Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə5/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   2   3   4   5   6   7   8   9   ...   148

Tufan  olan  zaman  o  evi  qaldırdı.  Peyğəmbərlər (ə) onu ziyarət edirdilər. Allah 
İbrahimə  (ə) onun yenidən  beş  dağdan  gətirilmiş  materialdan  tikilməsini  əmr etdi. 
H
əmin  dağlar  Hira, Subeyr, Livan, Tur və  Xəmir  dağları  idi”
1
. Mü
əllif sonra bu 
h
ədisdə keçən Livanın Şamda, Xəmirin isə Qüdsdə dağ olduqlarını açıqlayır
2
.  
Möt
əbər qaynaqlarda Yer kürəsinin  yaradılmasının  başlanğıcı  da  məhz 
M
əkkədən,  daha  doğrusu  Kəbənin  altından  başlanıb  genişlənməsi  haqqında 
m
əlumatlar vardır. Bu haqda İmam Məhəmməd Baqir (ə) buyurur: “Allah yer üzünü 
yaratmaq ist
ədikdə  küləklərə  əmr etdi.  Onlar suya toxundular.  Sular  dalğalanmağa 
başladı. Beləcə suyun üzərində bir qaymaq kimi köpük təbəqəsi oldu. Uca Allah bunu 
K
əbənin yerləşdiyi yerdə topladı. Onu bir köpük dağı halına gətirdi. Yeri onun altına 
yaydı,  “insanlar üçün ilk qurulan ev B
əkkədəki evdir” ayəsi də buna işarə edir” 
Bir sözl
ə  yer  üzünün  ilk  yaradılan  parçası  Kəbədir.  Yer üzünün geri qalan qismi 
ondan dartılıb yayıldı”
3
.  
Bu h
ədisin oxşar mənası Peyğəmbərdən  (s) də nəql edilməkdədir. Belə ki, o, 
buyurmuşdur:  “Yer üzü Məkkədən  genişləndi.  Allah  yeri  onun  altından  dartıb 
genişlətdi və  Beləliklə,  Ümmül-qura  (şəhərlər  anası)  adlandı.  İlk  yaradılan  dağ  isə 
Əbu  Qubeys  dağıdır.  Kəbəni ilk təvaf  edən mələklərdir.  Onlar Adəm  (ə) 
yaranmamışdan iki min il əvvəl oranı təvaf etmişlər.  Səmada elə bir mələk yoxdur 
ki, onun hac
əti olduqda Allah onu Yer üzünə göndərməsin. O mələk ərşin altında qüsl 
edir, 
ehram paltarı geyinir,  Allahın evinə  yollanır orada  yeddi təvaf  edir,  məqamın 
arxasında  iki  rəkət  namaz  qılır,  sonra isə  öz hacətini istəyir.  Elə  bir  peyğəmbər 
olmamışdır  ki,  camaatı  onu  inkar  etdikdə  Məkkəyə  pənah gətirməsin.  Öz 
ümm
ətindən qaçan hər  bir  peyğəmbər mütləq Məkkəyə  qaçar,  orada Allaha ibadət 
ed
ərdi.  Kəbənin  ətrafında  üç  yüz  peyğəmbər  vardır.  Rüknu-Yəmani ilə  Rüknu-
Əsvədin  arasında  yetmiş  peyğəmbərin qəbri  vardır.  Onların  hamısı  ya  aclıqdan, 
yaxudda bit s
əbəbindən vəfat etmişlər. Məkkəni ziyarət etməyən heç bir peyğəmbər, 
m
ələk,  göy və  yer  əhli yoxdur
4
.  Butün bu v
ə  ya digər rəvayətlər onu göstərir ki, 
M
əkkənin əhəmiyyəti Kəbə evinin orada yerləşməsinə görədir . 
M
əkkənin tarixində ən parlaq dövrlərdən biri, bəlkə də ən birincisi onun İslam 
ordusu t
ərəfindən fəth edilməsi olmuşdur. Belə ki, hicrətin 8-ci ilində ramazan ayında 
(630 miladi) M
əkkə şəhəri Peyğəmbərin (s) rəhbərliyi altında döyüşsüz İslam ordusu 
t
ərəfindən fəth edildi. Mənbələrin verdikləri məlumata görə Peyğəmbər (s) on minlik 
ordu il
ə Məkkəyə gəlmiş və bu işdən kimsənin məlumatı olmasın deyə döyüş planını 
tam m
əxfi  saxlamışdır
5
. N
əhayət o, Məkkəyə  yetişdi. Məkkənin böyüklərindən və 
İslamın ən qəddar düşmənlərindən olan Əbu Süfyan İslam ordusunun çoxluğunu və 
qüdr
ətini  görüb  onlarla  döyüşməyin mənasız  olduğunu  bildi.  O,  Peyğəmbərin (ə) 
əmisi  Abbasın vasitəsilə  İslamı  zahirdə  də  olsa qəbul  etdi.  Peyğəmbər  (s)  onun və 
onun evin
ə  sığınanların amanda  olduğunu  elan  etdi.  Çarəsiz İslamı  qəbul  etmiş  bu 
şəxslər  sonradan  Peyğəmbər (s) tərəfindən tuləqa  (azad  edilmişlər)  adlandırıldılar. 
1
 
Əllamə Məclisi, Biharül-ənvar, c. XIV, səh. 341; Əllamə Hairi, Dairətül-məarif, c. VI, səh. 365   
2
 H
əmin mənbələr 
3
 M
əhəmməd binYaqub Küleyni, Üsuli-kafi, c. IV, səh. 403; Əllamə Təbatəbai, Təfsirül-mizan, c. III, səh. 519; Əllamə 
Hairi Ələmi, Dairətül-məarif, c. VI, səh. 364 
4
 
Əhməd Cad, Vasful- Kəbətil- Muşərrəfə və tarixuha, səh. 20,  “Fəzailu-Məkkə vəs-sükən fiha” əsərinə istinadən nəql 
edib.     
5
 Seyid C
əfər Şəhidi, İslam tarixi və təhlillər, səh. 107  
12 
 
                                                      


Əbu Süfyan ömrü boyu İslamın  əleyhinə  olmuş  şəxslərdən  idi.  Onun  haqqında 
qaynaqlar 
yazırdı: “Əbu Süfyan İslamı ləğv etmək və müsəlmanları yox etmək üçün 
heç bir xain t
əşəbbüsdən geri qalmamışdı”
1

Peyğəmbər (s) Məkkəni fəth etdikdən sonra Məscidül-harama daxil oldu, orada 
olan bütl
əri  qırdı,  sonra  Kəbəni təvaf etdi. Sonra o, Məkkənin  ətrafında  yaşayan 
q
əbilələri  İslama dəvət etmək üçün ora bir neçə  dəstə  göndərdi. O, təxminən 
M
əkkədə iki həftə qaldıqdan və oradakı işləri nizamladıqdan sonra Mədinəyə qayıtdı. 
M
əkkəkə  İslamın oranı fəth etməsindən sonra müsəlmanlar  yanında xüsusi və 
hörm
ətə laiq olaraq hər il müsəlmanlar tərəfindən ziyarət olundu. Təəssüflər olsun ki, 
B
əni-Üməyyənin  hakimiyyətə  gəlməsi nəticəsində  bəzi vaxtlar onun hörməti 
sındırılmış və dağıntılara məruz qalmışdır. Bunu biz Yezid bin Müaviyənin xilafəti 
zamanı görməkdəyik. Belə ki, o, xəlifə olduğu təxminən üç illik dövr ərzində İslam 
tarixind
ə bağışlanmaz günahlar etdi. O, hakimiyyətinin birinci ilində Peyğəmbərin (s) 
n
əvəsi  Hüseyn  bin  Əlini  (ə)  şəhadətə  yetirdi. Hakimiyyətinin ikinci ilində  Mədinə 
şəhərini kütləvi  qırğına  məruz qoydu. Hakimiyyətinin üçüncü ilində  isə  Məkkəni 
dağıdıb  Kəbə  evini viran etdi  (64/683-cü ildə). Məkkəyə  gələn orduya komandan 
t
əyin  edilmiş  Husayn  bin  Numeyr  Əbu  Qubeys  dağına  mancanaqlar  qurdurdu  və 
oradan K
əbəni daş və alov atəşinə tutdu. Bunun nəticəsində Kəbə yandı, bir hissəsi 
is
ə uçulub dağıldı.  
M
əkkənin tarixində  ən  qaranlıq  izlərdən birini mənfur vəhhabilik təriqəti 
buraxmışdır. Onların Məkkə şəhərində  törətdikləri zülm və  qətlamlar sayılmayacaq 
d
ərəcədə  çoxdur. Bundan əlavə  onların  Məkkəni  ələ  keçirmələrindən sonra orada 
dünyanın  müxtəlif yerlərindən gələn zəvvarlara etdikləri zülm, tənə  və  zorakılıq 
halları  da  müsəlmanların  qəlblərini sıxıntıya  salmaqdadır.  Məkkə  hicri 1217-ci ilin 
(1802 miladi) 
axırlarında  Səud  bin  Əbdüləzizin rəhbərliyi  altında  hücuma  məruz 
qaldı  və  1218-ci ilin məhərrəm  ayının  8-də  (1803  aprel)  işğal  olundu
2
.  Lakin b
əzi 
qaynaqlara gör
ə Məkkə vəhhabilər tərəfindən miladi 1796-cı ildə işğal olunmuşdur
3

Onlar müq
əddəs  şəhəri  işğal  etdikdən sonra orada gördükləri ilkin işlərdən biri 
şəhərdə mövcud olan qəbirləri və ziyarət yerlərini dağıtmaq olmuşdur. Belə ki, onlar 
Peyğəmbərin  (s)  xanımı  Xədicənin,  əmisi  Əbu  Talibin,  babası  Əbdülmutəllibin 
q
əbirləri üstündəki künbəzləri söküb yerlə-yeskan etdilər.  
M
əkkənin  işğalından  sonra onlar Ciddə  şəhərinin  işğalına  başladılar.  Bu 
m
əqsədlə  vəhhabilər Səudun rəhbərliyi  altında  ora  hücum  etdilər. Lakin Ciddənin 
hakimi  Qalib  şəhəri  yaxşı  müdafiə  etdiyindən  onlar  şəhərə  girə  bilmədilər. 
V
əhhabilər  şəhəri 8 gün mühasirədə  saxladıqdan  sonra  oranı  ələ  keçirə  bilməyib 
m
əğlub halda geri döndülər. Lakin Ciddə hakimi Qalib onları təqib etdi və böyük bir 
ordu il
ə Məkkəyə daxil oldu. Qalibin böyük bir ordu ilə gəldiyini görən vəhhabilər 
şəhəri tərk edib qaçdılar. Beləliklə, Məkkə vəhhabilərin əsarətindən azad oldu.  
M
əkkə Qalibin köməkliyi ilə vəhhabi əsarətindən azad olsa da bu uzun çəkmədi. 
S
əud 1219-cu hicri ilində  (1804 miladi) ikinci dəfə  Məkkəyə  hücum etdi. O, 
m
əkkəlilərin kütləvi qırğınını təşkil etdi. Məkkə əhalisindən az bir hissə qaçıb canını 
qurtara bildi. Qalanların bir hissəsi qırıldı, bir hissəsi isə vəhhabiliyi qəbul edib azad 
1
 
Nuri  Ünlü, İslam Tarixi, c. I, səh. 60  
2
 Seyid M
əhəmməd Həsən Qəzvini, Vəhhabi firqəsi, Bakı, 2004, səh. 31  
3
 C
əfər Sübhani, Vəhhabi məzhəbi, səh. 11, R.Əliyevin yazdığı ön sözdə  
13 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə