Qazax xalq qəhrəmanlıq dastanı



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə4/66
tarix15.03.2018
ölçüsü2,91 Kb.
#32507
1   2   3   4   5   6   7   8   9   ...   66

 
20 
İndi ata min dedi
Koblandı vida dedi, 
Qurtqanı da götürüb, 
Doğma elə yönəldi. 
Pirlər, övliyalar da, 
350. Onlara kömək oldu. 
İşləri yaxşı getdi, 
Pis günlər burda bitdi. 
Köhlən atına minib, 
Koblan yola düzəldi. 
Arxasınca gəlirdi, 
Sanki böyük bir karvan. 
Ötən günü sanadı, 
Az getdi, həm üz getdi, 
Dərə, təpə düz getdi. 
360. Birdən gördü yol boyu, 
Otlayırdı ilxılar. 
Qurtqasa bu karvandan, 
Göz qoyurdu ətrafa. 
Hey baxaraq atlara, 
Gözü düşdü onlara. 
İlxının ortasında 
Gözü sataşdı göy-ala, 
Yaxşıca bir madyana. 
Arabasın saxladı, 
370. Düymələrini açdı, 
Madyana yaxşı baxdı, 
Dedi: “Bu, mənə baxtdı”. 
Dönüb Koblana dedi:  
“Kimindir ki bu ilxı? 
Bax o madyan ki var ha
Onu mənə verərsən”. 
Batıra öyüd verdi, 
Zarafat da eylədi: 


 
21 
Başımı gülləyə verdim, 
380. Qız Qurtqanı versəydim, 
Bir dünya var alardım”. 
Səlimbəy doğma ağam, 
Bunlar onun ilxısı. 
Mən istəsəm – o, verər, 
Hətta canından keçər. 
Qurtqa isə söylədi: 
“Mənə yaxın gəl, igid! 
Nəsihətimi eşit! 
Sənin bu kəhər atın, 
390. Düşməni məhv etməkçün, 
Mənim böyük sultanım, 
Sənə sadiq olan at, 
Hələ körpə qulundur, 
Buna inanmalısan, 
Sözlərimə qulaq as”. 
Qurtqa sözünü dedi: 
İlxı ağanındısa – 
“Özünə seç köhlən at.” 
Karvanı əyləndirib, 
400. Koblan atına mindi. 
Köhlənini səyirtdi, 
Yamaclardan aşaraq,  
Düzənlərdən çaparaq, 
Yorğa atın çapdı o. 
Səlimin doxsan qulu, 
Başçısı Qara Kojək, 
Səlim ona əl eylədi: 
“Uca dağın başına, 
Bizlə aul köçəndə, 
410. Ağamıza salam de. 
Gəlnini aparıram – 
Görimdiyin
 
* versin de. 


 
22 
Qırx dəvə yük xəznəsin, 
Gəlib qoy o, götürsün. 
Bu sözümə inansın, 
Qurtqaya görimdikçün, 
İlxıdan madyan versin”. 
Batırın sözün sonadək
Qara Köjek dinlərək, 
420. Aula döndü çaparaq, 
Toz göyə duman oldu,  
Yellərdən də bərk uçdu. 
Sanki ilxıya təpmiş, 
Düşmən, yaxud canavar.  
Aulda səksəndilər, 
Bəy yanına gəldilər. 
Qara-ala atı göstərdi, 
Dayandı və söylədi: 
“Məni Koblan göndərdi,” 
430. Ağaya salam dedi, 
Gəlnin aparram onun, 
Şərəfin aparram onun. 
Xəznəsin qırx dəvədə, 
Qoy gəlib götürsün, de. 
Burda nə var onundur, 
Görimdiyin də versin. 
Sözlərimə inansın. 
Qurtqayasa görimdik, 
Olsun yaxşı pay - böyük 
440. İlxıdan ala madyan. 
Axı, mən bacoğluyam 
Göndərdi məni Koblan, 
Ümidi qalmaqdadır, 
Sənə inanmaqdadır. 
Atı ona verərsən”. 
Köjekin sözün eşidib, 


 
23 
Səlimbəysə söylədi: 
“Paranı şəhərə göndərdim 
450. Buzov, dana almaqçün, 
Qulunusa düşündüm, 
Doğma balama verim
Məni bir agah eylə, 
Koblan hansı səbəbə, 
Bu madyanı istəyir”? 
Nə deyib, danışırsan, 
Koblana nəinki madyan, 
Lap qəlbimi verərəm, 
Can sadağa edərəm.” 
460. “İstədiyimi aldım, 
Düşünüb qoy dayansın  
Qayıdıb lovğalansın.” 
Toktar ağa önündə, 
Bəyin sözün eşitcək. 
Köjek atına minib, 
Koblan yanına çapdı. 
Alacağın verdi o, 
Dedi: “Nəinki madyanı, 
Bacımoğlu Koblana  
470. Mən canımı verərəm”. 
Səlimbəy bildirdi ki, 
Qara Köjek, o, gəncə, 
Özüm qurban gedərəm. 
Bu madyanı tutub o, 
Yaradana əl açdı. 
Qurtqa gözəl qız isə - 
Arabadan düşərək, 
Madyanın alnın öpdü. 
Dartıb onu dalınca, 
480. Karvanla apardılar. 
Gök* madyansa o tərəf ,  


 
24 
Bu tərəfə baxırdı. 
Yemşəg* sanki bulaqtək 
Dolub həddən aşırdı. 
Qarnı yerə dəyirdi. 
Ay-günü çatmalıydı, 
O tülpar doğmalıydı. 
Çox çətin yeriyirdi. 
Bətnində tülpar vardı. 
490. Madyan çox çətinliklə
Həm də nəfəs alırdı. 
Yanınasa heç kimi, 
O yaxın buraxmırdı. 
Yalnız tək Qurtqa onun, 
Zəhmətini çəkirdi. 
Gök madyan əziyyət çəkir – 
Yer üstünə gəlirdi. 
Qurtqasa təlaşdaydı – 
Tülpar birdən boğulsa – 
500. Görən onda nə olar?! 
Qurtqa fikirləşirdi: 
Tülpar boğulmamaqçün, 
Quluna nəfəs verdi, 
Bax belə çətinliklə -  
Burıl dünyaya gəldi. 
O yerə dəyməməkçün, 
Qurtqa soyunub kürkün, 
Altına sərdi onun. 
Sonra isə tülpara, 
510. Bir az da nəfəs verdi. 
Qurtqa tülparın bu an, 
Cəld öpərək alnından, 
Haqqa şükür eylədi. 
“Sultanımın can atı, 
Gün düşməsin gözünə, 


 
25 
Yel dəyməsin özünə”. 
Üstündə çadır qurdu, 
Qurtqa ellər gözəli. 
Sanki əmrə müntəzir, 
520. Burda kənizlər gəzir. 
Hər şeyi gətirdilər
Orda məclis qurdular, 
Burıl qırx gün, qırx gecə, 
Qurtqasa qayğı ilə, 
Yedizdirdi Burılı. 
Əvvəl iki dəfə doğmuş, 
Madyanların südü ilə, 
Sonra isə düz qırx gün, 
Ana madyan südüylə. 
530. Belə keçdi səksən gün, 
Sonra doxsan oldu gün
Daha qorxu qalmadı. 
Tülpar xəstələnməsin, 
Deyib onu yemlədi. 
Həm də ki, əzizlədi. 
Burıla bu Qız Qurtqa, 
Tündikdən* işıq verdi. 
Yedizdirdi, suladı – 
Qurtqa qız yorulmadı, 
540. Koblandını çağırdı 
Dedi: “Yurtanı açaq”. 
Burıla gözəl Qurtqa 
Altından tikdi paltar, 
Düz dizlərinə qədər. 
Burıl qulağın şəklədi, 
Bildi burda təkcədi. 
Yurta yığışdırıldı, 
Hamı yola düzəldi. 
Çidarlayıb ayağın, 


Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə