Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
118
götürməsinin nəticəsi olaraq, büdcə, ümumiyyətlə, iqtisadi siyasətin həyata keçiril-
məsində əsas bir vasitəyə çevrilmişdir.
Bu sistemin əsas xüsusiyyəti qısamüddətli olması və bəlli bir hesab sisteminə
söykənmiş olmasıdır. Dar mənada və həyata keçmə baxımından milli iqtisadi büd-
cə; büdcə fəaliyyətlərini asanlaşdırmaq, dövlətin iqtisadi qərarlarının təsirini ölç-
mək və bu qərarlara yol açmaq üçün büdcəyə əlavə edilən bir raport şəklində orta-
ya qoyula bilər. Bu məqsədlə milli iqtisadi büdcələr, büdcə hazırlama, həyata keçir-
mə və həyata keçirmənin yoxlanılması işlərində baş vurulan əsas bir mənbə rolu
daşımaqdadır.
Milli iqtisadiyyatın dövlət və özəl sektorlarını əhatə edəcək bir şəkildə hazır-
lanan milli mühasibat göstəricilərinin gələcək il üçün ətraflı təxmin edilməsinə əsas-
lanan milli iqtisadi büdcələr, İngiltərədə “Economic Survey”, ABD-də Nazirin “Büd-
cə Mesajları” və Fransada “Milli İqtisadi Büdcə Raportları” adı ilə hazırlanmaqdadır.
Milli iqtisadi büdcələr, bir cəmiyyətin gəlir qaynaqlarının idarəsi ilə əlaqədar
və vacib hökmləri üçün olan büdcələrdir. Bunlar dövlətin mövcud olduğu konjek-
tura uyğun bir fəaliyyət proqramı təsbit etməsinə kömək edəcəklər.
3. Performans büdcə sistemi
Bu büdcələr geniş mənada dövlət dairələri tərəfindən bir maliyyə ili ərzində
edilən xərclərlə nə ediləcəyini, başqa sözlə, büdcənin fəaliyyəti ilə çatmaq istənilən
hədəfi göstərən bir büdcə olaraq tərifləndirilməkdədir.
4. Proqram büdcə sistemi
Proqram büdcə bir maliyyə ili ərzində dövlət dairələri tərəfindən yerinə yetiri-
lən əsas funksiyaları və bu funksiyaların həyata keçməsi ilə çatmaq istənilən hədəf-
ləri göstərən bir büdcə sinifləndirməsidir.
Proqram büdcə ilk olaraq 1960-cı ilin əvvəllərinə qədər ABŞ-da tətbiq edilmiş-
dir. ABŞ xaricində Skandinaviya ölkələrində və Qərbi Avropa ölkələrində sürətli bir
şəkildə yayılmışdır
49
.
5. Planlama-proqramlama büdcə sistemi
Planlama-proqramlama büdcə sistemi dövlətin mövcud olan qaynaqlarının hə-
dəflərə uyğun şəkildə hazırlanan, göstərilən proqramlara ödənməsində idarəçilər
tərəfindən lazımlı qərarların verilməsinə imkan verən və beləliklə, dövlət idarəsinin
göstərilən hədəflərə çatmasını həyata keçirən bir idari və büdcə sistemidir.
6. İnvestisiya büdcələri
Dövlətin iqtisadi həyata getdikcə daha çox müdaxilə etməsi və xərclərin müx-
təlifləşməsi qarşısında, investisiya xərcləmələrinin ayrı bir büdcə içində hazırlan-
49
Abdurrahman Akdoğan, Kamu Maliyyesi, Gazi Universitesi Yayın №: 135, Ankara, 1989, s.295
Dövlät Maliyyäsi
119
ması məcburiyyəti meydana gəlmişdir. Bu büdcə növü klassik iqtisadçı-maliyyə-
çilərin qəbul etdiyi, fövqəladə büdcələrin yenidən canlanan bir şəkli olaraq qəbul
edilir. Fövqəladə büdcə anlayışında fövqəladə xərcləri normal xərclərdən ayıraraq
borc almağı müvafiq görərək büdcə kəsirinin qarşısını almaq, parlament nəzarətin-
dən qaçmaq və bəzi xərclərin borc yolu ilə qarşılanmasını təmin etmək kimi nəzə-
riyyələrə yer verə bilmişdir.
İnvestisiya büdcələri lehinə və əleyhinə müxtəlif fikirlər söylənilmişdir. Lehinə
fikirlərə görə, bu büdcələr dövlət fəaliyyətlərinin iqtisadi analizə uyğun tutulma-
sını, xalqın büdcəni daha yaxşı başa düşməyini təmin etmək üçün faydalıdır. Ayrı-
ca, bu büdcələr iqtisadi qaynaqları daha çox hərəkətə keçirəcək dövlət nəzarətinin
çatışmazlıqlarını əvəz edəcək. İnvestisiya büdcələrinin ən əsas maliyyə qaynağı
borcdur. İnvestisiya büdcələrinin əleyhinə isə büdcədə birlik prinsipini pozacağı,
büdcə kəsirlərinin gizlənməsinə yol açacağı, maliyyə qaydalarını və iqtisadi sabit-
liyi təhdid edəcəyi kimi fikirlər irəli sürülür.
Bu büdcələr cəmiyyətin sonsuz olan ehtiyaclarını tükənən ehtiyatlarla ödəmək
və iqtisadi inkişaf üçün böyük investisiyalar qoymaq məcburiyyətində olan dövlə-
tin bu investisiyaları həyata keçirməli olan büdcəsidir.
7. Sıfır əsaslı büdcə sistemi
Sıfır əsaslı büdcə sistemində keçmiş illərdəki xərcləmələr diqqətə alınmaz və
hər il bu xərcləmələr sıfır qəbul edilər. “Sıfır əsaslılıq” bütün fəaliyyət və xərclərin
yenidən həyata keçirilməsi məqsədindədir.
50
6.6. ÜMUMİ BÜDCƏ XARİCİNDƏ HAZIRLANAN
BÜDCƏLƏR
1. Fövqəladə büdcələr
Fövqəladə büdcələr uzun zamandan bəri istifadə olunan büdcələrdir. Fövqəladə
büdcələr yalnız müharibə vaxtları deyil, bir neçə il ərzində tamamlanacaq olan
iqtisadi inkişaf üçün edilməsi vacib olan dəniz yolları, limanlar və başqa bu kimi
xidmətlər səbəbi ilə hazırlanmaqdadır. Ancaq bu büdcələrdəki fövqəladə xərclərin
fövqəladə gəlirlərlə qarşılanması lazımdır.
2. Ortaq büdcələr
Xərcləri özəl gəlirlərlə qarşılanan və ümumi büdcənin xaricində idarə olunan
büdcələrə ortaq büdcələr deyilir. Bu tərifdən başa düşüləcəyi kimi, hüquqi şəxsi
olan dövlət müəssisələri öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirləri ilə öz
xərclərini ödəyirlər.
50
Gülay Coşkun, a.k.ə, s. 142
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
120
3. Konsolidə büdcələr
Ümumi və qatma büdcə rəqəmlərinin toplanması ilə hazırlanan büdcəyə
“konsolidə büdcə” deyilir. Qatma büdcəli idarələr özlərinin şəxsi gəlirlərindən baş-
qa, xəzinədən yardım alan qurumlar olduqları üçün konsolidə büdcələrin dəqiq rə-
qəmləri ancaq ümumi məbləğdən “xəzinə yardımlarını” çıxdıqdan sonra bəlli ol-
maqdadır.
4. Bələdiyyə büdcələri
Hal-hazırda bütün ölkələrdə dövlətin yanında dövlət xidmətlərini həyata keçir-
mək üçün “məhəlli idarələr” deyilən idarə, bələdiyyə və kənd təşkilatları qurulmuş-
dur. Bu gün məhəlli idarələrin gəlir və xərcləri çox artmışdır. Bu idarələrin işlərini
sərbəst və tam olaraq edə bilmələri üçün gəlirlərə ehtiyacları var. Bu səbəblə dövlət
büdcəsi ilə deyil, öz büdcə imkanları daxilində xidmət göstərirlər.
6.7. BÜDCƏ SİYASƏTİ
Büdcə siyasəti büdcədəki gəlir və xərclərin həcmini dəyişdirərək sabitliyin tə-
min olunması və iqtisadi böyümənin həyata keçirilməsidir. Büdcə siyasətində əsas
mövzu müxtəlif işlərin hər birinə aid proqramlar üçün nə qədər pul xərclənməsinin
təyin edilməsidir.
Bir dövlətin büdcə siyasəti ilə əlaqədar olaraq etdiyi bəzi funksiyaları vardır;
Gəlirlərdəki dalğalanmaları əsas tutmaq və qaynaqlarla maraqlanmaq;
Dolayı və birbaşa vergilərdən gələn gəlirləri artırmaq yollarını tədqiq etmək;
İqtisadi inkişaf məqsədi güdməyən bütün xərcləri ən aşağı səviyyəyə endirmək;
Maliyyə ilinin cari hesablarında bir artım əldə etməyi məqsəd halına gətirmək.
1. Taraz büdcə siyasəti.
Büdcə tarazlığı ilə əlaqəli teorem bölmələrində göstərildiyi kimi, ümumi teore-
mə görə büdcə balansının həyata keçməsi üçün gəlir dalğalanmalarına baxmayaraq,
dövlət gəlirlərinin dəyişməməyi əsasdır. Başqa bir sözlə, vergi gəlirlərinin artdığı
dövrlərdə dövlət xərcləmələrinin artırılması, hər hansı bir səbəblə vergi gəlirlərinin
azaldığı illərdə də bu xərcləmələrin azaldılması lazımdır.
2. Dəyişkən büdcə siyasəti
Dəyişkən büdcə siyasətində əsas xərclərin sabit tutulmasıdır. İqtisadi rifah illə-
rində dövlət xərclərini azaltmaq, böhran dövrlərində isə vergi gəlirləri öz-özündən
azaldığı halda, xərcləri artırmaq olar. Dəyişkən büdcə siyasəti Keynes ilə başlamış-
dır. 1929-cu il iqtisadi böhranında ortaya çıxan tələb çatışmazlığı və qiymətlərin
ümumi səviyyəsinin düşməsi nəticəsində istehsal ilə yanaşı gəlir və işçi sayı aza-
Dostları ilə paylaş: |