Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə123/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   118   119   120   121   122   123   124   125   126

376 
 
Avqustun 15-də səhərə yaxın ermənilər kəndə doluĢanda xəbəri yox idi ki, 
o zülmət gecədə DaĢbaĢı cavanlarımızın edam yerinə dönüb. Bir gecənin içərisində 
on  səkkiz  nəfər  əsgəri  qətlə  yetirən  əli  qanlı  dığalar  sübhün  gözü  açılmamıĢ 
məzrəlilərə də divan tutdular... 
...Müzəffər  ağır  yaralanan  məzrəli  Nurəddinin  qonĢu  kəndə  yola  salıb 
geriyə  qayıdanda  anası  Qönçənin  ağ  saçlarını  qana  boyanmıĢ  gördü.  Özünü 
itirmədən  çiynindən  qoĢalülə  tüfəngi  sinəsinə  sıxıb  hadisə  yerindən  uzaqlaĢan 
erməni əsgərinin kürəyini niĢan aldı. Qatilin ölümündən sevinsə də anasının yerdə 
düĢüb qalan meyitini bağrına basıb hönkür-hönkür ağladı Müzəffər... 
Heyrətdən  əlləri  üzündə  qalan  dünya  amansız  bir  faciənin  Ģahidi  oldu  o 
gün.  Qönçə  ananın  qanlı  saçlarını  dağlardan  əsən  səhər  mehi  daradı.  DüĢmən 
gülləsinə tuĢ gələn ağbirçək bir qadının qanlı saçlarının harayı Azərbaycan ellərini 
qisasa, intiqama çağırdı o gün... 
 
 
 
 
 
 
Xanəliyev Pünhan BəyiĢ oğlu 
doğulub - 1982-ci il, 
Sumqayıt Ģəhəri; 
Ģəhid olub - 29.07.1992-ci il, 
Cəbrayıl rayonu 
 
 
Həyatın  qəribə  iĢləkləri  var.  Bir  vaxtlar  müharibə  sözünün  yalnız  adını 
eĢitmiĢ  bizlər  müharibə  səhnələrinə  də  kino-filmlərdə  baxmıĢ,  bəzən  də  bunları 
özümüzə  bir  əyləncə  sanmıĢdıq.  Deyəsən,  balaca  Pünhana  da  bu  müharibə  bir 
əyləncə  təsiri  bağıĢlayırdı.  Ona  görə  də  1992-ci  ilin  tətil  günlərində  xalası 
Sərmayəgilə  gəlmiĢdi.  Atası  BəyiĢ  Süleymanlı  kəndindən,  anası  Sarıgül  Sofulu 
kəndindən  idilər.  Sumqayıt  Ģəhərindəki  22  saylı  məktəbin  V  sinfində  oxuyurdu. 
Özünün dediyi kimi istəyirdi ki, müharibəni lap yaxından görsün, elə bilirdi ki, bu 
müharibə də kinolarda əyləncə xatirinə baxdığı döyüĢ səhnələri kimidir... 
1992-ci  ilin  iyun  ayının  28-də  belə  "əyləncəli"  döyüĢ  səhnələrindən  biri 
baĢlamıĢdı.  Erməni  vəhĢilərinin  bir-birinin  ardınca  atdığı  qrad  mərmiləri  Ģəhərin 
üzərinə  yağıĢ  kimi  yağırdı.  Birdən  mərmilərin  biri  Pünhanın  olduğu  həyətin  lap 
yaxınlığında partladı. Mərmi qəlpəsindən ağır yaralanan balaca Pünhan iyunun 29-
da  Mərcanlı  kənd  xəstəxanasında  valideynlərindən  pünhan  bir  Ģəkildə  dünyasını 
dəyiĢdi. 
 


377 
 
 
 
 
 
Hacıyev Vüqar Əli oğlu 
doğulub - 1976-cı il, 
Cəbrayıl rayon Sirik kəndi; 
Ģəhid olub - 1992-ci il, 
Sirik kəndi 
 
 
 
ANALAR ANAR AĞLAR 
 
Sirik kəndi keçmiĢ  vilayətin ermənilər yaĢayan bir neçə kəndi ilə torpaq-
torpağa olduğundan xəyanətkar qonĢuların xaincəsinə hücumuna ilkin məruz qaldı. 
Kəndin baĢının üstünü təhlükə alanda uĢaqdan-böyüyə hamı bir nəfər kimi torpağı-
mızın  müdafiəsinə  qalxdı.  Vüqar  da  onların  arasında  idi.  Qorxu  nə  olduğunu 
bilmədən  qeyrətli  balamız  postlarda  gecə-gündüz  keĢik  çəkən  özündən  qat-qat 
böyük  cavanlarla  yanaĢı,  kiĢilərlə  daim  təmasda  olur,  onlara  su,  çörək,  sursat 
daĢıyır, bəzən döyüĢlərdə də iĢtirak edirdi. 
Ermənilərin Tağ kəndi istiqamətindən növbəti hücumları zamanı Vüqar ön 
xətdə  idi.  Onu  geri  qaytarmaq  üçün  çox  cəhd  edilsə  də,  inadından  döndərmək 
mümkün olmadı. Əks hücum zamanı düĢmənin atəĢ nöqtələrinin susdurulmasında 
böyüklərə məxsus əsl Ģücaət göstərdi. 
Lakin  bir  dəfə...  Hadisə  belə  olmuĢdu.  Erməni  yırtıcıları  Aybasanlı  dağı 
istiqamətindən  Sirik  kəndini  sürətli  artilleriya  atəĢinə  tutdular,  toplardan, 
qradlardan  atılan  mərmilər  kəndə  ciddi  ziyan  vurdu.  Vüqar  bizim  mövqedəki 
"ZPU" qurğusuna patron aparanlara qoĢuldu. Elə bu zaman o, mərmi qəlpəsindən 
ciddi yara aldı. Həkimlərin səylərinə baxmayaraq onu xilas etmək mümkün olmadı. 
Bu, Vüqar balamızın son döyüĢü oldu. 
Vüqar  Hacıyev  böyük  arzularla  yaĢayırdı.  Orta  məktəbi  baĢa  vurduqdan 
sonra  ali  məktəbə  qəbul  olmaq,  elinə-obasına  xeyir  verən  mütəxəssis  kimi 
yetiĢmək istəyirdi. 
Ölümündən sonra Vüqara Cəbrayılın ilk gənc Ģəhidi statusu verildi. Onun 
qəbirüstü qraniti rayon icra  hakimiyyətinin  hesabına  maliyyələĢdirildi. Oğul dərdi 
35  yaĢlı  Mahirənin  saçlarına  vaxtından  əvvəl  dən  saldı.  Gecə-gündüz  oğul-oğul 
deməkdən  dili-ağzı  qabar  olmuĢ  bir  didərgin  ana  naləsi,  ana  fəryadı  indi  onu 
eĢidənlərin qəlblərini yandırıb-yaxır: 
 
 


378 
 
Durna sannınan keçər,  
Ötər, sannınan keçər.  
Ġgid vətən yolunda  
Ölər sanından keçər. 
 
Ağlama,  bacım,  ağlama!  Vüqar  kimi  oğlun  anası  ağlamaz.  Vətən  onun 
kimi  igid  oğulların  çiynində  Vətəndir.  Gün  o  gün  olsun  ki,  torpaqlarımız 
yağılardan  azad  edilsin.  Qayıdıb  istəkli  oğlunun  qəbrini  ziyarət  edə,  məzarına 
bənövĢə çiçəkləri düzəsən. Amin! 
 
 
 
 
 
 
 
Həsənquliyev Sabir Hüseyn oğlu 
(1950-1993) 
 
 
 
 
 
 
 
 
 
Əkbərova Cəmilə Yaqub qızı 
(1955-1993) 
 
Hər  ikisi  SafarĢa  kəndində  anadan  olmuĢdu.  Ər-arvad  idilər.  M.  F. 
Axundov adına kolxozda fəhlə iĢləyirdilər. 1993-cü il oktyabrın 23-də Mahmudlu 
kəndini  ermənilər  iĢğal  edərkən  onlar  özlərini  coĢğun  Araz  çayının  sularına 
vurmuĢlar.  Çayın  axarına  nabələd  olan  bu  talesiz  adamlar  Arazın  sularında  qərq 
olmuĢ; faciəli bir surətdə həlak olmuĢlar. 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə