Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə115/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   111   112   113   114   115   116   117   118   ...   126

350 
 
atırdılar. Onların bu vəhĢiliyinə kəndin Ġmran kimi qeyrətli cavanları dözmür, tez-
tez  ermənilərlə  əlbəyaxa  olurdular.  QarĢıdurmanın  nahaq  qanla  nəticələnəcəyini 
hiss  edən  ağsaqqallar  cavanları  sakitləĢdirməyə,  ehtiyatlı  hərəkət  etməyə 
çalıĢırdılar: 
-  Səbirli  olun,  bala,  deyirdilər.  -  Allah  var,  rəhmi  var.  Zülmü  yerdə 
qoymaz.  Geci-tezi  var.  Birinci  dəfə  ha  deyil,  nadürüstlərdə  bu  bir  xəstəlikdir. 
Qanları çoxaldımı, gözləri ayaqlarının altını görmür. Ta, o vaxta qədər ki, gərək o 
murdar qan bədənlərindən çıxsın, sonra sakitləĢirlər. 
Ancaq  ixtiyarlar  millətimizə  qarĢı  edilən  soyqırımdan,  ermənilərin 
minlərlə  günahsız  müsəlmanları  məscidlərə  doldurub  diri-diri  yandırmalarından, 
qundaqda  olan  körpələri  tüfənglərinin  süngüsünə  taxıb  öldürmələrindən  söhbət 
açmağa  ehtiyat  etdilər.  Çünki  sovet  rejimi  idi  və  onun  ermənilərə  əl  verməsi 
soydaĢlarımıza  yaxĢı  bəlli  idi.  Bu  rejimin  erməni  əli  ilə  axıtdığı  türk-müsəlman 
qanının xofu hələ qalırdı... 
Qulağıkəsik  Andranik  kimi  babalarının  dərslərini  keçən,  Azərbaycana 
düĢmən  olan  qüvvələrdən  dəstək  alıb  Ģirnikərək  silaha  əl  atan  ermənilər  əliyalın 
Qacaran  camaatını  yurd-yuvalarından,  isti  ocaqlarından  perik  düĢməyə  məcbur 
etdilər.  Ġmrangil  Cəbrayıla  pənah  gətirdilər.  Vətəndən  vətənə  gələn  Ġmran 
Dünyamalıyevi  burada  öz  doğmaları  kimi  qarĢıladılar.  Korluq  çəkməyə 
qoymadılar. YaĢamaları üçün hər cür Ģərait yaradıldı. Bu yerlərin təbiəti, ab-havası 
Ġmranın  çox  xoĢuna  gəlirdi.  DiĢ  göynədən  bulaqları,  uca  dağları,  yaĢıllıqları  Ġm-
rana  doğma  kəndlərini  xatırladırdı.  O,  yerli  camaata  tez  mehr  saldı,  burda  ailə 
həyatı da qurdu. Bununla belə hərdən doğulub ərsəyə çatdığı yerlər yadına düĢəndə 
kövrəlir, onları tərki-vətən edənlərə nifrəti birə-beĢ artırdı. Amma heç yuxusuna da 
girməzdi  ki,  düĢmən  əlindən  qaçıb  sığındığı  Qarabağ  torpağında  düĢmənin 
gülləsinə tuĢ gələr... 
Ermənistandan  soydaĢlarımızı  qovandan  sonra  Qarabağda  da  saqqalılar 
cövlən  edirdilər.  Tez-tez  ermənilərlə  həmsərhəd  olan  kəndlərimizə  basqın  edir, 
murdar niyyətlərini həyata keçirməyə çalıĢırdılar. Cəbrayıl əhalisi uĢaqdan-böyüyə 
hamı  bir  nəfər  kimi  torpağımızın  müdafiəsinə  qalxaraq  12  kəndi  ermənilərdən 
təmizləmiĢdilər  də.  Ġmran  Dünyamalıyev  də  silaha  sarılmıĢdı.  Onun  qəlbi  qarı 
düĢməndən  qisas  almaq  atəĢi  ilə  alıĢıb-yanırdı.  Lakin  tale  Ġmrana  yar  olmadı. 
DüĢməndən  intiqam  almağı  sona  çatdıra  bilmədi.  Xocavənd  rayonunun  Zamzur 
kəndi uğrunda gedən qanlı döyüĢlərdə həlak oldu. Nə etməli Ġmran arxalı düĢmənin 
havadarları hələ çoxdur. Amma bu dünya belə qalmaz. Bir gün gələr, haqq yerini 
tapar.  Sənin  yeganə  oğlun  Zəngəzura  qayıdaraq  ata  yurdunun  sönmüĢ  ocağını 
yenidən yandırar. 
 
 
 
 


351 
 
 
 
 
Əzimov ƏĢrəf Məhəmməd oğlu 
doğulub - 1937-ci il,  
Cəbrayıl rayonu Qazanzəmi kəndi; 
Ģəhid olub - 08. 1993-cü il,  
Cəbrayıl rayonu Qazanzəmi kəndi 
 
 
 
 
 
HEÇ KƏSĠN ƏLĠ ÇATMADI ONA 
 
Həyatın  qəribə  iĢləri  var.  ƏĢrəf  kiĢinin  ağlına  da  gəlməzdi  ki,  bir  vaxtlar 
doğulub  boya-baĢa  çatdığı  Qazanzəmi  kəndi  nə  vaxtsa  döyüĢ  meydanına 
çevriləcək,  burada  elin  say-seçmə  oğulları  namərd  və  nankor  ermənilərin  fitnə-
fəsadına güdaz olacaq, elə buradaca yurdun neçə-neçə övladı itkin düĢəcək, girova 
çevriləcək. 
Bunlar  hamısı  sonralar  baĢ  verəcəkdi.  Orta  məktəb  təhsili  almıĢ  ƏĢrəf 
Əzimov  hələlikdə  isə  o  vaxtlar  Cəbrayılda  üzüm  istehsalına  görə  öndə  gedən 
sovxozda çalıĢır. Həm iĢdə, həm də camaat içində sayılıb-seçilən adamlardan hesab 
olunurdu. 
Hələ lap çoxdan gizli-gizli hazırlanan erməni məkri 1988-ci ildə üzə çıxır, 
addım-addım irəliləyərək Qazanzəmiyə və ətraf kəndlərə gəlib çıxdı. Kəndin təkcə 
cavanları  yox,  yaĢlı adamları, ağsaqqalları da  silaha  sarılıb  yurdu qorumağa qalx-
mıĢdılar. ƏĢrəf də ömrünün 50-ci baharından sonra bu yolu tutmuĢdu, kənd soveti 
yanında  yaradılmıĢ  özünümüdafiə  dəstəsinin  üzvü  idi.  GündüĢər  təsərrüfatın 
müxtəlif sahələrində, gecələr isə postlarda - kəndin müdafiəsində idi. Hələ heç nə 
öz axarından çıxmamıĢdı. Hələ Moskva baĢ qatmaqla məĢğul olurdu... 
Lakin  1993-cü  ilin  avqustu  sanki  Cəbrayıla  və  onun  kəndlərinə  bəla 
gətirdi.  Bir  həftə  içərisində  rayonun  50-yə  yaxın  kəndi  düĢmən  iĢğalına  keçdi. 
Qazanzəmi  də  bu  kəndlərdən  biri  idi.  Avqust  ayının  25-də  erməni  silahlı 
birləĢmələri Dağtumas, Çullu, Qazanzəmi kəndlərini də yerlə yeksan elədi. DüĢmə-
nin  qarĢısını  kəsib  camaatın  kənddən  çıxmasına  kömək  edən  ƏĢrəf  Əzimov  və 
neçə-neçə  digər  qazanzəmili  həmin  gün  düĢmənin  xain  gülləsinə  tuĢ  gəldi. 
Ölümcül  yaralanmıĢ  ƏĢrəf  düĢmən  ermənilərin  əhatəsinə  düĢdü.  Ona 
doğmalarından,  yaxınlarından,  el-obasından  heç  kəsin  əli  çatmadı,  ünü  yetmədi. 
Çünki  onlar  təhlükədən  can  qurtarmaq  üçün  artıq  kənddən  uzaqlaĢmıĢdılar  və 
ƏĢrəfin itkisindən sonra xəbər tutacaqdılar. 


352 
 
ƏĢrəf  Əzimovdan  bu  dünyada  yadigar  üç  qızı,  bir  oğlu  qaldı.  Ġndi  onlar 
ailə həyatı qurublar. Sumqayıt Ģəhərində müvəqqəti məskunlaĢıblar. Oğlu AdıĢirin 
əsgəri  xidmətini  baĢa  vurduqdan  sonra  Sumqayıt  Politexnik  Texnikumunda 
oxuyur... 
 
 
 
 
 
 
Əliyev Nizam Fili oğlu 
doğulub - 14.09.1949-cu il, 
Cəbrayıl Ģəhəri; 
Ģəhid olub - 15.08.1993-cü il, 
Cəbrayıl Ģəhəri 
 
 
 
 
 
YURDDA QƏRĠBSƏYƏN MƏZAR SAKĠNĠ 
 
Taleyin  qəribə,  həm  də  amansız  iĢləri  var.  Həmin  gün  baĢına  nə  iĢ 
gələcəyini bilsəydi, heç olmasa uĢaqlarını yerbəyer edərdi Nizam. Ən azı Cəbrayıl 
camaatının  kiçicik  təhlükə  zamanı  yığıĢdığı  Mahmudlu  kəndinə  gedərdi  bir  neçə 
gün əvvəl. Amma o hər Ģeydən xəbərsiz idi. Xəyalında yalnız bircə fikir dolanırdı: 
Cəbrayılı heç vaxt düĢmənə vermək olmaz. Rayonun iĢğal oluna biləcəyi heç onun 
ağlına da gəlmirdi. Ona görə də daim rayon mərkəzində, adamların arasında idi... 
Əliyev  Nizam  Fili  oğlu  1949-cu  ildə  Cəbrayılın  Mirzəcanlı  kəndində 
anadan olmuĢdu. 1966-cı ildə M. Qorki adına  Ģəhər orta  məktəbini bitirmiĢ,  iki il 
keçmiĢ sovet ordusu sıralarında əsgəri xidmətdə olmuĢdu. Əsgəri xidmətdən sonra 
bütün ömrü boyu rayonun ticarət və ictimai iaĢə təĢkilatlarında çalıĢmıĢdı. 
1988-ci  ildən  sonra  baĢlamıĢ  erməni  məkri,  erməni  hiyləsi  Nizamı  da 
varından  yox  eləmiĢdi.  Ermənistandan  baĢlamıĢ  ilk  qaçqınlar  dəstəsinin 
yerləĢdirilməsində,  onların  hər  cür  qayğısının  çəkilməsində  o  da  yaxından  iĢtirak 
edir,  insanlıq,  vətəndaĢlıq  borcunu  yerinə  yetirirdi.  Lakin  sonralar  hadisələr  öz 
məcrasından  çıxdıqca  vəziyyət  də  dəyiĢirdi.  Artıq  Cəbrayılın  baĢı  üstünü  təhlükə 
almaqda  idi.  1992-ci  ilin  əvvəllərində  yaradılmıĢ  ziyalı  batalyonunda  Nizam  da 
fəallıq göstərir, postlara gedirdi. Son vaxtlar bu batalyonun fəaliyyəti dayandırılsa 
da,  Nizam  öz  məsləkdaĢları  ilə  məsləhətləĢir,  postlardakı  əsgərlər  hər  cür  kömək 
etməyə çalıĢırdı... 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə