Dövlät Maliyyäsi
121
lınca, bazarda böyük bir durğunluq baş vermişdir. 1936cı ildə Keynes dövlətin iqti-
sadiyyata müdaxilə etməyinin vacibyini elmi olaraq isbat etmişdir.
51
3. Əvəz edici büdcə siyasəti
İnkişaf üçün uzunmüddətli, ölkə şərtlərinə uyğun bir proqrama ehtiyac vardır.
Daha əvvəldən büdcə balansı mövzusunda deyildiyi kimi, sürətlə meydana gələn
bir böhranın qarşısını almaq üçün dövlət xərclərini, büdcə kəsirini düşünülmədən,
geniş ölçüdə artırmaq lazımdır. Böhran dövrü keçdikdən sonra əldə olunacaq gəlir-
lər büdcə kəsirlərini bağlayacaq.
4. İnflyasiya və deflyasiya ilə mübarizədə büdcə siyasəti
İnflyasiya “məcmu tələbin məcmu təklifdən çox olmağı” olaraq tərifləndirildi-
yinə görə, bir inflyasiya olduğunda büdcə tədbirləri yolu ilə tələbə müdaxilə etmək
mümkündür. İnflyasiya ilə mübarizə edən büdcə siyasəti, iqtisadi istiqrar siyasə-
tində ilk planda yer almaqdadır. Bir il ərzində hansı dövlət xidmətlərinin ediləcə-
yini, bunlara nə qədər pul xərclənəcəyini göstərən büdcələrin artıq tələb səviyyə-
sindən həyata gələn inflyasiyanın qarşısının alınması üçün aşağıdakı şəkillərdə ha-
zırlanması və istifadə edilməsi lazımdır.
Büdcə xərclərini azaltmaq: büdcənin gəlir mənbələri üzərində müxtəliflik et-
mədən xərcləri azaltmaq olar və beləliklə, büdcə artığı meydana gələr.
Büdcə gəlirlərini artırmaq: xərclərin sabit tutulmasına və gəlir qaynaqlarının
artırılmasına səy göstərilir. Məqsəd yenə də büdcə artığının əldə edilməsidir.
Daha kiçik büdcələr hazırlamaq: həm büdcə xərcləri, həm də büdcə gəlirləri
azaldılaraq, əksinə müqayisə ilə balans, lakin daha kiçik büdcələr hazırlana bilər.
Məqsədi məcmu tələb içərisindəki dövlət xərcləmələrinin nisbi payını azaltmaqdır.
Deflyasiya inflyasiyada olduğu kimi dərəcə-dərəcə nəticəsini göstərir. Ümumi
qiymət səviyyəsinin düşərək pul dəyərinin yüksəlməsi, pula olan tələbi artırır və
mal və xidmətlərin tələbini azaldır. Deflyasiya ilə mübarizədə, büdcənin gəlir və
xərclərinin həcmlərini dəyişdirilməyi vacibdir. Bu vəziyyət dövlət xidmətlərinin
artması nəticəsini ortaya çıxarır ki, bu da dövlətin əli ilə yaradılan tələbi çoxaldır;
büdcə xərclərinin artım göstərəcək şəkildə hazırlanmasını zəruri edir. İqtisadiyyatın
deflyasiya dövründə “əvəzedici büdcə” xərcləri artır, iqtisadiyyat canlandıqdan
sonra azalır.
Kəsir büdcə siyasətinin istifadəsi deflyasiya ilə mübarizədə olduqca vacibdir.
Çünki büdcə xərcləri artdığından, norma gəlirlər bunları ödəməyəcək. Bu halda
deflyasiya dövründə büdcələrin kəsr vermələri, büdcə gəlirlərinin “borc” yolu ilə
tamamlanması vacib olmaqdadır.
52
51
Sönmez Nezine, a.k.ə, s. 69
52
Atar Yavuz, Vergi hukuku Genel Esaslar, Konya, 1994, Mimoza Yayınları, s. 14
Prof. Dr. Cihan Bulut, Elçin Süleymanov
122
6.8. BÜDCƏ VƏ ONUN FORMALAŞMASI
6.8.1. BÜDCƏ XƏRCLƏRİ
Fərdlərin cəmiyyət halında təbii bir sonu olaraq ortaya çıxan şərik ehtiyacların
başında cəmiyyətin daxili və xarici təhlükəsizliyinin təmin olunması durmaqdadır.
Dövlət ictimai mal və xidmətlərdən: məsələn, vətənə əsgər tapmaq və əsgərlə-
rin hər cür ehtiyaclarını qarşılamaq; cəmiyyətdə daxili asayişi qorumaq üçün idarə
təşkilatını qurmaq; Tibb və təhsil xidmətləri üçün xəstəxanalar və məktəbləri tik-
mək lazımdır. Dövlət bütün bu və oxşar digər dövlət xidmətlərini ancaq xərclər
etmək surəti ilə yerinə yetirə bilər.
Dövlət xərcləri əvvəlcədən hazır olan qanuni vaxt içərisində əmələ gəlir. Dövlət
xərclərinin əsası dövlət xərclərini yerinə yetirməkdədir. Dövlət xərclərinin yerinə
yetirilməsində əsas-cəmiyyətin rifahının yüksəldilməsidir.
Bununla da hazırlanan dövlət xərclərin biri dar, o birisi geniş mənada olmaq
üzrə iki tərif verilməkdədir. Dar mənada dövlət xərcləri mərkəzi hökumət büdcəsi
ilə edilən xərclərlə məhəlli idarələr tərəfindən edilən xərcləri ifadə edir. Buna qarşı-
lıq, geniş mənada dövlət xərcləri isə mərkəzi hökumət büdcəsinə əlavə olaraq,
bələdiyyə iqtisadi təşəbbüsləri ilə digər bütöv bələdiyyə orqanları tərəfindən edilən
xərcləri əhatə etməkdədir.
Buna görə, dövlətin müxtəlif sahələrə müdaxiləsi, ticarət və kənd təsərrüfatı
əsaslı dövlət yönlü fəaliyyətlərin diqqətə alınması, geniş mənada dövlət xərcləri an-
layışını ortaya çıxarmaqdadır. Bu səbəblə dövlətin vacibliyi ancaq dövlətin yarat-
dığı bütün bələdiyyə fondlarının əmələ gəlməsi ilə birlikdə ortaya çıxır.
Dövlətin iqtisadi və sosial həyat içərisində üstələndiyi vəzifələrə bağlı olaraq
ölkədən-ölkəyə vacib fərqliliklər göstərən dövlət xərclərinin ən vacib nöqtəsi ümu-
mi daxili məhsuldur. Buna görə, bir il içərisində müxtəlif dövlət xidmətləri üçün
edilən dövlət xərcləri, eyni il içərisində əldə edilən ümumi daxili məhsula nisbəti-
dir. Bu surətlə ümumi daxili məhsul içərisində dövlətin hissəsinin payı da təyin
edilmiş olur.
Ancaq milli iqtisad içərisindəki dövlət hissəsinin payı və təsirini təyin edə
bilmək üçün dövlət xərclərini geniş tutumlu olaraq ələ almaq lazımdır. Sadəcə,
mərkəzi dövlət təşkilatının büdcəsindən hərəkətlə dövlət hissəsinin payını təyin
etmək mümkün deyildir. Buna görə dövlətin başda cəmiyyət və yarı cəmiyyət, təh-
sil və səhiyyə, mal və xidmətlərin istehsalı olmaq üzrə bütün dövlət xərcləri və hətta
özəl xüsusiyyətdəki, yəni tam yararlananlara ödətdirə biləcək mal və xidmətlər
üçün elədiyi xərcləri dövlət xərcləri olaraq açıqlaya bilərik.
Dövlät Maliyyäsi
123
6.8.2. BÜDCƏ GƏLİRLƏRİ VƏ NÖVLƏRİ
Dövlət, dövlət xərcləri üçün ehtiyac duyduğu gəliri heç bir zaman tək qaynağa
dayandırmamışdır. Tarix boyunca dövlət, dövlət xərclərini maliyyələşdirmək üçün
başda vergilər olaraq çoxlu sayda və müxtəlif gəlir növlərinə sahib olmuşdur.
1. Vergilər
Vergi, heç bir şübhəsiz, dövlətin gəlir növlərinin ən vacibi və başda gələnidir.
Dövlətin vergi yoluyla topladığı gəlirlərin məcmu dövlət gəlirləri içərisindəki payı,
bir çox ölkələrdə % 70 ilə % 90 arasında vacib bir yer tutmaqdadır.
Vergi, eyni anda maliyyə teoreminin üzərində ən çox durduğu mövzulardan
biridir. Ən qısa və ümumi bir izahla “vergi-dövlətin bələdiyyə xərclərini qarşı-
lamaq məqsədi ilə cəmiyyəti təşkil edən adam və qurumlardan qarşılıqsız və zorla
aldığı iqtisadi dəyərlərdir”.
Verginin aşağıda təyin ediləcək olan digər dövlət gəlir növlərindən ən vacib
fərqi, onun qarşılıqsız olmasıdır. Verginin qarşılıqsız olması vergi ödəyənlərin sırf
bu ödəmədən dolayı dövlətdən hər hansı bir mal və ya xidmət tələbini də edə bil-
məyəcəklərini ifadə edir. Dövlətin vergilərlə maliyyələşdirərək istehsal etdiyi mal
və xidmətlərdən hər kəs ödədiyi vergi miqdarına görə deyil, bərabər ölçüdə fay-
dalanmaq haqqına malikdir.
Buna görə, vergi bütün dövlət xidmətlərinin qarşılığı olaraq qəbul edilə bilər.
Başqa sözlə, elə bələdiyyə gəlir növləri vardır ki, adı vergi olmamağına baxmaya-
raq, verginin bütün xüsusiyyətlərini daşıyır. Məsələn, ölkəmizdə, vətəndən xaricə
çıxan vətəndaşlarımızdan alınan rüsum fondu kimi “Rüsum fondu”, keçmişdə
qəbul edilmiş “xarici səyahət xərcləri vergisi”ndən başqa bir şey deyildir. Bu sə-
bəblə, adı nə olursa-olsun, dövlətin qarşılıqsız olaraq topladığı bütün gəlir növlərini
vergi olaraq dəyərləndirmək lazımdır.
2. Xidmət haqqı
Xidmət haqqı, mahiyyət etibarı ilə vergiyə çox oxşayırlar. Onların vergidən
fərqi təklif olunan bəzi dövlət xidmətlərindən istifadə qarşılığında alınmış olmasıdır.
Xidmət haqqı bəzi dövlət quruluşlarının ortaya qoyduqları bələdiyyə xidmət-
lərindən təmin edilən və bu təmin qarşılığı ödədiyi dəyərdir. Ancaq indi təyin
etmək vacibdir ki, təklif edilən bələdiyyə xidməti qarşılığında alınan xərclərə bələ-
diyyə xidmətinin maliyyəti arasında bir əlaqə qurmaq çox zaman mümkün deyil.
Xidmət haqqı olaraq alınan dəyərlər çox zaman təklif edilən bələdiyyə xid-
mətlərinin maliyyətindən çox aşağıdır.
Xidmət haqqının vergilərdən ayıran ən vacib cəhət , bir dövlət xidməti qarşılığı
olaraq alınmasıdır. Amma bir tək bu fərqdən başqa, onun vergilərin bir çox oxşar
tərəfləri vardır. Bir tərəfdən, xidmət haqqı mütləq sürətdə inzibati rqanların xidmə-
tinin dəyəri deyildir. Bununla yanaşı, onları ödəmək məcburidir.
Dostları ilə paylaş: |