Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
266
267
çıxmışdır. «Koklen» musiqili dram janrında yazılmış uzun
müddət qaraqalpaq səhnəsində böyük uğur qazanmış bir
əsərdir. M.Daribayev öz qüvvəsini həm də nəsrdə sınamışdır.
Onun «Mindən biri» povesti qaraqalpaq xalqını əzənlərlə
mübarizəyə həsr olunmuşdur.
***
Özünəməxsus poetik manerası ilə seçilən
Tileubergen
Jumamuradov (1915-1990) Qaraqalpaqstanın xalq şairidir.
Onun son dərəcə maraqlı yumor
və satira ilə haşiyələnən
əsərləri sırasında «Maspambetin yuxusu», «Yaltaq
Allamurad», «Kürklə döyüş», «Tənqidçi - sədr», «Yazıçı və
qızıl balıq» və s. əsərləri qaraqalpaqların sərgilədikləri estrada
tamaşalarının repertuarına üzvü şəkildə daxil olmuşdur.
T.Jumamuradov bir neçə poemalar və lirik şeirlər kitabının
müəllifidir. Onlardan ən başlıcası «Həyatımın lirikasından»
adlanır. Bu kitabda o, sanki öz fərdi yaradıcılıq fəaliyyətinin
akkordlarını əks etdirməyə müvəffəq olmuşdur.
T.Jumamuradov şərq rübailərinin ən gözəl ənənələrini
davam etdirməklə elə məşhur dördlüklər yazmışdır ki, bu
dördlüklərin əksəriyyəti öz təzə-tər yumoru, dəlici ironiyası,
fəlsəfi düşüncə tərzi ilə fərqlənməkdədir.
2. Jolmirzə Aymirzəyev poeziyasının
aparıcı mövzuları
Jolmirzə Aymirzəyev (1910-1996) – Qaraqalpaqstan
Respublikasının xalq yazıçısı, Berdax adına Dövlət mükafatı
laureatı, Özbəkistan Respublikasının əməkdar incəsənət
xadimi olmuşdur. O, valideynlərini
erkən itirdikdən sonra
on yaşında «adam içinə» gedir. J.Aymirzəyev qeyd edir ki,
«yetimlik artıq mənim bütün qüvvəmi, canımı aldı və sanki
kürəyimə sancıldı. Mən səhərdən gözümü açıb günəş qürub
edənə qədər onu öz göz yaşlarıma boyuyurdum. Gecələrim
son dərəcə uzun, gündüzlərim isə daim kədərli idi».
10
J.Aymirzəyev sonra Çimbay şəhər məktəb - internatında
təhsil alır, Turtkul Pedaqoji Texnikumunda təhsilini davam
etdirir, Taxtakupır rayonunda müəllim,
sonra isə mətbuat
orqanlarında və digər yerlərdə çalışır.
J.Aymirzəyev ədəbiyyata XX əsrin 20-ci illərinin
sonlarında gəlmişdir. Onun yaradıcılıq yolu, demək olar ki,
XX əsr qaraqalpaq poeziyasının əksər inkişaf mərhələlərini
əhatə etmişdir. Artıq yaradıcılığının ilkin dövründə o, bir sıra
maraqlı şeirlər yaratmışdır. Bu əsərlərdə şair daha müxtəsər
və aydın formada yaşadığı dövrün xüsusiyyətlərini açmağa
çalışır. Hələ texnikumda oxuyan zaman o, «Mübarizə
aparın», «Sən də əkinə getməlisən», «Sənin toyun, Primbet»,
«Bir zavod tikdik», «Bizim temp», «Qatar», «Bahadır qızlar»,
«Rəfiqəm, gəl, şadlıq nəğməsi oxuyaq», «Mən sevgilimin
adını çəkdim, o, qucağını açdı», «Gülməkdən az qaldım
uğunub gedim», «Dostlar, baxın» və s. kimi şeirlər yazmışdır.
J.Aymirzəyevin bir sıra şeirlərində qaraqalpaq şifahi xalq
ədəbiyyatı ənənələrinin təsiri güclü hiss olunmaqdadır. Öz
poetik duyğularına görə şairin yaradıcılığı bu ənənələrdən
istifadə etməklə daha da zənginləşmişdir.
Müharibə illərində J.Aymirzəyev
xüsusi enerji ilə
vətənpərvərlik şeirləri yazmış, əsl anaların, bacıların,
qadınların xarakterini açmağa can atmışdır. J.Aymirzəyevin
poeziyası üçün xarakterik olan ənənəvi folklora müraciət və
klassik poeziyadan bəhrələnmə son dərəcə zəruri olmaqla,
həm də həmin dövrdə Sovetlər İttifaqında yazıb-yaradan
şairlərin, yazıçıların istifadə etdiyi priyomlardan idi. Qeyd
edək ki, həm də bu ənənələr əsasında rus yazıçıları –
N.Tixonovun, A.Tvardovskinin, K.Simonovun, V.İnberin,
M.İsa kovs kinin, E.Dolmatovskinin, N.Rılenkovun, A.Sur ko-
vun, V.İ.Lebedev – Kumaçın, Azərbaycan şairləri – S.Vurğu-
nun, B.Vahabzadənin, R.Rzanın, M.Arazın və digərlərinin
Nizami Tağısoy
Qaraqalpaq ədəbiyyatı
268
269
şeir ləri yaranmışdır; özbək şairlərindən – Q.Qulam, H.Əlim-
can; qazaxlardan – B.Maylin, S.Seyfullin, türk mənlərdən Mol-
la Nəpəs, Kor Molla, Durdı Klıç və başqaları yaradıcılığını
məhz bu istiqamətdə cilalamışdılar. Onların yaradıcılığı
xalq həyatından qaynaqlanmaqla xüsusi melodikliyi ilə
seçilir. Eyni zamanda adlarını çəkdiyimiz şairlər
heç də
daim folklor ənənələri çərçivəsində qapanıb qalmamışdılar.
Onların şeirlərində yeni intonasiya, dövrün nəbzi, inkişafın
sıçrayış tempi, yeni tarixi dövrün özünəməxsusluğu öz əksini
tapırdı. J.Aymirzəyev poeziyası üçün də məhz bu cəhətlər
xarakterik idi. Şair həm də qədim qaraqalpaq folklorunun
repertuarında olan müxtəlif növ və janrlardan geniş istifadə
edirdi. J.Aymirzəyevin müharibə dövrü əsərlərində, demək
olar ki, şeir formasının müxtəlif növlərindən
istifadə olunurdu
ki, bu şeir formalarında həm də ənənəvi musiqililik özünü
aydın şə kildə büruzə verirdi. Elə buna görə də sənətkarın
yaradıcı lı ğın da fərdilik, melodiklik, ekzotiklik, özünəməxsus
səs, nəfəs, intonasiya hiss olunurdu.
Müharibə dövrü qaraqalpaq ədəbiyyatında J.Aymir
zə-
ye vin şeir və poemaları xüsusi yer tutur. Onun bu illərdə
nəşr et dir diyi “Qəhrəmanlıq mübarizəsi” şeirlər məcmuəsi,
“Pre zent” və “Qoşqar-batır” poemaları kifayət
qədər maraq
doğu rur du. Şairin əsərləri həmin dövrlərdə nəin ki “Qızıl
Qara qal paqstan” qəzetində, həm də döyüş və rə qələri və
cəbhə mət bua tında yayılırdı. Onun çağırış xarak ter li “Qulaq
as, oğlum” po pulyar şeiri əsgər atanın duyğu və fikirlərini
olduqca görümlü bədii vüsət ilə ortaya qoyurdu:
Qulaq as, əzizim, mən döyüşdəyəm,
Əlimdə silahım mən vuruşdayam,
Düşməni məhv edə bilməsəm əgər –
Onda hesab et ki, mən məhv olmuşam.
11
İ.Yusupov haqlı olaraq hesab edir ki, J.Aymirzəyevin
müharibə yə həsr olunmuş əsərlərində (“Minaatan Qara-
mirzə”, “Qoçaq çapar Şahmurad”, “Siyasi rəh bər Pulatov
və s.”) qaraqalpaq igidlərinin cəsurluğu vəsf olunur. Onun
qəh rə man ları vətən qarşısında borclu olduğunu dərindən
dərk
edən lər, dostluğa və qardaşlığa sadiq, mübarizənin
məqsədini du
yanlardır.
12
Müharibə dövründə J.Aymirzəyevin poetik istedadı
xüsusilə kükrəmişdi, şairin səsi daha çox eşidilir, o, insanları
düşmənlərə qarşı mübarizəyə səsləyirdi. Məhz bu dövrlərdə
şairin «Zaman gəldi, slavyanlar», «Cəbhədən məktub»,
«Ukrayna od içində», «Kira», «Bayrama gələcəm» və digər
əsərləri xalqın vətənpərvərlik hissinin yüksəldilməsində
böyük rol oynamışdı. «Oğul, qulaq as», «Oğul, əgər vətənin
qalxanı olmasam, məni lənətlə» kimi şeirlərində əgər, bir
tərəfdən, vətən qarşısında titrəyişli andiçmə görünürdüsə,
digər tərəfdən, Jolmirzə yaradıcılığında ölkə gəncləri üçün,
həmin dövr üçün zəruri olan nəsihətlər və müdrik ifadələr öz
əksini tapırdı.
J.Aymirzəyev poema janrının inkişafında xüsusilə
böyük rol oynamışdır. Onun «Mübarizə», «Biz mübarizədə
qalib gəldik», «İşıqlı yol» və digər poemaları qaraqalpaq
ədəbiyyatında epik əsərlərin yaranmasında ilk cəhd kimi
səciyyəvidir. «Mübarizə» poeması qaraqalpaq poeziyasında
ilk mühüm poemalardan biri kimi dəyərləndirilməkdədir.
J.Aymirzəyev yaradıcılığının tədqiqatçıları onun “Müba rizə”
poemasının yüksək məziyyətlərə malik olduğunu dəfələrlə
qeyd etmişlər.
Qaraqalpaq və türk ədəbiyyaının ənənələrini zənginləş-
dirib davam etdirərək J.Aymirzəyev poema janrını yeni
qafiyə, ritm və intonasiya ilə doldura bilmişdir. “Mübarizə”
poemasının başlıca leytmotivi mübarizədir.
Onun baş
qəhrəmanı zəhmətkeş Qarabaydır. Bütün poema boyu