Qəm leysani



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə114/126
tarix25.06.2018
ölçüsü2,8 Kb.
#51029
1   ...   110   111   112   113   114   115   116   117   ...   126

347 
 
Hərb  küləyi  onu  da  yeniyetmə  çağında  DağmaĢanlı  kəndindən  qoparıb 
odun-alovun  içərisinə  atmıĢdı.  Orconikidze  Ģəhərindən  baĢlayan  döyüĢ  yolu 
Ukrayna torpağında sona çatmıĢdı. O qanlı-qadalı illərdən yadigar döyüĢ medalları, 
təĢəkkürnamələri var idi onun... 
1951-ci  ildən  baĢlayaraq  düz  on  dörd  il  Böyük  Mərcanlıdakı  orta 
məktəbdə müəllim iĢləmiĢ, yetmiĢinci ildə qiyabi yolla ali təhsil almıĢdı... 
Yenikənd  məktəbinə  rəhbərlik  etdiyi  illərdə  camaatın  iman  inanc  yerinə 
dönmüĢdü.  Pensiyaya  çıxandan  sonra  da  məktəbin  pedaqoji  kollektivindən 
ağsaqqal məsləhətlərini əsirgəmirdi... 
Cəbrayıl  torpaqları  hücuma  məruz  qalandan  sonra  cavanlarla  birlikdə 
yurda keĢik çəkir, Ģəhid ailələrinin dərdini bölüĢürdü… 
Avqustun  25-də  axĢamüstü  düĢmən  Tumas  atanın  həndəvərinə  gəlib 
çıxanda  qız-gəlinin  ələ  keçməməsi  üçün  özünü  Səməndər  quĢu  kimi  oda-közə 
vurub,  çoxlarını  ölümdən  xilas  etdi  Əli  müəllim.  Bircə  özünü  qorumağa  macalı 
olmadı  onun.  Güllə  sinəsini  parçalayanda  da  ölümü  mərdliklə  qarĢılayıb  düĢmən 
qarĢısında sındırmadı özünü.  Ömrü boyu  insanlara  saf duyğular aĢılayan bu  gözəl 
insanı  Qubadlının  Əfəndilər  kənd  qəbiristanında  torpağa  tapĢırdılar.  Ġndi  yad 
əllərdə qalan Həkərinin nisgilli nəğmələri ruhunu ovundurur onun. O vaxtdan bəri 
doğma  yerlərdən  perik  düĢən  obaların  arxasınca  boylanıb  baxmaqdadır  o.  Onun 
qərib bir məzara sığmayan ruhu hər axĢam səsə, ünə çevrilib əsən küləklərə qarıĢır. 
Əli müəllimin bizə doğma olan çöhrəsini xatırlayıb qovruluruq hələ də... 
 
 
 
 
 
Quliyev Novruz ġəmil oğlu 
doğulub - 1930-cu il,  
Cəbrayıl rayonu Qazanzəmi kəndi; 
Ģəhid olub - 25.08.1993-cü il,  
Cəbrayıl rayonu Qazanzəmi kəndi 
 
 
 
 
DÜNYADAN KƏFƏNSĠZ KÖÇƏNĠMĠZ VAR 
 
Novruz  doğulduğu  Qazanzəmi  kəndində  böyüyüb  boya-baĢa  çatmıĢdı. 
Yeniyetməlik illəri Vətən müharibəsi dövrünə düĢmüĢ, müharibədən sonra da ağır 
güzəran  keçirmiĢdi.  Sonralar  halal  zəhmət  hesabına  özünə  ev-eĢik,  gün-güzəran 


348 
 
düzəltmiĢdi.  Novruz  kiĢinin  3  qızı,  2  oğlu  var  idi.  Qızları  Fatmanı,  Gülüzəni, 
Əminəni yerbəyer eləmiĢdi... 
Xalqımızın baĢının üstünü almıĢ qəfil bəla onu da varından yox eləmiĢdi. 
Fikrinə,  xəyalına  daim  Dolanlar  ermənilərinə  elədikləri  yaxĢılıqlar  gəlirdi.  "Bu 
zatıqırıqlar niyə belə eləsinlər?" - deyə soruĢdu. Sonra da öz-özünə cavab verirdi: 
"Bir  adama  ki,  zatıqırıq  deyəsən,  daha  ondan  nə  gözləmək  olar?"  Beləcə  günlər, 
aylar keçirdi. Nəhayət, o məĢum avqust günləri və çoxlu  soydaĢlarımızın ömrünə 
nöqtə qoymuĢ 25 avqust günü... Həmin gün Novruz kiĢi də bir dəstə həmkəndlisi 
ilə  doğma  yurd  yerlərini  məcburi  tərk  edərkən  ermənilərin  gülləsinə  hədəf  oldu. 
Beləliklə,  ömrünün  ixtiyar  çağında  gorsuz,  kəfənsiz  bu  dünyadan  getdi.  Allah 
rəhmət eləsin, ruhu Ģad olsun. 
Oğlanları  Əli  və  Məhəmməd  uzun  müddət  hərbi  qüvvələrin  tərkibində 
düĢmənə qarĢı vuruĢmuĢlar. 
 
 
 
 
 
 
Quliyev  Sövdəyar Nəcəf oğlu 
doğulub - 01.12.1958-ci il, 
Cəbrayıl rayonu Çullu kəndi; 
Ģəhid olub - 20.05.1991-ci il, 
Cəbrayıl rayonu Qazanzəmi kəndi 
 
 
 
 
ATA ÖLƏR, YURDU QALAR OĞLUNA 
 
Sövdəyar  Çullu  kəndinin  həyata  yeni  atılan  gənclərindən  idi.  Çulludakı 
səkkizillik  məktəbi,  1976-cı  ildə  isə  Qubadlı  rayonu  Xanlıq  kəndindəki  orta 
məktəbi 
qurtardıqdan  sonra  Göyçayda  kənd  təsərrüfatı  texnikumunun 
mexanizasiya Ģöbəsini bitirmiĢdi. O vaxtkı kənd cavanlarının əksəriyyətində texni-
kaya  olan  maraq  onu  çəkib  buraya  gətirmiĢdi.  Texnikumu  qurtardıqdan  sonra 
hələlik bacardığı iĢlərin qulpundan yapıĢırdı. Bir müddət Beyləqan rayon suvarma 
idarəsinin Cəbrayıl sahəsində mexanik iĢləmiĢdi. 
Atası Nəcəf kiĢi Çullu kəndinin sayılan ağsaqqallarından hesab olunurdu. 
Müəyyən  məsələlərdə  kənd  adamları  onunla  məsləhətləĢirdilər.  Yaxın 
qohumlarından  birinin  qızı  ilə  evləndirmiĢdi  böyük  oğlunu.  Oğul  toyundan  sonra 


349 
 
ürəyi dağa dönmüĢdü onun. Bacıları, kiçik qardaĢı Rza baĢına pərvanə kimi dola-
nırdılar Sövdəyarın... 
1991-ci ildən sonra doğma kəndlərinin və ətraf kəndlərin cavanları kimi o 
da  postlara,  əsgərlərin  yanına,  könüllü  müdafiə  batalyonlarına  gedib-gəlir,  onlara 
hayan  olub  ürək-dirək  verir,  onların  bir  çatıĢmazlığı  olanda  karlarına  gəlirdi. 
Qəlbində  düĢmənə  qarĢı  sonsuz  kin  və  qəzəb  kükrəyib  daĢırdı.  Ancaq  hələ  sovet 
hökuməti  var  idi,  hirsindən  diĢi  bağırsağını  kəssə  də  əlindən  nə  gəlirdi  ki. 
DüĢmənlə savaĢa çıxacağı günü gözləyirdi. Amma... 
1991-cü  il  may  ayının  20-də  Qazanzəmi  postundan  kəndlərinə  gəlirdi, 
meĢəlikdən  keçərkən  qəflətən  düĢmən  pusqusuna  rast  gəldi.  Elə  o  andaca  namərd 
erməninin  atdığı  güllələr  onun  Vətən  məhəbbəti,  torpaq  istəyilə  döyünən  qəlbini 
əbədi  susdurdu. Çullu  camaatı onu böyük hörmət  və  ehtiramla  dəfn etdi.  O, kən-
din ilk Ģəhidi, ilk qurbanı idi. Qəbri doğma kəndindəki qəbiristanlıqdadır. 
Üç  oğlu  -  Sərvəri,  Asəfi,  Rüfəti  yadigar  qalıb.  Ömür-gün  yoldaĢı 
Hüseynova Nailə Cəmil qızı Sövdəyarın hənirini balalarından alır indi. 
 
 
 
 
 
Dünyamalıyev Ġmran CavanĢir oğlu 
doğulub - 25.04.1960-cı il, 
Ermənistan SSR Qafan rayonu  
Qacaran kəndi;  
Ģəhid olub - Xocavənd rayonu  
Zamzur kəndi 
 
 
 
 
QALMAZ BELƏ DÜNYA 
 
80-ci  illərin    ortaları  idi.    Erməni  millətçiləri    qədim  Azərbaycan 
torpağında  açıq-açığına  meydan  sulayır,  dədə  -  baba  torpaqlarında  məskunlaĢıb 
çörəyi  ilə  böyüdükləri  yerli  əhaliyə  -  Azərbaycan  türklərinə  qarĢı  özbaĢınalıq 
edirdilər.  Kirəvələyib  onları  hər  addımbaĢı  sıxıĢdırır,  təhqirə  məruz  qoyurdular. 
Qacarın  kəndində  zülm  ərĢə  dirənmiĢdi.  Erməni  daĢnaqlarının  alçaq  hərəkətlərinə 
daha  dözmək  olmurdu.  Vəziyyət  gündən-günə  pisləĢirdi.  Dığaların  ağlasığmaz 
sitəmi kənd camaatını təngə gətirmiĢdi. ĠĢ o yerə gəlib çatmıĢdı ki, qaniçənlər: "Nə 
qədər  gec  deyil,  rədd  olub  gedin,  onsuz  da  axırınıza  çıxacağıq"  -  deyə  kənd 
sakinlərinə  hədə-qorxu  gəlir,  yeri  gəldikcə  gah  hiylə  və  xəyanətə,  gah  da  zora  əl 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   126




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə