367
Məzarında ağ saçların
Tamam qandı, Lala bibi.
Dodağımda qəm alıĢdı,
Nisgil yandı, Lala bibi.
Elim, obam dərd içində,
QalmıĢıq namərd içində.
Ölüm varmı
bu biçimdə,
ġaxım sındı, Lala bibi...
Məmmədov VəliĢ Allahverdi oğlu
doğulub - 1929-cu il,
Cəbrayıl rayonu ġəybəy kəndi;
Ģəhid olub - 23.10.1993-cü il,
Füzuli
rayonu Qazaxlar kəndi
Məmmədova Fatma Əli qızı
doğulub - 1936-cı il,
Cəbrayıl rayonu ġəybəy kəndi;
Ģəhid olub - 23.10.1993-cü il,
Füzuli rayonu Qazaxlar kəndi
TANRI BU ZÜLMÜ GÖTÜRMƏZ
Xudavəndi-aləmin elə sirləri var ki, onları görəndə adam varından yox
olur, heyrətdən əlləri üzündə qalır insan oğlunun. Ġndinin özündə də çoxlarımıza
elə gəlir ki, erməni fitnə-fəsadı Ģeytan əməlidir, Allah-təalanın bu zülmdən, bu
müsibətdən xəbəri yoxdur. Yurdumuzu qana çalxayan, uĢağa, qocaya, qız-gəlinə
aman verməyən bu namərdlərin əməllərindən xəbər tutsaydı Allah, yer üzünü
zülmətə qərq edər, dəryaları yatağından çıxarar, günahsız bəndələrini qanına qəltan
edən ermənilərin baĢına daĢ yağdırardı...
Amma o payız günündə o, çox uzaqda idi. Tanrı qəzəbindən qorxub
çəkinməyən murdar xislətli düĢmən Allahın günahsız bəndələrini burnuna leĢ iyi
dəyən quzğun kimi bircə-bircə dənləməyə baĢladı. O gün VəliĢ kiĢi, ömür-gün
yoldaĢı Fatma bacı ilə birlikdə vəhĢiliklə qətlə yetirildilər...