363
yaĢatmaq naminə gələcəkdə hüquqĢünas olmağı qət edən Adəm elə indidən el-oba
üçün yanımlı-yapıĢıqlıdır. ġəhid atasının torpağı sanı yaĢasın...
...Ġllər boyu Məhərrəmin boyunu oxĢamaqdan doymayan Səfurə bacı haqq
dünyasına oğluyla birlikdə qovuĢdu. Onları bir-birlərindən ayırmağa ölümün də
gücü çatmadı. Səfurə ana gor evində də sevimli övladını bağrına basdı. Dünyada
ana sevgisindən güclü nə var ki?!
Məmmədov Musa Maqsud oğlu
doğulub - 27.02.1930-cu il,
Cəbrayıl rayonu DaĢveysəlli kəndi;
Ģəhid olub - 04.05.1993-cü il,
Cəbrayıl bölgəsi
YOLLAR ONU SORAQLAYIR...
Torpaq uğrunda candan keçənlərin adlarını el-oba əzizləyib gözləri üstə
yaĢadır. Vətən sevgisini əsirgəmir onlardan. Musa kiĢi sözün əsl mənasında yurd
əsgəri, Vətən fədaisi idi. Qocalıq üstunü alsa da gözlərinin nuru, ürəyinin təpəri,
dizlərinin taqəti yerindəydi. QıĢın oğlan çağlarında buldozeri ilə cəbhəyə uzanan
dağ yollarını qardan, buzdan təmizləyəndə də, yayın tüğyanında əsgərlərə döyüĢ
sursatı, ərzaq aparanda da Vətənə gərəkli olduğunu duyub iftixar hissi keçirirdi.
Kimlərinsə təĢəkkürü, sağolu naminə yox, ürəyinin hökmü ilə görürdü bu iĢləri...
Cavan yaĢlarından ailəcanlı, iĢgüzar idi. Kasıblığın sərt üzünü çox
gördüyündən özünü oda-közə vurub doqquz nəfərdən ibarət ailəsini dolandırmıĢdı
illər boyu. Qızların dördünü köçürəndən sonra çiyinlərindəki qayğı yükü azalmıĢdı
bir az. Axırıncı qız balasının niĢanına gələnləri ürəkaçıqlığı ilə qarĢılamıĢ,
gülərüzlə yola salmıĢdı...
Günbəgün səsi, harayı güclənən müharibə olmasaydı, günlərin birində
traktorunu təhvil verib DaĢveysəllidəki evində ayaqlarını rahat uzadardı...
Həyatda qovğalı, qasırğalı bir ömür yaĢamıĢdı Musa kiĢi. Müharibədən
sonra bir müddət neft buruqlarında iĢləmiĢ, əllinci illərdə rayona qayıdıb traktorun
364
sükanından yapıĢmıĢdı. Bu qazanclı peĢə ağır külfətini dolandırmaqda əllərindən
tutmuĢdu onun...
Xocalı hadisələri, ġuĢa və Laçın xəyanətləri yamanca sarsıtmıĢdı Musa
kiĢini. Kiçik oğlu AĢırı cəbhəyə yola salıb xeyir-dua vermiĢdi ona. Sonra da özü
demiĢkən traktoruyla birlikdə döyüĢə yollanmıĢdı...
Yollar qar bağlayanda Musa kiĢi yada düĢürdü... Dağların zirvəsindəki
postlara qalxmaq lazım gələndə Musa Məmmədovun adına putyovka yazılırdı...
Leysan güclənəndə Musa kiĢinin traktoru yoxuĢu üzüyuxarı çıxırdı...
Neçə dəfə ölümün üstündən adlayıb keçmiĢdi o. DüĢmən minası bir dağ
aĢırımında traktorunun "ayağına" dolaĢmasaydı, bu yollarla hələ çox görüĢəsiydi...
O laləli dağ yamacları Musa kiĢidən ötrü yaman qəribsəyir hər bahar.
DüĢmən kəməndində çapalayan eniĢli-yoxuĢlu dağ yolu onu soraqlayır hələ də...
Məmmədov Məmməd Yunis oğlu
doğulub - 1950-ci il,
Cəbrayıl rayonu Nüzgar kəndi;
Ģəhid olub - 23.10.1993-cü il,
Cəbrayıl rayonu Mahmudlu stansiyası
ARZU ÜRƏKDƏ QALDI
Cəbrayıl Ģəhərinin erməni qəsbkarları tərəfindən iĢğal olunmasından bir
ay keçirdi. Təcavüzkarlar Fuğanlı kəndinə kimi rayonumuzun bütün dağ və
dağətəyi yaĢayıĢ məntəqələrini nəzarət altında saxlamalarına baxmayaraq,
yaranmıĢ təhlükə Arazboyu kəndlərinin camaatını qətiyyən qorxutmurdu. Hamı öz
iĢi ilə məĢğul idi, heç kim doğma torpaqdan ayrılmaq istəmirdi. Rayon rəhbərliyi
də Mahmudlu stansiyasında yerləĢdiyindən burada bir qaynarlıq hiss olunurdu.
BaĢqa sözlə sanki həyat öz axarında idi. Bütün bunlar ilk baxıĢda belə idi. Əslində
isə təhlükə mexanizminin yayları yenidən açılmaq üçün təzədən sıxılırdı.
Hadisələrin
sonrakı
davamı bir daha göstərdi ki, öndəki təhlükəni
zərərsizləĢdirməyə çalıĢmamaq və bunun üçün təĢkilatlanmamaq, sabah
partlayacaq mərmi, açılacaq atəĢ qarĢısında ölməkdən və ya qaçmaqdan savayı
əlacı olmayacaq mülki əhalinin taleyinə məsuliyyət daĢımamaq torpaqlarımızın