Prof. Dr.
Cihan Bulut, Elçin Süleymanov
132
riya olmaqla, müəyyən funksiyaları yerinə yetirir və bu funksiyaların məzmununu
açmaqla «büdcənin» dövlət büdcəsinin sosial-iqtisadi məzmununu aydınlaşdırmaq
olar. Bir çox iqtisadçı alimlər bu və ya digər iqtisadi kateqoriyanın mahiyyətini
açarkən, onun yerinə yetirdiyi funksiyaların əsas meyar olduğunu göstərirlər. Büd-
cə kateqoriyası da geniş ictimai münasibətlər sistemini əks etdirməyinə görə
maliyyəyə aid olan bütün funksiyaları özündə əks etdirir.
Lakin büdcənin spesifik
cəhətlərini də ümumi maliyyə münasibətlərindən ayırmaq olar. Belə ki, ən əvvəl
büdcəyə maliyyə münasibətlərinin tərkib hissəsi kimi baxmalıyıq; ikinci, büdcə
maliyyə planı kimi səciyyələnməlidir; üçüncü, büdcə mərkəzləşdirilmiş pul vəsaiti
fondudur. Bu cür xarakterik cəhətlərini nəzərə almaqla görürük ki, büdcə kateqori-
yası müəyyən konkret istiqamətlər üzrə xarakterizə olunur. Bunlar aşağıdakılardır:
1) büdcə fondunun yaranması (yəni büdcənin gəlirlərinin əmələ cəlməsi);
2) büdcə fondunun istifadə olunması (yəni büdcənin xərclərinin maliyyələşdi-
rilməsi).
3) büdcənin gəlirləri və xərclərinin formalaşması üzərində nəzarət.
Birinci funksiyanı, gəlirlərin yaranması ilə yerinə yetirir. Təsərrüfat təşkilatla-
rından (hüquqi şəxslərdən, fiziki şəxslərdən) vergilərin daxil olması, istiqrazların
reallaşması dövlət əmlakına misaldır. Lakin nəzərə almalıyıq ki, büdcə gəlirlərinin
əsas mənbəyi ümumi daxili məhsulun ilkin bölgüsü zamanı yaranın
təsərrüfat
subyektlərinin pul vəsaiti fondlarıdır. Bunlara aiddir:
1) işçilərin əmək haqqı fondu;
2) sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilən mənfəət;
3) qeyri-muzdlu işçilərin əmək haqqı fondu;
4) torpaq sahiblərinin renta gəlirləri;
5) ssuda fondunun faizi (bankların mənfəəti).
Büdcənin gəlirlərinin bu cür ümumi sxemi, əlbəttə, daimi deyil, konkret iqtisadi-
ictimai şəraitdən asılı olaraq dəyişir. Məlumdur ki, dövlət cəmiyyət miqyasında
ümumi təsərrüfat subyekti kimi çıxış edir. Bu zaman istehsalçıların
ümumi məna-
feyi nəzərə alır və buna görə də büdcə ölkənin bütün iqtisadi sisteminin inkişaf
mənafeyini nəzərə alınmaqla, iqtisadi proseslərin nizamlandırılmasına təsir gös-
tərir. Ölkənin bütün xalq təsərrüfatında makro-iqtisadi proporsiyaların gözlənilməsi
üçün, qeyri-istehsal və xidmət sahələrinin inkişaf etdirilməsi, əhalinin
ümumi tələ-
batının ödənilməsi, müxtəlif mülkiyyət formalarının iqtisadi inkişafı və s. büdcənin
ümumi ölkənin mənafeyi üçün istifadə olunmasını zəruri edir.
Büdcənin xərcləri də onun gəlirləri kimi müəyyən şərtlərə əsaslanır. Lakin
gəlirlərə nisbətən xərclərin istiqamətinin, quruluşunun dəyişilməsi daha çevikdir.
İqtisadi və siyasi vəziyyət dəyişəndə,
büdcə xərcləri hərbi, sosial, iqtisadisiyasi
məqsədlərin mənafeyinə uyğun dəyişir. Belə ki, büdcənin xərclərinin hərbi və so-
Dövlät Maliyyäsi
133
sial məqsədlərə bölünməsi nisbətləri ayrı-ayrı hallarda kəskin dəyişə bilər. İqtisadi
böhranlar, hərbi münaqişələr zamanı büdcə xərcləri hərbi ehtiyacları ödəmək üçün
daha çox dəyişilir.
Beləliklə, büdcənin sosial-iqtisadi məzmunu onun gəlirləri və xərclərinin tər-
kibi və quruluşu ilə müəyyən olunur. Bu barədə sonrakı paraqraflarda daha geniş
izah veriləcək.
Büdcənin nəzarət funksiyası da mövcud vəziyyətdən asılı olaraq müxtəlif isti-
qamətlərdə həyata keçirilir. Lakin nəzərə almaq lazımdır ki,
büdcənin nəzarət funk-
siyası həm gəlirlərin formalaşması zamanı, həm də onların xərclərinin maliyyə-
ləşdirilməsi zamanı həyata keçirilir. Bununla belə, büdcənin nəzarət funksiyası iqti-
sadi proseslərə təsir etməklə pul vəsaiti fondlarının düzgün formalaşması və məq-
sədli istifadəsi üçün şərait yaradır. Lakin nəzarət funksiyası həm ümumi maliyyə
nəzarəti kimi, həm də maliyyə orqanlarının nəzarət vəzifəsi kimi qarşılıqlı vəh-
dətdə aparılır. Büdcənin nəzarət funksiyası maliyyənin nəzarət funksiyasının tərkib
hissəsidir. Büdcənin iqtisadi-sosial məzmunu həm də onun geniş təkrar istehsaldakı
rolu ilə müəyyən edilir. Dövlət, büdcə fondundan ölkənin
ümumi mənafeyinə
xidmət edən mütərəqqi təsərrüfat sahələrinin inkişaf etdirilməsi üçün istifadə edir.
Ən mühüm sahələri inkişaf etdirmək, ölkənin perspektiv iqtisadi inkişafı mənafeyi
üçün büdcə vasitəsilə dövlət ümumi daxili məhsulu bölüşdürür və yenidən bölüş-
dürür. Büdcə vəsaiti balansına qeyri-istehsal sahələrinin maliyyə vəsaitinə olan
tələbatı ödənilir. Büdcə vəsaiti ilə ümumi daxili məhsul ölkənin iqtisadi rayonları,
ayrı-ayrı regionları arasında bölüşdürülür və yenidən bölüşdürülür. Ayrı-ayrı iqti-
sadi rayonlarda iqtisadiyyatı inkişaf etdirmək, məhsuldar qüvvələrin inkişafına nail
olmaq və ölkə ərazisində infrastrukturanı inkişaf etdirmək və s. məqsədlər üçün
büdcədən iqtisadi bir alət kimi istifadə olunur.
6.11. BÜDCƏ SİSTEMİNİN TƏŞKİLİ PRİNSİPLƏRİ
Bütün dövlətlərin iqtisadi və dövlət quruluşuna xas
olan büdcə sistemi təşəkkül
tapmış və formalaşmışdır. Azərbaycan respublikasının iqtisadi sisteminə, onun döv-
lət quruluşuna xas olan büdcə sistemi yaranmışdır.
Büdcə sisteminin qurulması və onun bütün növləri arasında qarşılıqlı əlaqələr
büdcə quruluşu adlanır. Büdcə sistemində birləşdirilən ayrı-ayrı müstəqil büdcələ-
rin məcmusu dövlətin büdcə sistemini təşkil edir. Büdcə sistemi bütün büdcə növ-
lərinin məcmusunu özündə əks etdirir. Ölkənin büdcə sisteminin təşkili əsasları döv-
lətin Konstitusiyasında və büdcə sistemi haqqında qanunlarda əks olunur. Büdcə
sisteminin təşkili müəyyən prinsiplərə əsaslanır ki, bu prinsiplər
də ölkənin iqtisadi,
siyasi və sosial əsasları üzərində qurulmuşdur.
Büdcə sistemi dövlətin inzibati ərazi vahidinin bütün büdcələrinin məcmusunu
özündə birləşdirdiyinə görə, onlar arasında qarşılıqlı münasibətlər qanunvericiliklə