Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə124/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   118   119   120   121   122   123   124   125   126

379 
 
 
 
 
Həsənov Xəlil Balaca oğlu 
(1934 - 1993) 
 
 
 
 
Cəbrayılın  Papı  kəndində  anadan  olmuĢdu.  1951-ci  ildən  traktorçu  kimi 
kolxozda əmək fəaliyyətinə baĢlamıĢdı. HəmiĢə, hər yerdə yaxĢı iĢi qeyd edilmiĢdi. 
Ömrünün  sonuna  kimi  M.  F.  Axundov  adına  kolxozda  traktor  briqadiri  kimi 
fəaliyyətini  davam  etdirmiĢdi.  1993-cü  il  avqustun  23-də  ermənilərin  atdığı  qrad 
mərmisindən həlak olmuĢdur. 
 
 
 
 
 
 
 
Həsrətov Səxavət Möhübbət oğlu 
doğulub - 02.1958-si il,  
Cəbrayıl rayonu Hovuslu kəndi;  
Ģəhid olub - 15.08.1993-cü il,  
Xocavənd rayonu Hərəkül kəndi 
 
BU QAN YERDƏ QALMAZ 
 
Ataları  dünyasını  erkən  dəyiĢdiyindən  ailənin  əsas  ağırlığı  Səxavətin 
üstünə  düĢmüĢdü.  Xüsusilə  dünyalar  qədər  istədiyi  kiçik  qardaĢı  Mürvətin  tay-
tuĢlarından  geri  qalmaması  üçün  özünü  oda-közə  vurar,  onun  hər  əziyyətinə 
qatlaĢardı. 
Əməyinin  hədər  getmədiyini,  Mürvətin  ağıllı-kamallı  cavan  kimi  ərsəyə 
çatdığını görüncə fərəhi yerə-göyə sığmazdı. 
S.  Həsrətov  doğma  kəndlərindəki  orta  məktəbdə  müəllim  iĢləyirdi. 
Sənətinə ürəkdən bağlı idi. ÇalıĢırdı ki, kiçik qardaĢı da qəlbindən keçən bir peĢəyə 
sahib olsun. 
BaĢımızın  üstündə  əsən  qara  yel  getdikcə  güclənir,  el-oba  təhlükə 
qarĢısında  qalırdı. Ermənilərin hücumları durmadan  geniĢlənirdi.  Camaat arasında 


380 
 
bir-birindən  dəhĢətli  xəbərlər  yayılırdı.  EĢidəndə  ki,  döyüĢ  zamanı  Mürvət  itkin 
düĢüb dünya Səxavətin baĢına fırlandı. 
Artıq 1993-cü ilin avqust ayının əvvəlləri idi. Bu o vaxt idi ki, bir il öncə 
erməni  yaĢayan  12  kəndi  saqqallı  dığalardan  təmizləyən  Cəbrayıllı  igidlər 
satqınlıq,  xəyanət  üzündən  geri  çəkilməyə  məcbur  olmuĢdular.  DöyüĢ  Cəbrayılın 
lap  yaxınlığında  gedirdi.  Belə  bir  gündə  Vətən,  torpaq  qeyrətini,  ana-bacı 
namusunu  öz  varlığından  üstün  tutan  Səxavət  Həsrətov  könüllü  silaha  sarıldı. 
Dəfələrlə  erməni  faĢistləri  ilə  üz-üzə  gəldi.  Səxavətgil  az  qüvvə  ilə  azğınlaĢmıĢ 
düĢmənə əməlli-baĢlı dərs verdi. Bu qanlı döyüĢdə Səxavət özü neçə-neçə erməni 
cəlladını gəbərtmiĢdi. 
Heyhat,  quduz  ermənilərin  atdığı  mərminin  qəlpəsi  onun  həvəsini 
gözündə qoyaraq gənc ömrünü yarımçıq qırdı. 
S. Həsrətovun özündən sonra bir qızı, bir oğlu yadigar qalıb. Ġndi təkcə iki 
gülüzlü  balasının  gözləri  ata  intizarında  deyil,  sinəsinə  dağ  üstündən  dağ  çəkilən, 
hazırda  Biləsuvar  rayonu  ərazisindəki  3  saylı  çadır  düĢərgəsində  yaĢayan,  gecə-
gündüz oğul-oğul deyib, yanıqlı-yanıqlı haray çəkən Təbriz ananın ürək göynədən 
ah-naləsi Muğan çöllərini titrədir. 
Ağlama, Təbriz ana, ağlama! Bil ki, bu qan yerdə qalmaz. Qoca tarix özü 
Ģahiddir  ki,  zaman-zaman  torpaqlarımıza  təcavüz  edən  yadelli  iĢğalçılar  son 
nəticədə  baĢlarını  burada  qoyub  gediblər.  Çox  çəkməz,  yüzlərlə  qəhrəman 
oğlumuzun qanı axıdılmıĢ torpaqlarımız qarı düĢməndən təmizlənər, Səxavət kimi 
cəsur ərənlərimizin qəlblərdə yandırdıqları qələbə məiĢəli müstəqil vətənimizin hər 
guĢəsinə nur saçar. ĠnĢallah! 
 
 
 
 
 
 
Həsrətov Məhəmmədəli Səməd oğlu 
doğulub - 05.1965-ci il,  
Cəbrayıl rayonu Hovuslu kəndi;  
Ģəhid olub - 15.08.1993-cü il,  
Xocavənd rayonu Hərəkül kəndi 
 
 
 
 
 
 
 


381 
 
YAġAMAQ HAQQI 
 
Ömrün  ən  xoĢ  çağları  olan  tələbəlik  illəri  artıq  kövrək  xatirələrə 
dönmüĢdü.  Məhəmmədəli  Gəncfədəki  Kənd  Təsərrüfatı  Akademiyasını  yenicə 
bitirib tələsik doğma kəndlərinə qayıtmıĢdı. O qədər tələsmiĢdi ki, heç diplomunu 
almağa belə səbri çatmamıĢdı. Bu, səbəbsiz deyildi. Sonuncu dəfə aldığı xəbərdən 
aydın  hiss  etmiĢdi  ki,  canından  çox  sevdiyi  ata  yurdunda  vəziyyət  son  dərəcə 
gərgindir.  Ona  görə  də  köməyə  tələsmiĢdi.  TələsmiĢdi  ki,  yurdun  harayına  oğul 
cavabını versin... 
1993-cü  ilin  iyun  ayı  idi.  Erməni  qəsbkarlarının  hücumları  ara  vermirdi. 
BaĢqa  kəndlərimizdə  olduğu  kimi,  Hovuslunun  da  qeyrətli  cavanları  düĢmənlə 
ölüm-dirim mübarizəsinə qalxmıĢdılar. Onların arasında Ģəhid olan, itkin düĢənlər 
də var idi. Üz vermiĢ faciə Məhəmmədəligildən də yan keçməmiĢdi. Məhəmmədəli 
qəlbində yağılardan intiqam almaq hissi ilə cəbhəyə yollandı. 
Məhəmmədəli  Həsrətov  döyüĢlərin  ən  qaynar  yerlərində  olurdu.  Vaxtilə 
sovet ordusunda əsgərlik etməsi, hərbi qayda-qanunlarına bələd olması onun karına 
gəlirdi.  Özü  də  ehtiyatda  olan  leytenant  idi.  O,  Hərəkül  batalyonunun  tərkibində 
Cəbrayılımızın  müdafiəsində  əsl  fədakarlıq  göstərirdi.  Elin  igid  balası  oğulluq 
borcunu  son  nəfəsinədək  Ģərəflə  yerinə  yetirdi.  Əfsuslar  olsun  ki,  düĢmənin  qəfil 
gülləsi Məhəmmədəliyə qələbə gününə qədər vuruĢmağa imkan vermədi... 
Vətənpərvərlikdən  söhbət  düĢəndə  Məhəmmədəli  Həsrətov  boğazdan 
yuxarı  danıĢan,  əslində  isə  ondan  çox-çox  uzaq  bəzi  tay-tuĢlarına  irad  tutub 
deyərdi:  "Gərək  elə  edəsən  ki,  qoynunda  böyüdüyün  torpağın  üstündə  gəzməyə 
haqqın  olsun".  Haqlısan,  Məhəmmədəli,  çox  haqlısan!  Vətən  sevgisini,  torpağa 
bağlılıq hissini həyatını qurban verməklə sübut edib gənclərimiz üçün örnək oldun. 
 
 
 
Hüseynova Əminə Ədil qızı 
 
ÖLÜM YOLDA HAQLADI 
 
Hüseynova  Əminə  Ədil  qızı  1960-cı  ildə  Mehdili  kəndində  anadan 
olmuĢdu.  Ömür  boyu  çalıĢıb  qabarlı  əlləriylə  özünə  gün-güzəran  düzəltmiĢdi. 
Erməni  quldurları  cənnət  timsallı  Cəbrayılımızın  külünü  göyə  sovuranda  onun  da 
qara  günləri  baĢlamıĢdı.  Doğma  ata  ocağını  tərk  etməyə  məcbur  olanda  Füzuli 
rayonundakı  Birinci  Mahmudlu  kəndi  yaxınlığında  düĢmənin  qrad  mərmisinə  tuĢ 
gələrək, yanıb külə döndü... 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə