Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
242
243
21. Ажынияз Косыбай улы. Тангламалы шгармалары.
Нукус , 1960, с. 125-126.
22. Əжинияз. Нокис, “Каракалпакстан”, 1960, s. 101.
23. Мамедов Н. Каракалпакская литература. Баку, «Kirab
aləmi», 2007, с.161-188.
Мамедов Н. О некоторых особенностях творчества
каракалпакских писателей XVIII-XIX вв.//Тезисы докладов
научной конференции сотрудников Бакинского славянского
университета. Баку, «Kitab aləmi», 2005, с. 84-86.
24. Камалов С.К. Каракалпаки в XVIII-XIX вв., Ташкент,
«ФАН», 1968, с.162.
25. Бердак. Тангламалы шгармалары. Нöкис, «Каракал-
пакстан», 1987, s.147.
26. Бердак. Тангламалы шгармалары. Нöкис, «Кара-
калпакстан», 1987, s.143.
27. Вердах Н.Поэты Каракалпакин. Л., «Сов. писатель», 1980,
с.80.
28. Бердак. Нокис, «Каракалпакстан баспасы». 1977, с. 39.
29. Berdağ. Şeirlər. Bakı, “Yazıçı”, 1989, s.11.
30. Arif H. Berdağ. Bakı, “Yazıçı”, 1989, s.3.
31. Berdağ. Şeirlər. Bakı, “Yazıçı”, 1989, s.45.
XII. XX ƏSR Q
ARAQALPAQ
ƏDƏBİYYATI
XX əsr qaraqalpaq ədəbiyyatının inkişaf xüsusiyyətləri.
Kütləvi mətbua tın, əlifbanın yaranması. Dövrün ədəbi
mövzu larının özünəməxsusluğu və problematikası.
Qaraqal paq ədəbiyyatında türk və şərq poeziya ənənələrinin
davamı. Yeni bədii priyomlar və yaradıcı prinsiplər axtarışı.
Ədəbiyyata yeni yaradıcı qüvvələrin gəlişi. J.Aymirzəyevin,
M.Daribayevin, A.Begimovun və başqalarının əsərlərində
deklara tivlik və obrazların təqdimatında yeknəsəklik.
Xalq folklorunda teatrallaşmış ayrı-ayrı elementlərin
20-ci illərin sonunda Qaraqalpaqstanda dramaturgiya və
teatrın təşəkkülünə təsiri. İlk həvəskar dram dərnəklərinin
yaranması. Qaraqalpaq müəlliflərinin dram əsərlərinin yerli
teatrların səhnəsində qoyuluşu. (A.Ötepov «Tenqin tapqan
qız», «Alpamıs», A.Beqimov «Qərib aşıq» və s.) Qaraqalpaq
dramaturgiyasının, rejissorluğunun, teatrının, aktyorluq
sənətinin inkişafı. Qaraqalpaq teatrının formalaşmasında
rus, türk, Azərbaycan, Avropa səhnə sənəti ənənələrinin rolu.
Musiqili dram janrının yaranması və inkişafı.
Böyük Vətən Müharibəsinin, əsgərlərin, qəhrəmanların
qa raqa lpaq şairlərinin əsərlərində (D.Nazberqenov «Mənim
dostlarım», «Yerbay-batır», J.Aymirzəyev «Vətən uğrunda»,
«Düş mə nə qalib gələrik», «Vətənpərvərlik mahnıları» və s.)
obrazı.
Ömər şairin, S.Məcidovun, A.Ötepovun, A.Musayevin,
S.Nu rım b etovun, A.Begimovun, J.Aymirzəyevin, N.Dav-
karaye vin və başqalarının poetik yaradıcılıq dəst-xəttinin
bir-birinə yaxınlaşması, onların yaradıcı lığında ənənəvi
təsvirin və yenilikçilik xüsusiy yətlərinin bir-biri ilə uyğun-
laşması. S.Məcidovun tərcüməçilik yaradıcılığı. Ömər şairin,
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
244
245
A.Musa yevin,
S.Nurumbeto vun
yaradıcılığının satirik
istiqamətləri xüsusiy yətləri. A.Dabı lov psixoloji lirika ustası
kimi, yaradıcılığının xəlqiliyi.
A.Dabılov – fərdi poetik nümunələr ustası kimi. «Bahadır»
poema – dasta nında qaraqalpaq həyatının milli xarakterinin
və real mənzərələrinin əksi. A.Dabılov yaradıcılığının xalq
arasında məşhurluğu («Berdağa», «Bizim Nökis», «Yaz»,
«Bibisənəm» və s.). A. Dabılov digər xalqların dilində.
T.Kabulovun yaradıcılığının fərdi xüsusiyyətləri. T.Kab-
u lov qara qalpaq xalqının iste dadlı şairlərindən biri kimi.
Digər xalqların ədəbiyyatı T.Kabulov tərcümələrində.
T.Kabulov yaradıcılığı digər xalqların dillərində. T.Kabu-
lo
vun qaraqalpaq uşaq ədəbiyyatının inkişafında rolu:
nağılları, şeirləri, balladalarının özünəməxsusluğu. Kabulov
nəğməkar – şair kimi. Onun qaraqalpaq bəstəkarları ilə
yaradıcı əlaqələri.
1900-cu illərin əvvəllərində Qaraqalpaqstanda bütün
Orta Asiyanın həyatında olduğu kimi çoxsaylı iqtisadi,
siyasi
və mədəni dəyişikliklər gedirdi. Olduqca çətin şəraitdə yeni
qaraqalpaq ədəbiyyatının yaranması prosesi baş verirdi.
Məhz XX əsrin əvvəllərində qaraqalpaqlar əlifba əldə edir,
onların yeni ədəbiyyatı təşəkkül tapır, qəzetlər və jurnallar
nəşr olunur, orta təhsil müəssisələri yaranır, yeni mədəni-
mə nəvi münasibətlər gündəmə gətirilirdi. Dövrün özü insan
şüu runda dəyişikliklər tələb edir, çoxsaylı dəyərlərə münasi-
bətin dəyişilməsi halları baş verirdi.
Qaraqalpaq şairlərinin yaşlı nümayəndələri (yara dıcılı-
ğa XX əsrə qədər başlayanlar)
dövrü müxtəlif cür qəbul
edir dilər. Onlardan bir neçəsi – Maulik Bekimbetov, Sadık
Nurum betov xeyli vaxt susmağa üstünlük verməklə, sosia-
list quruluşuna qarşı etirazını bildirirdilər. Digərləri – Abbas
Dabılov, Xıdırniyaz – vətəndaş müharibəsindən cana doymuş
bu insanlar, keçmiş dövr haqqında düşünür, əsərlərini əvvəlki
istiqamətdə yazırdılar. Üçüncülər isə Seyfulqabit Məcidov,
Ayapbergen Musayev - bu dövrü
yeni bir dövr kimi qəbul
edir dilər (yeri gəlmişkən qeyd edək ki, sovetlər ölkəsində
yaşa yan digər xalqların nümayəndələri də qaraqalpaq sənət-
kar ları kimi aldadıldıqlarını sonra başa düşmüşdülər).
Lakin göstərilən çətinliklərə baxmayaraq, XX əsr qara-
qalpaq ədəbiyyatı şifahi xalq ədəbiyyatı ənənələrini
yenə də
da vam etdirirdi. Buna görə də bu dövr ədəbiyyatında yenə
də aparıcı janr kimi poeziya qalırdı. Eyni zamanda dövrün
özü ortaya yeni münasibətlər çıxarırdı ki, bu münasibətlərin
daxilin də qaraqalpaq şairlərinin əsərlərinin təbliğinin əsas
xüsusiy yətləri özünü büruzə verirdi.
1
XX əsr qaraqalpaq ədəbiyyatı XVIII-XIX əsrlərdə oldu-
ğu kimi doğma xalqın səsi kimi qəbul edilirdi. Şairləri
narahat edən problemlər, sosial-mənəvi pafos,
təkcə türk
deyil, həmçinin dünya ədəbiyyatının ən yaxşı nümunələri,
bədii-ifadə vasitələrinin bitkin arsenalı, yaradıcı yanaşmanın
özü, eyni zamanda xalqın sosial və ictimai münasibətlərinin
inkişafının əsas səviyyəsini əks etdirirdi.
XX yüzilliyin 20-ci illərində ədəbiyyatda aparıcı mövzu
Qaraqalpaqstanda və Orta Asiyada baş verən dəyişikliklər idi.
Bu illərin lirikası nisbətən siyasi xarakterli idi. Çünki ictimai
vəziyyət şairlərdən yeni dövrün təbliğatçılarına çevrilməyi,
yeni münasibətlərin təşviqatçısı olmağı, əməyi tərənnüm
etməyi tələb edirdi. Şairlər bu dövrdə daim batraklıq (nö kər-
çilik) etmiş insanın azad olunmasını görür və bütün bunlar
batraka
müstəqil, azad insan statusu almağa imkan verirdi.
2
Bəzən sənətkarların başlıca təsvir predmetini basmaçilər
mövzusu, feodal qalıqları, vətəndaş müharibəsi, inqilab,
kollektivləşmə, yeni mənəvi dəyərlərin
for ma laşması
və s. təşkil edirdi. Bu mənada D.Nazbergenovun «Dliş
kolxozçudur», J.Aymirzəyevin «Primbet», «Əmək qəhrəmanı
Nurəddin» və s. əsərləri dövrün nəbzini tutmaq baxımından
nümunəviliyi ilə fərqlənirdi.