Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə125/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   118   119   120   121   122   123   124   125   126

382 
 
 
 
 
Cəfərov Nail Fehruz oğlu 
(1966 - 1993) 
 
 
 
 
 
 
 
Süleymanlı  kəndində  anadan  olmuĢdu.  Doğma  kənddə  orta  məktəbi 
bitirmiĢ,  keçmiĢ  sovet  ordusu  sıralarında  xidmət  etmiĢdir.  Hərbi  xidmətdən  sonra 
kolxozda  traktorçu,  rayon  yol-istismar  sahəsində  fəhlə  iĢləmiĢdi.  Sonuncu  iĢ  yeri 
ĠmiĢli dəmiryolu deposunda hərbiləĢdirilmiĢ mühafizə dəstəsi  idi. 
ĠmiĢlidə  iĢləməsinə  baxmayaraq  tez-tez  doğma  kəndin  müdafiəsində 
iĢtirak  edirdi.  Belə  günlərin  birində  1993-cü  il  iyun  ayının  28-də  Sur  əməliyyatı 
zamanı həlak olmuĢdur. Nargilə və Türkan adlı iki qızı yadigar qalıb. 
 
 
 
 
 
 
 
Cavadov Aydın AdıĢirin oğlu 
 
doğulub - 1953-cü il, 
Cəbrayıl rayonu Hovuslu kəndi; 
Ģəhid olub - 25.08.1993-cü il, 
Cəbrayıl rayonu Hovuslu kəndi 
 
 
 
 
 
 
 
 


383 
 
 
 
 
 
Məmmədova ġövkət Məmməd qızı 
doğulub - 1957-ci il, 
Cəbrayıl rayonu Hovuslu kəndi; 
Ģəhid olub -25.08.1993-cü il, 
Cəbrayıl rayonu Hovuslu kəndi 
 
 
 
QƏTL GÜNÜ 
 
Hər  Ģey  gözlənilmədən  baĢ  verdi.  Sanki  tufan  qopdu.  Ara  verməyən  atəĢ 
səslərindən qulaq tutulurdu. Ətrafa od-alov saçılırdı. Adamlar pərən-pərən düĢərək 
baĢlarının üstünü almıĢ qorxulu təhlükədən xilas olmaq üçün canlarını götürüb ha-
ra gəldi qaçırdılar. Aləm bir-birinə qarıĢmıĢdı. Anaların ürək dağlayan naləsi, qız-
gəlinlərin imdad diləyən fəryadları ərĢə qalxmıĢdı... 
Erməni faĢistləri ac canavar kimi Hovuslu kəndinə doluĢanda Aydın həyat 
yoldaĢı ġövkətlə birlikdə macal tapıb evdən uzaqlaĢa bilməmiĢdilər. Daha gec idi. 
Addım belə atmaq mümkün deyildi. Ancaq onlara tərəf gələn əlisilahlı saqqallıları 
görəndə Aydın gözlərinə inanmadı. Onların arasında bir neçə "tanıĢı" olduğundan 
bir  qədər  toxtadı  da.  Axı,  dəfələrlə  hər  birini  əziz  qonağı  kimi  süfrəsinin  baĢında 
əyləĢdirmiĢ,  ürəkləri  istəyən  kimi  yedizdirib-içirtmiĢ,  sonra  da  mexanizator  kimi 
karlarına  gəlmiĢdi.  Hamıdan  qabaqda  gələn  alçaqboy,    qırmızısifət    ermənini  
görəndə yanılmadığını  bir daha yəqin etdi. FikirləĢdi ki, uzun illər gediĢ-gəliĢləri 
olub,  necə  deyərlər,  bir  yerdə  putnan  duz-çörək  kəsiblər.  Yəqin  ki,  köhnə  haqq-
hesabı  unutmayıblar.  Onu  saqqallıların  əlinə  verməzlər.  Qırmızısifətin  cəld 
addımlarla  Aydıngilə  tərəf  irəliləməsini  də  o,  fikrində  belə  yozdu.  Ancaq  Aydın 
bilmirdi ki  Ģirin dillərinə aldandığı bu qaniçənlər süfrəmizin baĢında əyləĢə-əyləĢə 
bizə  xəyanət  tələsi  hazırlayırmıĢlar.  "TanıĢ"  erməni  çatan  kimi  Aydını  ağzını 
açmağa belə imkan vermədi. Əvvəllər bic-bic gülümsəyən gözləri indi qan çanağı-
na  bənzəyən  qırmızısifətin  avtomatından  açılan  atəĢ  Aydın  Cavadovun  sinəsini 
parçaladı. Aydının bir qədər kənarda dayanan həyat yoldaĢı ġövkət bir çikkə çəkdi 
ki, qan hərisi olan erməni özü də bir anlığa çaĢıb qaldı. 
- A binamus, qədir bilməyən biĢərəf! Bu da yaxĢılığımızın əvəzi... 
VəhĢiləĢmiĢ  erməninin  ikinci  atəĢi  günlərlə  qapısında  süləndiyi  günahsız 
qadını da ərinin yanına yıxaraq, sözünü axıradək deməyə qoymadı. 
Bu  faciə  təkcə  Aydın  Cavadovun  və  onun  ömür-gün  yoldaĢı  ġövkət 
Məmmədovanın faciəsi deyildi. Hər birimizin  - bizim  hamımızın  faciəsi idi.  Hələ 


384 
 
iki  əsr  öncə  haykların  murdar  ayaqları  torpaqlarımıza  dəydiyi  gündən  baĢlamıĢdı. 
O  gündən  ki,  Qarabağın  dilbər  guĢələri  onların  iblis  qiyafəli  babalarına  peĢkəĢ 
verilmiĢdi... 
 
 
 
 
 
Xudiyev Ayaz Vəli oğlu 
doğulub - 1962-ci il, 
Cəbrayıl rayonu DaĢ Veysəlli kəndi; 
Ģəhid olub - 23.101993-cü il, 
Cəbrayıl rayonu 
 
Ayaz  Vəli  oğlu  1962-ci  ildə  DaĢ  Veysəlli  kəndində  anadan  olmuĢdu. 
Taleyi elə anadan olandan onun üzünə gülməmiĢdi. Gözləri görmürdü, iĢığa həsrət 
idi. Amma tale nə qədər amansız olsa da yaĢamaq eĢqi, yaĢamaq ehtirası onu tərk 
etməmiĢ,  dünyadan  giley-güzar  edə-edə  31  yaĢına  gəlib  çatmıĢdı.  Erməni 
quldurlarının vəhĢi həmlələrindən qurtarmaq üçün ailə üzvləri və qohum-əqrəbası 
ilə Araz istiqamətinə üz tutmuĢdular... 
Çoxlarına nicat verən Arazın coĢğun suları neçə-neçə soydaĢlarımız kimi 
Ayazı  da  öz  ağuĢuna  alaraq  əbədiyyətə,  sonsuzluğa  qovuĢdurdu.  Bir  gün  sonra 
suda boğulmuĢ Ayazın cəsədini taparaq ĠmiĢli rayonunda torpağa tapĢırdılar. 
 
 
 
 
 
Hüseynov Ġsax Musa oğlu 
doğulub - 1982-ci il, 
Cəbrayıl rayonu Xələfli kəndi; 
Ģəhid olub - 08.1993-cü il, 
Bəhmənli kəndi 
 
Ġsax nə yaĢamıĢdı ki, cəmi 11 yaĢı var idi. Xələfli kənd orta məktəbinin 5-
ci sinfində oxuyurdu. Əcəl aman versəydi, 1993-cü ilin sentyabr ayında 6-cı sinfə 
qədəm qoyasıydı. 
Quldur  erməni  birləĢmələri  Cəbrayılı  və  onun  yuxarı  kəndlərini  iĢğal 
edərkən  əhali  əlinə  keçən  dəyər-dəyməzi  götürüb  bir  az  aĢağılara  -  Arazboyu 
ərazilərə çəkilmiĢdi. Ġsaxın atası "ġərq" kolxozunun qaramal fermasında iĢləyirdi. 


385 
 
Erməni  hücumları  ərəfəsində  onlar  fermanın  qaramalını  Arazboyu  zonaya 
qovmuĢdular. 
Vəziyyətin burada da yaxĢı olmadığını görən Musa oğlu Ġsaxla mal-qaranı 
Beyləqan  istiqamətinə  sürməyə  baĢladı.  Bəhmənli  kəndi  ərazisindən  keçərkən 
düĢmənin atdığı top mərmisi lap onların böyründə partladı. Ağır qəlpə yarası alan 
Ġsax elə oradaca 11 yaĢında canını tapĢırdı. 
Həmin vaxta qədər Musa kiĢinin oğlu Yusif 1993-cü il avqustun 14-15-də 
DaĢbaĢı  kəndi  uğrunda  gedən  qanlı  döyüĢlərdə  qəhrəmanlıqla  vuruĢaraq  Ģəhid 
olmuĢdu. 
Ġkinci  oğlu  Etibar  da  erməni  quldurlarına  qarĢı  vuruĢlarda  əzmkarlıq 
nümunəsi  göstərmiĢdir.  1992-ci  ildə  Sur  kəndi  və  "Ağ  yol"  uğrunda  gedən 
döyüĢlərdə  inamla  vuruĢmuĢ,  döyüĢlərin  birində  baĢından  yara  almıĢ,  sonralar 
ordudan tərxis olunmuĢdu. 
Üçüncü oğlu Ġxtiyar isə müxtəlif yerlərdə vuruĢmuĢ, bir neçə qəlpə yarası 
almıĢdı. Lakin atəĢkəs rejimi baĢlayanadək müxtəlif yaralar almasına baxmayaraq, 
orduda xidmətini davam etdirmiĢdi. 
Bəli, dəhĢətli Qarabağ  müharibəsinin bir ailəyə vurduğu  yaralar nə qədər 
də  amansızdır:  bir  ailədən  4  nəfər  -  2-si  Ģəhid,  2-si  isə  ömürlük  Ģikəst,  əlil  olub. 
Ansaq  Musa  kiĢi  öz  əzmini,  mətanətini  itirmir.  Doğma  yurduna  qayıdacağı  günü 
həsrət və intizarla gözləyir... 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə