Qarşısına qoyulacaq ilk ölüm-qalım imtahan olacaq. Müzakirələrin gedişində təşkilatın zəngi quru bu məsələnin ümumi fonlaktının açıq müzakirəsində qərara verilməsinin əleyhinə çıxdı



Yüklə 0,77 Mb.
səhifə5/13
tarix15.03.2018
ölçüsü0,77 Mb.
#32226
1   2   3   4   5   6   7   8   9   ...   13

Görəsən Conu necə qoruyaq, gözləyək. O hadisəni törətsin otutrsun həbsdə biz də məhkəmədə ona kömək edək. Hakimə yalvaraq ki, Conu burax, bir də o belə iş tutmaz. Cona bu şəkildə müdafiyə lazım deyil. Ancaq Cona kömək lazımdı. Bütün Amerikanı azad etmək üçün. Conu məhkəmədən buraxmamaq üçün yox. O, şəkilə bir də baxmaq istədi. Ancaq ürək edə bilmədi. Bu hadisə insanlığa aid deyil, belə hal insan təbiətinə uyğun olan şey deyil, bu insanlığa, onun adına yazılan, silinməsi mümkün olmayan bir ləkədir. Azca insana bənzər məxluq belə hadisə törədə bilməz. nə də insan gözü bu mənzərəyə baxmamalı, ürəy baxıb buna tab gətirməməlidir. Vəkil Stefan Adams güclə ayağa qalxıb, yaxındakı bara girib, dalbadal bir üşcə piyalə şərab içib, Conla müqayisədə özünü arxada Conların hüquqlarını müdafiyə edib, onlara azadlıq ............ özün Condan çox aşağıda gördü. Con mən səni müdafiəyə gəlmişəm deməyə özünün haqqının olmadığını yəqin etdi. Con ona deyə bilərdi ki, sən... müdafiyənin nə demək olduğunu, onu haradan başlamaq lazım olduğunu öyrən sonra kimisə müdafiyəsinə qoşul. Köləliyin, quldarlığınquldar sahibkarların hüququnun irgəncliyin bu şəkildə olduğu bir ölkədə ayrı-ayrı adamların köməyi ilə heç nəyə nail olmaq olmaz.

Stefan Adans əvvəl Kanboraya gedib Conun xəstə arvadı Luiraya, onun balalarına baş çəkməyə, yoxsa bir başa Tonikaya Conun yanına getməyin arasında seçim etməkdə əlləşirdi. O, bilirdi ki, Luira bu xəbərə dözməyəcək. Həkim ona demişdi ki, bu qadın o qədər həssasdı ki, sanki onun cismi yoxdu. O ruhdu. O, bir də belə, buna bənzər sarsıntı keçirsə heç cerə salamat qalmayacaq. ..........getsə bəlkə çatıb bir köməklik edə bildi. Vəkil onu da başa düşürdü ki, bu qanlı olayda Cona vəkil heç cürə köməklik göstərə bilməz. heç Con məhkəməyə gedib çıxa bilməyəcək ki, ona vəkil də lazım olsun. Nəyin bahasına olursa olsun, plantatorlar onu öldürəcəklər. Özü də ən qısa müddətdə. Çünki Con sağ qaldıqca onun ictimai nüfuzu da güclü olacaq. Ancaq o da məlum idi ki, hər bir məhbusun lap edam qərarına bir-iki saat qalsa ............ehtiyacı olur. Ən azı onun, yəni məhbusun demək istədiklərini, ancaq bacarıb deyə bilmədiklərini ürəy sözün məhkəməyə və ictimaiyyətə çatdırmaq üçün. Bu tərəfdən də vəkil Stefan Adams səfərə çıxmaq üçün işləri sahmana salırdı ki, növbəti qəzetdə Conun arvadı Luiranın vəfat etdiyi haqqında gedən məlumatı oxudu. O, əvvəlcə çox pis vəziyyətə qaldı. Bu hala o qədər kədərləndi ki, bir gün nə edəcəyini bilmədi. O, Luiranın məsum bir qadın olubbütün varlığı ilə Cona bağlandığını hiss etmişdi. Həm də elə bil Luiranın ölümü Conda ilham göyərçininin qanadının sınması demək ola bilərdi. Onun mübarizə ruhuna ya bu hadisə pis təsir edəcək, ya da onu alovlandırıb qarşısı alınmaz hərəkətə gətirəcək. Artıq vəkil Stefan Adams qəti qərara gəldi ki, o bu hadisədən kənarda yaşaya bilməz. Mütləq Tonikaya gedib Conun yanında ola bilməsə də, onun tərətdiyi hadisənin içərisində ola bilsin.

XXX


Hindili qız Lohana intiqam almaq istədiyi ...........məhv edilməsində iştirak edən növbəti......... ........oğlu Vinçentin atası tərrəfindən onların tayfasının başına gətirilən amansız qırğınlarıqələmə alıb yazdığı xatirəni oxuyarkən ağladığını görüb, oraya qəfil .......... \əl çəkib getdikdən sonra uzaq dağların arasında yüz il bundan qabaq ingilis əsgərləri tərəfindən təmamilə məhv edilib, xarabalığa çevrilmiş, sonra da bəlkədə də heç kimin ayaq basmadığı bir hindulu yaşayış məntəqəsində məskunlaşıb tək yaşamağa başladı. Lohananın atası, tayfanın başçısı olduğuna görə döyüşdə son kişi olaraq döyüşə atılmamışdan öncə kökü, sayı onların tayfasından olan ancaq kənarda olanların siyahısını, başçıya aid məsələləri və sənədləri, bir də tayfanın gizli saxlanılan xəritəsini, yerini bildirən xəritəsini ona verib; indi adətlərin son əmrinə tabe olub, mənim ən kiçik övladım kimi sən sağ qalmalısan. Ona görə mən görə-görə sən döyüş yerindən uzaqlaşmalısan ki, mən də qalanlarla birlikdə son döyüşə girə bilim. Lohana çox ağır əzab-əziyyə hesabına uzun müşahidə və ehtiyat tədbirləri görəndən sonra xəritəni bura daşıyıb xarabalıqdan kənar bir yerdə xəritədə olduğu kimi beş ulduz şəkillərdə gizlətmişdi. O, çox məhtəşəm bir binanın hələ də tam sıradan çıxmayan yeraltı qatında səliqə-səhman yaratmışdı. İki üç aydan bir əlli-altmış mil yoluçox çətinliklə keçib ticarət yolunun üstündəayda bir dəfə təşkil olunan bazardan lazım olanları alıb gətirirdi. Ot verməklə həyətə dadandırdığı malları əhliləşdirib onların südü, ovladığı quşların əti, çayda bol olan balıqla dolanırdı.

Ancaq nə cür olursa-olsun dolanışıq Lohana üçün nə məqsəd, nə sevinc, nə də kədər gətirənhal deyildi. O, daha böyük işlər və məqsədi üçün doğulmuşdu. Həm də tayfalarının, bütün ailəsinin qırılması onun boynuna daha ağır vəzifələr qoymuşdu. O, diz qatlalayıb özün yedizdirməklə məşğul olmamalı idi. Nə də diz qatlayıb oturmamışdı. Nə də babasının intiqamını heç kimin ala bilmədiyi kimi alır, çöllərdə, dağlarda, dərələrdə, əl çatmaz qayalarda, it girməz qamışlıqlarda ən rahat yorğan –döşəklərdə olduğu kimi rahat yatırdı. Ancaq bir Monis adlı qatilplantatoru eşidəndə onların qətliamlarına görə ağlayan oğlanı görəndən sonra dəyişdi. Öz əli ilə dəsmalını çıxarıb bu oğlanın göz yaşını sildi və onun gözlərinə baxıb orada heç vaxt, heç kimdə görmədiyi məhəbbəti gördü. Onda ilk dəfə bu neçə müddətdə ürəyi çırpındi və o bildi ki, geniş ürəyi var və onun qəlbi döyünür, o nəyisə duyub, hiss edə bilir. Onda o vaxtdan o, istəməyə-istəməyə dəyişdi, and içib ömürlük qarşısına qoyduğu qisas hissəsindən əl çəkdi.



O günlərdə çox darıxmağa başlamışdı. Darıxdıqca da o qatil oğluVinçent adlı oğlan baradə daha çox düşünürdü. Bilə-bilə ki, bu təmamilə boş bir xəyaldı nağıldan da o tərəfə baş tutmayan bir xəyaldı. Ancaq bu oğlana qarşı duyğusunu buxovlaya bilməmişdi. Nədənsə onların halına yanıb ağlaya bilən bu oğlan ona hamıdan, dünyada olan bütün oğlanlardan fərqli gəlmişdi. Bu tənhalıqda elə bil onun bu xəyalı eşqinə heç vaxt dönməyən daim daha şiddətlə alovlanan ocaqqalanmışdı. Bu ocağın isitisi onun ruhundan əl çəkmirdi. Hara gedirdisə dönüb Vinçentə də deyirdi ki, bəsdir ağladın dur, gözünün yaşını sil mənimlə gedək. Qırqovul ovlayaq, çaydan qızıl balıq tutaq, onu danışdıraq görək bizin taleyimiz haqda nə deyir. Lahona bəzən tənbəl, ev uşağı hesab etdiyi bu oğlanın əlindən tutub, hara istəsə darta-darta onu da aparırdı. Həərdən də onu sıldırım qayanın zirvəsinə qaldırıb, gəl burdan özümüzü ataq deyirdi. Vinçent də ona baxıb, bu həyatı sən bağışlamısan mənə, o sənin ixtiyarındadı. Onu hara istəyirsən apar, hansı qayadan istəyirsən at. O sənindi, o yalnız sənindi. Lahona. Bu sözləri Lahona Vinçetə qəsdən deyirdi, sonra da bunu belə etdiyinə gözə hönkürüb ağlayırdı. Bu anlar az qalırdı atlanıb gedib ootağa bir də girsin, dəsmalı ilə o oğlanın göz yaşını bir də silsin, ancaq keçən dəfəki kimi otaqdan bom boş tullanıb qaçmışdı. Bu dəfə Vinçent adlı oğlana göz yaşı ilə islanmış yanağından öpüb pəncərədən tullanıb qaçsın. Lahona saxladığı maral balalarından birinin adınıVinçent qoymuşdu. Bu yaxınlarda Lahona darıxdığı anların birində bu Vimçent adlı yaraşıqlı maral balasının boynunu qucaqlayıb ağlayanda görmüşdü ki, maral balasının da yaqlarından yaş axır. O, qəfil gördüyü bu haldan elə pis qarıxmışdı ki, ona elə gəlmişdi ki, elə bu an o maral balası o oğlanın özüdü. O utanıb xəcalətdən, guya bunu bilə-bilə etdiyinin əzabından ağlaya-ağlaya evə qaçıb gedib, çarpayı deyilən .......... ağzı üstə düşüb hönkürmüşdü. Sonra elə bil bu maral Vinçetdən hərəkətinə görə bir müddət inciyib küsmüşdü. Çünki maral balasının axıtdığı göz yaşı elə onunla Lahonanın qucaqlaması kimi hesab etmişdi. Lahona növbəti dəfə buradan gedəndə insanların birfurqonun ətrafında görüb ona yaxınlaşdı və gördü ki, adamlar qəzet üçün belə başa baş qalıblar. Qəzet satansa alın, alın, Conun növbəti igidliyinin şahidi olun. Çox güman ki, gələn nömrələrdə onun özünün ölümü barədə məlumat dərc olunacaq. Bu qəzeti alıb oxumaq onun ölümünün nə səbəbini, nə də onu kimlərin aldatdığını bilməyəcəksiniz. Lahona da yaxınlaşıb qəzet aldı. Və qəzetə baxanda onu dəhşət bürüdü. O, anasının döşündən süd yerinə qan əmən uşağı görüb gözünün qabağında öldürüqlmüş bacı qardaşları, anası gəldi. Elə bil onlar indi öldürülmüş kimi onu höhkürtü tutdu. Bu cür hönkürtüyə hamı ona tərəf baxdı və ona yaxınlaşanlar da oldu ki, bu hindili qızı sakitləşdirsinlər. O, yuxudan ayılan kimi olub, elə indi onu kimsə tanıyacağının qorxusundan və birdə gördüyü mənzərədən düşdüyü həyəcandan özünü itircək atlara tərəf qaçdı. Aldıqları ilə kifayətlənməli olub, sanki bu gördüyü faciəli hadisədən sonra ona nə yeməyə, nə də geyməyə heç nə lazım olmayacaq kimi atların başını evə tərəf yönəltdi. O, evə çatıb hadisə haqqında, Con barədə yazılanları oxudu. Qəzetin ikinci səhifəsində Con haqqında onun Yançunu polislərin əlindən alıb başının üzərinə alıb başının üzərinə qaldırdırdığı şəkildə dərc olunmuşdu. Məqalənin içində yazılmışdı ki, Conun müdafiəsi üçün hardasa gizli təşkilat yaradıblar. Əgər onlar Conu qısa müddətdə türmədən qaçırmasalar. Conu plantatorların adamları hansı yolnansa türmədə öldürəcəklər.

Lohana vəhşicəsinə öldürülüb qan içində olan uşağa, böyüyə, qoca, qadın, yaşlı kişilərə xeyli baxdı. Ancaq o ananın sinəsinə sıxılmış dodağından süd əvəzinə qan axan körpəyə baxa bilmirdi. Lohana “Conu qoruyun ki, Amerikanın hər yerində ədalət qalib gəlsin”çağırışının üzərində çox düşündü. Ona elə gəldi ki, bu çağırış hamıdan çox onun üçündü. Hindu xalqı üçündür. Çünki nə qədər hər yerdə ədalət bərpaolunmayıb, onun xalqı üçün nə dinclik, nə də həyat olmayacaq. O ancaq belə təşkilatların içində mübarizə aparmaqla həlak olanların ruhlarını şad edə bilər. Lohana başa düşürdü ki, Conun bu üsyana bənzər hərəkəti Amerikada irqi ayrıseçkiliyi aradan qaldırmağa yönəlib. Bu dağların arasına çəkilib ancaq özünü yaşatmaqla həyatı bitmiş hesab etmək, mənasız yaşayıb, faydasız ölüb getmək deməkdi. Bu dağların arasından çıxa bilsəm, bəlkə nə vaxtsa, hardasa Vinçentə tuş gələ bilərəm. Lohana bir az qızıl, bir az pul, iki tüfəng, bir revolyover tapança xeyli................ və başqa zəruri ehtiyacın götürüb xarabalıq olan Tonikaya tərəf yol aldı. Dayanmadan getsə idi on günlük yolu var idi.



XXX

Plantator Moris Eqdar malikanəsində Lohana hadisəsi yaşanandan sonra ailə böyük dəyişiklərə məruz qalmışdı. Bu dəyişiklik hər bir ailə üzvündə bir cürə özünü göstərirdi. Ümumi hal o idi ki, hadisədən qabaqkına nisbətdə böyüklü, kiçikli hər bir ailə üzvünün hərəkətlərində, danışıqlarında, baxışlarında dayanıb durmaya bərabər ağıllılıq yəni sanballılıq yaranmışdı. Elə bil hər kəs həm ehtiyatla yeriyir, ehtiyatla danışır, diqqətlə ətrafı seyr edir, bir-birlərini indi görürlərmiş kimi qarşısındakını baş-ayaq süzüb onun kimliyini müəyyənləşdirmək istəyirdi. Hər kəs başqasının hər addımını izləyir, nə üçün gedib nə etdiyini, nə yeyib nə içdiyini bilmədən toxtamırdı. Gecə yatmağa gedəni biri yola salır, səhər yuxudan ayılanı başqası qarşılayırdı. Bu vəziyyəti müşahidə edib belə demək olardı ki, elə bil ailə indi anadan olub, ya da uzun bir müddətlik ayrılıqdan sonra indi-indi bir-birlərini tapıb daha şirin, daha mənalı, məhəbbətli yaşamağa başlayıblar. Bu dəyişikliyin bir neçəsi də hadisə şəklində ortaya qoyuldu. Birinci hadisə o oldu ki, Vinçent atasına dedi ki, gələcəkdə malikanədən, mülkdən mənə nə pay verəcəksənsə onu indi ver. Mənim payımı ver, məni azad burax. Ata Moris Edqar oğlunun özü də onların hamısının ölümündən qorxaraq bu oğlunun təsdiqinə heç nə deyə bilməyib onun pay torpağının, var dövlətinin və malikanəsinin bir hissəsini ayırıb ona verdi. Sənədlər təsdiq olan kimi Vinçent Vinçent bütün təhkimçinıkərləri azad etdi. Xidmətçilərlə uzun müddətə bağlanmış müqavilələri ləvğ etdi. Onların özlərinə əlverişli şərtlə müqavilə layihələri hazırlamağı təklif etdi. Bütün sahələrdən gələn gəlirin yarısın azad işçilərə verilməsin və sahibkarların hesabına onların ...........ayrı-ayrı təsərrüfatlarına olan evlər tikilməsinə başladı. Vinçentin bu islahatından sonra atası Moris Edqar da onun etdiklərin təşkilatlanmağa məcbur oldu. Daha doğrusu ata Moris Edqarın oğlunun elə hərəkətini çox xoşladı. Çünki Moris Edqar özünün etdiyi cəlladlıqdan sonra onun ailəsinin Lohana tərəfindən bağışlanılıb əhv edilməsinin əvəzini tapa bilmirdi. Özü də Lohananın onları əhv edib öldürülməsindən çox oğlunun o hadisə dəhşəti barədə onun vəhşiliyindən çəkdiyi əzablarıvə ancaq ölümlə bir əzabdan, ləkədən qurtulmağın mümkün olduğunu yazması və öz ölümü ilə ata-anasına ölümün hər bir valideynə bəxş edəcəyi işgəncəli həyatı yaşatmaqla dərk elətdirməyi göstərməsi onu dərindən-dərinə düşünməyə məcbur etmiş, hindulara qarşı törətdiyi əməlin necə ağır cinayət olduğunu dərk etməyə imkan vermişdi. O, həmən hadisədən sonra çox gərgin həyat keçirir, əməlinin nəticəsini cavabdeh kimi gecələri yata bilmirdi. İndi oğlunun bu hərəkəti könüllülərin azad edilməsi, onların dolanışıqlarının yaxşılaşdırılması onun mənən az da olsa rahat edə bilmişdi. Ancaq o buralarda dayanmayıb Lohananın böyük ilahi bir qərarına cavab olaraq öz əzablarına da bir dəfəlik son qoymaq üçün belə bir qərar qəbul etdi. Həəm də bu qərarı qəbul etməyə məcbur edən oğlu Vinçentin düşdüyü vəziyyət idi. O oğlunun xatirə dəftərində yazdığı hinduların qırğını barədə təəssüratını oxuduqdan sonra ciddi qorxuya düşmüşdü. Vinçent gündəlik təəssüratında yazırdı: “Mən özümü onların əlindən ala bilmirəm. Anaların bala deyən fəryadlarını, uşaqların ana çağıran qışqırıqları, qocaların diz üstə yalvarışları, yaralı cavanların son nəfəslərini toplayıb döyüşə çağıran harayları qulaqlarından getmir, bu səslər bir anda olsa məni rahat buraxmırdı. Gündüz onlarla bir yerdə olub, bütün günü söhbət edirən. Gecələr yuxum ərşə çəkilir, gözümə yuxu getmir. Suala cavab tapa bilmirəm. Görəsən insan adı ilə dünyaya gəlmiş bu məxluq nə qədər qəddar olmalıdı ki, belə bir cinayəti törədə bilsin. Sonra da qaqnla suvarılmış həmən torpaqda ev tikib, ocaq salıb, sonra da torpaqdan ruzi, gəlir götürüb xoşbəxt ailə-uşaq rahat həyat sahibi ola bilsin. Ata mən başqasının nalə, fəryadı üzərində qurulan ömürdən yaşamaqdan utanıram, əzab çəkirəm. Belə bir ləkəli ailənin övladı olmaq istəmirəm. Mən əvvəl istədim özümü öldürüm sənə və sənin bu hərəkətinin qarşısını almayan anama məhv edilən minlərlə hindulardan biri olan nakam oğlunuzun ölüm əzabın yaşadam ki, bəlkə atamın törətdiyi fəlakətin ağırlığınıdərk edəsiz. Ancaq nədənsə allahın malikanəsi hesab etdiyim Lohananın gəlməsin gözləməyə qərar verdim. Birinci mənim otağımdan başlasın deyə pəncərənin cəftəsini açıq qoyurdum. Ona yalvarım ki, ata-anamı öldürmə. Qoy onlar yaşasınlar, qətliamın nə demək olduğunu, ömür boyu bu cəhənnəm əzabını çəksinlər. Səbirsizliklə onun yolunu gözləyirəm ki, tez gəlib məni bu işgəncəli həyatdan azad etsin.

Ata Moris Edqar oğlunun bu təəssüratını vəsiyyətini oxuyandan sonra bir neçə gün yatağından qalxa bilmədi. Elə bil onun gözü indi açıldı, özünün kim olduğunu indi gördü. Ona qədər Lohananın onların hansı günahını bağışlandığını çəkisin, ölçüsün görə bilməmişdi. O, elə törətddiyi qatilliyin böyük günahından az da olsa təmizlənməyənə qədər ona xoş gün, rahatçörəy, dinc gələcək qismət olacağının mümkünsüzlüyünü başa düşdü. O biri tərəfdən də oğluVinçentin vəziyyəti onu çox sıxırdı. Lohana onun gözünə görünüb gedəndən sonra Vinçent hər gün, hər an başqalaşır, bütün hərəkətləri ilə ailədən ayrı düşürdü. O əvvəlkilər kimi nə danışır, nə gülür, nə də çörəy yeyib, su içirdi. O, hamıdan qaçırdı. Həm də günü-gündən sıxılıb üzülürdü.

Lohana gəlib-gedəndən bir neçə gün sonraya qədər. Vinçent nə baş verdiyini anlaya bilmədi. Daha doğrusu bu hadisənin arxasınca düşüb nə baş verdiyini axtara bilmədi. Gördüklərini yuxu da hesab etməyə cəsarət etmədi. Özünü buna inandırmaq istəyəndə üzüldü, üşütdü, qorxdu.ona görə qorxdu ki, Lohana gəlib gedəndən sonra o azad olmalı idi. Ancaq heç nə dəyişməmişdi. Ona elə gəlirdi ki, onun yükü bir az da ağırlaşmışdı. Bu ağırlığın da nədən ibarət olduğunu yaxşı anlaya bilmirdi. O, Lohananın gəlməsini gözləyirdi, arzu xəyalla yaşayırdı. Onun belə gəlib getməsini istəmirdi. Lohana gəlib onun dərdinə şərik olmayınca, onu bu dərddən azad etməyincə heç yerə getməli deyildi. Bu xəyala bənzər hadisədən sonra Vinçent gördüyü bu yuxudan ayılmaq istəmirdi. Ona görə yerindən tərpənməyi, bu otaqdan aralanmaq belə istəmirdi. Ona elə gəlirdi ki, o qalxıb üzü o tərəfə çevrilən kimi, əlini nəyəsə vurub, harasa baxan kimi bu nağıl yuxu yox olub gedəcək. Əgər Lohananın bu dəsmalı onun ovcunun içində olmasaydı, heç kim bu qızın gəlib getdiyinə onu inandıra bilməzdi. Bir də Lohana onun göz yaşını siləndə onun nəfəsi nəfəsinə dolub içərisini odlamasaydı. Gözlərinin yaşını silə-silə gözlərinə baxanda onun gözlərindəki o ecazkar dünyanı görməsəydi ki. O, tərpənmirdi ki, Lohananın dodaqları toxunan alnının ortasındakı ocağın alovu azalmasın – Vinçent hər an bir az xəyal yuxudan ayılıb özünə gəlirdi. Özünə gəldikcə, əlindəki dəsmalın ətrini aldıqca o başqalaşırdı. Başqalaşdıqca başa düşürdü ki, Lahona onu bir zindandan çıxarıb, daha ...........çıxarılması mümkün olmayan zindana salıb çıxıb gedib. O, ölməklə düşdüyü əzabdan qurtulmaq istəyirdi. Ancaq Lohana onu ölümdən daha betər zülmlü qalıma məhkum edib bu pəncərədən uçub getdi. Nə də o heç vaxt geri qayıtmayacaq. Vinçent yuxudan düşdüyü inanılmaz xəyal hadisədən ayıldıqca indi gördüyü, təsəvvür etdiyi dünyanın necə də gözəl olduğunu görməyə başlayırdı. O, düşdüyü vəziyyətdən tam ayılıb özünə gələndə hiss etdi ki, Lohanaya vurulub bütün varlığı ilə.qıza bağlanıb. O nağıllarda eşitmişddi ki, qızlar vurulduqları oğlanlara öz dəsmallarını verib yox olub gedirlər. Bu getməklə deyirlər ki, bu dəsmalı nişan götür, dünyanın harasındasa olsa məni axtar tap. Ancaq Vinçent bilirdi ki, Lahonanı nə tapmaq olar, nə də tapsa da atamın bütün ailəsini məhv edib bu dünyada kimsəsiz qoyduğu qıza əl uzatmaq ağıla batan deyil. Ancaq Lohana məni o cür yox, bu cür öldürüb getdi. Mən də ömrü boyu ruh olaraq onu sevəcəm, onunla yaşayacam. Başqa heç kimlə. Vinçent qərara aldı ki, Lohananın gəldiyi hər həftənin o günü ona məktub yazsın. Növbəti həftə ondan cavab alıb oxuyub ona cavab versin. Lohana ilə onun həyatı bütün ömrü boyu belə davam eləsin.

Xxx


Vinçent birinci məktubunda yazdı ki, Lohana bundan belə mənim başqa cür yaşamaq imkanım qalmadı. O gün pəncərədən uçub gedən sənin cismin idi. Ruhun isə mənim qəlbimi ömürlük əsir edib, orada məskən saldı. Keçən hər an gözlərindəki ocaq daha şiddətlə alovlanır, içərisinə dolan nəfəsin tufana dönür, yadigar qoyub getdiyin dəsmalınömrümün, xəyalımın, səadətimin sehrli həsrətinə çevrilibindiyə qədər mənə məlum olmayan ecazkar bir dünyaya tərəf səsləyir. O dünyada ancaq sən varsan. Sənin xəyalın var, sənin mənə bəxş elədiyin həyat var. O həyatı ancaq sən yaşada bilərsən. O sənin özünə götürdüyün qismətdi. Lohana mən bilirəm ki, səni heç vaxt tapa bilməyəcəyəm. Mənim səni səni ayaqlarımla gəzib tapmaq fikrim yoxdu. Mən qafil oğluyam. Lohana adlıməsum, müqəddəs bir varlığı bütün həyat sevinclərindən məhrum edib, o ilahəni əlinə ox, qılınc götürüb intiqam yoluna salan bir ondan övladının səndən hansısa məhəbbəti istəməsi mümkün deyil. Sən o günkü hərəkətlərinlə elə yüksəkliyə, elə parlaqlığa ucaldın ki, baş götürüb sən tərəfə baxmaq imkansız oldu. Sən həqiqətən mələksən. Mələyin də allahdan başqa heç kimi yoxdu. Nə də olmamalıdı. Sənin də heç kimin qalmadı. Hər hər kəsə ehtiyacsız bir ruha çevrildin. Ona görə də mən cismən yox, səni ruhən sevəcəm və ömrümün sonuna qədər də bu əzabla yaşayacam. Sənin yaşamalı olduğun işgəncəli həyatına başqa cürə şərik çıxmaq mümkün deyil. Mənim atam və onun kimliyi səni bütün dünya nemətlərindən məhrum etdikləri kimi, sən də məni hər şeydən məhrum etdin, ancaq bu yolda mənim üçün özünü saxladın. Ona görə məni öldürmədin ki, mən bu əzablardan xilas olmayım. Ona görə mənə elə baxdın, nəfəsini nəfəsimə verdsin, alnımdan öpdün, dəsmalını qoyub getdin ki, mən bu həyatı səndən də min dəfə artıq əzabla yaşayım. Ancaq bilmədin ki, bu əzab sən yaşayan əzabdan deyil. Bu həyatın mənasız, xeyirsiz, çirkin, vuruşmalarından insanıazad edib, onu məhrum eşqə və allaha məxsus dərgahına qovuşdurmaqdı. Lohana mənim məktubuma cavab yaz. Azad etdiyin Vinçent adlı qulunu nəzarətsiz buraxma. Bir də o pəncərədən uç gəl. Mən indi girmək istədiyim yeni dünyanın pəncərəsinin qarşısında durub daim səni, sənin məktubunu gözləyəəcəyəm.

Vinçent 18 noyabr. 1849-cu il.

XXX

Moris Eqdar oğlunun bu məktubunu oxuyandan sonra qərarını qətiləşdirdi. O bələdçilər tutub Lohana iyirmi-otuz il bundan öncədən məruz qaldığları məcburi köçürülmədən sonra Lohanagilin böyük tayfalarının qalıqlarının haraya hansı ştata toplandığlarını və onların ünvanlarını axtartdırmağa başladı.



Məlumatı əldə etdikdən sonra o nəzərdə tutduğuhazırlığı görüb bütün ailəsivə xeyli xidmətçisi ilə yola düşdü. Bir həftəlik yoldan sonra və üstündə xaç işarəsi olan qara bayraq qaldırmaqla hindili tayfasının baş düşərgəsinə girdi. Xidmətçi, nəzarətçilər, qəbilə başçısına məlumat verdilər ki, ümumi sayları otuz nəfərə yaxın olan, on nəfərinin arvad uşaqla birlikdə qolları bağlı, əlli baş at, o qəbilədə inəy və beş dörd atlı, beş dörd öküz, beş..... yüklə dolu bir dəstə gəlir. Qəbilə başçısı eşitddiklərini götür qoy edib ağ bayraöın təslimçilik, üstündə xaç qara bayrağın isə bir xiristian təriqətlərində dəfn zamanı istifadə olunmasını bildi. Ancaq niyə on nəfərin qolu bağlı olduğlarının məqsədini aydınlaşdıra bilmədi. Dəstə məskənin içərisinə girdikcə qəbilənin yaşlı adamlarından Moris Eqdarın tayfaları başlanılmaz düşmən səsi ilə hay-küy salmağa başladılar. Qisas hissi ilə alovlanıb yanan adamlar dəstə gələn yola axışdılar. Tək-tək onlarla daş atıb, ağac parçaları tullamağa başladılar.

Birincizi Moris Eqdar ailə üzvlərinə də, gətirdiyi xidmətçilərə də nə məqsədlə və hara səfər etdiklərini və onları nə gözləyə biləcəyini demişdi. Onlara onu da demişdi ki, o hinduların adət ənənəsinin hansı məqamlarda kimləri nəyə görə bağışlaya biləcəkləriniçox yaxşı bilir. Və onlara elə gəlir ki, hindular onları öldürməyəcəklər. Çünki onlar özzləri bunu qəbul ediblər. Ona görə də bizi öldürməli olsalar da beləonlar xidmətçilərə dəyməyəcəklər. Biz ailə üzvləri də bundan sonrakı həyatımız bağışlanılıb, əzab çəkmədən yaşamalıyıq. Ya da ölüm bizim üçün qurtuluş yolu olmalıdır. Bu hay-küy............Moris Eqdar yanındakılara dedi ki, onlar bu hərəkətlərindən qabağa gedib qəbilə başçısının icazəsi olmadan bizi öldürə bilməzlər. Onlara əhəmiyyət vermədən, qorxub, çəkinmədən yolunuza davam edin. Ancaq Vinçent çox istəyirdi ki, bu daş atanlardan biri Lohana olsun. Özü də onun atdığı daş onun başına dəyib, onu qana qəltan etsin. Bir dəstə atlının gəldiyi göründü. Yaxınlaşanda başındakı lələk çələngindən, çiynində ox, kamança və başqa silahların olmasından, atçının alnındakı..........lələyindəm qabaqdakının qəbilə başçısı olduğu bilindi. O, dəstəyə on-on beş metr qalmış dayanıb ətrafa toplaşanlara, ...qolu yeli kəsməli olanlara baxıb uca səslə və hirsli: nə vaxtdan öz ayağı ilə gələn düşmənə das-kəsək atmaq, onların yolunu kəsmək bizim adətimiz olub?! Bəlkə daş, quru odun parçası atmaqla qızıl dövrə qayıtmaq istəyirsiniz?! Əgər aranızda böyük Tekimsə yaranıbsa utanmadan gəlsin məni əsir etsin deyə o haydırdı və üzün yanındakıla tutub qonaqları rahat meydana mənim hüzuruma gətirin deyə özü atın başını döndərib geri qayıtdı. Moris Eqdarın əvvəldən ölümə hazır olun deməsi onun ailə üzvlərini hamıdan çox............................son dərəcə qorxuya salıb taqətsiz vəziyyətə gətirmişdi. Artıq onlardan yeriyə bilməyənlər var idi. Qabaqdan da uzun nizəli atlı dəstənin çox surətlə gəldiyini görəndə onlar Moris Eqdarın əmri olmadan yerlərində dayanıb, ömrün son saniyələrində olduğu kimi bir-birlərinə sıxışdılar. İndi qəbilə başçısının dediklərini onlara tərcümə olunub deyildikcə, sağ qala biləcəklərinə ümid edib, nəfəs almağa başladılar. Bildiyimiz kimi onların arasında nə olacağından nəinki qorxmayan, hətta Lohana edə biləcəyibu hadisəni, yəni onlarınhər hansı bir şəkildə cəzadan qurtulmalarını daha əzablı olmağını istəyirdi. O fikirləşirdi ki, bu dünyada da Lohana ilə görüşə bilməsə, axirətdə mütləq onunla bir yerdə olacaqlar. Çünki ya bu dünyada, ya da orada Lohana ona verdiyi dəsmalın arxasınca gəlməlidi. Qəbilə başçısının gəlib-getməsindən sonra qadınlar hirslə əllərindəkidaş-kəsəklərini yerə atdılar və yola çıxıb onu...............geri çəkildilər.

Dəstəni meydandakı hindulu təvan üzərində qurulmuş kürsüdə oturmuş başçının bir neçə metrliyinə qədər apardılar. Sıx dolmuş, geniş meydandakılar çox vahiməli səslər çıxarıb ............başladılr. Moris Eqdarın yanında dayanmış tərcüməçiona yavaş pıçıldadı ki, bu səslər amansız düşmənə dəhşətli ölüm tələbidi.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə