Dövlät Maliyyäsi
109
vətəndaşlar yol və məktəb tikintisində könüllü olaraq bədəni olaraq və hər hansı bir
ödəniş götürmədən işlədilirdi. Həm məcburi işlər, həm də iməciliklər zamanı gö-
rülən işlərin xərcləri büdcədə iştirak etməzdi.
Bu gün xeyli çox qərb ölkəsində əsgərlik xidmətlərinin böyük bir hissəsi pul ilə
gördürülürkən, ölkəmizdə müəyyən şərtləri daşıyan hər Türk vətəndaşı hər hansı
bir qarşılıq götürmədən müəyyən bir müddət hərəkəti əsgərlik xidmətində olmaq
məcburiyyətindədir. Ancaq, bu surətlə meydana gələn artım, realda bir artım olma-
yıb, görünüşcə bir artım sayılacaq. Çünki təmin edilən xidmətlərdə hər hansı bir
real artım söz mövzusu deyil. Bu vəziyyət, daha əvvəl pulsuz gördürülən bir xid-
mətin pulla gördürülməsindən ibarətdir. Buna görə, hal-hazırda ictimai xidmətlərin
hamısının pulla gördürülməsi, dövlət xərcləmələrinin görünüşcə artım səbəblərin-
dən biri sayılmaqdadır.
5.5.2. PUL DƏYƏRİNİN DÜŞMƏSİ
Pul dəyərinin düşməsi, xüsusilə inkişaf etməkdə olan ölkələrdə qarşılanan iqti-
sadi problemlərdən biridir. Pul dəyərinin düşməsi, keçmişə nisbətlə eyni mal, ya da
xidmətin daha çox miqdarda xərcləmə edilmək surəti ilə təmin edilməsi nəticəsini
doğurar. Başqa sözlə, dövlət xərcləmələrinin rəqəm olaraq artması hər vaxt üçün
ictimai xidmətlərin də artdığı mənasına gəlməz. Pul dəyərindəki düşmənin təsiri ilə
dövlət xərcləmələrində meydana gələn görünüşdəki artımı qeyd edə bilmək üçün
qiymət indekslərindən istifadə edilir. Qiymət indeksləri köməyi ilə xərcləmələrdəki
görünüşcə və həqiqətdə artım nisbətini təsbit etmək mümkün olar.
5.5.3. BÜDCƏ TEXNİKASINDA MEYDANA GƏLƏN
DƏYİŞMƏLƏR
Keçmiş dövrlərdə dövlət büdcəsi tətbiqlərində safi gəlir üsulu tətbiq edilirdi.
Bu üsula görə hər dövlət dairəsi, bir il içində etdiyi xərcləmələri, yenə eyni il içində
əldə etdiyi gəlirlərdən düşdükdən sonra artan safi gəlirini xəzinəyə göndərər və
dövlət büdcəsində bu gəlir çoxu iştirak edərdi.
Dövlət xərclərinin dövlət büdcəsinə olduğu kimi əks olunmasına mane olan bu
üsul hal-hazırda tərk edilərək, bunun yerinə bütün dövlət gəlir və xərclərinin ol-
duğu kimi büdcədə iştirak etməsini təmin edən ümumi üsul tətbiqə qoyulmuşdur.
110
ALTINCI FƏSİL
DÖVLƏT BÜDCƏSİ ANLAYIŞI
6.1. DÖVLƏT BÜDCƏSİNİN TƏRİFİ
Büdcə kəlməsinin etimoloji baxımdan kökünün, latınca “bulga”, fransızca
“bouge” və ya” bougette” kəlmələrindən götürüldüyü irəli sürülməkdədir.
35
İngiltə-
rədə Maliyyə Nazirinin büdcəni parlamentə təqdimat danışığı, əvvəllər olduğu kimi,
yenə “opening the budget” olaraq qiymətləndirilməkdədir. Beləliklə, ingilis dilində
“budget”, dilimizdə tələffüzü ilə “büdcə” termini dövlətin gəlir və xərclərinin illik
təxminini göstərən sənədlər mənasında işlədilməyə başlanmışdır.
36
Büdcə dövlətin gələcək bir dövr üçün gəlir və xərc tarazlığını göstərən və de-
mokratik parlament idarə sistemi ilə idarə olunan ölkələrdə müvafiq icra hakimiy-
yəti orqanının səlahiyyətli orqana dövlət adına xərcləri etmək və dövlət gəlirlərini
yığmaq səlahiyyətini göstərən sənəddir.
37
Hüquqi idarələr tərəfindən imzalanan büdcələrə icazə verilmədikcə istifadəyə
veriləcək bir xərc olmayacağı üçün, dövlətin xidmətlərini həyata keçirmək imkanı
yoxdur. Yenə həmin nöqteyi-nəzərdən baxdıqda bu cür icazə olmadıqca, dövlət
gəlirlərinin də toplanması mümkün deyildir.
Büdcənin ortaya qoyduğu maliyyə yönlü mövzular olduqca qarışıqdır, çünki
gəlir və xərc büdcələri, milli gəlirin yenidən paylaşdırılmasına yol açmaqdadır.
Müharibə zamanlarında hazırlanan “fövqəladə büdcələr” və inkişaf etməkdə olan
ölkələrin etmələri məcbur olan “inkişaf büdcələri” ölkənin iqtisadi və sosial möv-
qeyinə təsir etməkdədir. Ayrıca olaraq, büdcənin imzalanması ilə dövlət xərclərini
həyata keçirmək və bunlara aid gəlirləri toplamaq icazəsinin hüquqi orqanlar tərə-
findən verilməsi büdcəyə iqtisadi xüsusiyyəti ilə bərabər, siyasi bir xüsusiyyət də
qazandırmaqdadır.
İctimai yaşayışın tələbi olaraq, dövlət və digər dövlət qurumları, dövlət xidmət-
ləri həyata keçirtmək üçün gələcəyə dair gəlir və xərcləri bir sənəddə göstərmək
məcburiyyətindədir. Bu sənədə “büdcə” adı verilməkdədir.
Con F. Due`yə görə “Büdcə”, ümumi mənada, müəyyən bir vaxt ərzindəki
maliyyə planıdır. Bunun üçün dövlət büdcəsi gələcək büdcə ili üçün təklif edilən
35
Osman Pehlivan , Kamu Maliyesine Giriş, Yildizlar Matbaacılık A.Ş., Trabzon, 1994, s.251
36
Bedi N. Feyzioğlu, Büdçe, İstanbul, 1976, s.13
37
Ömer F. Batırel, Kamu Büdçesi, İstanbul, 1982, s.1
Dövlät Maliyyäsi
111
xərclər və gözlənilən gəlirlər ilə birlikdə hal-hazırkı büdcə ili ilə keçmiş büdcə il-
lərində həyata keçmiş xərclər və gəlirlər haqqında olan məlumatları açıqlayan sə-
nəddir.
6.2. BÜDCƏNIN XÜSUSİYYƏTLƏRİ
Büdcənin ən əsas xüsusiyyəti dövlətin gələcək bir il içində edəcəyi xərclər ilə
bu xərcləri qarşılayacaq gəlir təxminlərini göstərməsidir. Bu xüsusiyyətində dolayı
büdcə dövlət üçün vacib bir planlama vəsaitidir.
Büdcənin başqa bir vacib xüsusiyyəti isə səlahiyyətli orqanlara dövlət adından
xərclərin edilməsini və dövlət gəlirlərini toplamaq səlahiyyətini verməyidir.
Dövlətin biri iqtisadi, digəri hüquqi olmaq üzrə iki əsas xüsusiyyəti ortaya çıx-
maqdadır. Büdcənin iqtisadi tərəfi, dövlətin hər il istehsal olunan ÜDM-nin bir qis-
mini vergi və bənzər yollarla toplamaq, dövlət xərcləri yolu ilə təkrar iqtisadiy-yata
qaytarılmasını təmin etməktədir.
Büdcənin hüquqi tərəfi isə, büdcənin bir qanun olmasını və büdcə qanununda
yer alan bütün hökmlərə əməl olunmasının məcburiliyini ifadə edir.
6.3. BÜDCƏNİN FUNKSİYALARI
Büdcənin doğru mənasını ortaya qoya bilmək üçün müxtəlif tərəflərdən baxı-
laraq araşdırmaq lazımdır. Büdcənin funksiyaları, klassik və müasir olaraq ikiyə
ayrılmaqdadır. Klassik iqtisadçı və maliyyəçilərə görə, büdcənin funksiyaları ma-
liyyə, hüquqi və siyasi olaraq sinifləndirilmişdir. Müasir iqtisadçılar isə dövlət an-
layışındakı inkişaflara paralel olaraq, xüsusən, iyirminci əsrdə ümumi maliyyə an-
layışının vacibyinin qalmadığını və dövlət xidmətlərinin artdığını, dövlət gəlir və
xərclərinin dəyişdiyini və bunların məcmu tələbdəki təsirinin genişləndiyini ortaya
qoymuşdurlar.
38
6.3.1. KLASSİK FUNKSİYALAR
a- Maliyyə funksiyası
Büdcələr gələcəkdəki bir dövr üçün xərclənəcək xərclərin və əldə olunacaq
gəlirlərin müqayisəsini və təxminini göstərən bir lövhədir. Ancaq bütün gəlir və
xərc lövhələri büdcə deyildir. Düzgün mənada büdcə gələcəkdəki gəlir və xərcləri
təxmin etmək, bir-bir göstərmək, miqdarlarını təqdir etmək və müqayisə etmək de-
məkdir. Başqa sözlə, büdcə dövlətin gəlir qaynaqlarını və bu qaynaqların xərc-
lənmə yerlərini göstərməkdədir.
38
Ömer F. Batırel , a.k.ə, s.16
Dostları ilə paylaş: |