Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə118/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   114   115   116   117   118   119   120   121   ...   126

360 
 
...Sən  əsirlikdə  olduğun  ayların  sayı  artıb-çoxaldıqca  atan  ƏrĢad 
müəllimin, anan Zoya xanımın,  əmilərinin, qohum-əqrəbanın yuxusu ərĢə çəkildi. 
Elə-obaya  ün  sala-sala  səni  soraqlayan  doğmaların  dünyanın  mərhəmət  iĢığına  üz 
tutub  nicat  yollarını  bir-birinə  caladılar.  Axır  ki,  göydə  Tanrının,  yerdə  isə  insaflı 
adamların  köməyilə  bəxtinə  iĢıq  düĢdü.  Sən  düĢmən  caynağından  qurtulub 
yurdundan perik düĢmüĢ doğmalarının yanına qayıtdın... 
Ġlqar,  səni  görən  gözlər  qan  ağladı  o  gün.  Əsir  düĢdüyün  günlərdə  səni 
xəyallarında  yaĢadanların  o  gün  əlləri  üzlərində  qaldı.  Aman  Allah,  düĢmən  nə 
qədər əzazil olarmıĢ?  Adama  da belə iĢgəncəmi  verərlər? Nə  el-obanın  səndə xoĢ 
ovqat doğuran həlim sözləri, nə anan Zoya xanımın nəvaziĢləri, nə də ata vüsalına 
sığınan  körpələrinin  təbəssümü  düĢmən  zülmündən  niĢanə  qalan  mərəzi  canından 
çıxara bilmədi. Sən əsirlikdən qayıdıb gələndən az sonra ölümün ağuĢuna sığındın. 
Cəbrayıl Ģəhərinin meri vəzifəsini icra etmək sənə bir də qismət olmadı... 
...Ani  bir  ölümün  ağrısına  dözməyə  nə  var  ki?  Sən  gor  əzabı  görə-görə 
ölümə  qovuĢdun.  Sən  yurd  sevgisinin  Ģirinliyi  ilə  ovuna-ovuna  ĢəhidləĢdin.  Sən 
üçrəngli  bayrağımızın  əzəmətinə  sığınıb  tale  sınağından  Ģərəflə  çıxdın,  inam, 
dəyanət,  əyilməzlik  rəmzi  olaraq  heykəlləĢdin  ürəklərdə.  Belə  tale  hər  adamın 
qismətinə düĢmür, Ġlqar! 
 
Sən düĢmən qarĢısında  
Dayandın bir dağ kimi,  
Zirvədə dalğalandın  
Üçrəngli bayraq kimi. 
 
DüĢmən əhatəsində  
Dözsən də hər çətinə,  
Çoxları qibtə etdi  
Sənin ləyaqətinə. 
 
Qorxu bilməz ər kimi  
Ürəkdə qaldın, Ġlqar.  
Bir alınmaz qalatək  
Yenilməz oldun, Ġlqar. 
 
 
 
 
 
 
 
 


361 
 
 
 
 
 
Məmmədov Məhərrəm Fehruz oğlu 
doğulub - 24.08.1955-ci il, 
Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi; 
Ģəhid olub - 24 08 1993-cü il, 
Füzuli rayonu Əhmədbəyli kəndi 
 
 
 
 
TƏMĠZ ADIN ĠġIĞINDA 
 
Yeksarə  xanım  divardan  asılan  qara  haĢiyəli  Ģəklin  qarĢısında  dayanıb 
ömür-gün  yoldaĢının  bir  nöqtəyə  zillənən  baxıĢlarına  dönə-dönə  tamaĢa  etdi. 
Xəyallanıb-xəyallanıb Ģəkillə danıĢmağa baĢladı: 
- Balalarımız Adəmin, Xəyyamın, Ulduzla Nərgizin nəmli baxıĢları məni 
varımdan yox edir. Onları ovundurmaqda çətinlik çəkirəm... Amma elə bilirəm ki, 
hər  dəqiqə  yanımızdasan.  Mehriban  səsin  hələ  də  qulaqlarımdadır.  Özün  bu 
dünyada  olmasan  da,  təmiz  adının  ucalığına,  saf  əməllərinin  iĢığına  sığınıb 
yaĢayırıq. 
 
Sən gedəndən elə hey  
Məni boğsa da qəhər.  
Nəfəsini duyuram,  
Əzizim, axĢam, səhər. 
 
Həyatda tək deyiləm,  
SığınmıĢam adına.  
Balaların qızınır,  
Ürəyimin oduna... 
 
Məhərrəm  hərbi  xidmətdən  sonra  BDU-nun  hüquq  fakültəsini  bitirmiĢdi. 
Rayondakı  aqrar-sənaye  birliyində  hüquqĢünas  iĢlədiyi  illərdə  rayon  camaatı  ilə 
qaynayıb-qarıĢmıĢ,  yıxılanın,  haqqı  tapdananın  tərəfində  dayanmıĢdı.  O,  hamıya 
xoĢ  üzlə  kömək  köstərməyi,  dost-tanıĢ qazanmağı bacaran adam idi.  1987-ci  ildə 
Zərdab  rayon  xalq  hakimi  seçiləndən  sonra  Məhərrəmin  fəaliyyət  dairəsi, 
səlahiyyəti  geniĢlənsə də o,  yenə də öz sadəliyi ilə seçilirdi. Arabir iĢ-gücdən baĢ 
tapıb  kəndə  qayıdanda  camaat  arasına  çıxaraq  hamı  ilə  görüĢür,  yas  yerlərinə  üz 


362 
 
tutub  könlü  qubarlı  ailələri  ovundurardı.  QardaĢları  Tofiqin,  Əbilin  nəzərində 
Məhərrəm  adicə  qardaĢ  deyildi,  -  ata  kimi  yanımlı,  sirdaĢ  kimi  ürəkdən  keçəni 
duyan idi. Bacısı Suğradan ötrü kəndin ayağından baĢına payı-piyada gəlib onunla 
əhval tutar, bacısı uĢaqlarını öpüb-oxĢayardı. Cavan olmasına baxmayaraq üzündən 
nuranilik  yağırdı  onun.  Zərdab  camaatının  nəzərində  Məhərrəm  Simurq  quĢu 
timsalında  idi.  Tələm-tələsik  hökmlər  çıxarmağı  səriĢtəsizlik  hesab  edən  bu  ya-
nımlı  hakim  həmiĢə  vicdanın  səsinə  arxalanar,  adamları  islah  etməyə,  düz  yola 
qaytarmağa  çalıĢardı.  Cavan  ailələr  bəzən  ayrılmaq  üçün  ona  üz  tutanda  vüsal 
Ģirinliyini  hələ  lazımınca  dərk  etməyən  gəncləri  təzədən  qovuĢdurmağı  ən  böyük 
savab  hesab  edirdi.  Ürəyində  öz-özünə  deyərdi  ki,  "dünyada  könül  sındırmaqdan, 
nifaq toxumu səpməkdən ağır günah yoxdur. 
Hakim  qərar  çıxararkən  gərək  yüz  ölçüb,  bir  biçsin".  Mühakimə  etdiyi 
adamlara elə həssaslıqla yanaĢardı ki, onun hökmündən heç kəs incik qalmazdı... 
ġirvan  torpağında  yaĢasa  da,  ürəyi  Qarabağda,  Cəbrayılın  barıt  qoxulu 
obalarında  qalmıĢdı.  Doxsan  üçüncü  ilin  əvvəllərindən  baĢlayaraq  tez-tez  doğma 
ata ocağına baĢ çəkər, imkanı dairəsində döyüĢən orduya maddi və mənəvi kömək 
göstərərdi. səksəkə içərisində sabaha boylanan həmyerlilərinə üz tutub: 
-Əzizlərim,  -  deyərdi  -  möhkəm  olun,  yadda  saxlayın  ki,  ata  ocağının 
əvəzini  heç  nə  verməz.  Allah  eləməmiĢ  bu  yerlərdən  əliniz  çıxsa,  qərib  obalarda 
göz yaĢı axıtmalı olacaqsınız... 
...  O  məĢum  gündə  yenidən  Böyük  Mərcanlıya  üz  tutmuĢdu.  Ġstəyirdi  ki, 
anası  Səfurəni,  əlsiz-ayaqsız  uĢaqları  atəĢ  altdan  çıxarıb  arxaya  aparsın.  Yola 
düĢməzdən  bir  gün  qabaq  adəti  üzrə  kənddəki  dəmir  yol  stansiyasına  baĢ  çəkib 
həmyerliləri ilə  hal-xoĢ etdi. "Ağlın nə kəsir, indi biz nə edək?" - sualı ilə ona üz 
tutanlara: 
-Vəziyyət  elədir  ki,  qız-gəlini,  uĢaq  və  qocaları  burada  saxlamaq  ölümü 
havayıdan qazanmaqdır, - dedi... 
Avqustun 24-də anası Səfurəylə,  yaxın qohumları  Rəsul  və Aminə ilə öz 
Ģəxsi maĢınında  yola çıxan Məhərrəm Məmmədov Əhmədbəylinin yol ayrıcından 
bəridə, "Kültəpə"  deyilən  yerdə  düĢmən  "qrad"ına  tuĢ  gəldi.  Bircə  anın  içərisində 
od alan maĢında yanıb külə döndülər onlar... 
Dünyada  simurq  quĢu  kimi  yanımlı  bir  insan  idi  Məhərrəm.  Elə  anadan 
olduğu gündə də simurq quĢu kimi yanıb dünyasını dəyiĢdi. Ondan bizə el qeyrəti 
və bir də təmiz ad qaldı... 
...Bir  dəfə  Zərdablı  bir  dostumun  dilindən  qopan:  "-Məhərrəm  müəllim 
heç  öləsi  oğul  deyildi.  Onu  biz  Cəbrayıl  camaatından  da  çox  istəyirdik..." 
kəlmələrini eĢidəndə ürəyim yenidən Ģan-Ģan oldu... 
...Sonralar  Məhərrəm  müəllimin  gözünün  ilk  ovu  olan  oğul  balasıyla, 
Adəmlə də rastlaĢdım.  Mingəçevirdəki özəl ali  məktəbdə oxuyan bu cavan oğlanı 
görəndə elə bil bir anlıq təsəlli tapdım. Dünyadan nakam gedən atasının arzularını 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə