Qəm leysani


Məmmədzamanova Lala Ağahüseyn qızı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə120/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   116   117   118   119   120   121   122   123   ...   126

366 
 
Məmmədzamanova Lala Ağahüseyn qızı 
doğulub - 1902-ci il, 
Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi; 
Ģəhid olub - 22.10.1993-cü il, 
Böyük Mərcanlı kəndi 
 
MƏNĠM LALA BĠBĠM 
 
Doxsan  üçün  22  oktyabr  gününün  bütün  cizgilərini  ağrılı  yaddaĢımda 
saxlayıram hələ də. ġıxalıağalı kənd mədəniyyət evinə toplaĢanlar ağızlarına çullu 
dovĢan sığmayan rayon rəhbərlərinin pafos dolu çıxıĢlarını  dinlədikcə iki-üç  kilo-
metr  aralıdakı  yüksəkliklərdə  dayanıb  məqam  gözləyən  düĢməni  unutmuĢdular 
sanki.  AxĢamüstü  dostum  Elbrusla  Yuxarı  Mərcanlıya  qayıdanda  kəndin 
girəcəyində qarĢıma çıxan bir uĢaq bəd xəbərlə qarĢıladı məni: 
-   Dayı,   deyirlər,   aĢağı   baĢda,   Böyük  Mərcanlıda  Lala nənəmin üstə 
qrad düĢüb... 
Dünya  tərs  dəyirman  kimi  baĢıma  hərləndi  elə  bil.  Özümü  Mürsəl  oğlu 
Füzuliyə çatdırıb onun maĢınında Çaxırlı zastavasının yanına gəldim. Lala bibimin 
qanlı cəsədi su dəyirmanının həyətində dayanan bir lafetin üstündə idi... 
Gözümü  dünyaya  açandan  bu  qadını  Lala  bibi  deyə  çağırırdım.  Böyük 
Vətən müharibəsində həlak olan əmimin namuslu, ismətli ömür-gün yoldaĢı idi o. 
Cavan  yaĢlarından  dul  qalsa  da  saçını,  birçəyini  Mehdinin,  Zibeydənin  yolunda 
ağartmıĢ,  onlara  ana,  ata  olmuĢdu.  Təzə-təzə  üzü  gülürdü  Lala  bibimin.  Nəvə-
nəticələrini  çəlimsiz  qolları  ilə  qucaqladıqca,  çəkdiyi  müsibətləri  yaddan 
çıxarmağa, unutmağa çalıĢırdı... 
O  gün  Böyük  Mərcanlıdakı  nəvəsi  Naridənin  evində  oturub  çay  içdiyi 
yerdə  üstünə  "qrad"  düĢmüĢdü  onun.  Böyük  Mərcanlı  dəmiryol  stansiyasındakı 
yük vaqonlarından (mərcanlıların var-dövləti yığılan bu vaqonlar vaxtında çəkilib 
aparılmadığından  düĢmən  əlinə  keçdi)  əli  üzülməsin  deyə  neçə  gün  idi  ki, 
nəvəsinin evində gecələyirdi Lala bibim... 
O gecə gəlini Ceyranın, nəvəsi Gözəlin (dünya gözəli olan bu qızın özü də 
iki gün sonra Araz qırağında düĢmən gülləsinə tuĢ gəldi) naləsi ərĢə qalxmıĢdı. Ulu 
Tanrı və bir də Lala bibimin ruhu Ģahiddir ki, o gecə Quliyev Mahmudla yüz yerə 
üz  tutandan  sonra  axır  ki,  Dəyirman  körpüsünün  yanındakı  hərbçilərdən  üç  qrad 
yeĢiyi alıb usta Fikrətə tabut düzəltdirdik. 
Səhərisi  gün  Hümbətalı  qəbiristanında  ġəybəy  tərəfdən  atılan  mərmilərin 
harayı  altda  doğma  torpaqda  dəfn  elədik  onu.  Lala  bibimin  qrad  yeĢiyindən 
düzəldilən  barıt  qoxulu  tabutunu  məzara  sallayanda  yan-yörəmdəkilərin  avazımıĢ 
sifətinə  baxdım  -  Pəlinin,  ġahinin,  Həsənin,  ġəmilin,  Hətəmin  çiyinlərindən  dağ 
götürülmüĢdü  elə  bil.  Əzizlərimin  uyuduğu  qəbiristandan  aralananda  nisgilli  bir 
Ģerin misraları için-için hönkürdü içimdə: 


367 
 
Məzarında ağ saçların  
Tamam qandı, Lala bibi.  
Dodağımda qəm alıĢdı,  
Nisgil yandı, Lala bibi. 
 
Elim, obam dərd içində,  
QalmıĢıq namərd içində.  
Ölüm varmı bu biçimdə,  
ġaxım sındı, Lala bibi... 
 
 
 
 
Məmmədov VəliĢ Allahverdi oğlu 
doğulub - 1929-cu il, 
Cəbrayıl rayonu ġəybəy kəndi; 
Ģəhid olub - 23.10.1993-cü il, 
Füzuli rayonu Qazaxlar kəndi 
 
 
 
Məmmədova Fatma Əli qızı 
doğulub - 1936-cı il, 
Cəbrayıl rayonu ġəybəy kəndi; 
Ģəhid olub - 23.10.1993-cü il, 
Füzuli rayonu Qazaxlar kəndi 
 
TANRI BU ZÜLMÜ GÖTÜRMƏZ 
 
Xudavəndi-aləmin  elə  sirləri  var  ki,  onları  görəndə  adam  varından  yox 
olur,  heyrətdən  əlləri  üzündə  qalır  insan  oğlunun.  Ġndinin  özündə  də  çoxlarımıza 
elə  gəlir  ki,  erməni  fitnə-fəsadı  Ģeytan  əməlidir,  Allah-təalanın  bu  zülmdən,  bu 
müsibətdən  xəbəri  yoxdur.  Yurdumuzu  qana  çalxayan,  uĢağa,  qocaya,  qız-gəlinə 
aman  verməyən  bu  namərdlərin  əməllərindən  xəbər  tutsaydı  Allah,  yer  üzünü 
zülmətə qərq edər, dəryaları yatağından çıxarar, günahsız bəndələrini qanına qəltan 
edən ermənilərin baĢına daĢ yağdırardı... 
Amma  o  payız  günündə  o,  çox  uzaqda  idi.  Tanrı  qəzəbindən  qorxub 
çəkinməyən  murdar  xislətli  düĢmən  Allahın  günahsız  bəndələrini  burnuna  leĢ  iyi 
dəyən  quzğun  kimi  bircə-bircə  dənləməyə  baĢladı.  O  gün  VəliĢ  kiĢi,  ömür-gün 
yoldaĢı Fatma bacı ilə birlikdə vəhĢiliklə qətlə yetirildilər... 


368 
 
VəliĢ  kiĢi  və  ölümü  onunla  birlikdə  qəbul  edən  Fatma  bacı  ġəybəy 
kəndindən  idilər.  Allah-təaladan  övlad  payları  olmadığından  bir-birlərinə  sığınıb 
bu fani dünyada  ömür  sürürdülər.  ġəybəy  kəndi  iĢğal  olunandan  sonra  da  doğma 
torpağı  tərk  etməyib,  Arazqırağı  obaları  özlərinə  məskən  seçmiĢdilər.  Yurddan 
perik  düĢməyi  heç  ağıllarına  belə  gətirmirdilər.  Gümanları  göydə,  Allaha,  yerdə 
illər  boyu  qəpik-qəpik  yığıb  aldıqları  minik  maĢınlarına  gəlirdi.  DüĢünürdülər  ki, 
bərk  ayaqda  bu  maĢın  onların  xilaskarına  çevrilə  bilər.  Doxsan  üçün  iyirmi  dörd 
oktyabrında  Arazboyu  obalara  qrad  leysanı  yağanda  Zəngilan-Beyləqan  yolu 
bağlandığından  sərhəd  zolağı  ilə  Horadiz  qəsəbəsinə  tərəf  üz  tutdular.  Qazaxlar 
kəndinin  tuĢunda  əli  avtomatlı  quldurlar  onların  qarĢısını  kəsdilər.  "Jiquli"nin 
açarını tutub əlindən alan erməni dığası sükan arxasına keçərək maĢını iĢə salanda 
ürəyi tab kətirmədi VəliĢ kiĢinin. Ona tərəf əlini uzadıb: 
-Səni and verirəm Allaha, qoy yolumuzla çıxıb gedək, - dedi. Onsuz da bu 
maĢından  baĢqa  gümanımız  heç  nəyə  gəlmir.  O  olmasa  bu  xəstə  canımızla  beĢcə 
addım da ata bilmərik... 
Qəfildən  atılan  güllələr  yazıq  kiĢinin  sözlərini  yarıda  kəsdi.  Ərinin  yerə 
yıxıldığını görən Fatma arvad yaxınlıqdakı quldurun üstünə Ģığıdı: 
-Görüm  əllərin  qurusun,  ay  namərd,  o,  sənə  neyləmiĢdi?  Sizə  nə 
pisliyimiz keçib ki, bizi bu hala salırsınız? 
Arvadın  dillənməyi  ilə  gözlərini  qan  örtən  quldurun  onu  gülləyə  tutması 
bir  oldu.  Dərdli  bir  qadının  ağ  birçəkləri  bircə  anın  içərisində  qızıl  gül  ləçəyinə 
döndü.  Öz  "qəhrəmanlıqlarından"  həzz  alan  yağılar  ələ  keçirdikləri  "Jiquli"yə 
doluĢaraq iki günahsız insanın meyitini tapdayıb keçdilər... 
Düz  dörd  ay  sonra  əsgərlərimiz  düĢməni  geri  sıxıĢdıranda  o  günahsız 
insanların tanınmaz hala düĢən meyitləri də bir parça torpaqda rahatlıq tapdı... 
Ancaq  VəliĢ  kiĢinin  və  Fatma  bacının  yaralı  ruhları  heç  vaxt 
sakitləĢməyəcək.  Onların  ruhu  qiyamət  gününə  qədər  haray  çəkib,  nifrin 
qoparacaq. Onların nahaqdan axıdılan qanları erməni qatillərinin boynunda qalacaq 
həmiĢə. Araz bu qanlı faciənin Ģahidi kimi o qaniçən quldurları lənətləyəcək innən 
belə... 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə