  hədis  əsərlərində  bu 
m
əqama diqqət  yetirmiş  və  Məkkənin  tarixi  haqqında  bacardıqca  dolğun  məlumat 
verm
əyə çalışmışlar. Lakin təəssüflər olsun ki, Məkkənin tarixi elmi məlumatlardan 
daha çox n
əqli məlumatlar vasitəsilə öyrənilməkdədir. 
M
əkkənin tarixi inkişafını izləmək üçün əldə ən tutarlı qaynaq Qurani-kərim və 
h
ədisi-şəriflərdir. İslam alimləri və Şərq tarixi ilə məşğul olan tədqiqatçılar Məkkənin 
tarixi  haqqında  çox  dəyərli  əsərlər  yazmışlar.  Onlardan  Əbdülvəlid    əl-Əzrəqinin 
“Əxbari-Məkkə”,  İ.  Uzunçarşlının  “Məkkeyi-Mükərrəmə  və  əmirləri”  əsərlərini 
göst
ərmək olar. Bundan əlavə orta əsrlər müəlliflərindən olan Məhəmməd bin Cərir 
ət-Təbəri  (838-923),  Əhməd bin Yəhya  əl-Bəlazuri  (öl. 892),  İbn  Əsir  əl-Cəzəri 
(1160-1233), 
İbn Xəldun (1332-1406) və başqaları öz əsərlərində Məkkənin tarixinə 
aid d
əyərli məlumatlar vermişlər. Yenə də bu məlumatların hamısı rəvayət xarakterli 
olub tam elmi t
əsəvvür yaratmır. 
M
əkkənin  tarixi  şəhər  olduğu  və  ilk  insanın  bu  bölgədə  yaşaması  Qurani-
k
ərimin ayəsində öz əksini tapmışdir. Belə ki, Allah buyurur: “H
əqiqətən insanlar 
üçün ilk bina olunan ev B
əkkədəki evdir ki, o bütün aləmlərdən ötrü bərəkət və 
hiday
ət qaynağıdır”
2

 
Bu ay
ədən belə qənaətə gəlmək mümkün olur ki, bəşəriyyət tarixində insanlar 
üçün  ibad
ət məqsədilə ilk inşa edilən ev məhz Məkkədəki Kəbə evidir. Bu da onu 
göst
ərir ki,  Məkkə  ilk  insanın  yaşayış  məskəni  olmuş  və  onun  tarixi  insanların 
yaranma tarixi il
ə üst-üstə düşür. Həmçinin, yuxarıdakı ayədən belə məlum olur ki, 
1
 
Geniş məlumat üçün bax: Rafiq Əliyev, İslam, səh. 20-25; Seyid Cəfər Şəhidi, İslam tarixi, səh. 12-20;  Anri Masse, 
İslam, səh. 20-23   
2
 
Ali İmran, 96  

 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə