Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə6/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   2   3   4   5   6   7   8   9   ...   148

buraxıldı.  Bundan sonra Məkkə  və  onun  ətraf  rayonları  vəhhabilərin  əlinə  keçdi. 
T
əəssüflər olsun ki, onların bu əsarəti bugünədək davam etməkdədir. 
 
1.4.
Məkkə yer kurəsinin mərkəzidir 
Müasir elm inkişaf etdikcə, Qurani-kərimin və hədisi-şəriflərin mənaları daha da 
d
ərin və elmi şəkildə insanlara aydın olur. Məkkənin yer kurəsinin mərkəz olması ayə 
v
ə hədislərdə varid olmuş elmi həqiqətlərdəndir. Bundan əlavə muasir elmi kəşflər də 
bunu t
əsdiq etməkdədir
1

Allah  Şura  surəsində  buyurur:  
Şəhərlərin  anası  olan 
M
əkkə  əhlini və  onun  ətrafındakıları  qopacağına  heç  bir  şübhə  olmayan 
qiyam
ət günü ilə qorxutmağın üçün beləcə sənə ərəb dilində Quran vəhy etdik”
2
.
 
Bu ay
əni alimlər Məkkənin  yer üzünün mərkəzi  olmasına dəlil göstərirlər.  Bundan 
başqa  hədislərdə  də  Məkkə  şəhərinin yer üzünün mərkəzi  olması  haqqında  
m
əlumatlar  vardır.  Belə  ki, “Bir yəhudi  Peyğəmbərin  (s)  yanına  gəlib  soruşur:  nə 
üçün K
əbə Kəbə adlanır? Həzrət buyurdu: Çünki o yer üzünün ortasıdır” 
3
.  
Əllamə Məclisi bu növdən olan hədisləri səhih bildiyindən adı çəkilən əsərində 
M
əkkənin yer üzünün mərkəzi olması fikrini təsdiq etmişdir
4
.  
 
1.5.
Məkkədə ilk yaşayan şəxs 
M
əkkədə ilk yaşayan şəxs və onun ilk sakini İsmail peyğəmbərin (ə) anası Hacər 
olmuşdur.  İbrahim  peyğəmbər (ə)  onların  ikisini  də  gətirib Məkkədə  sakin etdi. 
Bundan sonra Cürhüm q
əbiləsi Məkkəyə gəlib orada məskən saldılar. Onlar bu yerin 
yaxınlığından keçərkən gördülər ki, quşlar bir yerə toplaşıblar. O quşlar toplaşdıqları 
bu yerd
ə  su içirlər. Cürhümlər tez bu xəbəri qafilə  başçısına xəbər verdilər. Qafilə 
başçısının göstərişi ilə tez hamı oraya toplaşdılar və orada suyun olduğunu gördülər. 
Bu su is
ə  Zəmzəm  quyusu  idi.  Onun  yanında isə  bir  qadının oturduğunu gördülər. 
Q
əbilə  o  qadından  burada  məskunlaşmaq  icazəsini istədi. O da buna icazə  verdi. 
İsmail (ə) vəfat etdikdə onu anasının yanında dəfn etdilər. Bura “Hicri-İsmail” adı ilə 
m
əşhur oldu. Beləliklə, Cürhüm qəbiləsi Evin (Kəbənin) rəhbərliyini  öz öhdələrinə 
götürdül
ər. Sonra isə  Cürhüm  qəbiləsinin dövründə  Xüzaə  qəbiləsi oraya gəldi. 
Onlarla  Cürhüm  q
əbiləsinin arasında müharibə oldu. Xüzaə qəbiləsi qələbə çaldı və 
Evin t
əmir işlərini onların əlindən aldılar. Xüzaə qəbiləsi Məkkədə üç yüz və ya daha 
artıq  il  rəhbərlik etdi. Sonra Qüreyş  ilər  Xüzaə  qəbiləsi ilə  vuruşdu  və  oranın 
r
əhbərliyini öz öhdələrinə aldılar. Qüreyş orada çoxlu quyular qazdı. Onlar Məkkədə 
iqtisadiyyatın  dirçəldilməsində  mühüm  rol  oynadılar.  Qusey  oranın  təmiri  işlərinə 
r
əhbərlik etməyi öz öhdəsinə  aldı.  Orada  bir  ev  tikdi  ki,  ona  da  “Darun-Nədvə” 
deyilir
5
.  
 
1.6.
Məkkə şəhərinin adları 
H
ədisi-şəriflərdə  Məkkənin  beş  adı  olduğu  haqqında  məlumatlar  vardır.  Bu 
haqda Peyğəmbər (s) buyurur: “Məkkənin beş adı var: Ümmül-qura, Məkkə, Bəkkə, 
1
 
Əhməd Cad, Vəsfül-Kəbətil-müşərrəfəti və tarixüha, səh. 27-29    
2
 ay
ə-8 
3
 
Əllamə Məclisi, Biharül-ənvar, c. 96, səh. 285, hədis № 8 
4
 H
əmin mənbə, c. VI, səh. 97 
5
 
Bağır Şərif əl-Qürəşi, Həyati-Məhəmməd, c. I, səh. 30-31   
14 
 
                                                      


B
əsasə  (çünki orada zülm edənlər  oradan  çıxarılır)  və  Ümmür-rəhim  (çünki ora 
g
ələnə rəhm olunur)”
1
. H
əmçinin, Peyğəmbər (s) buyurur: “Allah yer üzünd
ə dörd 
şəhər seçmişdir, “vət-Tin vəz-Zəytun. Və Turi Sinin. Və hazəl-Bələdil-Əmin”
2
. 
Tin-M
ədinə, Zeytun-Beytül-müqəddəs, Turi Sinin-Kufə, Bələdi Əmin-Məkkə”
3
.  
Dig
ər bir hədisində buyurur: “Məkkə ona görə Ümmül-qura adlanır ki, Allah yer 
üzünd
ə ilk dəfə onu tikili etmişdir”
4
 
 
1.7.
Kəbə sözünün mənaları 
K
əbə  sözü  “kə’b”  sözündən  əmələ  gəlib,  lüğətdə  “dördbucaqlı”  mənasını 
bildirir
5
. Onun bel
ə olması həm dördbucaqlı olmasına, həm də hündür ucaldılmasına 
gör
ədir. Görkəmli lüğət alimi İbn Mənzur deyir: “kəb” sözü insanın müfəssəl skeleti 
m
ənasındadır.  Kəbül-insan dedikdə  onun ayağının  topuğu  nəzərdə  tutulur
6
.  K
əbə 
sözünün bildirdiyi m
ənalardan biri də “uca” və “qabarıqdır” 
7
.  Terminoloji m
ənada 
is
ə, Kəbə Allahın evidir ki, buna da Beytüllahül-haram deyilir. 
Şeyx Səduq Peyğəmbərdən (s) rəvayət edir: “Kəbə ona görə Kəbə adlanır ki, o 
dünyanın ortasıdır”
8
.  
Dig
ər bir hədisində  isə  Peyğəmbər  (s)  buyurmuşdur:  “Kəbə  dördbucaqlı 
olduğundan  Kəbə adlanır. O dördbucaqlı olaraq yaradılıb, çünki, o Beytül-məmurun 
altındadır  və  o  da  dördbucaqlıdır.  Beytül-məmur  da  dördbucaqlı  olaraq  yaradılıb, 
çünki, 
o  Ərşin  altındadır.  Ərş  də  dördbucaqlı  olaraq  yaradılıb,  çünki  İslam  dörd 
k
əlmə üzərində qurulub: Subhanallah, Əlhəmdu Lillah,  La ilahə illəllah və Allahu 
Əkbər
9
.  K
əbənin yerləşdiyi  yerin  “Həram”  adlanmasının səbəbi isə  hədislərdə  belə 
açıqlanır:  “Allahın  evi  ona  görə  Həram  adlanır  ki,  müşriklərin ora girməsi 
haramdır”
10
.  
H
əmçinin, Kəbənin “Ətiq” adlanmasının səbəbi hədisdə belə göstərilir: “Ora ona 
gör
ə Ətiq adlanır ki, o (Nuhun tufanı zamanı) batmaqdan qorunmuşdur”
11
. H
əmçinin, 
r
əvayət edir: “Kəbə ona görə Ətiq adlanır ki, o azad bir evdir və insanlar ona sahib 
ola bilm
əzlər”
12
.  
B
əzi rəvayətlərdə onun  Ətiq adlanması müxtəlif  səbələrə bağlanır və deyilir: 
“K
əbə ona görə Ətiq adlanır ki, Allah onu zalımlardan qorumuşdur. Onlar heç vaxt 
ora hakim ola bilm
əzlər”. 
Dig
ər bir rəvayətdə  deyilir:  “Ora ona görə  Ətiiq  adlanır  ki,    Allah  oranı 
k
əramətli etmişdir”. 
1
 
Əllamə Məclisi, Biharül-ənvar, c. 96, səh. 298, hədis № 5 
2
 
ət-Tin, 1-2-3  
3
 
Əllamə Məclisi, Biharül-ənvar, c. 96, səh. 298, hədis № 2 
4
 H
əmin mənbə, hədis № 1 
5
 
Əllamə Hairi, Dairətül-məarif, c. XV, səh. 180   
6
 
İbn Mənzur, Lisanül-ərəb, c. I, səh. 718    
7
 
İbn Xəldun, Müqəddimə, c. I, səh. 353 
8
 
Şeyx Səduq, Mən la yəhzuruhül-fəqih, c. II, səh. 254, hədis № 2110  

Əllamə Məclisi, Biharül-ənvar, c. 96, səh. 285, hədis № 9; Şeyx Səduq, Mən la yəhzuruhül-fəqih, c. II, səh. 254, hədis 
№ 2111  
 
10
 
Şeyx Səduq, Mən la yəhzuruhül-fəqih, c. II, səh. 254, hədis № 2112 
11
 
Əllamə Məclisi, Biharül-ənvar, c. 96, səh. 285, hədis № 12; Şeyx Səduq, Mən la yəhzuruhül-fəqih, c. II, səh. 254, 
h
ədis № 2113 
12
 
Şeyx Səduq, Mən la yəhzuruhül-fəqih, c. II, səh. 254, hədis № 2114 
15 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə