Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 3,24 Mb.
Pdf görüntüsü
səhifə17/148
tarix15.07.2018
ölçüsü3,24 Mb.
#55801
1   ...   13   14   15   16   17   18   19   20   ...   148

H
əzrət Peyğəmbər (s)  Məkkəyə aid digər bir hədisində isə buyurur: “Sən nə xoş 
x
əbərsən,  səni nə  qədər sevirəm.  Əgər qövmüm məni  buradan  çıxmağa  məcbur 
etm
əsəydi,  səndən başqa bir  yerdə  yaşamazdım”
1

İmam Cəfər  Sadiq  (ə)  buyurur : 
“El
ə ki, Adəm və zövcəsi buğdadan daddı, Allah onları Cənnətdən çıxarıb yer üzünə 
endirdi. Ad
əm Səfa dağına, Həvva isə Mərvə dağına endirildilər. Səfa dağı ona görə 
S
əfa adlandı ki,  o Adəmi-Mustafa sözündən götürülmüdü.  Necə  ki,  Allah buyurur: 
Allah Ad
əmi və  Nuhu seçmışdi  (İstafa Adəmə  və  Nuha).  Mərvə dağı isə ona görə 
M
ərvə adlanır ki, o mərətun (qadin) sözündən götürülüb. Adəm deyir: o mənə halal 
olmadığından bir birimizdən ayrı düşdük. Əgər bir-birimizə halal olsaydıq, mənimlə 
birlikd
ə  Səfaya  düşərdik.  Adəm Həvvadan ayrılmışdı, buna görə  də  ona  qovuşmaq 
ist
əyirdi. O günorta vaxtı onun yanına gəldi və Mərvəda onunla söhbət etdi. Elə ki, 
gec
ə  oldu  onları  qorxu  bürüdü.  Onlar Səfaya gəlib orada gecələdilər.  Adəmin 
H
əvvadan başqa ünsiyyət quracaq kimsəsi yox idi. Qadınlar ona görə (ərəbcə) nisa 
adlanır ki, Həvva Adəm üçün ünsiyyətə çevrildi. Allah onunla danışmır və ona heç 
bir elçi gönd
ərmirdi.  Sonra ona tövbəni və  bəzi kəlmələri öyrətdi.  Elə  ki,  Adəm o 
k
əlmələrlə danışdı, Allah onun tövbəsini qəbul etdi, sonra da  Cəbraili ona göndərdi. 
C
əbrail ona dedi: Salam olsun sənə ey günahlardan tövbəkar, bəlalara isə səbir edən 
Ad
əm!  Allah məni sənin  yanına  göndərdi ki,  sənə  həccin  əməllərini öyrədim ki, 
onunla paklanasan.  Sonra C
əbrail Adəmin  əlindən tutub Kəbənin yerləşdiyi  yerə 
g
əldilər. Allah onlara bir xeymə endirdi, o Kəbənin yerinə qoyuldu ...”
2
  
Əllamə Küleyni səhih bir sənədlə İmam Sadiqdən (ə) belə bir hədis nəql edir: 
“Ad
əm  (ə)  Evi təvaf  etdikdən və  ona vacib  edilən  işləri sona yetirdikdən sonra 
C
əbrail  (ə)  ona dedi:  ey Adəm!  Rəbbindən istə  ki,  bu məkanda sənin  günahlarını 
bağışlasın. Adəm dayanıb dedi: ey Rəbbim! Hər bir zəhmətçəkənin mükafatı vardır. 
M
ən də zəhmət çəkdim, bunun mükafatı nədir? Allah ona belə vəhy etdi: Ey Adəm 
artıq sənin günahlarını bağışladım. Adəm (ə) dedi: bəs zürriyyətimin necə? Allah belə 
v
əhy etdi: Ey Adəm! zürriyyətindən hər kəs bu məkana gəlsə və günahlarını iqrar etsə 
v
ə  sonra da sənin kimi tövbə  etsə,  sonra da məndən  bağışlanma  istəsə,  onu 
bağışlayaram”
3
.  H
əmçinin,  hədisi-şəriflərdə  Kəbə  Məkkədə  yerləşdiyindən ora 
dünyanın hər yerindən daha fəzilətli hesab olunur. Zürarə  rəvayət edir: “Asim bin 
Öm
ər  adlı  bir  kişi  İmam  Sadiqin  (ə)  yanına  gılib  dedi:  Kəbul    Əhbar deyirdi: 
h
əqiqətən Kəbə  hər günorta Beytül-müqəddəsə  səcdə  edir.  İmam  ona  dedi: Kəbul 
Əhbarın sözü barəsində sənin fikrin nədir? İbn Ömər dedi: Kəbul Əhbar doğru deyir. 
İmam qəzəblənib dedi: sən də, Kəbul Əhbar da yalan deyirsiniz.  Allah yer üzündə 
ondan daha sevimli yer yara
tmamışdır” 
4
.  
M
əkkə şəhərinin fəzilətli olmasının səbəblərindən biri də orada Kəbədən başqa 
dig
ər müqəddəs məkanların olmasıdır. Belə ki, həzrət Adəm (ə) və həzrət İbrahim (ə) 
peyğımbərlərin orada həcc  əməllərinin  əsasını  qoymaları  və  bu  ənənələrin Allah 
t
ərəfindən  İslam  ümmətinə  vacib edilməsi sözümüzə  dəlildir.  Bundan  əlavə  orada 
minl
ərlə peyğəmbər qəbirlərinin olması da bu şəhərin müqəddəsliyini və fəzilətlərini 
artırmaqdadır 
1
 Sün
əni-Tirmizi, Mənaqib -3922 
2
 Küleyni 
əl-Kafi, c. IV,səh. 400-401,hədis № 2904, 2905 
3
 
əl-Kafi c. IV, səh. 402, hədis № 2906    
4
 H
əmin mənbə, c. IV, səh. 424, hədis № 3018 
36 
 
                                                      


M
əkkədə  olan müqəddəs yerlərdən  biri  Ərəfat çölüdür.  Buranın  Ərəfat 
adlanmasını Şeyx Səduq belə rəvayət edir: “Ərəfat ona görə Ərəfat adlanır ki, Cəbrail 
(
ə) İbrahimə (ə) dedi: burada günahlarını etiraf et və həccin əməllərini öyrən! Bundan 
sora  bu  çöl  Ərəfat  adlandı”
1
.  Dig
ər bir hədisdə  isə  Ərəfatın  Ərəfat  adlanmasının 
s
əbəbi,  Adəmlə  Həvvanın  bir-birlərini  burada  tanımalarına  (təarəfa)  görə  belə 
adlanib.  Bir y
əhudi Peyğəmbərin (s) yanına gəlib ona belə bir sual verdi: Nə üçün 
Allah  axşamçağı  (əsr  vaxtında)  Ərəfatda  dayanmaği  vacib  edib?    Peyğəmbər  (s) 
buyurdu:  Çünki,  Ad
əm (ə) axşamçağı günah etdi
2

Allah da bu vaxti orada dayanıb 
yalvarmağı ümmətimə vacib etdi və bununla  onların  Cənnətə girmələrini öz üzərinə 
götürdü”
3

M
əkkədə  olan digər müqəddəs məkanlardan biri Muzdəlifədir.  Buna Məşərül-
haram    da deyilir.  Bu yerin bel
ə  adlanmasının  səbəbini  Şeyx  Səduq bu rəvəyətə 
bağlayır: “Cəbrail (ə) İbrahimə (ə) Ərəfatda dedi: ey İbrahim! Məşərül-harama yola 
düş  (izdəlif)”
4
.  Lakin,  b
əzi müəlliflər, o cümlədən  Əllamə  Hairi Müzdəlifə  sözünü 
Ad
əmin  (ə)  əhvalatı  ilə  əlaqələndirir və  belə  nəql edir:  “Bura ona görə  Müzdəlifə 
adlanır ki,  Adəm və  Həvva burada görüşmüşdür.  Bu söz toplanmaq və  ictimai yer 
m
ənasındadır”
5
.  
M
əkkədəki fəzilətli yerlərdən biri Minadır. Bu yerin Mina adlanmasının səbəbi 
h
ədisdə belə göstərilir: “Cəbrail (ə) İbrahimin (ə) yanına gəlib dedi: ey İbrahim istə! 
(t
əmənna).  Bundan sonra insanlar bura Mina (yəni təmənna edilən yer) dedilər”.  
Dig
ər bir hədisdə  isə  deyilir:  “Bura ona görə  Mina  adlanır  ki,  İbrahim  (ə) orada 
r
əbbindən təmənna etdi ki, oranı oğlunun qurbangahı etsin”
6
. M
əkkədə diqqəti çəkən 
v
ə  həcc ayinlərinin  icra  olunduğu  məkanlardan biri də  Minadakı  Şeytan  yerinin 
daşlanmasıdır.  Hədislərə  görə:  “Bu məkanda  Şeytanı  ilk  daşlayan  Adəm (ə) 
olmuşdur.  Ondan  sonra  bu  işi  İbrahim  (ə)  davam  etdirmişdir.  Lakin  mötəbər bir 
h
ədisdə  deyilir ki, bu yerdə  Şeytan  İbrahimə  (ə)  göründü.  İbrahim  (ə) onu görcək 
daşladı”
7
.  
 
1.17.
Peyğəmbərin (s) Məkkədəki möcüzələri 
Peyğəmbər  (s)  peyğəmbərliyinin  təxminən on iki ilini Məkkədə  keçirmiş  və 
burada öz missiyasını təbliğ etmişdir. Onun Məkkədəki peyğəmbərlik dövrü miladi 
tarixl
ə 610-cu ildən 622-ci ilədək olmuşdur. O, bu dövr ərzində Məkkə müşrüklərini 
imana g
ətirmək üçün bir çox möcüzələr göstərmişdir. Əllamə Məclisi əsərinin XVII 
v
ə  XVIII  cildlərində  Peyğəmbərin (s) möcüzələri  haqqında  çox  geniş  məlumatlar 
vermişdir.  O,  Həzrətin ilk möcüzəsinin  Quran  olması,  bütün  dilləri bilməsi,  ayı 
barmağı  ilə  ikiyə  bölməsi, günəşi  geriyə  qaytarması,  göydən onun üçün süfrələrin 
1
 
əl-Fəqih, c. II, səh. 256, hədis № 2126   
2
 
Qeyd: Peyğəmbərlər mütləq mənada məsumdurlar, yəni tam günahsızdırlar. Bu Quran və Sünnədə təsbit olunmuşdur. 
Onların adına günah dedikdə, məqsəd onların tərki-övla olmalarıdır, yəni bəzən əlanı qoyub yaxşıya əməl etmişlər.  
3
 
Əllamə Məclisi, Biharül-ənvar, c. 96, səh. 411; Əllamə Hairi, Dairətül-məarif, c. XII, səh. 548 
4
 M
ən la yəhzuruhül-fəqih c. IIsəh. 256, hədis № 2126; Əllamə Məclisi, Biharül-ənvar, c. I, səh. 142 
5
 Dair
ətül-məarif, c.XVII, səh. 99   
6
 
Əllamə Məclisi, Biharül-ənvar, c. 96, səh. 426; Şeyx Səduq, Mən la yəhzuruhül-fəqih, c. II, səh. 256, hədis № 2127    
7
 
Şeyx Səduq, əl-Fəqih, c. II, səh. 257, hədis № 2136   
37 
 
                                                      


Yüklə 3,24 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə