Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə119/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   115   116   117   118   119   120   121   122   ...   126

363 
 
yaĢatmaq naminə gələcəkdə hüquqĢünas olmağı qət edən Adəm elə indidən el-oba 
üçün yanımlı-yapıĢıqlıdır. ġəhid atasının torpağı sanı yaĢasın... 
...Ġllər boyu Məhərrəmin boyunu oxĢamaqdan doymayan Səfurə bacı haqq 
dünyasına  oğluyla  birlikdə  qovuĢdu.  Onları  bir-birlərindən  ayırmağa  ölümün  də 
gücü çatmadı.  Səfurə  ana  gor  evində  də  sevimli övladını bağrına  basdı.  Dünyada 
ana sevgisindən güclü nə var ki?! 
 
 
 
 
 
 
 
Məmmədov Musa Maqsud oğlu 
doğulub - 27.02.1930-cu il, 
Cəbrayıl rayonu DaĢveysəlli kəndi; 
Ģəhid olub - 04.05.1993-cü il, 
Cəbrayıl  bölgəsi 
 
 
 
 
YOLLAR ONU SORAQLAYIR... 
 
Torpaq  uğrunda  candan  keçənlərin  adlarını  el-oba  əzizləyib  gözləri  üstə 
yaĢadır.  Vətən  sevgisini  əsirgəmir  onlardan.  Musa  kiĢi  sözün  əsl  mənasında  yurd 
əsgəri,  Vətən  fədaisi  idi.  Qocalıq  üstunü  alsa  da  gözlərinin  nuru,  ürəyinin  təpəri, 
dizlərinin  taqəti  yerindəydi.  QıĢın  oğlan  çağlarında  buldozeri  ilə  cəbhəyə  uzanan 
dağ  yollarını  qardan,  buzdan  təmizləyəndə  də,  yayın  tüğyanında  əsgərlərə  döyüĢ 
sursatı,  ərzaq  aparanda  da  Vətənə  gərəkli  olduğunu  duyub  iftixar  hissi  keçirirdi. 
Kimlərinsə təĢəkkürü, sağolu naminə yox, ürəyinin hökmü ilə görürdü bu iĢləri... 
Cavan  yaĢlarından  ailəcanlı,  iĢgüzar  idi.  Kasıblığın  sərt  üzünü  çox 
gördüyündən özünü oda-közə vurub doqquz nəfərdən ibarət ailəsini dolandırmıĢdı 
illər boyu. Qızların dördünü köçürəndən sonra çiyinlərindəki qayğı yükü azalmıĢdı 
bir  az.  Axırıncı  qız  balasının  niĢanına  gələnləri  ürəkaçıqlığı  ilə  qarĢılamıĢ, 
gülərüzlə yola salmıĢdı... 
Günbəgün  səsi,  harayı  güclənən  müharibə  olmasaydı,  günlərin  birində 
traktorunu təhvil verib DaĢveysəllidəki evində ayaqlarını rahat uzadardı... 
Həyatda  qovğalı,  qasırğalı  bir  ömür  yaĢamıĢdı  Musa  kiĢi.  Müharibədən 
sonra bir müddət neft buruqlarında iĢləmiĢ, əllinci illərdə rayona qayıdıb traktorun 


364 
 
sükanından  yapıĢmıĢdı.  Bu  qazanclı  peĢə  ağır  külfətini  dolandırmaqda  əllərindən 
tutmuĢdu onun... 
Xocalı  hadisələri,  ġuĢa  və  Laçın  xəyanətləri  yamanca  sarsıtmıĢdı  Musa 
kiĢini.  Kiçik  oğlu  AĢırı  cəbhəyə  yola  salıb  xeyir-dua  vermiĢdi  ona.  Sonra  da  özü 
demiĢkən traktoruyla birlikdə döyüĢə yollanmıĢdı... 
Yollar  qar  bağlayanda  Musa  kiĢi  yada  düĢürdü...  Dağların  zirvəsindəki 
postlara  qalxmaq  lazım  gələndə  Musa  Məmmədovun  adına  putyovka  yazılırdı... 
Leysan güclənəndə Musa kiĢinin traktoru yoxuĢu üzüyuxarı çıxırdı... 
 Neçə dəfə ölümün  üstündən  adlayıb keçmiĢdi o. DüĢmən  minası bir dağ 
aĢırımında traktorunun "ayağına" dolaĢmasaydı, bu yollarla hələ çox görüĢəsiydi... 
O  laləli  dağ  yamacları  Musa  kiĢidən  ötrü  yaman  qəribsəyir  hər  bahar. 
DüĢmən kəməndində çapalayan eniĢli-yoxuĢlu dağ yolu onu soraqlayır hələ də... 
 
 
 
 
 
Məmmədov Məmməd Yunis oğlu 
doğulub - 1950-ci il, 
Cəbrayıl rayonu Nüzgar kəndi; 
Ģəhid olub - 23.10.1993-cü il, 
Cəbrayıl rayonu Mahmudlu stansiyası 
 
 
 
 
 
ARZU ÜRƏKDƏ QALDI 
 
Cəbrayıl  Ģəhərinin  erməni  qəsbkarları  tərəfindən  iĢğal  olunmasından  bir 
ay  keçirdi.  Təcavüzkarlar  Fuğanlı  kəndinə  kimi  rayonumuzun  bütün  dağ  və 
dağətəyi  yaĢayıĢ  məntəqələrini  nəzarət  altında  saxlamalarına  baxmayaraq, 
yaranmıĢ təhlükə Arazboyu kəndlərinin camaatını qətiyyən qorxutmurdu. Hamı öz 
iĢi  ilə  məĢğul  idi,  heç  kim  doğma  torpaqdan  ayrılmaq  istəmirdi.  Rayon  rəhbərliyi 
də  Mahmudlu  stansiyasında  yerləĢdiyindən  burada  bir  qaynarlıq  hiss  olunurdu. 
BaĢqa sözlə sanki həyat öz axarında idi. Bütün bunlar ilk baxıĢda belə idi. Əslində 
isə  təhlükə  mexanizminin  yayları  yenidən  açılmaq  üçün  təzədən  sıxılırdı. 
Hadisələrin 
sonrakı 
davamı  bir  daha  göstərdi  ki,  öndəki  təhlükəni 
zərərsizləĢdirməyə  çalıĢmamaq  və  bunun  üçün  təĢkilatlanmamaq,  sabah 
partlayacaq  mərmi,  açılacaq  atəĢ  qarĢısında  ölməkdən  və  ya  qaçmaqdan  savayı 
əlacı  olmayacaq  mülki  əhalinin  taleyinə  məsuliyyət  daĢımamaq  torpaqlarımızın 


365 
 
eyni ssenari ilə iĢğal edilməsinə Ģərait yaradan amillərdən, bəlkə də xəyanət zənciri 
həlqələrindən  biri  idi.  Sabah  atəĢə  tutulacaq  və  ya  iĢğal  ediləcək  kəndin  qocasını, 
uĢağını, hamilə qadınını, əlsiz-ayaqsızını təhlükəsiz yerə çəkmək çox ağır bir iĢdir. 
Bu iĢi  görməyənlər,  sabah Tanrıdan baĢqa  üz tutmağa  yeri  qalmayacaq adamların 
qorxaq olmadığından danıĢır, beləliklə fəaliyyətsizliyə haqq qazandırırdılar... 
Həmin gün, 1993-cü il oktyabrın 23-də Məmməd Məmmədov anasıgildən 
bir  xəbər  tutmaq  məqsədilə  Zəngilandan  Mahmudlu  stansiyasındakı  qərargaha 
yollanmıĢdı. Qərargahdan geri qayıdıb yolun kənarında saxladığı "Jiquli" maĢınına 
tərəf  yaxınlaĢanda  artıq  "qrad"lardan,  digər  iri  çaplı  silahlardan  açılan  atəĢ  səsləri 
hər  tərəfi  bürümüĢdü.  Erməni  faĢistlərinin  avtomatdan  açdıqları  atəĢ  Məmməd 
müəllimdən yan keçmədi. Köməyə gələnlər  faciəli surətdə  həlak olmuĢ Məmməd 
müəllimin cəsədini güllə yağıĢı altında çətinliklə də olsa aradan çıxara bildilər. 
Məmməd  Məmmədov  1957-ci  ildə  kəndlərindəki  natamam  orta  məktəbə 
daxil  olmuĢ,  oranı  bitirdikdən  sonra  orta  təhsilini  1967-ci  ildə  qonĢuluqdakı 
Horadiz  kəndində  baĢa  vurmuĢdu.  Bakıdakı  pedaqoji  institutun  fizika-riyaziyyat 
fakültəsini bitirib, 1971-ci ildən Zəngilan rayonunda müəllim iĢləyirdi. 
43  illik  ömrünün  22  ilini  yetiĢməkdə  olan  nəslə  elmlərin  sirlərini 
öyrətməyə həsr etmiĢ M. Məmmədov həm də mehriban ailə baĢçısı idi. Dörd övlad 
böyütmüĢdü.  Lakin  ortancıl  oğlu  Radimin  çox  erkən  -  15  yaĢında  dünyadan 
köçməsi Məmməd müəllimə ağır dərd olmuĢdu. Ġstəkli balasını heç cür unuda bil-
mirdi. Hərdən də ciyərparaları Nadimin, Xəyalənin, Pərvizin layiqli övladlar kimi 
böyüdüklərini görəndə bir təskinlik tapar, qəlbində yeni-yeni arzular baĢ qaldırardı. 
Məmməd  müəllim  çox  istəyirdi  ki,  uĢaqları  ali  təhsil  alsınlar,  həyatda  aciz 
qalmayıb xoĢbəxt olsunlar. Ancaq ömür vəfa etmədi. Məmməd müəllimin arzuları 
ürəyində qaldı. 
Ġndi o, Cəbrayılın Çaxırlı kəndində uyuyur. Xan Arazın kədərli nəğmələri 
ilə ovunmayan narahat məzarı yollara boylanaraq, sanki müqəddəs torpaqlarımızın 
yağı tapdağından azad ediləcəyi günün nigarançılığını çəkir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə