Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
112
Büdcələr əsas olaraq maliyyə funksiyasına sahibdir: ancaq, bu gün iqtisadi
baxımdan güc qazanmağa başladığı üçün maliyyə və iqtisadi funksiyaları bir yerdə
görülməkdədir. Çünki dövlət xidmətlərinin bir maliyyə planı içində edilməsi və
təxminlərin bildirilməsi çətin hala gəlmişdir. Məqsəd ən az maliyyə qaynağı ayı-
raraq, ən yüksək dövlət faydası əldə etməkdir.
b- Hüquqi funksiya
Büdcələr şəkil baxımından bir qanundur. Çünki digər qanunlar kimi, hökumət
tərəfindən hazırlanmaqda, səlahiyyətli orqan tərəfindən baxılmaqda və imzalan-
maqdadır. Əslində isə onun bir qanun deyil, bir idari sənəd olduğu fikri vardır.
Maliyyəçilərin bir qismi büdcənin bir qanun, digər bir qismi isə inzibati sənəd
olduğunu qəbul etməkdədirlər. Büdcənin hazırlıq və işlək dövrlərindəki mərhələlər
qanunla edildiyinə görə, büdcənin hüquqi funksiyasını aşkar hala gətirməkdədir.
Dövlət gəlirlərinin toplanması və dövlət xərclərinin edilməsi, hüquq qaydaları ilə
olur; bütün dövlət idarələri bu maliyyə qanunlarına əməl etməlidirlər.
c- Siyasi funksiya
Büdcələr cəmiyyətin gələcəyə aid fəaliyyət planlarını göstərdiyinə, dövlət gə-
lirlərini toplamaq və xərclərini etmək səlahiyyəti də hökumətə aid olduğuna görə,
bu vəziyyət hüquqi gücün idarəedici orqana olan üstünlüyünü ifadə edir. Ayrıca,
demokratik rejimlərdə, hökumətlərin fəaliyyət proqramlarının həyata keçməsi büd-
cə ilə mümkün olmaqdadır. Büdcənin siyasi funksiyası ancaq parlamentli sistemin
olduğu ölkələrdə mümkündür.
d- İqtisadi funksiya
Dövlət xərcləri büdcəyə uyğun olaraq edilir. Bunların xərclənəcəyi xidmət növ-
lərinin seçilməsi və miqdarlarının təsbit olunması bir tərəfdən inzibati, digər tərəf-
dən də iqtisadi bir hərəkətdir. Dövlət əli ilə iqtisadiyyata edilən müdaxilədə ən va-
cib nöqtə dövlət xərclərindən əmələ gələcək məcmu faydanın şəxs əli ilə edilən
xərclərdən daha çox olmasının vacibyidir.
Büdcənin iqtisadi funksiyası dövlətin gəlir və xərcləri arasında bir bərabərlik
yaradılmasının vacibliyi və büdcə siyasətinin bir iqtisadi ünsür halına gəlməsi
halın-da, müasir büdcə anlayışı baxımından vacib olmaqdadır.
e- Sosial funksiya
Sosial tərəfdən büdcə, gəlirlərin paylanmasına üstünlük verən bir ünsür olaraq,
son dərəcə lazımlı olmaqdadır. Büdcə, xərclər yolu ilə bəzi şəxslərdən alınan vergi-
ləri digər şəxslərə paylamış olmaqdadır. Bu yolla dövlət cəmiyyətin müxtəlif təbə-
qələri arasında bir tarazlıq yaratmaqdadır.
f- Nəzarət funksiyası
Büdcə təxminidir. Büdcə qanunu təxmini olaraq hazırlanır, qəbul edilir və son-
ra həyata keçirilir. Büdcənin həyata keçməsi dedikdə xərclərin edilməsi və gəlirlə-
Dövlät Maliyyäsi
113
rin yığılması başa düşülməkdədir. Ümumiyyətlə, bir il içərisində qəbul edilən büd-
cələrdə yer alan təxmini gəlir və xərclərin ilin sonunda, mövcud olduqdan sonra
yoxlanmağı vacibdir.
Büdcənin yoxlama funksiyasının məqsədi dövlətin bütün maliyyə əməliyyat-
larının yoxlanmasıdır. Beləliklə, büdcədə təxmin edilən gəlir və xərc rəqəmləri il
sonunda mövcud olan rəqəmlər arasında bir müqayisə etmək imkanı vermiş olur.
6.3.2. MÜASİR FUNKSİYALAR
Müasir maliyyəçilərə görə maliyyə hadisələri klassik maliyyəçilərin əksinə,
iqtisadi həyatın içindədir. Bu vəziyyətlə əlaqədar büdcəyə yeni funksiyalar veril-
mişdir. Büdcə vasitəsi ilə iqtisadi və sosial həyata, yeniliklərə təsir olunması gün-
dəmə gəlmişdir.
Büdcənin bəhs olunan yeni müasir makro-iqtisadi funksiyaları aşağıdakılardır:
a-Büdcənin konjektura funksiyası
Büdcənin konjektura funksiyasına görə, büdcə iqtisadiyyatdakı konjektur inki-
şaf qarşısında müəyyən bir dəyişkənliyə sahib olmalıdır. Nümunə kimi, iqtisadiy-
yatda deflyasiya varsa, lazım olduqda büdcə kəsiri verərək iqtisadiyyatın yenidən
canlanması təmin olunmalıdır. Buna görə deflyasiya ilə mübarizədə xərcləmə siya-
səti tələbyönlü bir iqtisadi siyasət içərisində ələ alınacaqdır.
39
Tərsinə, inflyasiya
baş verərsə, xərclərin məhdudlaşdırılması, gəlirlərin isə artırılmasına cəhd edilməsi
lazım gələcəkdir. Hədəf büdcə vasitəsi ilə iqtisadiyyatdakı konjekturanın mənfi tə-
sirlərini azaltmaq, bunun üçün lazım olduqda büdcədə balansı illik deyil, bütün
konjektura dövrü etibarı ilə düşünməkdir.
Bu çərçivədə inflasiya ilə mübarizədə büdcə üç şəkildə hazırlanıb həyata ke-
çirilə bilər.
40
─ büdcə xərcləri azaldılır, gəlirlərində, yəni vergilər üzərində müxtəliflik edilə
bilməz və beləcə, bir büdcə gəliri meydana gətirilə bilər.
─ büdcənin xərcləri mümkün qədər dəyişdirilməyərək mövcud vergilər artırıla
bilər və ya vergiləndirilməyən vergi rezervləri vergiləndirilə bilər. Burada
hədəf yenə bir büdcə gəliri yaratmaqdır.
─ büdcənin xərcləri və gəlirləri azaldılaraq bir il əvvəlkinə nisbətən az, lakin
balanslaşdırılmış bir büdcə hazırlana bilər. Büdcənin belə hazırlanması ilə
istənilən hədəf məcmu tələb içərisindəki dövlət xərclərinin faizlə nisbətinin
dəyərini azaltmaqdır.
39
Aytaç Eker, Asuman Altay,Mustafa Sakal, Maliyye Politikası (Teori, İlkeler ve Yöntemler),
Takav Matbaacılık, Ankara, 1994, s. 163
40
Gülay Coşkun, Devlet Bütçesi-Türk Bütçe Sistemi, Turhan Kitabevi, Ankara, 1994, s. 33
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
114
b-Büdcənin əvəzetmə funksiyası
Büdcənin əvəzetmə funksiyası işsizliyin azaldılmasında və əsasən, struktur xa-
rakterdə olmayan depressiyadan ayılmaqda vacib bir rol oynamaqdadır. Funksiya
çərçivəsində büdcə, lazım olduqda, büdcə kəsiri verərək sektorun yetişmədiyi his-
sələrə müdaxilə edəcək, beləcə, iqtisadiyyat normal inkişaf dövrünə soxula biləcək-
dir. İqtisadiyyat tam işləmə səviyyəsində sağlam bir balansa qovuşunca, büdcənin
bağışlama funksiyası tamamlanmış olacaqdır. Bu vəziyyətdə büdcələr yenidən
balans olaraq hazırlanıb həyata keçirilə biləcəkdir.
c- Büdcənin inkişaf funksiyası
Büdcələr bu funksiyaya uyğun olaraq, ölkələrin iqtisadi inkişaf cəhdlərində əsas
bir maliyyə ünsürü olaraq işlədilməkdədir.
İqtisadi inkişaf, şübhəsiz, az inkişaf etmiş ölkələrin problemidir. Az inkişaf et-
miş ölkələr büdcə vasitəsi ilə inkişaflarını sürətləndirmək yolundadırlar. Bunu hə-
yata keçirə bilmək üçün də büdcədə investisiya xərclərinə ağırlıq vermək, büdcənin
inkişafı barədə plan və proqramları ilə uyğun həyata keçirilməsini təmin etmək
məcburiyyətindədirlər. Az inkişaf etmiş ölkələrin büdcə gəlirlərinin sərhədli və
yetərsiz olması büdcə xərclərinin artım sürətini yavaşlatmaqdadır.
41
d-Büdcənin qaynaq bölüşdürülməsi funksiyası
Qaynaq istifadəsində əlverişlilik, iqtisadiyyatdakı tükənən qaynaqların ictimai
faydanı ən üst səviyyədə təmin edəcək formada yönləndirilərək mal və xidmət
istehsal edilməsi, başqa sözlə, mövcud istehsal ünsürlərini ən rasional formada və
ən geniş ölçüdə ictimai ehtiyacları təmin edəcək səviyyədə işlədilməsi şəklində
ifadə edilə bilər.
42
Dövlət digər tərəfdən həyata keçirəcəyi büdcə siyasətləri ilə iqtisadiyyatda da
qaynaqların ehtiyaclara ən yaxşı şəkildə təhsis edilməsinə, qaynaq işlədilməsində
əlverişlilik yaradılmasına cəhd edə bilər.
e- Büdcənin gəlir paylanmasının tərtibi funksiyası
İqtisadiyyatda mal və xidmət istehsalına qatılan istehsal faktorları istehsal sonu
yaranan gəlirdən müəyyən bir pay alırlar. Dolayısı ilə milli gəlir iqtisadi mexaniz-
minin işləməsi nəticəsində faktorlar arasında bazar qanunlarına görə paylanır. Bu
paylanma nəticəsində istehsal faktorları: əmək, sərmayə, idarəçi, təbiət özlərinə dü-
şən payları alırlar. Büdcənin gəlir paylanmasını tərtibi funksiyası iqtisadi mexaniz-
minin işləməsi nəticəsində öz-özündən meydana gələn gəlir paylamasına təsir etmə,
əmək gəlirinin payını yüksəltmə, hər hansı bir səbəblə iqtisadi fəaliyyətlərə qatıl-
41
Gülay Coşkun, a.k.ə, s. 35
42
Haluk Anıl, Kamu Maliyyesi ve Kaynak Kullanımında Etkinlik, A.İ.T.İ.A. Yayın No: 205,
Maliyye Fakultesi Yayın No:5, Ankara 1982, s. 13
Dostları ilə paylaş: |