Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə145/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   140   141   142   143   144   145   146   147   148

Bel
ə  olduğu  şəraitdə  İmam  Rzanın  (ə) üzərinə  çox böyük və  ağır  məsuliyyət 
düşürdü. Çünki o, bir imam olaraq əxlaqsızlıq girdabında boğulan xəlifə və onların 
yaxınlarını  və  Həmçinin,  cəmiyyətin bəzi təbəqəsinə  sirayət  etmiş  bu  fəsadı  islah 
etm
ək üçün var gücü ilə  çalışırdı.  O,  xilafət sarayında ölmüş  peyğəmbər sünnəsini 
dirç
əltmək üçün xəlifələrə  müxtəlif yollarla təsir etməyə  və  onları  həqiqi sünnəyə 
doğru  çağırırdı.  Buna  görə  də  o, gecə-gündüz küçə  və  bazarları,  xalqın  toplaşdığı 
kütl
əvi yerləri gəzərər, hər yerdə Allah Rəsulunun (s) əxlaqa aid hədislərini rəvayət 
ed
ərdi. Onun bu mövzuda silsilə şəklində Peyğəmbərdən (s) nəql etdiyi hədislərindən 
aşağıdakı qeyd etmək olar. 
“Allah m
əni zülm üçün deyil rəhmət üçün göndərib”
1
 
“Yaxşılığı niyyət etmək insanı yetmiş savaba çatdırar…”
2
 
 
7.13.8.
İmam Rzadan (ə) rəvayət edənlər 
İmam  Rzadan  (ə) təfsir, hədis, rical və  digər elmlər sahəsində  olan alimlər 
r
əvayət ediblər. Şəhr Aşub “əl-Mənaqib” əsərində yazırdı: “Ondan əsər yazan bütün 

əlliflər rəvayət  etmişlər. Onlardan Xətib  əl-Bəğdadi  «Tarix», Sələbi  «Təfsir», 
S
əmani «ər-Risalə», İbn Mutəzz  öz əsərlərində rəvayət etmişlər.”  
Hafiz  Əbduləziz bin əl-Əxzər  əl-Cənabəzi “Məalimil-İtrətit-Tahirə”  əsərində 
yazırdı:  “İmam  Rzadan  (ə)  Əbdussalam  bin  Salih  əl-Hərəvi, Davud bin Süleyman,  
Abdullah bin Abbas 
əl-Qəzvini rəvayət etmişdir. 
Möhsün 
əl-Əmin  «Təhzibüt-təhzib»  əsərindən nəqlən deyir:  “Ondan  oğlu 
M
əhəmməd,  Əbu  Osman  əl-Mazini  ən-Nəhvi,  Əli  bin  Əli  əd-Dəbəli, Mənsur 
Nisaburi, M
əmun bin Rəşid,  Əli  bin  Mehdi  bin  Sədəqə  və  başqaları  rəvayət 
etmişlər”
3
.     
 
7.13.9.
İmam Rzanın (ə) əsərləri 
İmam Rza (ə) mənbələrin də təsdiq etdikləri kimi öz dövründə ən elmli və ən 
f
əzilətli bir şəxs idi. Belə olduğu halda rəvayət edənlərin ondan rəvayət etməsi, əsər 
yazanların  ondan  iktibas  etməsi və  bir sözlə  elm əhlinin ona müraciət etməsi təbii 
görünm
əlidir.  İmam  (ə)  yazdığı  məktublarda və  xütbə  oxuduğu  zaman  hədis 
yazanların ondan eşitdiklərini yazması İmamın (ə) adına xeyli sayda əsərin ortalığa 
çıxmasına səbəb olmuşdur. Onlardan aşağıdakıları qeyd etmək olar. 
 
1.
Məhəmməd bin Sinana yazdığı məktub. 
İmamın (ə) bu məktubu Məhəmmədin ondan şəri hökmlərin səbəbləri haqqında 
soruşduğu suallar əsasında olmuşdur. 
 
2.əl-İləl 
Bu 
əsəri Fəzl bin Şazan İmamdan (ə) eşitdiklərini yazaraq ərsəyə gətirmişdir. 
 
1
 M
əhəmməd bin Yəqub əl-Küleyni, Üsuli-kafi, c. II, səh. 428   
2
 H
əmin mənbə, c. II, səh. 159  
3
Möhsün 
əl-Əmin, Əyanüş-şiə, c. II, səh. 26  
298 
 
                                                      


3.Məmuna yazdığı məktub 
İmam  (ə) bu məktubunda  bir  çox  şəri məsələlərə  toxunmuş,  İslamın 
əsaslarından, şəriətin səbəblərindən və hakimin əxlaqından bəhs etmişdir. 
 
4.ər-Risalətuz-Zəhəbiyyə fit-Tibb 
O, bu m
əktubunu da xəlifə  Məmuna  yazmışdır.  Bu  məktubunda  İmam  (ə) 
t
əbabətin sirlərinə toxunmaqla yanaşı xəlifəyə hansı növ yeməklərdən istifadə etmək
d
ərmanların istifadə qaydaları və s. haqqında məlumatlar vermişdir. Şeyx Tusi “əl-
Fihrist” 
əsərində bu məktubu qeyd etmişdir. Hətta bəzi mənbələrə görə bu məktubu 
oxuyan M
əmun onun qızıl su ilə yazılmasını əmr etmişdir
1
.    
 
5.Fiqhur-Rza 
(ə) 
Bu 
əsər İmamın  adına  (ə)  şamil  olunan  ən məşhur  əsərlərdəndir. Bu əsər elm 
al
əminə  Məhəmməd  Təqi Məclisinin dövrünədək məlum  olmamış,  onu  ilk  dəfə 
M
əhəmməd Təqi Məclisi İsfahanda görmüş, onun sənədlərinin təshih etdikdən sonra 
oğlu Məhəmməd Baqir Məclisiyə vermişdir. Mənbələrin yazdıqlarına görə bu əsəri 
ilk d
əfə Qazi Əmir Hüseyn İsfahana gələn zaman Məclisiyə göstərmiş və onun İmam 
Rzanın (ə) dövrünə aid əlyazma olduğunu demişdir. 
Lakin bütün bu deyil
ənlərə  baxmayaraq bu əsərin kimə  aid  olamsı  haqqında 
aliml
ər arasında müxtəlif fikirlər vardır. Onalrdan aşağıdakıları qeyd etmək olar: 
-Fiqhur-
Rza İmam Rzaya (ə) məxsusdur 
-Fiqhur-Rza 
Əbülhəsən Əli bin Musa Babaveyh əl-Qumiyə məxsusdur 
-
Onun yalnız bir hissəsi İmama (ə) məxsusdur 
-
İmamın (ə) əmri ilə Əhli-beytdən bəzi kimsələr yazıblar 
-
İmamın (ə) səhabələrindən birinə məxsusdur
2
 
 
6.Səhifətur-Rza (ə)  
 
7.13.10.
İmam Rzanın (ə) bəzi hədisləri 
İmam  Rza  (ə) buyurur:  “Peyğəmbər (s) buyururb: Allah deyir: ...And olsun 
izz
əti cəlalıma  bəndələrimdən  hər kəs  Əlidən (ə)  üz döndərsə, ona nifrət etsə, onu 
c
əhənnəmə daxil edəcəyəm. Ora necə də pis bir yerdir!
3
” 
İmam  (ə) buyurur:  “Reyğəmbər  (s)  buyurmuşdur:  ey  Əli!  Merac  gecəsində 
ümm
ətimin qadınlarını şiddətli əzab içində gördüm. Onların bəzisi dillərindən, bəzisi 
sin
ələrindən, bəzisi isə  saçlarından  asılmışdılar.  Onların  bəzisi öz ətini yeyirdi. 
B
əzilərinin üstünə əqrəblər və ilanlar daraşmışdılar. Bəzi qadınlar gördüm ki, onlar 
oddan olan tabutun içind
ə  kar və  kor halda idilər.  Onların  beyinləri  başlarından 
çıxırdı. Fatimə (ə) dedi: Atacan! Onların əməlləri barədə bizə xəbər ver. Peyğəmbər 
(s) buyurdu: dill
ərindən  asılan  qadınlar  öz  ərlərinə  əziyyət verən  qadınlardır. 
Sin
əsindən  asılan  qadınlar  ərlərini  qoyub  başqasından  faydalanan  qadınlardır. 
Saçlarından  asılan  qadınlar  saçlarını  naməhrəmdən  qorumayan  qadınlardır.  Ətini 
yey
ən  qadınlar  bədənlərini başqası  üçün  bəzəyən  qadınlardır.  Üstünə  əqrəb və  ilan 
1
H
əmin mənbə, c. II, səh. 26   
2
 
Fiqhu İmamur-Rza (ə), Müəssisətu Alil-beyt li ihyait-turas, Məşhədul-muqəddəs, 1406 h/q, səh. 10  
3
 
Şeyx Səduq, əl-Amali, Qismud-dirasatil-islamiyyə, birinci nəşri, Qum, 1417 h, səh. 292   
299 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə