Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə116/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   112   113   114   115   116   117   118   119   ...   126

353 
 
 
Elə 1993-cü il avqustun 15-də də belə bir istəklə evdən çıxmıĢdı. Birdən 
sanki göy gurladı, ildırım çaxdı, yer-göy birləĢdi. Güclü mərmi yağıĢı Ģəhəri ağzına 
götürmüĢdü.  Belə  təlatümlü  anların  birində  ermənilər  tərəfindən  atılan  qrad 
mərmilərinin  biri  onun  yaxınlığında  partladı.  Mərmi  qəlpəsindən  ağır  yaralanmıĢ 
Nizam  Əliyev  xəstəxanada  dəhĢətli  bir  faciə,  sonsuz  bir  nigaranlıqla  dünyasını 
dəyiĢdi. 
Həyat yoldaĢı Cəmilə xanım istəkli ömür-gün yoldaĢının ölümündən sonra 
onun varlığını doğma balalarından -  Zamiqdən, Namiqdən, balaca Günaydan alır. 
Ġndi onlar  Saatlıdakı çadır  Ģəhərciyində  məskunlaĢıblar. Atalarının doğma  yurdda 
onlar üçün qəribsəyən məzarını ziyarət edəcəkləri günü həsrətlə gözləyirlər. 
 
 
 
 
 
 
Əmrahova Xanım Qərib qızı 
doğulub - 15.07.1966-cı il, 
Cəbrayıl rayonu Böyük Mərcanlı kəndi; 
Ģəhid olub -22.10.1993-cü il, 
Füzuli bölgəsi Qazaxlar kəndi 
 
 
 
 
TƏNHA MƏZAR 
 
O  ili  payız  çox  barlı-bəhərli  gəlmiĢdi.  Araz  vadisinin  bərəkətli 
torpaqlarında bol məhsul yetiĢdirilmiĢdi. Erməni qəsbkarları rayon mərkəzini, dağ 
və  dağətəyi  kəndlərimizi  iĢğal  etsələr  də  aran  təsərrüfatlarında,  illah  da  Böyük 
Mərcanlıda iĢ əvvəlki ahəngini dəyiĢməmiĢdi.  Camaat çəkdiyi zəhmətin bəhrəsini 
toplamaqla  məĢğul  idi,  hamı  kimi  Quliyevlər  də  öz  iĢ-gücündən  qalmırdı.  Evin 
gəlini  Xanım  isə  tikiĢ  sexində  daha  ürəklə  çalıĢır,  iĢindən  həqiqi  mənada  zövq 
alırdı. Axı, o, hələ məktəbli yaĢlarından bu peĢəni sevib-seçmiĢdi. Ona görə də orta 
təhsili baĢa vurandan sonra 90 saylı texniki peĢə məktəbini bitirmiĢdi. 1986-cı ildə 
doğma  kəndlərinə  qayıdaraq  Yuxarı  Mərcanlı  kəndindəki  tikiĢ  sexində  fəaliyyətə 
baĢlamıĢdı. 
1991-ci ildə ailə səadətinə qovuĢdu. Ġlk körpəsi dünyaya gələndə isə gənc 
ananın  fərəhi  yerə-göyə  sığmır,  özünü  xoĢbəxtlərin  xoĢbəxti  sanırdı.  Beləcə  xoĢ 
duyğuların təsiri altında yenicə dünyaya  gəlmiĢ körpəsinin sabahı barədə Ģirin xə-


354 
 
yallara dalardı. Fəqət heç ağlına da gəlmirdi ki, qarĢıda onu dəhĢətli faciə gözləyir. 
Haradan  biləydi  ki,  insanlıq  simasını  itirmiĢ  erməni  iĢğalçıları  bütün  beynəlxalq 
normalara  məhəl  qoymayaraq  Ġran  Ġslam  Respublikası  ilə  həmsərhəd  olan 
kəndlərimizi yerlə-yeksan edəcək, dinc əhaliyə amansızcasına divan tutacaqlar. 
Xatırlamaq  nə  qədər  acı  olsa  da,  milli  düĢmənlərimiz  Arazboyu 
kəndlərimizi də oda qaladılar. Ġriçaplı silahlardan, qradlardan atılan mərmilər digər 
kəndlərimiz  kimi  Böyük  Mərcanlının  da  külünü  göyə  sovurur,  vahiməyə  düĢmüĢ 
əhali  hara  gəldi  qaçır,  təhlükədən  xilas  olmağa  çalıĢırdı.  Xanımgil  də  Arazın  sol 
sahili ilə sərhəd boyu Füzuli rayonunun Horadiz qəsəbəsi səmtə üz tutmuĢdular. 
DüĢmənlərin  təqiblərindən  yaxa  qurtarmağa  ciddi-cəhdlə  çalıĢsalar  da, 
qaniçən  erməni  əsgərlərinin  avtomatdan  açdıqları  atəĢə  hələ  bala  qığıltısından 
doymamıĢ  ananı  bağrına  basdığı  günahsız  körpəsi  ilə  birlikdə  qanına  qəltan  etdi. 
Qəddarcasına  qətlə  yetirilən  Xanım  Əmrahovanı  körpəsi  ilə  birlikdə  Qazaxlar 
kəndində  yerləĢən  sərhəd  zastavasının  yanında  dəfn  etdilər.  Ġndi  iki  tənha  məzar 
yaxınlıqdakı  Böyük  Mərcanlı  kəndinə  həsrətlə  boylanaraq  sanki  bizlərə  üz  tutub 
deyir: Tənhalıq bizi yaman  sıxır. Nə vaxt düĢməndən qisas alıb bizi bu sıxıntıdan 
qurtaracaqsınız? Doğma yerlərdən ötrü elə qəribsəmiĢik ki!.. 
 
 
 
 
 
Əmrahova Mahnisə ġıxalı qızı 
doğulub - 1939-сu il, 
Cəbrayıl rayonu Hovuslu kəndi; 
Ģəhid olub - 25.08.1993-cü il, 
Hovuslu kəndi 
 
 
 
 
 
Ġnыanları  sevən,  hamıya  hörmət  bəsləyən,  tanıdığı  adamın  uğurlarına 
sevinən  bir  insan  idi  Mahnisə  ana.  Anadan  olub  boya-baĢa  çatdığı  Hovuslu 
kəndində ailə həyatı qurmuĢ, 4 oğul, 3 qız böyütmüĢdü. Övladları da özü kimi elə-
obaya  yanımlı idi. Mahnisə ana övladlarını ərsəyə gətirmək üçün kiprikləri ilə od 
götürmüĢdü. 
Qarabağ savaĢı baĢlayandan sonra Mahnisə ananın və onun ailə üzvlərinin 
də  gün-güzəranı  yox  idi.  Torpaqlarımıza  göz  dikən  yağı  düĢmənin  hücumu  gün-
gündən gücləndirdi. 1993-cü ilin avqust ayı gəlib çatmıĢdı. Cəbrayılı və onun ətraf 
kəndlərini  iĢğal  qorxusu  sarsa  da  yerli  camaat,  kənd  əhalisi  öz  doğma  yurd-


355 
 
yuvasından,  ev-eĢiyindən  ayrılmaq  istəmirdi.  Elə  bu  vaxtlarda  Mahnisə  anaya 
xəbər gəldi ki, onun Milli Ordu tərkibində vuruĢan oğlu NuĢirəvan Əfəndilər kəndi 
uğrunda  döyüĢlərdə  ağır  yaralanıb  və  onu  Bakıya  aparıblar.  Ana  Bakıya  yollanır, 
bir neçə gün doğma balasının yanında qalır. NuĢirəvanın vəziyyəti bir az yaxĢı olan 
kimi geriyə qayıdır, doğmalarına bir xəbər aparmaq istəyir. 
Öz  kəndlərinə  gəlib  çıxan  Mahnisə  ana  kənddə  heç  kəsi  görmür.  Geri 
qayıdarkən  isə  kəndə  doluĢan  ermənilərin  namərd  gülləsinə  düçar  olur.  Yol 
yoldaĢları yaralansalar da düĢmənin əlindən qurtula bilirlər. Mahnisə ananın cəsədi 
isə elə orada - daim mehrinə, məhəbbətinə sığındığı doğma torpaqda qalır... 
 
 
 
 
Zalova Zabıta Əhmədxan qızı 
doğulub - 08.1907-ci il, 
Cəbrayıl rayonu Dəjəl kəndi; 
Ģəhid olub - 23.10.1993-cü il, 
ġıxalıağalı kəndi 
 
Ömrünün  çox  hissəsini  kolxozda  sağıcı  iĢləmiĢdi.  Altı  övlad  anası  idi. 
1993-cü ilin avqust ayında rayonu - yaĢadığı ġıxalıağalı kəndini tərk etməyən oğlu 
Təbrizin ardınca gedərkən düĢmən gülləsinə tuĢ olmuĢdur... 
 
 
 
 
 
 
Ġsgəndərov Təbriz Novruz oğlu 
doğulub - 1939-cu il, 
Cəbrayıl rayonu Dəjəl kəndi; 
Ģəhid olub - 1994-cü il, 
Hadrut rayonu 
 
 
 
Azərbaycan  Dövlət  Tibb  Ġnstitutunu  bitirmiĢdi.  Bir  müddət  Quycaq 
kəndində, sonradan isə Mahmudlu kənd xəstəxanasında həkim iĢləmiĢdi. Üç övlad 
atası idi. 1993-cü ilin avqustunda erməni faĢistlərinin Cəbrayıla hücumları zamanı 
o öz əzizlərindən həmiĢəlik ayrı düĢmüĢ, doğma torpaqda qalıb ölməyi hər Ģeydən 
üstün tutmuĢdu. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə