Dövlät Maliyyäsi
105
xüsusiyyətinə görə,
pay dövlət xərcləməsi, geniş əhatəli dövlət xərcləməsi və ya
dar əhatəli dövlət xərcləməsi, yaxud da real xərcləmə və ya cəmi xərcləmələr for-
masında təyin olunaraq müəyyən edilə bilər. Dövlət sektorunun böyüklüyünün
ölçülməsində ilk edilməsi lazım olan, dövlət sektorunun statistik olaraq təyin olun-
masıdır. Xüsusilə ölkələrarası müqayisədə, bəzi ölkələrin
dövlət sektoru içərisində
dövlət iqtisadi qurumlarını, ictimai təhlükəsizlik qurumlarını daxil etdiyi, bəziləri-
nin isə bu qurumları dövlət sektoru xaricində tutduğu bilinməkdədir.
Xülasə olaraq, dövlətin iqtisadiyyatda cəmi xərcləməyə olan təsirinin dərəcəsi
öyrənilmək istənirsə, cəmi dövlət xərcləmələrinin ümumi milli hasilata olan nis-
bətinin tapılması lazım olduğu deyilə bilər. Eyni şəkildə dövlətin iqtisadiyyatda
qaynaq bölgüsünə müdaxiləsi mövzusu araşdırılmaq istənirsə,
transfer xərcləmələri
xaricindəki dövlət xərcləmələrinin qeyri-safi milli hasilata olan nisbətinin hesab-
lanması söz mövzusu olmaqdadır. Yuxarıdakı şərhlərdən də aydın olacağı üzrə,
dövlət xərcləmələrinin artımının üst sərhədi milli gəlirin özüdür. Həqiqətən, ölkə-
dəki bütün istehsalın istifadə formasına siyasi orqanın büdcə ilə qərar verməsi, bü-
tün bu ehtiyacların dövlət sektoru tərəfindən qarşılanacağı mənasını daşımaqdadır.
Ancaq, bu nəzəri vəziyyətə çatmadan əvvəl vergi gəlirləri ilə bəslənən bir büdcənin
bir üst sərhədinin olduğu müdafiə olunmuşdur. 1945-ci ildə Amerikalı iqtisadçı
Kolin Klark vergilərlə qarşılanan dövlət xərcləmələrinin milli gəlirin 25%' -ini aşa
bilməyəcəyini irəli sürmüşdür. Bu sərhədin aşılması halında, büdcə vergilərlə ma-
liyyəyə edilirsə, işçilərin iş istəkləri azalacaq və bu səbəbdən milli gəlir düşəcək.
Ancaq irəli sürülən bu fərziyyənin müxtəlif ölkələrdəki tətbiqi bəzi səhvləri ortaya
çıxarmışdır. Bu səbəblə dövlət
xərcləmələri sərhədinin, ölkələrin ənənələrinə, xü-
susiyyətlərinə və iqtisadi strukturlarına bağlı olaraq dəyişə biləcəyini söyləmək ən
doğru ümumiləşdirmə olacaq.
5.3. BÜDCƏ RESURSLARININ PAYLANMASI MODELİ
Dövlətin öz funksiyasını yerinə yetirməsi işində dövlət büdcəsinin mühüm rolu
vardır. Dövlət büdcəsinin məqsədi ölkənin iqtisadi, sosial və digər strateji proqram
və problemlərinin həlli üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə
vəsaitinin toplanması və idarə olunmasını təmin etməkdir.
Ona görə də dövlət büd-
cəsi hər il proqnozlaşdırılır, planlaşdırılır və qanunverici orqanlar tərəfindən təsdiq
edilir. Bu da, öz növbəsində, dövlət büdcəsinin düzgün və real əsaslarla tərtib edil-
məsini tələb edir. Ona görə də hər il yerinə yetirilmiş büdcənin gəlir və xərcləri
təhlil edilir və bu təhlilin nəticəsində gələcək illərin büdcəsi proqnozlaşdırılır.
Məlumdur ki, büdcənin xərcləri məqsədə çatmaq üçün konkret təşkilatlara və
müəssisələrə yönəldilir. Bu pul vasitələri həmin təşkilat
və müəssisələr tərəfindən
istifadə olunur. Lakin dövlət bu pul vasitələrinin xərclənməsinə tam nəzarət edə
bilmir.
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
106
Yuxarıda sadaladığımız bu problemləri aradan qaldırmaq üçün dövlət büdcə-
sinin xərclərinin paylanmasını həyata keçirən avtomatlaşdırılmış büdcə sisteminin
yaradılması mühüm əhəmiyyət kəsb edir.
Dövlət büdcəsinin mühüm funksiyasının həyata keçirilməsində istifadə olunan
büdcə təsnifatları böyük rol oynayır. Hal-hazırda Azərbaycan Respublikasında üç
növə bölünən xərclər üzrə büdcə təsnifatı müəyyənləşib: funksional, iqtisadi və
təşkilati xərclər təsnifatı.
Büdcə xərclərinin iqtisadi təsnifatının əsas xərc maddələri aşağıdakılardır
33
:
- Əməyin
ödənişi fondu;
- Faizlər üzrə ödənişlər;
- Subsidiyalar və cari ödənişlər;
- Əsas fondlara əsaslı vəsait qoyuluşu;
- Dövlət ehtiyatlarının yaradılması;
- Torpaq və qeyri-maddi aktivlərin alınması;
- Əsaslı ödənişlər;
- Ölkə daxilində qaytarılan məbləğ çıxıldıqdan sonra kreditlərin verilməsi;
- Xaricə qaytarılan məbləğ çıxıldıqdan sonra kreditlərin verilməsi;
5.4. DÖVLƏT XƏRCLƏRİNİN REAL ARTIM SƏBƏBLƏRİ
Dövlət xərclərinin inkişaf seyri araşdırıldığında, cəmi dövlət
xərclərinin ümumi
daxili məhsulun içindəki payının son yüz illik dövr içərisində getdikcə artdığı
müəyyənləşdirilmişdir. Ancaq, dövlət xərcləmələrindəki bu artımı heç şübhəsiz,
tək bir səbəbə bağlamaq mümkün deyil. Dövlət xərcləmələrindəki real artımın
iqtisadi, ictimai, siyasi, hərbi və texniki bir çox səbəbləri vardır.
34
5.4.1. İQTİSADİ VƏ İCTİMAİ SƏBƏBLƏR
1929 –cu il Böyük İqtisadi Böhranın ortaya çıxmasına qədər etibarlı olan klas-
sik iqtisad anlayışına görə, dövlətin vəzifəsi yalnız dövlətin daxili və xarici təhlü-
kəsizliyini təmin etməkdən ibarət sayılmışdır. Bu görüşə görə dövlət iqtisadi fəaliy-
yətlərə qatılmamalıdır. Dövlətin iqtisadi sahədəki vəzifəsi, sərbəst ticarətin, rəqabət
mühitinin inkişafı və mülkiyyət haqqının qorunması üçün lazımlı olan
tədbirləri
görməkdir. Yenə bu anlayışa görə, dövlətin iqtisadi həyata aktiv bir şəkildə qatıl-
ması, bazarda özbaşına ibarət olan tarazlıqları pozar.
Ancaq, irəliləyən zaman içərisində, klassiklərin irəli sürmüş olduqları iqtisadi
fikirlərdə əhəmiyyətli sapmalar meydana gəlmiş və iqtisadiyyatda əhəmiyyətli ba-
lanssızlıqlar ortaya çıxmışdır. 1929-cu ilə gəlindiyində istehsal geriləmiş, işsizlik
33
//www.nbg.az/index.php?lang=az&menu=budget_classification
34
Pehlivan,Osman
”Kamu Maliyesine Giriş”Trabzon 2005